Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1549/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “72000 manat evinin pulunun” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-384/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 15 fevral 2023-cü il tarixli, AZ-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsindən görünür ki, satıcı X2 şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 4, mənzil 5 ünvanında yerləşən, ümumi sahəsi 73.8 kv/m olan 3 otaqlı mənzili alıcı X10 70.000 manata satmışdır.
2. xx.xx.2023-cü il tarixli evlərin alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, dalan 4, ev 160 nömrəli mənzilin sahibi X16 mənzili alan şəxs X12 80.000 manata satmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X9 tam mülkiyyətindədir.
4. Məhkəmənin “Sübutların təqdim edilməsi barədə” qərardadı ilə sorğu edilmiş 2 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" kassasının qarşısında olan xx.xx.2023-cü il tarixinə aid olan video-görüntü barədə "xxxx" ASC tərəfindən daxil olmuş məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə aparılan əməliyyata dair görüntülər ən azı 6 ay müddətində saxlanıldığı üçün mövcud deyildir.
5. 2 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat X1 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 4Ə-151 reyestrdə qeyd edilmiş alqı-satqıya dair Notariat işinin təsdiq edilmiş surəti məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilərək iş materiallarına əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan ev almaq adı ilə almış olduğu 72000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 12 sot torpaq alıb orada 3 otaqlı ev tikmişdir. Həmin mənzil Anaşkin küçəsi, dalan 4, ev 160 nömrədə qeydiyyata alındıqdan sonra uzun müddət Bakı şəhərində qalmadığı üçün oğlu Namik Bakı şəhərində yerləşən evə müştəri çıxdığını, evi satmaq lazım olduğunu bildirmişdir. Bildirir ki, 09 yanvar 2023-cü ildə evini vətəndaş X4 80000 manata satıblar. Evi satılandan sonra 2023-cü ilin fevral ayında cavabdeh Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin satıldığını ona bildirmiş, evin yaxşı olduğunu, xoşuna gəldiyini və almaq istədiyini bildirmişdir. O da evin alınmasına razılıq vermişdir. 15 fevral 2023-cü ildə 2 saylı Gəncə regional "Asan Xidmət" mərkəzində qeyd etdiyi mənzili onun evinin puluna, yəni 72000 manata alıb öz adına rəsmiləşdirmişdir. O, mənzilin qızının adına rəsmiləşdirildiyini bildikdən sonra evinin ya pulunu, ya da evi adına qaytarılmasını xahiş etmişdir. Ancaq cavabdeh nə evə görə ondan aldığı pulu, nə də evi qaytarmamışdır. Ona görə də, o, əlacsız qalıb məhkəməyə müraciət edib cavabdehdən pulunu tələb etmək məcburiyyətində qalmışdır.
8. Goranboy Rayon Məhkəməsinin 2(045)-384/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsi yoxdur.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinun 385.1, 386.2, 427.1, 442-443, 448 və 739.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Goranboy Rayon Məhkəməsinin 2(045)-384/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişlər.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə onun doğma qızına qarşı qaldırdığı iddianı rədd edərkən belə bir dəlilə istinad etmişdir ki, o, pulun ona məxsus olduğunu sübut edə bilməmişəmdir. Bildirmişdir ki, məhkəmənin belə bir qənaətə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, sübut necə olmalıdır. Məhkəmədə şahid kimi dindirilmiş X11 bildirmişdir ki, Bakı şəhərində ona məxsus olan evin satılması ona həvalə edilib. O, evi sataraq əldə olunan puldan təqribən 70000 manatı onun həyat yoldaşı X3 vermiş. O da həmin vəsaiti ev almaq üçün qızı olan cavabdehə vermişdir. Cavbadeh də, evi onun deyil, öz adına almışdır. Cavabdehin nümayəndəsi vəkil də, məhkəmə iclasında bildirmişdir ki, guya onun evi Bakı şəhərində satılmış və Ruslan adlı şəxsə verilmişdir. Ruslan adlı şəxs onun evini satıb ki, Gəncə şəhərindən ona ev alsın. O, bu məqsədlə pulu onun həyat yoldaşına vermiş, yoldaşı da evin alqı-satqısını keçirmək üçün cavabdeh olan qızına vermişdir. Qızı da, evi öz adına rəsmiləşdirmişdir. Onlar bunu bilib evi adlarına keçirməyi tələb etdikdə o, bundan imtina etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin dediyi fikirlərə uyğun olaraq qətnamə qət etmişdir. Sual olunur əgər cavabdehin özünün pulu var idisə, nə üçün onun satılmış evinin pulu ilə özünə ev alırdı. Sual olunur əgər cavabdeh öz pulu ilə ev alırdısa, onda bəs onun evinin pulu hanı? Onlar kənar şəxslər deyillər. Onlar ata bala, ana baladır. O və yoldaşı cavabdehə inanmışdır. Əgər onlar ona inanmasa idi heç onu bu işə qoymaz idilər. Cavabdehin nümayəndəsi göstərir ki, guya cavabdeh Rusiya Federasiyasında yaşayır. Guya İddiaçı tərəfindən cavabdehə pul verilməmişdir. Bildirirlər ki, pulu cavabdehə İddiaçı verməmişdir. İddiaçı satılmış evinin pulunu cavabdehə onun yoldaşı X6 vermişdir. Həmin vaxtı İddiaçı Moskvada olduğu üçün bu pul Gəncə şəhərində İddiaçı ev alınmalı idi. Ev alınıb ancaq cavabdeh öz adına alıb. İndi də qaytarmır. Əgər cavabdeh öz pulu ilə ev alırdısa o pulu yəni 70.000 manatı Rusiyadan Azərbaycana necə keçirib. Əgər pul həqiqətən onun puludursa “Asan Xidmət” mərkəzində yoldaşı ona verdiyi pul necə olub. Təəssüflər olsun ki, məhkəmə buna aydınlıq gətirmədən tələm-tələsik məhkəməni yekunlaşdırır. Cavabdehin nümayəndəsi deyir ki, guya o, Rusiya Federasiyasında işləyir. Guya onun özünə ev almağa kifayət qədər pulu vardır. Əgər onun pulu varsa onda həmin pulu Rusiyadan Azərbaycana necə keçirməsini sübut etsin. Əgər onun pulu var idisə, Asan Xidmət mərkəzindən yoldaşından aldığı pulun məxsus olduğunu sübut etsin. Göründüyü kimi işə baxan məhkəmə onun iddiasını rədd edərkən tam, obyektiv araşdırma aparmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarınun izahatları
14. Məhkəmə kollegiyasınun iclasında iştirak edən İddiaçı vəkili X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı məhkəmə iclasında vəkili X13 vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
16. Bununla yanaşı əvvəlki məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışınun hədləri
27. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-384/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
32. İşə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsi yoxdur.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə, o cümlədən şahid Abbasov Ruslanın ifadəsi ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili almaq üçün arvadı X3 70000 manat pul göndərmiş, həmin pulu Abbasov Ruslan gətirib bibisi olan Tamaraya vermiş, İddiaçı evin Tamaranın adına sənədləşdirilməli olmasını ona bildirmiş, Tamara isə ona Vəlinin evin qızı olan cavabdehin adına sənədləşdiriləcəyini dediyini, bu səbəbdən də, evi cavabdehin adına sənədləşdirəcəyini bildirmiş və həmin tarixdə alqı-satqıda iştirak edən cavabdehin adına mənzil alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsinin olmamasına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən nəzərə almamışdır ki, iddiaçı özü də, iddia tələbiində cavabdehə borc pul verdiyini qeyd etməmişdir. İddiaçının tələbi ondan ibarət olmuşdur ki, Gəncə şəhərində ev almaq üçün arvadına pul göndərmiş və ev cavabdehin adına alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili almaq üçün arvadı X3 70000 manat pul göndərilməsi və həmin vəsait hesabına cavabdehin adına ev alınması təsdiqini tapdığı halda, cavabdeh həmin pulun ümumiyyətlə mövcud olmadığını, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili öz vəsaiti hesabına aldığını bildirmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olmamasına istinad edərkən nə, iddiaçının cavabdehə borc verməsini qeyd etməməsini, nə də ki, cavabdehin iddiaçı tərəfindən həmin pulun borc verilməsi yaxud, həmin pulun ona hədiyyə edilməsini inkar etməsini nəzərə almamışdır.
34. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən həmçinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiada göstərdiyi vəsaitin mövcud olması, həmin vəsaitin ona məxsus olması, bu vəsaitin hazırda cavabdehə verilməsini sübut edə bilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin alınması üçün 70000 manat ödəməsi iş materialları təsdiqini tapır. Həmin vəsaitin iddiaçıya məxsus olması isə şahid ifadələri ilə təsdiqini tapmışdır. Həmçinin iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iddiaçı tərəfindən Bakı şəhərində 80000 manata satılmış evin pulunun Ruslan adlı şəxsə verilməsini qeyd etmiş, lakin həmin məbləğin Nahidəyə deyil, Ruslana verildiyini bildirmişdir. Kollegiya iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili almaq üçün arvadı X3 70000 manat pul göndərilməsi və həmin vəsait hesabına cavabdehin adına ev alınması təsdiqini tapmışdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində cavabdehin evin alınması üçün ödənilmiş vəsaitin onun özünə məxsus olması və iddiaçının ona pul vermədiyini bildirməsi ilə bağlı qeyd edir ki, cavabdeh həmin evi məhz öz vəsaiti hesabına almasına dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız izahatında qeyd etməklə kifayətlənmişdir.
36. Kollegiya cavabdehin izahatında iddiaçının pulu Ruslana verməsi, ona heç bir pul verməməsi ilə bağlı qeyd edir ki, iş materialları ilə iddiaçıya məxsus Bakı şəhərində yerləşən evin satılmasından əldə edilmiş pulun saxlanması üçün Ruslan adlı şəxsə verilməsi, sonra Gəncə şəhərində ev almaq istəyərkən isə aparıb iddiaçının arvadına verməsi təsdiqini tapmışdır. Bu baxımdan kollegiya cavabdehin iddiaçının həmin pulu Ruslana verməsi ilə bağlı dəlillərini də, əsassız hesab edir.
37. Məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqi ilə bağlı qeyd edir ki, iddiaçı Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili özü üçün almış, lakin cavabdehin adına rəsmiləşdirmişlər. Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin alınması üçün iddiaçının 70000 manat verməsinin təsdiqini tapdığı halda, cavabdehin iddiaçının ona heç bir pul verilmədiyini və evi öz vəsaiti hesabına almasını bildirməsi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə imkan verir ki, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilə görə 70000 manat ödənilməklə mənzil iddiçının özü üçün alınmış, sadəcə cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdeh isə hazırda həmin mənzilin özünə məxsus olmasını bildirməklə və mənzilə sahiblənməklə heç bir hüquqi əsas olmadan varlanmış olur (Mülki Məcəllə, maddə 1091). Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın hüquqi əsasını əsassız varlanma təşki edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi.
38. Kollegiya cavabdehin iddiaçıya məxsus 72000 manat pulu götürməsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin alınması üçün 70000 manat ödənilmişdir. 70000 manatdan artıq məbləğin cavabdeh tərəfindən əldə edilməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim edə bilməmişlər.
39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Goranboy Rayon Məhkəməsinin 2(045)- 384/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Goranboy Rayon Məhkəməsinin 2(045)-384/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-384/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən edilsin. Cavabdeh 70.000 (yetmiş) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qismən təmin edildiyindən ödənilmiş 306 manat dövlət rüsumunun 300 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.