Məhkəmə qərarları › İş №2(104)-1463/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1463/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1463/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 lazer epilyasiya aparatının İddiaçı Musafir oğlu tərəfindən “Diamond Beauty” gözəllik salonundan oğurlanması, özbaşınalıq edilməsi, hədə-qorxu ilə əmlakının ələ keçirilməsi barədə şikayətində göstərdiyi xüsusatlar sübuta yetmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Diamond Beauty” gözəllik salonunun qapısının qıfılının qəsdən zədələnməsi ilə bağlı Pərviz Allahvediyevin əməlində CM-nin 186-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olmaması müəyyən edildiyindən, onun barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Diamond Beauty” gözəllik salonunun qapısının qıfılının qəsdən zədələnməsi nəticəsində mülkiyyətçiyə dəymiş ziyan ödənildiyindən və sonuncu İddiaçılə barışdığından, həmin xüsusatla bağlı İXM-nin 39.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmiş, İddiaçı və Cavabdeh1, aralarında yaranmış mübahisələrin mülki xarakterli olması və həmin mübahisələrin həll edilməsi üçün mülki mühakimə qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

2. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X4 tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür.

3. Qəbzlərin sürətindən görünür ki, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 500 manat Q****** U****** E***** məxsus bank kartına pul köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 10.000 manat, Cavabdeh3 11.000 manat və Cavabdeh2 qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə təxminən 1 il bundan əvvəl tanışı Əli İmranovun işlədiyi Nəsimi rayonu, 4- cü mkr ərazisində yerləşən “Qartal Restoranında” tanış olmuşdur. Sonradan onunla münasibətləri daha sıx olaraq, aralarında olan münasibətləri sevgi münasibətlərinə çevrilmişdir. Onun işsiz olmaqla, maddi vəziyyəti ağır olduğundan ona azyaşlı övladları ilə birlikdə yaşadığı mənzilin kirayə haqlarının verilməsinə və onun digər maddi xərclərinin təminatına köməklik göstərmişdir. Eləcə də, ona şəxsi avtomaşın alınması və onun adına “Gözəllik salonunu” açmaq üçün lazım olan bütün maddi vəsaitləri öz şəxsi qazancı hesabına ödəmişdir. Hazırda onun ona xəyanəti səbəbindən o, onunla bütün münasibətləri kəsmişdir və həmin şəxsdən tamamilə kənarlaşmışdır. Bundan qəzəblənən Cavabdeh1 əsassız şikayətlərlə müxtəlif instansiyalara, o cümlədən, Nəsimi rayon Polis İdarəsinə müraciətlər etmiş, lakin ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından Nəsimi rayon RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuş və aralarında olan mübahisələr mülki mühakimə xarakterli olduğundan aidiyyatı məhkəməyə müraciət etmək hüquqları olması onlara izah edilmişdir. Həmçinin iddiaçı “İNEX MMC” Cavabdeh1 qarşı “borcun tutulması” tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və o da, həmin işə 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı satqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazın 65.000 manat dəyərindən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 (otuz ikimin yeddi yüz yeddi manat 26 qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən də, görünür ki, cavabdehlə onun arasında olan “Alexandrite Pro” lazer epilyasiya cihazına olan ödənişlə bağlı da, mübahisə vardır. Eləcə də, onlar Cavabdeh1 ilə yaxın münasibətdə olarkən, təxminən 2022-ci ilin avqust ayında Cavabdeh1 ona 40.000 manat pul lazım olduğunu bildirərək borc istəmiş, o da, həmin pulun ona nə üçün lazım olduğunu soruşanda bildirmişdir ki, onun ailə üzvlərinin maddi vəziyyəti yaxşı deyil və imkansız olduqlarına görə Tovuz rayonunda mağaza icarəyə götürüb, Türkiyədən Türk tekstili gətirib satmaq istəmələrini və bu işdə onların yaxşı səriştələri olduqlarını bildirmişdir. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, ona bu pulu borc olaraq verərsə, borcu 1 il ərzində qaytaracaqdır. İddiaçı qeyd edilən pul vəsaitini borc olaraq verəcəyinə söz verdikdən sonra Ulduz öz anası Almaz və bacısı Zərnişana məxsus şəxsiyyət vəsiqələrini ona telefon vasitəsilə göndərib ondan xahiş etmişdir ki, həmin borc pulu Tovuz rayonuna, anası və bacısının adlarına göndərsin. O da, 2022-ci ilin avqust ayında işgüzar əlaqələrdə olan yaxın tanışı Əlidən xahiş etmişdir ki, Ulduzun anası Cavabdeh3 və bacısı Zərnişanın adına 40.000 manat pul göndərsin. Əli də, onun xahişi ilə 3-4 gün ərzində Almazın və Zərnişanın adına Kapital bank vasitəsilə 39.000 manat pul göndərmişdir, həmin vəsaitin 28.000 manatı Zərnişanın adına, qalan 11.000 manatı isə Almazın adına köçürülmüşdür. Köçürülən pul vəsaitləri onlar tərəfindən təhvil alınmışdır. Cavabdeh1 sonradan ondan yenidən əlavə 10.000 manat borc pul istəyərək bildirmişdir ki, Türkiyədən mal gətirilməsinə görə pul çatmır və həmin məbləği versə, onu da 1 ilərzində qaytaracaq. O da, Ulduza inandığı üçün hissəhissə olmaqla, iki dəfəyə 8.000 manat, qalan hissəsini isə irili-xırdalı olmaqla, Ulduzun bank hesabı kartına ümumilikdə 10.000 manat pul vəsaitini borc olaraq köçürmüşdür. Yuxarıda qeyd edilənləri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin hazırda qüvvədə olan “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarının əsaslandırıcı hissəsində şərh edilən hallar, eləcə də, şahid X4 da təsdiq edə bilər. Cavabdehlərə vermiş olduğu borc məbləğinin qaytarılması barədə onlara şifahi, daha sonra isə borcun qaytarılmasına dair müddət təyin edilməklə xəbərdarlıq edilmiş, lakin bu günədək həmin borc məbləği qaytarılmamışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 10.000 AZN, Cavabdeh3 11.000 AZN və Cavabdeh2 qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində və izahatında qeyd olunan maddədə göstərilən əsasların hər hansının mövcudluğunu iddia etməmiş və bu hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında olan şifahi bağışlama müqaviləsində cavabdehlər üzərinə hər hansı öhdəlik götürməmiş (işdə iştirak edən şəxslərin izahatı) və belə öhdəliyin pozulması mümkün deyil. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir

9. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 666, 739.1, 740.1, 740.2, maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-374/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırki iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlməməklə, maddi-prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iş üzrə müəyyən etdiyi halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, eləcə də, iş üzrə gəldiyi nəticələri mötəbər sübutlarla təsdiq edilən faktlarda ifadə etməmişdir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin faktiki ailə münasibətlərində olması və iddiaçı tərəfindən cavabdehə edilən köməkliklərin əvəzsiz olması barədə gəldiyi nəticələri tamamilə əsassızdır və heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, işin hallarından da, göründüyü kimi, tərəflər arasında hər hansı rəsmi nikah olmamış və onlar bir evdə yaşamaqla birgə təsərrüfat aparmamış, aralarında olan münasibətlər rəsmi ailəsindən gizli sevgi münasibətlərindən ibarət olmuşdur. İddiaçının cavabdehə göstərdiyi müəyyən köməklikləri o, mənəvi borcu kimi həyata keçirmişdir ki, bu da bağışlanma sayıla bilməz və bu anlama gəlmir. İddiaçı tərəfindən Cavabdeh1 əvəzsiz olaraq, pul və digər qiymətli əşyaların ona hədiyyə şəklində bağışlanmasına dair gəldiyi nəticələri tamamilə əsassızdır. Düzdür, iddiaçı tərəfindən sevgi münasibətlərində olduqları zaman ona müəyyən maddi və məişət köməklikləri göstərilmişdir. Lakin, Birinci İnstansiya Məhkəməsində Cavabdeh1 məhkəməyə verdiyi izahatından da aydın görünür ki, o iddiaçı ilə sevgi münasibətlərində olarkən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mik. Mir Cəlal küçəsində yeni tikilmiş binanın birinci mərtəbəsində yerləşən “Diamon Beauty” gözəllik salonunu Səadət adlı şəxsdən icarəyə götürmüş və ona hər ay 1000 manat müqavilində icarə haqqı ödəməyə razılaşmışdır. Salonu götürdükdən bir neçə gün sonra o, kreditlə lazer aparatı almaq qərarına gəlmiş və bununla bağlı şirkətlə müqavilə bağlamış, həmin müqavilə əsasında ümumi dəyəri 65.000 manat olan cihaza görə ikin ödəniş olaraq, 35.000 manat pul ödəmiş qalan hissəni isə hər ay 1460 manat aylıq ödəniş etmək şərtiylə razılaşmışdır. Həmçinin, Cavabdeh1 iddiaçı tərəfindən avto maşın və digər qiymətli əşyaların alınmasına dair iş materiallarında heç bir mötəbər sübut mövcud deyildir. Eləcə də, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə alınmış “Alexandrite Pro” lazer cihazının müqavilə öhdəliyi üzrə ödənilməmiş 32.707 manat qalıq hissəsinin Cavabdeh1 tutulması qət edilmişdir. Beləliklə, qeyd olunanlardan da göründüyü kimi, iddiaçının mütəmadi olaraq cavabdehə əvəzsiz pul və digər qiymətli əşyalar bağışlanması barədə məhkəmənin gəldiyi nəticələr subyektiv mülahizələr olmaqla, heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Birinci İnstansiya Məhkəməsi qərəzli şəkildə tərəflərin hüquq bərabərliyi prinsipini pozaraq, iş üzrə şahid qismində dindirilmiş X2 şahid qismində məhkəməyə verdiyi ifadəsini cavabdehin xeyrinə formalaşdıraraq, güya Pərvizin Ulduza əvəzsiz pul xərcləməsi ifadəsini işlətdiyini qeyd etmişdir. Məhkəmə iclasının aparılmış audio-video yazısından da, görünür ki, şahid Əli İmranov “Pərvizin Ulduza əvəzsiz pul xərclənməsi” ifadəsini işlətməmişdir. İddiaçı tərəfindən 39.000 və 10.000 manat məbləğində ümumilikdə 49.000 manat məbləğində pulun cavabdehlərə rəsmi bank vasitəsilə köçürülməsi sübuta yetsə də, Birinci İnstansiya Məhkəməsi həmin məbləğin məhz borc kimi verilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyi kimi qərəzli bir nəticəyə gəlməsi tamamilə əsassızdır. Belə ki, həmin pul məbləğinin cavabdehlərə borc şəklində verildiyi iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarında müəyyən edilmiş hallar, eləcə də, şahid X2 məhkəməyə verdiyi izahatda da, bir daha öz təsdiqini tapsa da, məhkəmə nədənsə işin bu hallarını sübut kimi dəyərləndirməmişdir. İddia tələbinin əsaslarından da, göründüyü kimi, tərəflər arasında münasibətlər Cavabdeh1 iddiaçıya digər bir şəxslə xəyanəti nəticəsində pozulmuşdur. İddiaçı münasibətlərinin son vaxtlarında ondan şübhələndiyindən onun borc şəklində istədiyi məbləğin qaytarılmasına gümanı və etibarı olmadığından qeyd olunan məbləğin ona verdiyini sübut etmək və bu məbləğin gələcəkdə geri qaytarılmasını təmin etmək üçün məhz sözügedən pul vəsaitini ona rəsmi bank vasitəsilə göndərmişdir. İşdən göründüyü kimi, o sahibkarlıq fəaliyyətiilə məşğul olduğundan və işinin xarakteri kənd təsəsrrüfatı məhsullarının nəğd alışından ibarət olduğundan, o, sözügedən pul vəsaitini cavabdehə nəğd qaydada vermək imkanı olsa da, həmin vəsaitin qaytarılmamasından ehtiyatlanaraq, onu köçürmə yolu ilə bir hissəsini Cavabdeh1, qalan hissəsiniisə onun anası və bacısıadına göndərmişdir. Məhkəmənin hazırki iş üzrə gəldiyi nəticələri qərəzli və əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdehlə münasibətləri 2023cü ilin may ayında pozulmuşdur. Həmin vaxtadək cavabdehə dəqiq olaraq nə qədər xərclədiyini xatırlamır, lakin borc olaraq 49000 manat vermişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. İş üzrə cavabdehlərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bununla yanaşı Cavabdeh1 teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

16. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirmişdir ki, iddiaçı ilə yaxın münasibətləri olmuşdur. İddiaçı ona pul göndərəcəklərini, lakin şəxsiyyətini təsdiq edən sənədi özü ilə götürmədiyini əsas gətirərək iddiaçıya çatası pulu onların adına göndərilməsini xahiş etmiş, o isə razılaşmışdır. Daha sonra belə hadisə dəfələrlə təkrarlanmış, hətta başqa şəxslər iddiaçıya çatası pulu onun bacısının, anasının adına göndərmişlər. Onlar isə həmin pulları çıxararaq iddiaçıya vermişlər. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, onun və digər cavabdehlərin adına göndərilən pul vəsaitini başqa iddiaçının deyil, başqa şəxslərin kart hesablarından göndərilmişdir. İddiaçı ilə münasibətləri pozulandan sonra iddiaçı ondan şikayətlər yazmağa başlamışdır. Beləliklə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

18. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

19. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

20. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

34. Birinci instansiya məhkəməsinin iddiaçının iddia ərizəsində və izahatında qeyd olunan göstərilən əsasların hər hansının mövcudluğunu iddia etməməsi və bu hallarla bağlı məhkəməyə sübut təqdim etməməsi ilə bağlı mövqeyini əsaslı hesab etməyərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X4 tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 11.000 manat məbləğində, qəbzlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 500 manat Q****** U****** E***** məxsus bank kartına pul köçürülmüşdür. Beləliklə, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehlərin hesabına müxtəlif məbləğlərin köçürülməsi təsdini tapmışdır. Lakin, iddiaçı tərəfindən həmin pulların cavabdehlərə borc olaraq verilməsini təsdiqləyəcək sübutlar məhkəmə təqdim edilməmişdir. Yalnız Cavabdeh1 izahatında Cavabdeh2 və Cavabdeh3 hesabına köçürülən pulların iddiaçının tanışı tərəfindən iddiaçıya verilməsi üçün onların adına göndərildiyini və həmin pullarından hesabdan çıxarılaraq iddiaçıya ödənildiyini qeyd etmişdir. İddiaçı digər məbləğlərin cavabdehlərə borc verdiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəflər arasında yaranmış münasibətləri tapşırıq müqaviləsi kimi qiymətləndiri.

35. Həmçinin Cavabdeh1 izahatında pulların iddiaçının tanışı tərəfindən iddiaçıya verilməsi üçün onların adına göndərildiyini və həmin pullarından hesabdan çıxarılaraq iddiaçıya ödənildiyini qeyd etsə də, pulların iddiaçıya ödənilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tapşırıq müqaviləsi əsasında ona çatdırılması üçün Cavabdeh2 və Cavabdeh3 hesabına köçürülən pulların iddiaçıya çatdırılması təsdiqini tapmadığı üçün iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh3 11.000 AZN və Cavabdeh2 qızından 14.000 AZN tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh3 11.000 manat və Cavabdeh2 qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsini xahiş etsə də, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X4 tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür.

36. İddianın cavabdehlərdən müştərək qaydada 49000 manat tutulması hissəsi ilə bağlı məhkəmə kollegiya qeyd edir ki, iddiaçı hər bir cavabdehin ünvanına ayrı-ayrılıqda köçürüldüyündən iddia tələbi müştərək qaydada tutulması ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh1 borc verdiyini qeyd etsə də, borc verilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan qəbzlərin sürətindən xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 500 manat Q****** U****** E***** məxsus bank kartına pul köçürülməsi təsdiqini tapsa da, həmin pulların borc olaraq Cavabdeh1 verilməsi təsdiqini tapmamışdır.

38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin e-2(076)- 374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 14000 (on dörd min) və Cavabdeh3 11000 (on bir min) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 121 manatı Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar