Məhkəmə qərarları › İş №2(104)-1470/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1470/2024

27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1470/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-228/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qətnaməsi ilə 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin avtomobilin Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeydin ləğv edilməsi və 2012-ci buraxılış ili, Ban nömrəsi KNAKU815BCA343406, mühərrik nömrəsi GH461861 olan, 77DF579 dövlət qeydiyyat nişanlı KİA Sorento minik markalı avtomobilin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, hüquqi yardıma görə ödənilmiş 521 manat xidmət haqqı və ödənilməli olan 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh3 və digər Cavabdeh2 nümayəndəsi, Vəkil3 Cavabdeh2 adından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə ərizə verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 228/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü hesab edərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(125)-228/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair Cavabdeh3 və digər Cavabdeh2 nümayəndəsi vəkili Vəkil3 tərəfindən verilən ərizələrin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(125)-228/2024 saylı qərardadından Cavabdeh2 şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(125)-228/2024 saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən yenidən formaya və məzmuna uyğun olaraq apellyasiya şikayəti və apellyasiya şikayətini vermək üçün nəzərdə tutulan müddətin üzürlü hesab edilməsi barədə ərizə vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı Azərbaycan Respublikasının Konstiutsiya Məhkəməsinin 27 fevral 2024cü il tarixli qərarını zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarına görə, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya(apellyasiya) şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qərardadında yenidən apellyasiya şikayətinin verilməsi üçün müddət müəyyən edilməmişdir. Onun tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, həmin şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə ərizə heç bir səbəb olmadan təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-228/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 228/2024 qərardadı nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 qətnaməni aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməyərək, qanunla müəyyən olunmuş apellyasiya şikayətini vermə müddətini üzürlü səbəb olmadan ötürmüş və müddətin bərpasına dair ərizəsinə müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı bir mötəbər sübüt əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 tərəfindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qətnaməsindən xx.xx.2024cü il tarixdə elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədən məhkəməyə verildiyindən geri qaytarılmış və həmin qərardad elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Hazırki apellyasiya şikayəti isə qərardadın rəsmi qaydada çatdırıldığı xx.xx.2024-cü il tarixdən iki aydan çox müddət keçdikdən sonra verilmiş, bununla da, qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qətnaməsinin surəti digər Cavabdeh3 tərəfindən xx.xx.2024-cü il tarixində qəbzə imza etməklə rəsmi şəkildə qəbul edilmiş, Cavabdeh2 həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarına görə, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya(apellyasiya) şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməli olmasına baxmayaraq, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qərardadında yenidən apellyasiya şikayətinin verilməsi üçün müddət müəyyən edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 228/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 228/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədən məhkəməyə verildiyindən geri qaytarılmış və həmin qərardad elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məxsus şəxsi elektron kabinetində yerləşdirilməsinə ( iş vərəqə125) və xx.xx.2024-cü il tarixdə rədmi aydada əldə etməsinə baxmayarq, ( iş vərəqə126), apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizə ilə 01 may 2024-cü ildə müracət etmişdir ki, bu isə o deməkdir ki, Cavabdeh2 hətta həmin tarixdən də, şikayət vermə müddətini üzürsüz səbəbdən buraxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-228/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-228/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar