Məhkəmə qərarları › İş №2(104)-1483/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1483/2023

26.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1483/2023 26.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin tam yoxlamadan etdiyi əməliyyat nəticəsində iddiaçının anası X1 ölməsinə, iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə təqsirkarların cəzalandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadının surəti poçt vasitəsi ilə İddiaçı göndərilmiş və 10 aprel 2023-cü il tarixdə İddiaçı təqdim edilmişdir. 20 aprel 2023-cü il tarixdə İddiaçı Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayətdə İddiaçı göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi məhkəmə bu prosessual maddənin də tələblərini pozmuşdur. Belə ki, məhkəmə işin hallarını araşdırmadan belə hesab etmişdir ki, hazırki mübahisə, Bakı şəhəri Binəqədi rayonu ilə bağlıdır. İddianın qeyri-müəyyənliyini də göstərir. Halbuki, iddiaçının iş yeri vardır, ünvanı vardır. Sadəcə olaraq məhkəmə bir növ cavabdehin mövqeyini, ondan üstün tutmaqla belə bir nəticəyə gəlmişdir. Məhkəmənin qərardadı birbaşa iddiaçının hüquqlarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmayaraq, süründürməçiliyə yol verən ədalətsiz qərardad qəbul edilmişdir. Sonda Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadının ləğv olunması xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadından İddiaçı verdiyi şikayəti təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razlığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Belə ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı Cavabdeh qeydiyyatda olduğu ünvanın ünvan 1 edilmişdir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.2 və 149.2.3-cü maddələrinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Məmmədov küçəsi, ev 26-da qeydiyyatdadır. Bundan başqa, İddiaçı öz iddia ərizəsində iddia tələbini qeyri-müəyyən, yəni «cavabdehin tam yoxlamadan etdiyi əməliyyat nəticəsində iddiaçının anası X1 ölməsinə, iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə təqsirkarların cəzalandırılması»nı iddia tələbi kimi qeyd etmiş və məhkəmə prosessual qənaət prinsipinə uyğun olaraq növbəti dəfə eyni xətanın təkrarlanmaması üçün həmin halı iddiaçının nəzərinə çatdırmışdır. Kollegiya göstərir ki, iddiaçının iddia tələbi MPM-in 36-cı maddəsi ilə nəzərdə tutulan iddiaçının seçməsinə görə aidiyyət üzrə baxılmalı olan tələblər sırasına aid olan tələb deyildir və iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Belə olan halda işə Gəncə Şəhər Məhkəməsində baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin tam yoxlamadan etdiyi əməliyyat nəticəsində iddiaçının anası X1 ölməsinə, iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə təqsirkarların cəzalandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin Gəncə Şəhər Məhkəməsində baxılmalı olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsinə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(125)-3311/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar