Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1505/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı onun vəkili və nümayəndəsi X3 və Cavabdeh vəkili və nümayəndəsi X2 iştırakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-153/2023 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi X2 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160000 (bir yüz altmış min) manat pulun və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə şəhəri, Nizami Rayon İcra Başçısı vəzifəsində işləyərkən 2012-ci ildə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində 0,20 ha torpaq sahəsinin onun adına sənədləşdirməklə mülkiyyətinə verəcəyini vəd edərək, ondan 100.000 manat pul almışdır. Bundan başqa yuxarıda qeyd edilən həmin ərazidə 0,15 ha torpaq sahəsini onun mülkiyyətinə verəcəyini vəd edərək, 60.000 manat pul almışdır. Lakin Cavabdeh vədinə əməl etməmiş və onu aldadaraq ümumilikdə 160.000 manat pulunu aldatma yolu ilə ələ keçirmişdir. Cavabdeh haqqında, zərərçəkmiş qismində tanındığı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(101)34/2022 saylı hökmü ilə Cavabdeh onun etibarından sui-istifadə etməklə 160.000 manat pulunu ələ keçirməsi öz təsdiqini tapmışdır.Hökümdə ona dəymiş ziyanın mülki qaydada tələb edilməsi izah edilmişdir.Odur ki, Cavabdeh 160.000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsini tələb edir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-153/2023 saylı qətnaməsi ilə (hakim Taleh Mustafayev ) ərizə təmin edilmiş, cavabdeh X1 İddiaçı xeyrinə 160.000 (bir yüz altmış min) manat məbləğində dəymiş zərərin və ödənilmş 450 manat məbləğində dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi X4 həmin qətnamədən apellyasiya şikayət verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-153/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi mövcud iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh Goranboy rayonunda rəsmi qeydiyyatda olmamasına hüquqi qiymət verilməmişdir. Cavabdeh vəkili və nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, işə baxan birinci instansiya məhkəməsi ərazi aidiyyətini pozaraq, Cavabdeh Gəncə şəhərində rəsmi qeydiyyatda olmasına hüquqi qiymət verilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-153/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-153/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)- 153/2023 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM 31.1-ci maddəsinə əsasən, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. İş materiallarına əlavə edilmiş Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.2018-ci il tarixdən Gəncə şəhəri, Nizami, Bakıxanov küçəsi 1, döngə 3də pasport qeydiyyatda dayanır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Goranboy Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-153/2023 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-153/2023 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1505/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1505/2023
22.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver