Məhkəmə qərarları › İş №2(104)-1542/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1542/2024

11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1542/2024 11.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Mustafayev Mustafa Əli oğlunun sədrliyi və məruzəsi, Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinə qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1085/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Düzqışlaq (köhnə Ağamalıoğlu) kəndinin ərazisində yerləşən və JN-497 KOD 50900038 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 1.362124 ha torpaq sahəsinin 0.681074 ha hissəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-1085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinə qarşı “Alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Elektron məhkəmə infomasiya sistemində sorğu nəticəsində “Cavabdeh1” soyad, ad, ata adı kateqoriyasında müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Goranboy rayon məhkəməsinin 2(045)- 1371/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2023-cü il tarixli, 25117 saylı qəbz üzrə İddiaçı 100 (bir yüz) manat dövlət rüsumunun qaytarılması qərara alınmışdır. Goranboy Rayon Məhkəməsinin 2(045)-1085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından narazı qalan iddiaçı Əliyev X4 Rayon Məhkəməsinin 2(045)-1085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ukrayna Respublikasına köçmüşlər, onların olduqları yer barədə onda məlumat yoxdur. Hazırkı vəziyyətdə cavabdehlərin axırıncı yaşayış yeri və əmlakının olduğu yer Goranboy rayonunun inzibati ərazisidir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1085/2024 saylı qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1085/2024 saylı qərardadı və həmin qərardadla bağlı 2(045)-1085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırki iddia ərizəsində isə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Elektron məhkəmə infomasiya sistemində sorğu nəticəsində “Cavabdeh1” soyad, ad, ata adı kateqoriyasında müəyyən etmək mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən elektron məhkəmə infomasiya sistemində sorğu nəticəsində Cavabdeh2 adlı 2 şəxs müəyyən edilmiş, həmin şəxslərin rəsmi qeydə alındğı yer Goranboy rayonu müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının ərizədə göstərdiyi cavabdehlərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, cavabdehlərin Goranboy rayonunda rəsmi qeydə alınmasına dair hər hansı məlumat əldə edilməmişdir. Beləliklə, iddia ərizəsində cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların göstərilməməsi işə baxılarkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə maneə ola bilər və cavabdehlərin məhkəmə iclaslarına dəvət edilməsi, həmçinin çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsini mümkünsüz edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə ,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər əks olunmuşdur. Qanunverici iddia ərizəsinin forması dedikdə, onun yazılı formada tərtib edilməsini, ərizənin məzmunu dedikdə isə onun MPMin 149.2-ci maddəsində sadalanan rekvizitləri (məlumatları) özündə əks etdirməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Kollegiya apellyasiya şikayətinin iddia ərizəsinin cavabdehlərin axırıncı yaşayış yeri və əmlakının olduğu yer Goranboy rayonunun inzibati ərazisi olduğu və bu səbəbdən iddia tələbində cavabdehlərin ünvanı kimi həmin ünvanını göstərməsinə dair dəlilıəri ilə bağlı qeyd edir ki, iddia ərizəsinə yalnız X1 təsərüffat başına kitabda Goranboy rayonun Düzqışlaq kəndində qeydiyyatda olduğunu, ailə üzvlərini həyat yoldaşı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu X3 olması, ailə üzvlərinin uzun müddət ərazidə yaşmadıqları və qeydiyyatda olmadıqları barədə arayışı əlavə etmişdir. Lakin iddiaçıların nə zaman qeydiyyatdan çıxmaları, həmin şəxslərin yaşayış yerlərinin müəyyən edilib-edilməməsi üçün sorğuların verilməsi və yaşayış yerlərini müəyyən etməyin mümkün olmaması barədə sübutlar təqdim edilməməişdir. Göründüyü kimi, iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatın göstərilməsi imperativ norma kimi təsbit edilmişdir. Həmçinin Goranboy rayon məhkəməsinin 2(045)-1371/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2023-cü il tarixli, 25117 saylı qəbz üzrə İddiaçı 100 (bir yüz) manat dövlət rüsumunun qaytarılması qərara alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən artıq qüvvədə olmayan qəbzi təqdim etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1085/2024 saylı qərardadı və həmin qərardadla bağlı 2(045)-1085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1.-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq qə r a r a a l d ı : Şikayət təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1085/2024 saylı qərardadı və həmin qərardadla bağlı 2(045)-1085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar