Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1399/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat borc pulun və dövlət rüsumu kimi ödənilmiş 80 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia təmin edilmişdir. Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdehn nümayəndəsi Vəkil apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qeyd olunan qətnaməni 23 fevral 2024-cü il tarixdə almışdır və həmin qətnamədən 23 mart 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətini elektron qaydada deyil kağız daşıyıcıda verdiyi üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda göstərilən nöqsanlar aradan qaldırılsa da, üzrlü səbəbdən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ondan asılı olamayan səbəbdən ötürmüşdür. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qəradadı ilə ərizə təmin edilməyərək, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh yenidən Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsindən narazı qalan apellyasiya şikayəti vermişdir. Göygöl Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qəradadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verildiyindən аpellyаsiyа şikаyəti geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qəradadından narazı qalan cavabdehin nümayəndəsi Vəkil şikayət verərək, şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnaməni 26 fevral 2024-cü il tarixdə rəsmi olaraq almış və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini elektron deyil kağız daşıyıcıda vermiş, ona görə də, geri qaytarılıb, o, elektron qaydada apellyasiya şikayəti vermişdir, eyni zamanda da, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə də vermişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-63/2024 saylı qərardadına əsasən ərizəsi təmin edilməmişdir. Hazırki qərardad onun məhkəmə müdafiəsindən istifadə hüquqlarını pozur. O, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən ötürmüşdür. Göründüyü kimi o, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş və şikayəti də, xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin dəftərxanasında qeydiyyatdan keçib. Göründüyü kimi onun prosessual müddəti buraxmağı özündən asılı olmayaraq üzürlü səbəbdən baş vermişdir. Məhkəmə işi düzgün araşdırmadan apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini üzürlü saymamışdır. Halbu ki, o, heç müddəti belə ötürməmişdir. Qətnaməni xx.xx.2024-cü il tarixdə aldığım halda şikayəti də xx.xx.2024-cü il tarixdə vermiş və 30 gün müddəti də ötürməmişdir. Sadəcə şikayəti kağız daşıyıcıda verdiyi üçün geri qaytarılıb, ona görə də, üzürlü səbəbdən müddəti ötürmüşdür. Göygöl Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayətə təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı qismən ləğv edilməli və Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. İş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsi Cavabdeh ünvanına göndərilmiş və xx.xx.2024cü il tarixdə Nağıyev soyadlı şəxs tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Bundan sonra cavabdehin vəkili tərəfindən apellyasiya şikayəti 27 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələblərinə əməl edilməsi üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Cavabdehin vəkili eyni zamanda xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qəradadı ilə ərizə təmin edilməyərək apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra Gəncə Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılmış və Göygöl Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qəradadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verildiyindən аpellyаsiyа şikаyəti geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)- 63/2024 nömrəli qəradadından narazı qalan cavabdehin nümayəndəsi Vəkil şikayət vermiş və şikayət təmin edilməyərək iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün bir aylıq müddətin axımının son tarixi 26 mart 2024-cü il tarixə təsadüf etsə də, həmin gün ölkə ərzisində qeyri-iş günü olmuşdur. Belə ki, 20 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək qeyri iş günü olmuşdur. İş materiallarına əlavə olunmuş poçt göndərişinin ödənilməsi barədə qəbzin surətindən görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti ilk dəfə xx.xx.2024-cü il tarixdə poçt orqanına təqdim edilmiş, daha sonra isə Göygöl Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı qəbul edilənədək cavabdehin vəkili tərəfindən nöqsanlar aradan qaldırılaraq yenidən apellyasiya şikayəti verməsi onun apellyasiya şikayəti vermək niyyətinin olmasını sübut etməkdədir. Nəzərə almaq lazımdır ki, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (MPM 129.2-ci maddə) MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qəradadı tam, həmin qərardadla bağlı xx.xx.2024-cü il il tarixli, (066)-63/2024 nömrəli qərardadı isə qismən ləğv edilsin. Ərizə təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(066)-63/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilsin. Apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1399/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1399/2024
20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver