Məhkəmə qərarları › İş №2(104)-1501/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1501/2023

01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1501/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 27.*3.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onlara qarşı etdikləri süni məhkəmə icraatı süründürməçiliyinə, əsassız qaldırdıqları iddialara görə vəkilə, nümayəndəyə, yol pulu xərcinə görə 3*** manat, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya işləri ilə bağlı getdiyinə görə 5** manat məbləğdə yol pulu xərci, Gəncə Apellyasiya Məhkəməsinə bütün işlərə dair getdiyinə görə 3** manat yol pulu xərci, Kəpəz rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə dəfələrlə məhkəmə iclaslarına getdiyinə görə 3** manat yol pulu xərci, həmçinin notariat kontorunda sənədlərin təsdiq olunması və etibarnamələrə görə 25* manat rüsum pulu, həmçinin məhkəmələrdə onlara qarşı qaldırdığı iddialara görə ödədiyi 15* manat dövlət rüsumu, məhkəmə instansiyalarına şikayət, iddia və vəsatət göndərməyi ilə bağlı poçt xidmətinə görə ödədiyi 2** manat xərc və eyni zamanda bu 4 il ərzində cavabdehlərin ona qarşı bu süründürməçilik, özbaşınalıq və əsassız iddialarına və məhkəmə mübahisələrinə görə çəkdiyi mənəvi əzab və iztirabı 2*.*** manat qiymətləndirdiyindən 2*.*** manat mənəvi ziyanın və hazırki tələb üzrə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 27.*3.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadı ilə (hakim Tural Qocayev ) İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “məhkəmə xərcləri, məhkəmə süründürməçilikləri, əsassız iddialarla bağlı dəymiş maddi və mənəvi ziyanın, vəkilə, notariusa və poçta çəkdiyi xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata “cavabdehlər tərəfindən onlara qarşı etdikləri süni məhkəmə icraatı süründürməçiliyinə, əsassız qaldırdıqları iddialara görə vəkilə, nümayəndəyə, yol pulu xərcinə görə 3*** manat, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya işləri ilə bağlı getdiyinə görə 5** manat məbləğdə yol pulu xərci, Gəncə Apellyasiya Məhkəməsinə bütün işlərə dair getdiyinə görə 3** manat yol pulu xərci, birinci instansiya məhkəməsinə Kəpəz Rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə dəfələrlə məhkəmə iclaslarına getdiyinə görə 3** manat yol pulu xərci, həmçinin notariat kontorunda sənədlərin təsdiq olunması və etibarnamələrə görə 25* manat rüsum pulu, həmçinin məhkəmələrdə onlara qarşı qaldırdığı iddialara görə ödədiyi 15* manat dövlət rüsumu, məhkəmə instansiyalarına şikayət, iddia və vəsatət göndərməyi ilə bağlı poçt xidmətinə görə ödədiyi 2** manat xərcin tutulması” hissəsində xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 27.*3.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadının ləğv edilməsi, maddi ziyan tələbinə dair hissədə xitam verilmənin qanunsuz hesab edilməsi və iddianın tam həcmdə icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Birinci instasiya məhkəməsi heç bir maddi hüquq normalarına əsaslanmadan məhkəmə xərcləri ilə bağlı olan maddi ziyanın məhkəməyə aidiyatı olmaması səbəbinə görə icraata xitam verilməsi qanunsuz ve əsassızdır.Məhkəmə xərclərinə dair qəbzlər və sübutlar yazılı şəkildə təqdim edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1*.*5.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə kolleqiyasına ərizə ünvalayaraq, işə açıq məhkəmə iclasında onların iştirakları ilə baxılması xahiş etmişdir. Məhkəmə kolleqiyası İddiaçı həmin vəsatətini əsasız hesab edir və qeyd edir ki, hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılması prosessual qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 27.*3.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinə daxil olan tələblərdən mənəvi zərər istisna olmaqla, qalan tələblər məhkəmə xərclərinin tutulması ilə bağlıdır. Məhkəmə xərcləri müstəqil olaraq delikt və ya digər mülki-hüquqi əsaslarla yaranan zərər deyildir. Məhkəmə xərclərinin tutulması maddi-hüquqi normalarla deyil, prosessual hüquq normaları ilə tənzimlənən məsələ olmaqla, əsas mübahisənin həll edilməsi ilə birlikdə mübahisəyə baxan məhkəmə tərəfindən həll edilir. Tərəflər məhkəmə xərclərinin düzgün bölüşdürülmədiyini hesab etdikdə, məhkəmə aktlarından şikayət verə, habelə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə və məhkəmə aktı qanuni qüvvəyə minməmişdirsə, əlavə qətnamə və ya qərardad çıxarılması üçün müraciət edər bilərlər. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, hazırkı iddia ərizəsi üzrə tələb edilən məhkəmə xərclərinin tutulmasına dair hissədə iddiaya müstəqil mübahisə kimi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 1*7-ci maddəsini əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərəşahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddiaçı şikayətinin dəlili kimi birinci instasiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı olan hissəsində heç bir maddi hüquq normalarına əsaslanmadan icraata xitam verilməsini göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə xərclərinin tutulması maddihüquqi normalarla deyil, prosessual qanunvericiliyinin yuxarıda qeyd edilən normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.* və 261.*.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, prosessual qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 27.*3.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 4** və 4*5-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27.*3.2*23-cü il tarixli, 2(125)-2*67/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar