Məhkəmə qərarları › İş №2(104)-1537/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1537/2023

19.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1537/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh2 və 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *9 mart 2*23-cü il tarixli, 2(125)-896/2*23 nömrəli qətnaməsindən Cavabdeh2 və nümayəndəsi (vəkili) X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 14 oktyabr 2*22-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X9 Materialları ASC-nin 22.*6.2**8-ci il tarixli 58k saylı arxiv arayışında Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilin şəxsi hesab vərəqəsi 14.*4.1993-cü il tarixli 314 saylı əmrə əsasən İddiaçı adına olduğu və 57-2 saylı məktubunda həmin mənzilin İddiaçı adına özəlləşdirildiyi bildirilmiş, 15.*8.2**8-ci il tarixli 35 k/1 saylı arayışında bu mənzildə yalnız İddiaçı qeydiyyatda olduğu göstərilmişdir. Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzil (87.* kv.m üç yaşayış otaqları, 59.8 kv.m köməkçi sahə) İddiaçı adına qeydiyyata alınmış və ona 19.*9.2**8-ci il tarixli 15*8**9995 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun 26.11.2*11-ci tarixli 4Ə-3-432 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X2. Alıcıya *5.*1.2*12-ci tarixli 1511*16228 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 23.12.2*13-cü il tarixli 3M-1-26* saylı müqavilənin ləğv olunması haqqında sazişə əsasən 26.11.2*11-ci tarixli 4Ə-3-432 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş və bu əmlak yenidən İddiaçı mülkiyyətinə qaytarılmışdır. İddiaçı 14.*1.2*14-cü tarixli 15113*21114 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisnin 22.*7.2*21-ci tarixli 4Ə-132 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X1. Alıcıya *5.*8.2*21-ci tarixli 1521*2*516 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 11.1*.2*21-ci il tarixli 3M28 saylı müqavilənin ləğv olunması haqqında sazişə əsasən 22.*7.2*21-ci tarixli 4Ə-132 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş və bu əmlak yenidən İddiaçı mülkiyyətinə qaytarılmışdır. İddiaçı *1.11.2*21-ci tarixli 1521*27552 qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin notariat ofisinin *1.*7.2*22-ci il tarixli 4Ə-112* saylı daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarış verilmişdir.

2. Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-112* saylı *1.*7.2*22-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı *1.11.2*21-ci il tarixdə 2*2*11**1*43-*93**1 reyestr nömrəli, 1521*27552 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsus sahəsi 146.8 kv.m olan Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzili qardaşı olan hədiyyə alan Cavabdeh2 bağışlanmışdır.

3. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə məktub ünvanlayaraq öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldıracağını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh2 və 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin *7.*7.2*22-ci il tarixli 4Ə-112* saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin bağışlama müqaviləsi əsasında mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə verərək, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində bağlanmış *7.*7.2*22-ci il tarixli 4Ə-112* saylı bağışlama müqaviləsinin ləğv edilməsinə və həmin bağışlama müqaviləsi əsasında mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun qardaşıdır. O, ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilini 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin *7.*7.2*22-ci il tarixli 4Ə-112* saylı bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamışdır. Onunla cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman qardaşı ilə belə razılığa gəlmişlər ki, o, mənzilini bağışlasa da, ölənədək mənzildə yaşayacaq, həmçinin bunun qarşılığında cavabdeh ölənə kimi ona baxacaqdır. Notariat kontorunda notarius ondan niyə evini qardaşına bağışladığını soruşanda, qardaşının əvəzində ona baxacağını bildirmişdir. Lakin, əksinə bundan sonra cavabdeh onunla kobud rəftar etmiş, əvvəlki yaşayış yerində yaşamağa davam edərək, onunla yaşayıb ona qulluq etməkdən imtina etmişdir. O, xəstə, yaşlı adamdır, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İstəmişdir ki, evini elə adama versin ki, ona ölənəcən qulluq edib, baxsın. Cavabdeh evini ələ keçirmək üçün onu aldadaraq, söz vermişdir ki, ona hər cəhətdən köməklik edəcəkdir. Bundan başqa eşitmişdir ki, cavabdeh onu evdən çıxarıb evi satmaq istəyir. Cavabdeh özünü və arvadını mənzilə qeydiyyata saldırmışdır. Onun yaşamaq üçün başqa yeri yoxdur. O ehtiyat edir ki, onlar onu zəhər verib öldürərlər, ya da aparıb qocalar evinə qoyarlar. Cavabdehin özü ona baxmadığı bəs deyilmiş kimi, ona işlərində kömək edən yaxını Mahmudov Seyfəddinin də evə gəlməyinə imkan vermir. Seyfəddin ona baxan yeganə şəxsdir. Göründüyü kimi, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri onun barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməmişdir. Bağışlama müqaviləsi bağlandıqdan nə əvvəl, nə də sonra cavabdeh mübahisəli mənzildə yaşamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2*15-ci il tarixli qərarının Azərbaycan Respüblikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 7 mart 2*16-cı il tarixli Qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bundan başqa həmin ərəfədə o ağır xəstələnmişdir. Demək olar ki, yüksək qızdırmadan özündə olmamışdır. Cavabdeh ona demişdir ki, o, bu vəziyyətdə tək qala bilməz, evdə ölər və heç kim xəbər də tutmaz. Ona mütləq kömək lazımdır, evi cavabdehin adına keçirsə, gəlib onun yanında yaşayacaqlar. Beləliklə, cavabdeh onun köməksiz və xəstə vəziyyətə düşməyindən istifadə edərək onu aldatmış, mənzili vicdansızcasına öz adına keçirtdirmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin *9 mart 2*23-cü il tarixli, 2(125)-896/2*23 nömrəli qətnaməsi (hakim Mustafa Mustafayev) ilə iddianın təmin edilməsi, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində *7.*7.2*22-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-112* saylı bağışlama müqaviləsi ləğv edilsin və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzilə dair verilmiş 2*.*7.2*22-ci il tarixli 1522*19662 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ödənilmiş 1** manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 14*, 146.2, 666.1, 668.1.1 və 673.1.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 və nümayəndəsi (vəkili) X5 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *9 mart 2*23-cü il tarixli, 2(125)-896/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddianı təmin edərkən cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklərin yerinə yetirməməsi ilə əsaslandırmışdır. Məhkəmnin gəldiyi bu nəticə ilə razışlamayıb onu qeyd edir ki, adı çəkilən qətnamədə cavabdehin üzərinə götürülən hər-hansı bir öhdəlik yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətininin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Cavabdeh2 onun qardaşıdır. O, ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilini 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin *7.*7.2*22-ci il tarixli 4Ə- 112* saylı bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamışdır. Onunla cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman qardaşı ilə belə razılığa gəlmişlər ki, o, mənzilini bağışlasa da, ölənədək mənzildə yaşayacaq, həmçinin bunun qarşılığında cavabdeh ölənə kimi ona baxacaqdır. Lakin, əksinə bundan sonra cavabdeh onunla kobud rəftar etmiş, əvvəlki yaşayış yerində yaşamağa davam edərək, onunla yaşayıb ona qulluq etməkdən imtina etmişdir. O, xəstə, yaşlı adamdır, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İstəmişdir ki, evini elə adama versin ki, ona ölənəcən qulluq edib, baxsın. Cavabdeh evini ələ keçirmək üçün onu aldadaraq, söz vermişdir ki, ona hər cəhətdən köməklik edəcəkdir. Bundan başqa eşitmişdir ki, cavabdeh onu evdən çıxarıb evi satmaq istəyir. Cavabdeh özünü və arvadını mənzilə qeydiyyata saldırmışdır. Onun yaşamaq üçün başqa yeri yoxdur. O ehtiyat edir ki, onlar onu zəhər verib öldürərlər, ya da aparıb qocalar evinə qoyarlar. Ona görə də şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. 3-cü şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisinin notariusu məhkəmə kollegiyasına ərizə ünvanlayaq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

18. Maddə 324. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

21. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

22. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

23. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

24. Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.

25. Maddə 397.3. Bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir.

26. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

27. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

28. Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda bağışlamaqdan imtina edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 67*.1, 67*.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2*12-ci il tarixli Qərarı

29. Bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 67*.3-cü maddəsi ilənəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *9 mart 2*23-cü il tarixli, 2(125)-896/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 bacısıdır. İddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzili *1.*7.2*22-ci il tarixli, 4Ə-112* saylı bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamış, həmin mənzil sonuncunun adına rəsmiləşdirilmiş və onun mənzil üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona 2*.*7.2*22-ci il tarixli, 1522*19662 qeydiyyat nömrəli çıxarış verilmişdir.

45. Əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əqd kimi bağışlama müqaviləsinin Mülki Məcəllənin 666.1-ci maddəsində müəyyən edilən tərifinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur.

46. Göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

47. Maddənin hüquqi təfsiri nəticəsində bu nəticə hasil olur ki, hədiyyə verən öz əmlakını bağışlaya bilər. Yəni bağışlama hərəkəti yalnız əmlakın mülkiyyətçisinin iradə ifadəsinin təzahürüdür. Bağışlama müqaviləsinin əsas xüsusiyyətlərindən biri hədiyyə verənin hədiyyəni bağışlamaq niyyətinin olmasıdır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti, hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

48. İşin faktiki hallarından görünür ki, tərəflər bacı-qardaş olmaqla doğma şəxslərdir.

49. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır.

50. Lakin bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir.

51. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir.

52. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin Mülki Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

53. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı da ehtiva edir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 67*.1, 67*.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2*12-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı *1.11.2*21-ci il tarixdə 2*2*11**1*43- *93**1 reyestr nömrəli, 1521*27552 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsus sahəsi 146.8 kv.m olan Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi, ev 2B, 1 saylı mənzili qardaşı olan hədiyyə alan Cavabdeh2 bağışlayarkən ona baxacaq başqa şəxsin olmaması səbəbindən Cavabdeh2 baxmasını xahiş etmişdir. Lakin, hədiyyə alan Cavabdeh2 bacısı hədiyyə verən İddiaçı münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifəni, yəni onu saxlamaq vəzifəsini hədiyyə verənin barəsində kobudcasına pozduğundan İddiaçı bağışlamaqdan imtina etmək hüququ yaranmışdır. Göstərilən xüsusatlar isə işin faktiki halları və tərəflərin birinci instansiya məhkəməsində verdiyi izahatlar ilə də öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün və əsaslı nəticəyə gəlmişdir.

56. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

59. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2**6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1*-1, 372.1, 382, 384.*.1, 385.2, 392, 393, 4*3.1, 4*5-4*7-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin *9 mart 2*23-cü il tarixli, 2(125)-896/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar