Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1406/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkil) Nümayəndə2, iddiaçının nümayəndəsi (həyat yoldaşı) X7, Cavabdeh2 və nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (qızının övladı) X15 babası (uşağın atasının atası)- Cavabdeh2 qəyyumluğuna verilməsinə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040_76/2024 saylı qətnaməsi ilə (sədrlik edən Həsən Qəniyev) iddia ərizəsi təmin edilməmiş və Cavabdeh2 03 iyul 2020-ci il tarixdə doğulmuş X6 üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının hazırki iddiaya münasibətdə dəyişdirilmədən saxlanılması, 03 iyul 2020-ci il tarixdə doğulmuş X15 İddiaçı alınıb Cavabdeh2 himayəsinə verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040_76/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə ilk növbədə hər iki valideynini itirmiş xx.xx.2020-ciil tarixdə doğulmuş X15 mənafeyini, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüquqnu nəzərə almadan və onun gələcək həyatına biganə yanaşaraq iş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə nəticələnən bir qətnamə qəbul etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X24 hüquqlarını müdafiə etdiyi İddiaçı mərhum qızı X17 ilə mərhum kürəkəni X10 birgə nikahlarından doğulmuş nəvəsidir. İddiaçının kürəkəni Fəxri Umudov xx.xx.2022-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı ağır bədən xəsarətlərindən vəfat etmişdir. Bu hadisəyə dözməyən qızı Nahidə Umudova isə hadisədən 2 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə intihar etmişdir. İddiaçının qızı və kürəkəni 10 ildən artıq bir müddət Bakı şəhəri, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsində öz evlərində yaşamışlar və onların övladları X24 dünyaya gəldikdən sonra həmin evdə valideynləri ilə birgə yaşamışdır. O, ailə üzvləri ilə birlikdə 9 ilə yaxındır ki, Bakı şəhəri, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır və hal-hazırda həmin ərazi üzrə qeydiyyatdadır. X6 valideynlərini itirdikdən sonra onunla birlikdə valideynlərinin evində yaşayır. Onun təlim-tərbiyəsi, sağlam bir mühitdə böyüməsi, sosial ehtiyaclarının ödənilməsi ilə məhz o, məşğul olur. Onların yaşadıqları evdə azyaşlı uşağın yaşaması, tərbiyəsi və gələcəkdə təhsil alması üçün zəruri olan bütün şərait mövcuddur. O, hər ay 404,15 manat məbləğində əmək pensiyası alır. X2 isə xx.xx.2020-ci ildən "xxxx" MMC-də işləyir və aylıq vəzifə maaşı 670 manat təşkil edir. Bundan başqa X12 ikinci dərəcə əliliyə görə 327,21 manat əmək pensiyası alır. Bu da onu göstərir ki, onların maddi durumu xx.xx.2020-ci il təvəllüdlü nəvələri X1, tərbiyəsi, təhsili və onun sosial ehtiyaclarının ödənilməsinə imkan verir. Bundan başqa məhkəməyə təqdim etdiyi tibbi arayışlardan da aydın görünür ki, o, tam sağlamdır və uşağın qəyyumluğa götürülməsi üçün lazım olan bütün dispanserlərdə müayinədən keçmişdir və onda müvafiq xəstəliklərlə bağlı heç bir patologiya aşkar edilməmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü i ltarixli, 83 saylı sərəncamının verilməsinə səbəb olmuş bütün sənədlərin təsdiq olunmuş surətləri Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, Kəlbəcər Rayon Hopurlu kənd sakini Cavabdeh2 nəvəsi xx.xx.2020-ci il tarixdə anadan olmuş X15 üzərində qəyyum təyin edilməsi üçün tələb olunan sənədlər tam deyildir və həmin sərəncamın verilməsinə səbəb olmuş Kəlbəcər RİH başçısı yanında Qəyyumluq və Himayəçilk Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi tamamilə qanunsuz və əsassızdır. İş materiallarına (sərəncamın verilməsi üçün toplanmış materiallara) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 392 nömrəli qərarıilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa himayəyə imkan verməyən xəstəliklərin siyahısında göstərilmiş xəstəliklər əleyhinə həkim müayinələrinin nəticələri əlavə edilməmişdir. İş materiallarına yalnız Cavabdeh2 adına Gəncə şəhər Abbas Səhhət adına poliklinika şöbəsinin 2541 saylı ail məktəblərə, kolleclərə, litseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün nəzərdə tutlmuş tibbi arayışı əlavə edilmişdir ki, bu arayış da qəyyum təyin olunan şəxsin sağlam olması üçün qənaət bəxş hesab edilmişdir. Lakin, qanunvericiliyin tələbinə əsasən qəyyum təyin olunan şəxsin vərəm xəstəliyindən, bütün növ infeksion xəstəliklərdən, lokalizasiyadan aslı olmayaraq 3-cü və 4-cü dərəcəli bədxassəli yenitörəmələr,dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları, narkomaniya, toksikomaniya (dərman asılığı) və alkoqolizm xəstəliklərdən əziyyət çəkməməsi barədə tibbi arayışılar iş materallarına əlavə edilməmişdir. Kəlbəcər RİH başçısı yanında Qəyyumluq və Himayəçilk Komissiyasının əməkdaşları tərəfindən qəyyum təyin edilən şəxsin və faktiki olaraq azyaşlının yaşadığı evə baxış keçirilməmiş və tərəflərin həyat şəraiti müayinə edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən komissiya üzvləri azyaşlının qəyyum təyin olunan şəxşlə mövcud ünsiyyəti, onunla güvənli bağlarının olub-olmaması barədə müşahidə aparmalı və bu barədə ətraflı rəy tərtib etməlidir. Lakin, iş materiallarından aydın görünür ki, Kəlbəcər RİH başçısı yanında Qəyyumluq və Himayəçilk Komissiyasının məsləhətçi psixoloqu P.Mamedova tərəfindən belə bir rəy hazırlanmamış və ümumiyyətlə azyaşlı ilə bağlı heç bir psixoloji müşahidə aparılmamışdır. Cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi (həyat yoldaşı) X16 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətinin dəlillərinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024cü il tarixli, 2(040)-76/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, baş vermiş hadisədən sonra valideyn himayəsindən məhrum olmuş azyaşlı uşağa qəyyum təyin edilməsi məsələsinin həll edilməsi üçün Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Orqanına müraciət etmiş və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı ilə, o, nəvəsi, 03 iyul 2020-ci il təvəllüdlü X24 üzərində qəyyum təyin edilmişdir. Uşaq hazırda ana nənəsinin himayəsindədir. Məhkəmənin bu iş üzrə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040_76/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh2 03 iyul 2020-ci il tarixdə doğulmuş X6nun üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli 2(104)-2301/2023 saylı qərardadından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardadla müəyyən edilir ki, iddiaçı Cavabdeh2 cavabdehlər: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına (sonradan əsl olmayan tərəfKəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası əsl tərəflə- Kəlbəcər Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir), X8 və İddiaçı qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (oğlunun övladı) X15 onun qəyyumluğuna verilməsi və onun həmin uşaq üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda: cavabdeh İddiaçı Cavabdeh2 və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar X18 ilə X11 birgə nikahından 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş X6nun onun qəyyumluğuna verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin həmin mülki iş üzrə 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının surətindən görünür ki, ünvan 1i ünvanında daimi qeydiyyatda olan Umudov X3 Rayon İcra Hakimiyyəti başçısının ünvanına ərizə ilə müraciət edərək, azyaşlı X6 üzərində qəyyum təyin olunmasına köməklik göstər məsini xahış etmişdir. Ənzə və toplanmış sənədlər araşdırılarkən məlum olmuşdur ki, azyaşlı X19 atası X20 10 oktyabr 2022-cı il tarixdə, anası X21 isə 12 oktyabr 2022-ci il tarixdə vəfat etmişlər. Azyaşlı Y.Umudovun valıideynlən vəfat etdikdən sonra, o, baba və nənəsinin himayəsində qalmışdır. Baba Cavabdeh2 xx xxxxxx 1954-cü il tarixdə anadan olmuş, hazırda onun 68 yaşı vardır. Cavabdeh2 həyat şəraitı Komissiya tərəfindən müayinə olundu, o, hazırda Daşkəsən rayonunun Quşçu kəndində üç otaq olmaqla tam təmirli fərdi yaşayış evində yaşayır və uşağın yaşaması üçün tam şərait vardır. Uşağın ana baba və nənəsi də azyaşlı üzərinə qəyyum təyin olunması” ilə bağlı aİdİyyəti üzrə müraciət etmişlər. Müraciətlə bağlı olaraq onların yaşayış şəraiti müayinə olunmuş və məlum olmuşdur ki, onlar Bakı şəhəri Sabunçü rayonu Kürdəxanı qəsəbəsində fərdi yaşayış evində yaşayırlar. Ev ikı otaq olmaqla qismən təmirlidir və uşağın yaşaması üçün qismən şəraitlı hesab edilir. Tərəflər uşaq üzərində qəyyum təyin olunmasında qarşılıqlı razılığa gəlmədiklərinə görə ata baba Cavabdeh2 Kəlbəcər Rayon Məhkəməsinə iddia ənzəsi ilə müraciət etmiş, məhkəmənin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi ilə proses iştirakçılarına izah edilir ki, 03 iyul 2020-ci il tarixdə doğulmuş və valideynlərini itirmiş X22 qəyyum təyin edilənədək azyaşlının damı qeydiyyatda olduğu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı - Kəlbəcər Rayon İcra Hakimiyyəti uşağın qəyyumu hesab edilir. M Umudovun 23 avqust 2023 tanxı 1 saylı Gəncə regional "Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş müraciət ərizəsi əsasında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə qətnaməsının qanuni qüvvəyə mindyini nəzərə alaraq azyaşlı üzərinə qəyyum təyin olunmasını qanunamüvafiq hesab edərək, bu bərədə qərar qəbul etmişdir. Komissiya toplanmış sənədləri, atanın və ananın vəfat etdiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-38-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1 və 136-141-ci maddələnni rəhbər tutaraq ünvan 1 sakini Cavabdeh2 nəvəsi - 03 iyul 2020-cı il tarixdə anadan olmuş X24 üzərində qəyyum təyın edilməsini məqsədəmüvalıq hesab edərək bu barədə müsbət rəy vermişdir. Odur ki, toplanmış sənədləri Komissiyanın rəyini, uşağın saxlanması, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinn qorunması məqsədilə ünvan 1 sakini Cavabdeh2 nəvəsi-03 iyul 2020-ci il tarixdə doğulmuş X15 üzərində qəyyum təyin edilməsi, Uşağın saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onun hüquq və mənafelərinin qorunmasına nəzarət edilməsinin Kəlbəcər Rayon İcra Hakmiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına tapşırılması qərara alınmışdır. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının 08 sentyabr 2023-cü il tarixli 83 saylı rəyindən görünür ki, Komissiya toplanmış sənədləri, uşağın ata və anasının vəfat etdiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-38-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1 və 136- 141-ci maddələrini rəhbər tutaraq, ünvan 1 sakini Cavabdeh2 nəvəsi-03 iyul 2020-ci il tarixdə doğulmuş X24 üzərində qəyyum təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2020-ci il tarixdə verilmiş AZ-İV № 467453 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X24 03 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur; atası X18, anası- X13r 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ № 302211 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində ölmüşdür. 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X21 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində ölmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, tibbi müayinələrin nəticəsi olaraq tərəflərdə Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2020-ci il tarixli 392 nömrəli qərarı ilə təsdiq edilmiş övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklər: “1) dispanser müşahidəsinin İ, İİ və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi; 2) bütün növ infeksion (yoluxucu) xəstəliklər; 3) lokalizasiyasından asılı olmayaraq İİİ və İV dərəcəli bədxassəli yenitörəmələr; 4) dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları; 5) narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm” aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiəsi Fondu” publik hüquqi şəxsin Şərqi Zəngəzur regional filialı tərəfindən 17 avqust 2023-cü il tarixdə verilmiş 3-17-1/2-U187520/2023 nömrəli arayışdan görünür ki, X14 məlumata əsasən, Cavabdeh2 “Dövlət Sosial Müdafiəsi Fondu” publik hüquqi şəxsin Şərqi Zəngəzur filialından yaşa görə hər ay 506,52 manat (beş yüz altı manat-52 qəpik) əmək pensiyası təyin olunmuşdur və qanuna müfaviq ödəniş aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli 3-17-7/2-İ-18820/23 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya Altsistemində olan məlumata əsasən, İddiaçı ikinci dərəcə əlilliyə görə 404,15 manat (dörd yüz dörd manat 15 qəpik) əmək pensiyası alır. Təyinatın bitmə tarixi 28 fevral 2026-cı ildir. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş 5-184/2-527-2023 saylı arayışdan görünür ki, İddiaçı mərhum qızı X21 12 oktyabr 2022-ci il tarixdə vəfat etmiş, (ölüm haqqında şəhadətnamə AZ-İİ 302212) və mərhum kürəkəni X18 10 oktyabr 2022-ci il tarixdə vəfat etmiş, (ölüm haqqında şəhadətnamə AZ-İİ 302211), vəfat edən günə kimi Kürdəxanı qəsəbəsi, Həsən Abdullayev küçəsində qeydiyyatsız yaşamışlar. Mərhumların azyaşlı uşağı- 03 iyul 2020-ci il təvəllüdlü X24 ata və ana vəfat etdiyi gündən bugünədək nənəsi İddiaçı və babası X5 himayəsindədir (qonşuların 03 may 2023-cü il tarixli aktına əsasən). Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Vəliyeva tərəfindən 13 mart 2024- cü il tarixdə təsdiq edilmiş aktdan görünür ki, Komissiyanın məsul katibi R.Əliyeva və komissiyanın üzvü F.Əzizbəylinin iştirakı ilə vətəndaş İddiaçı mənzil-məişət vəziyyətini müayinə etmək məqsədilə yaşadıqları ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı evə dair hüquqi sənəd təqdim edilməmişdir. Vətəndaş İddiaçı faktiki yuxarıda qeyd edilən ünvanda azyaşlı nəvəsi- 03 iyul 2020-ci il təvəllüdlü X24, oğlunun ailəsi və həyat yoldaşı ilə birlikdə yaşayır. Ev 0,03 ha torpaq sahəsində ikimərtəbəli inşa edilmişdir. Birinci mərtəbə: dəhliz, 1 qonaq otağı-mətbəx, 2 yataq otağı, 2 hama və sanitar qovşağından ibarətdir-birinci mərtəbənin sahəsi 90 kvadratmetr təşkil edir. İkinci mərtəbənin tikintisi tam olaraq bitməmişdir. Evdə istilik isti döşəmə sistemi vasitəsi ilə təmin ounur. Su, qaz,işıq və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Hamam və sanitar qovşaqları sanitar-gigiyena tələblərinə uyğundur. Hərətdə əlavə yay mətbəxi də inşa olunmuşdur. Ümumi sahəsi 162 kv.m təşkil edən ev bir qonaq otağı, üç yataq otağı, mətbəx və hamam-sanitar qovşağından ibarətdir. Evdə istilik “Kombi” istilik sistemi vasitəsilə təmin olunur. Su, qaz, işıq və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Hamam və sanitar qovşağı sanitar-gigiyena tələblərinə uyğundur. 2 Saylı Gəncə “ASAN-xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli 05/09S/160722-23 saylı arayışdan görünür ki, X18 18 oktyabr 1984-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhərində doğulmuş, atası-Cavabdeh2 (xx.xx.1954), anası-X9 (xx.xx.1961), arvadı-X21 (xx.xx.1988), oğluX24dur (xx.xx.2020) Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Zəylik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli 179 nömrəli arayışdan görünür ki, ünvan 1 sakini Cavabdeh2 hal-hazırda müvəqqəti olaraq Daşkəsən rayonunun Quşçu kəndində yaşayır, ailə tərkibi aşağıdakı kimidir: 1) arvadı- X91961-ci il, 2) nəvəsi- X24-2020-ci il. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ bəndinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir... 35.2-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. 35.3-cü maddəsinə əsasən, qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 137.1. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. 137.2. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. 137.3. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (bu Məcəllənin 120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər. 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 31-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir. BMT-nin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 01 dekabr 2009-cu il tarixdə qüvvəyə minmiş X4 Hüquqlar haqqında Xartiyasının 24cü maddəsinə görə, uşaqlarla bağlı istər dövlət orqanlarının, istərsə də özəl qurumların hərəkətlərində uşağın üstün maraqları vacib amil olmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı öz tələblərinin əsaslı olduğunu təsdiq edən yetərli sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı iddianın təmin edilməsinə (Cavabdeh2 öz azyaşlı nəvəsi Yusif Umudovun üzərində qəyyumluğunun ləğv edilməsinə) əsas verən hallar aşkar edilməmişdir. Tərəflər arasında qəyyumluqla bağlı əvvəlki mübahisə üzrə Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)- 568/2023 saylı qətnaməsi (ilkin və qarşılıqlı iddiaların rədd edilməsi barədə) qanuni qüvvəsini almadan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamla uşağın Cavabdeh2 qəyyumluğuna verilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilməklə həmin mülki iş üzrə icraata xitam verildiyindən, hazırki halda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023cü il tarixli 83 saylı sərəncamının qanunsuz hesab edilməsinə əsas ola biləcək dəlil hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının qızı və kürəkəni 10 ildən artıq bir müddət Bakı şəhəri, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsində öz evlərində yaşamışlar və onların övladları X24 dünyaya gəldikdən sonra həmin evdə valideynləri ilə birgə yaşamışdır. İddiaçı ailə üzvləri ilə birlikdə 9 ilə yaxındır ki, Bakı şəhəri, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır və hal-hazırda həmin ərazi üzrə qeydiyyatdadır. X6 valideynlərini itirdikdən sonra onunla birlikdə valideynlərinin evində yaşayır. Onun təlimtərbiyəsi, sağlam bir mühitdə böyüməsi, sosial ehtiyaclarının ödənilməsi ilə məhz iddiaçı məşğul olur. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalı olduğundan, Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı 08 sentyabr 2023-cü il tarixli 83 saylı Sərəncamla azyaşlı uşağın saxlanılıb tərbiyə edilmələri üçün babası Cavabdeh2 qəyyumluğuna verərkən, həmin halları, uşağın maraq və mənafelərini nəzərə almamışdır. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, hər bir uşaq təkrarolunmaz varlıqdır. Uşaqla bağlı mübahislər həll edilrkən, əsas vəzifə ondan ibarətdir ki, uşaq üçün onun maraqlarını maksimum dərəcədə təmin edən şəxs seçilsin, bu zaman uşağın xarakteri, psixoloji vəziyyətinin səciyyəvi cəhətləri nəzərə alınsın. Əsas məqsəd uşağın daimi olaraq sevgi, qayğı, nəvaziş hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Hazırkı iş üzrə isə müəyyən olunmuş hallardan görünür ki, baş vermiş intihar hadisəsindən sonra, yəni 2022-ci ilin oktyabr ayından iddiaçı nənəsinin himayəsində qalmış və onunla yaşamağa başlamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı 08 sentyabr 2023-cü il tarixli 83 saylı Sərəncamı ilə azyaşlı uşağın saxlanılıb tərbiyə edilmələri üçün babası Cavabdeh2 qəyyumluğuna verilərkən, bütün bu hallar nəzərə alınmamışdır. Belə ki, azyaşlı uşağın cavabdehə verilməsi və onun başqa mühitdə tərbiyə edilməsinə şərait yaradılması onun maraqlarının daha yaxşı təmin edilməsinə zidd olmaqla, üstün maraqlarına cavab vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, belə tələb olmadığı halda, 03 iyul 2020-ci il tarixdə doğulmuş X15 İddiaçı alınıb Cavabdeh2 himayəsinə verilməsini qət etmiş və bununla da, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hal isə Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə görə, həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh2 03 iyul 2020-ci il tarixdə doğulmuş X6nun üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsininn 06 aprel 2024-cü il tarixli, 2(040)-76/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh2 03 iyul 2020-ci il tarixdə doğulmuş X6nun üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1406/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1406/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver