Məhkəmə qərarları › İş №2(104)-1492/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1492/2024

10.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1492/2024 10.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cavabdeh qarşı diplomun etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı adından cavabdehin adına 2009-cu il tarixdə ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə verilmiş B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli diplomun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız sayılması tələbinə dair iş üzrə icraatın Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 26 fevral 2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev), iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız sayılması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, təhsil üzrə qanunvericilikdə diplomun əsaslı sayılması anlayışı mövcud deyildir. Diplomun etibarsız hesab edilməsi ilkin tələbdən daha geniş hüquqi nəticələrə malikdir. Bu tələb ilkin tələblə eyni mahiyyət daşımır. Yəni tərəflər eyni olsa da, iddianın predmeti müxtəlifdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin baxılmamış saxlanılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X2rşı» 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Azərbaycan Respublikasının MPM-də məhkəməyə müraciət üzrə icraatı istisna edən normalar vardır. Bu normalara iddia ərizəsinin geri qaytarılması (152-ci maddə), iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina (153-cü maddə), iddia ərizəsinin baxılmamış saxlanması (259-cu maddə) və iş üzrə icraata xitam verilməsi (261ci maddə) aiddir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu normaların tətbiqi zamanı, o cümlədən iddia ərizəsi baxılmamış saxlanarkən, qanunda nəzərdə tutulmuş müvafiq halların genişləndirici təfsirinə yol verilmir. Çünki bu cür təfsir, nəticə etibarilə müraciət etmək hüququnun məhdudlaşdırılmasına səbəb olur, ədalətli məhkəmə araşdırması hüququnun pozulması riskini artırır. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında iş vardır. Hazırki iddia tələbi isə yuxarıda göstərilən inzibati iş üzrə əsaslı sayılması tələb olunan diplomun etibarsızlığı üzrədir. Göründüyü kimi həm mülki iş, həm də inzibati işdə iddia predmeti eyni diplomdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki qaydada diplomun etibarsız hesab edilməsi tələbinə dair iddiaya baxılıb yekun məhkəmə qərarı çıxarıldıqdan sonra inzibati qaydada işə baxılmanın tərəflər üçün hər hansı əhəmiyyəti olmayacaqdır. Eynilə inzibati qaydada işə baxılıb yekun məhkəmə qərarı qəbul edildikdən sonra mülki qaydada işə baxılma tərəflər üçün əhəmiyyətini itirmiş olacaqdır. Buradan belə bir nəticə hasil olur ki, iddia predmetləri müxtəlif məhkəmələrdə tərəflərin çatmaq istədikləri eyni istəyə xidmət edir. Çünki həm inzibati qaydada hüquqi baxımdan əsaslı sayılması tələb olunan və həm də mülki qaydada etibarsızlığı tələb olunan diplom B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli olmaqla Cavabdeh məxsusdur. Tərəflərin inzibati və mülki qaydada mübahisə etdikləri hal qeyd olunan diplomla bağlıdır. Bu zaman isə paralel şəkildə iki məhkəmədə eyni tərəflər arasında eyni predmet üzrə işin getməsi qanunamüvafiq deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin Cavabdeh qarşı Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı adından cavabdehin adına 2009-cu il tarixdə ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə verilmiş B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli diplomun etibarsız hesab edilməsi tələbinə dair mülki işə yuxarıda qeyd olunan inzibati mübahisədən əvvəl baxılmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Həmin Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının MPMin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 244, 263, 264, 364, 372, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar