Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1551/2025 12.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh2 Ənvər oğlu, X11 və X6 oğluna qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı iddiaçı3 və cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh2, X11 və X6 qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payının müəyyən edilməsi və miras torpağın real bölgüsü tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05.12.20219-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. Işin halları
1. X1 ilə X12 ##.##.1950-ci ildə nikah daxil olmuş, onların nikahları ##.##.1950-ci il tarixdə * nömrəli akt qeydi ilə qeydiyyata alınmış və nikahdan sonra arvada Yusubova soyadı verilmişdir.
2. X1 ilə X12 birgə nikahlarından ##.##.1950-ci il tarixdə X13, ##.##.1953-cü il tarixdə X6, ##.##.1954-cü il tarixdə cavabdeh2, ##.##.1961-ci il tarixdə cavabdeh1 və ##.##.1967-ci il tarixdə X8 doğulmuşdur (Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlar).
3. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1 və X8 mülkiyyətinə 0.16 ha həyətyanı torpaq sahəsi verilmiş və adlarına “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD ******** saylı Şəhadətnamə hazırlanmışdır.
4. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1 və X8 mülkiyyətlərinə 0.58 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmiş və adlarına “Torpağa Mülkiyyət hüququna dair” JN-0428 KOD ******** saylı Dövlət Aktı hazırlanmışdır.
5. X8 ilə X14 ##.##.2002-ci ildə nikaha girmiş və onların nikahları dövlət qeydiyyatına alınmış, nikahdan sonra arvada Yusifova soyadı verilmişdir.
6. X8 ilə iddiaçı3 birgə nikahalarından ##.##.2002-ci il tarixdə iddiaçı2 və ##.##.2003-cü il tarixdə iddiaçı1 doğulmuşdur (Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlar).
7. X1 ##.##.2006-cı il tarixdə, cavabdeh3 ##.##.2020-ci il tarixdə ölmüşlər.
8. Sabirkən kənd IƏD üzrə nümayəndəsinin ##.##.2017-ci il tarixli, *** saylı arayışından görünür ki, Şəmkir rayon Sabirkənd kənd sakini iddiaçı3 2001-ci ildə mərhum X8 ilə ailə qurmuşdur. X15 2004-cü ildə vəfat etmişdir. Hal hazırda iddiaçı3 qızları ilə birlikdə həmin ünvanda yaşayır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın kadastr və ünvan reyestri xidməti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli ************ saylı mütəxəssis rəyindən görünür ki, JN-0428 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətində olan Şəmkir rayonun Sabirkənd kəndində yerləşən 0.58 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zəyəm və Sabirkənd kəndləri “Inqilab” sovxozunun tərkibində olduğu vaxt Şəmkir rayon AIK-nin ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş torpaq sahəsidir. Lakin 2000-ci ildə Bələdiyyə orqanlarının yaranması ilə əlaqədar olaraq Zəyəm və Sabirkənd kəndləri ayrılmış və müstəqil Bələdiyyə sərhədləri daxilində yerləşmişdir. Bu səbəbdən də, Sabirkənd bələdiyyəsi daxilində Torpaq islahatı ## #### 2002-ci il tarixli Şəmkir rayon AIK-nın ** saylı qərarı ilə yenidən aparılmış və Dövlət Aktlarında dəyişiklik edilmişdir. Hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın kadastr və ünvan reyestri xidmətinin elektron baza məlumatlarında həmin torpaq sahəsi 0.42 ha olaraq qeyd olunmuşdur. Odur ki, qoyulmuş sualı cavablandırmaq mümkün deyildir.
10. Məhkəmə tikinti-texniki ekspertizasının ## ####### 2019-cu il tarixli, ***** nömrəli rəyindən görünür ki, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən JN-669A KOD ******** saylı “Torpağın Mülkiyyətə verilməsi Haqqında” Şəhadətnamə əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətində olan 0.16 ha həyətyanı torpaq sahəsindən cavabdeh1 24/80 hissəsinə, cavabdeh3 30/80 hissəsinə, X11 4/80 hissəsinə, cavabdeh2 4/80 hissəsinə, iddiaçı3 6/80 hissəsinə, iddiaçı1 6/80 hissəsinə, iddiaçı2 6/80 hissəsinə uyğun, yəni 7 hissəyə naturada təcrid şəklində bölünməsi Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Mütəxəssis rəyi ilə JN-0428 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətində olan 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavablandırılmadığı üçün, həmin torpaq sahəsinin bölgüşü üzrə tədqiqat aparılmamışdır.
11. DƏDKR publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, Şəmkir Rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə JN-***A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X1 və ailə üzvləri cavabdeh3, cavabdeh1, X8 Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-***A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə və Sabirkənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin *** nömrəli, ##.##.2007ci il tarixli, arayışı əsasında X1 adına (504013000607-***** reyestr) ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli reystrdən çıxarış verilmişdir. 2V-186 reyest nömrəli, ##.##.2007-ci il tarixli, Şəmkir notariat kontorunun “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında 504013000607-***** reyestr nömrəli fərdi yaşayış evinə cavabdeh3 adına ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli reystrdən çıxarış verilmişdir. 4Ə- *** reyestr nömrəli, ##.##.2008-ci il tarixli, Şəmkir * nömrəli notariat konturunun bağışlanma müqaviləsi əsasında cavabdeh2 adına ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli reystrdən çıxarış verilmişdir. AR ƏN Şəmkir rayon Icra və Probasiya şöbəsinin Icra vərəqəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci tarixli, “Qətnaməsi” əsasında cavabdeh2 adına verilmiş ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli reystrdən çıxarış ləğv edilmişdir. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu tarixli, “Qətnaməsi”nə əsasən payları iddiaçı3 0.0133 ha, iddiaçı1 0.0133 ha, iddiaçı2 0.0133 ha, X1 0.04 ha, cavabdeh3 0.04 ha cavabdeh1 0.04 ha adlarına (504013000607 reyestr) ##.##.2022ci il tarixli, ********** qeydiyyat nömrəli reystrdən çıxarış verilmişdir. X1 və ailə üzvləri cavabdeh3, cavabdeh1, X8 adınlarına Şəmkir Rayon Aqrar Islahat Komissiyasının ## #### 2002-ci il tarixli, ** nömrəli qərarı ilə tərtib edilmiş JN-428 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4214 ha hissəsinə ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, 0.1635 ha hissəsinə ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir (iş vər – 98 &).
12. Şəmkir rayonu * nömrəli dövlət notariat konturu tərəfindən təsdiq edilmiş ##.##.2007ci il tarixli, **-*** nömrəli vəsiyyətnamə ilə, Şəmkir rayonu, Sabirkənd kəndində yaşayan cavabdeh3 Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən evini bütün əmlakını, həyatyanı sahəsi pay torpaqlarını Şəmkir rayonu, Sabirkənd kəndində yaşayan cavabdeh2 vəsiyyət etmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixdə krçirilən məhkəmə iclasının protokol qərardadına əsasən cavabdeh3 ##.##.2020-ci il tarixdə vafat etdiyindən oğlu cavabdeh2 sonuncunun prosessual hüquqi varisi qismində tanınmışdır.
Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçılar cavabehlər cavabdeh3 və cavabdeh1 qarşı ##.##.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 669A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsindən və Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 0428 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mərhum ərinə və onun ailə üzvlərinə məxsus olan 0.58 ha torpaq sahəsindən müvafiq olaraq 0.04 hektar və 0.145 ha torpaq sahələrinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Iddiaçılar tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X8 ilə 2001-ci ildə faktiki ailə qurmuşlar. Nikahları ##.##.2002-ci ildə rəsmi qeydiyyatdan keçirmişlər. Birgə nikahdan iki uşaqlar var: 1. iddiaçı2 - ## ### 2002-ci il. 2 iddiaçı1 - ## ######## 2003-cü il.X2 2004-cü ilin iyul ayında vəfat etmişdir və ondan qalan mirası o faktiki qəbul və idarə etmişdir. X2 də 2005-ci ildə vəfat etmişdir. Ondan qalan mirası da cavabdehlərlə birlikdə onlar qəbul etmişlər. «Torpağın mülkiyyətə verilməsinə dair JN 669A KOD ******** №-li şəhadətnaməyə asasan Şəmkir rayonunun Sabirkənd kəndində ərinin və onun ailə üzvlərinin 0,16 hektar həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinin 0,04 hektar ərinin mülkiyyətində olmuşdur. Hazırda onlar yəni o və qızları həyətyanı torpaq sahələrini ayırmaq istəyirlər. Cavabdehlər torpağın könüllü bölünməsinə razı olmurlar. Ona görə də məhkəmədən kənar bu məsələni həlll etmək mümkün deyildir. Hazırda o və qızları qeyd olunan torpaq sahəsində yerləşən yardımçı tikilidə yaşayırlar. Torpaq sahəsindən istifadə etməyə cavabdehlər imkan vermirlər. Torpaqlarının tayinatı üzrə bölüb ayrıca ev tikdirmək, öz torpaqlarından rahat istifadə etmək istəyir. Bundan başqa Torpağa mülkiyyət hüququna dair JN 0428 KOD ******** nömrəli Dovləl Aktina əsasən ərinə və onun ailə üzvlərinə məxsus olan 0,58 hektar əkin sahəsi vardır və onları həmin torpaqdan da istifadə etməyə qoymurlar. Həmin torpağın da məhkəmədən kənar öz aralarında ədalətli bölgüsünə imkan vermirlər. Həmin torpaq sahəsinin də real bölgüsünü istəyir.
16. Bundan iddiaçı iddiaçı3 iddianın həcminin artırılmasına dair ərizə verərək, onun, övladları iddiaçı2 və iddiaçı1 mərhum X8 və X1 miras qalmış əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsinə, həmin əmlakdan paylarının müəyyən edilməsinə, Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN669A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsindən və Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 0428 (KOD ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mərhum ərinə və onun ailə üzvlərinə məxsus olan 0.58 ha torpaq sahəsindən müvafiq olaraq 0.04 hektar və 0.145 ha torpaq sahələrinin naturada bolünməsinə dair qətnamə cıxarılmasını xahiş etmişdir.
17. Şəmkir Rayon Məhkəməsi tərəfindən cavabdeh2, X11 və X6 iş üzrə cavabdeh qismində cəlb edilmişlər.
18. Məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçı2 və iddiaçı1 qanuni nümayəndəsi iddiaçı3 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X8 ilə 2001-ci ildə faktiki evlənməklə ##.##.2002-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından ## ### 2002-ci ildə Əsmər və ##.##.2003-cü ildə Ləman adlı uşaqları doğulmmuşdur. X3 ##.##.2004-cü ildə ölmüşdür. X3 vəfat etdikdən sonra mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul edərək, idarə etmişdir. Qayınatası X1 ## #### 2016-cı ildə vəfat etmişdir. Mərhum qayınatası Ənvər Yusifovdan qalmış miras əmlakı da faktiki qəbul edərək, idarə etmişlər. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında 0.16 ha həyətyanı torpaq sahəsi mərhum X2nun, onun ailə üzvləri X1, cavabdeh3 və cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmçinin, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə JN-428 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum X2nun, onun ailə üzvləri X1, cavabdeh3 və cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir. Özü və övladları mərhum X3dan miras qalmış həyətyanı torpaq sahəsində yerləşən yardımçı tikililərdə yaşayırlar. Hazırda o özü və övladları mərhum X3dan və qayınatası Ənvər Yusifovdan miras qalmış əmlakdan paylarının müəyyən edilməsini tələb edirlər. Mərhum ərindən və qayınatasından miras qalmış həyətyanı torpaq sahəsində özlərinə məxsus fərdi yaşayış evi tikib orada yaşamaq istəyirlər. Lakin, cavabdehlər həmin torpaq sahələrinin bölünərək, onların payının müəyyən edilməsinə razılıq vermirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə iclası zamanı cavabdeh cavabdeh1 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı iddiaçı3 mərhum qardaşı Surxayın arvadı, iddiaçı2 və iddiaçı1 onun övladlarıdır. Belə ki, cavabdeh3 qardaşı X8 ilə 2001-ci ildə faktiki evlənməklə ##.##.2002-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından ## ### 2002-ci ildə Əsmər və ##.##.2003-cü ildə Ləman adlı uşaqları doğulmuşdur. X20 ##.##.2004-cü ildə, atası X1 isə ## #### 2006-cı ildə vəfat etmişlər. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında 0.16 ha həyətyanı torpaq sahəsi mərhum qardaşı X8, atası X1, anası cavabdeh3 və onun ümumi birgə mülkiyyətinə verilmişdir. Həmçinin, Səmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə JN-0428 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum qardaşı X9, mərhum atası X1, anası cavabdeh3 və onun ümumi birgə mülkiyyətinə verilmişdir. Iddiacı iddiaçı3 yetkinlik yaşına çatmamış uşaqları ilə onların mülkiyyətində blan lorpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Iddiaçının onlara məxsus fərdi yaşayış evində yaşamasına və həyətyanı torpaq sahəsindən istifadə etməsinə etiraz etmir. Lakin, həyətyanı torpaq sahəsinin naturada bölünərək iddiaçının payının müəyyən edilməsinə etiraz edir. Yalnız kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünərək, iddiaçı iddiaçı3 və yetkinlik yaşına çatmamış uşaqlarının payının müəyyən edilməsinə razıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehlər cavabdeh3, cavabdeh2, X11 və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər cavabdeh3, cavabdeh2, X11 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim – Mustafa Mustafayev) ilə, iddianın qismən təmin edilməsi, iddiaçılar iddiaçı2 və iddiaçı1 və iddiaçı3 Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə JN-0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətinə verilmiş 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsindən mərhum X8 miras qalmış hissəsini, həmçinin iddiaçı2 və iddiaçı1nin mərhum X1 miras qalmış hissəsini qəbul etməsi fakt müəyyən edilməsi və Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1 və X8 0.58 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD ******** saylı Şəhadətnamə ilə Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1, X8 məxsus 0.16 ha həyətyanı torpaq sahəsində iddiaçı3 payı 6/80, iddiaçı1 payı 6/80, iddiaçı2 payı 6/80 olmaqla müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
22. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1, X8 0.58 ha kənd təsərrüfatı mallarının istehsalı üçün, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD ******** saylı Şəhadətnaməsi ilə Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1, X8 0.16 ha həyətyanı torpaq sahəsi onların paylı mülkiyyətlərinə verilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 ##.##.2006-cı ildə, X8 ##.##.2004-cü il tarixdə ölmüşdür. X8 ölümündən sonra isə vərəsələri atası X1, anası cavabdeh3, qızları iddiaçı2, iddiaçı1 və arvadı iddiaçı3 qalmışdır. X1 ölümündən sonra vərəsələri arvadı cavabdeh3, qızı cavabdeh1 Onvər qızına, oğlu cavabdeh2 Onvər oğlu, qızı X11, oğlu X6 və X8 övladları iddiaçı1 və iddiaçı2 miras əmlakı idarə etməklə qəbul etmişlər. Iddiaçılar və ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan torpaq sahəsinin ayrılması barədə öz aralarında razılığa gələ bilməmişlər, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçının ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Eləcə də, tərəflər payın kompensasiya ilə əvəzləşdirilməsi barədədə razılığa gələ bilməmişlər. Ona görə də iddiaçı payının turada ayrılmasını tələb etmişdir.
23. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, ümumi paylı mülkiyyətdə olan Şəmkir rayonu Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1 və X8 ayrılmış 0.16 ha həyətyanı torpaq sahəsindən iddiaçılar iddiaçı3 6/80 hissə, iddiaçı1 6/80 hissə, iddiaçı2 6/80 hissə payının naturada təcrid şəklində bölünməsi Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün mümkün deyildir. Həmçinin, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1 və X8 0.58 ha kənd təsərrüfatı mallarının istehsalı üçün ayrılmış torpaq sahəsinin hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın kadastr və ünvan reyestri xidmətinin elektron baza məlumatlarında həmin torpaq sahəsi 0.42 ha olaraq qeyd olunduğundan həmin torpaq sahəsinin payçılar arasında naturada bölünməsinin mümkünlüyü ilə bağlı qoyulmuş sualı cavablandırmaq mümkün olmamışdır.
24. Məhkəmə qeyd etmişdir ki, Şəmkir rayonu Sabirkənd kəndində yerləşən işdə olan “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD ******** saylı Şəhadətnamə əsasında Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1 və X8 0.16 ha həyətyanı torpaq sahəsi, “Torpağa Mülkiyyət hüququna dair” JN-0428 KOD ******** saylı Dövlət aktı əsasında Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1 və X8 0.58 ha kənd təsərrüfatı mallarının istehsalı üçün torpaq sahəsi ayrılmış və buna görə də həmin əmlak mirasın kütləsinə daxildir.
25. Məhkəmə iddiaçılar cavabdeh3, iddiaçı2, iddiaçı1, iddiaçı3, cavabdeh3, cavabdeh1, cavabdeh2, X11 və X6 qanun üzrə vərəsə olmaları ilə bağlı məsələyə qiymət verərək belə nəticəyə gəlmişdir ki, X8 ölmündən sonra atası X1, anası cavabdeh3, qızları iddiaçı2, iddiaçı1 və arvadı iddiaçı3 mərhum X8 qanun üzrə vərəsəsi. X4 ölümündən sonra vərəsələri arvadı cavabdeh3, qızı cavabdeh1, oğlu cavabdeh2 Ənyər oğlu, qızı X11 və X6 və X10 övladları iddiaçı1, iddiaçı2 mərhum X1 qanun üzrə vərəsəsi hesab edilməlidir. Belə ki, mərhum X8 ölümündən sonra atası X1, anası cavabdeh3, qızları X16 və iddiaçı1 və arvadı iddiaçı3 birinci növbə vərəsələri, həmçinin X1 ölümündən sonra vərəsələri arvadı cavabdeh3, qızı cavabdeh1 Onvər qızı, oğlu cavabdeh2, qızı X11, X6 və X8 övladları iddiaçı1 və iddiaçı2 birinci növbə vərəsələri olmuşlar.
26. Məhkəmə müəyyən etmişdir ki, X8 ölümündən sonra qanun üzrə vərəsələrindən atası X1, anası cavabdeh3, qızları iddiaçı2 və iddiaçı1 və arvadı iddiaçı3, mərhum X4 ölümündən sonra qanun üzrə vərəsələrindən arvadı cavabdeh3, qızı cavabdeh1, oğlu cavabdeh2, qızı X11 və X6 və X8 övladları iddiaçı1 və iddiaçı2 qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etmişlər.
27. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla (tərəflərin izahatı) təsdiqini tapmışdır ki, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə X4, cavabdeh3, cavabdeh1, X8 0.58 ha kənd təsərrüfatı mallarının istehsalı üçün, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD ******** saylı Şəhadətnamə ilə Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3 və cavabdeh1, X8 0.16 ha həyətyanı torpaq sahəsi onların paylı mülkiyyətlərinə, verilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 ##.##.2006-cı ildə, X8 ##.##.2004-cü il tarixdə ölmüşdür. X8 olmündən sonra isə vərəsələri atası X1, anası X17, qızları iddiaçı2, iddiaçı1 və arvadı iddiaçı3 qalmışdır. X1 ölümündən sonra vərəsələri arvadı cavabdeh3, qızı cavabdeh1, oğlu cavabdeh2, qızı X11, X6 və X8 övladları iddiaçı1, iddiaçı2 miras əmlakı idarə etməklə qəbul etmişlər. Vərəsələr arasında mübahisə iddiaçılar olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
28. Mirası qəbul etmiş vərəsələrin paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD ******** saylı Şəhadətnamə əsasında Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X1, cavabdeh3, cavabdeh1, X8 0.16 ha həyətyanı torpaq sahəsini və “Torpağa Mülkiyyət hüququna dair” JN-0428 KOD ******** saylı Dövlət Aktı əsasında Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə X5, cavabdeh3, cavabdeh1 və X8 0.58 ha kənd təsərrüfatı mallarının istehsalı üçün torpaq sahəsini birinci növbə vərəsə kimi mirası qəbul etdiklərindən cavabdeh1 vərəsəlikdə payı 24/80 hissədə, cavabdeh3 payı 30/80 hissədə, X11 payı 4/80 hissədə, cavabdeh2 payı 4/80 hissədə, iddiaçı3 6/80 hissəsədə, iddiaçı1 6/80 hissədə və iddiaçı2 6/80 hissədə müəyyən olunmalıdır.
29. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etmişdir ki, mübahisəli əşya ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdehlər paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır.
30. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin umumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Iddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişdir. Lakin, iddiaçıların payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər razılıq verməmişdir. Lakin, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçınını payının naturada ayrılması mümkün deyildir. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması mövcud olan mühüm mənafelərinə ziddir. Işin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərt-əşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi mövcud olsa da, dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün deyildir.
31. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə formal cəhətdən qismən mövcud olsa da, bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsas ola bilməz.
32. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan paydan öz payının ayrılmasını tələb etmək hüququ ilə bərabər, həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
33. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 1133.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1243.2, 1243.3 və 1246-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
34. Cavabdeh cavabdeh2 ##.##.2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
35. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı3 onun mərhum qardaşı X8 ilə 2001-ci ildə faktiki evlənməklə ##.##.2002-ci ildə nikahlarını rəsmiləşdirmişdilər. Onların birgə nikahlarından ##.##.2002-ci il təvüllüdlü Əsmər və ##.##.2003-cü il təvəllüdlü Ləman adlı qızları olmuşdur. X20 ##.##.2004-cü ildə ölmüşdür. Qardaşı vəfat etdikdən sonra iddiaçı iddiaçı3 azyaşlı uşaqları, eyni zamanda mərhum atası Ənvər, mərhum anası Xədicə mərhum qardaşı Surxaydan qalmış miras əmlakı qəbul etmişdir. Mübahisə predmeti olan qətnamə ilə mərhum qardaşı Surxaydan qalmış miras əmlakdan qalan miras əmlaka yalnız iddiaçılar qanun üzrə vərəsə tanınmışdır. Halbu ki, mərhum qardaşından qalan miras əmlak, həm atası Ənvər, həm də anası Xədicə tərəfindən faktiki idarə olunduğundan tək iddiaçılar miras əmlaka qanun üzrə vərəsə tanına bilrməzdilər. Eyni zamanda məhkəmə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə mərhum Surxay Ənvər oğlundan miras qalan əmlaka görə deyil, mərhum Ənvər Musa oğlundan qalmış miras əmlaka görə qanun üzrə vərəsə tanımışdır. Bu zaman məhkəmə digər vərəsələrə pay müəyyən etmişdir. Halbu ki, mərhum qardaşı Surxay vəfat edəndə həm mərhum anası, həm də mərhum atası sağ olmuş, hər ikisi qanun üzrə vərəsə olaraq mirası qəbul etmiş və idarə etmişlər. Mərhum atası Ənvər Yusifov vəfat etdikdən sonra isə ondan qalan miras əmlakı da onunla birlikdə digər vərəsələr, eyni zamanda mərhum faktiki olaraq idarə etmişlər. Daha sonra isə iddiaçı onlara qarşı “miras əmlakın payın müəyyən edilməsi və miras torpağın real bölgüsü” tələbinə dair iddia qaldırmışdır. Onun iddia tələbi məhkəmə tərəfindən qismən təmin olunmuşdur. O qətnamənin təmin olunmuş hissəsindən narazıdır. Belə ki, məhkəmə qərar qəbul edərkən o baxış iclasında iştirak etməmişdir. Bununla da öz hüquqlarını müdafiə etməkdən məhrum olmuşdur. Çünki, iddiaçı bu iddia tələbini qaldırarkən onu tərəf kimi qeyd etməmişdir. Sonra isə onu tərəf kimi gec daxil etdikləri üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Bunun nəticəsi kimi isə o öz hüquq və qanuni mənafelərini müdafiə edə bilməmişdir. Belə ki, bu halda məhkəmə niyə onun iştirakı olmadan baxış iclası keçirmişdir? Niyə onun hüquq və qanuni mənafelərimin müdafiə olunmasına şərait yaradılmayıb? Miras əmlak nə üçün düzgün müəyyən olunmayıb? Bununla da məhkəmə kobud qanun pozuntusuna yol vermişdir. Hesab edir ki, qeyd etdiyi səbəblərə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının mövqeyindən çıxış heç bir mötəbər sübut araşdırmadan, heç bir hüquqi əsas olmadan iddianı qismən təmin etmişdir. Bu səbəbdən də Şəmkir rayon məhkməsinin mübahisə predmeti olan qətnaməsini iddia tələbinin təmin olunmuş hissəsində ədalətsiz və qanunsuz hesab edir. Bununla həm maddi, həm də prosesual hüquq normalarını kobudluqla pozmuşdur. Göstərmək istəyir ki, məhkəmə miras əmlakla bağlı qanun üzrə vərəsəlik müəyyən edərkən, mərhum Surxay Ənvər oğlundan qalan əmlaka deyil, mərhum Ənvər Musa oğlundan qalan əmlaka qanun üzrə vərəsəlik müəyyən etməklə, ciddi qanun pozuntusuna yol vermiş, eyni zamanda iddia tələbindən kənara çıxmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Iddiaçı iddiaçı2 nümayəndəsi (əri) X7 apellyasiya şikayətinə qarşı ##.##.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
37. Etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN669A (KOD *******) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi və Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN0428 (KOD *******) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 0.58 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında atası - X8, babası - X1, nənəsi – cavabdeh3 və bibisi - cavabdeh1 verilmişdir. Bildirirlər ki, atası X8 ##.##.2004-cü ildə, babası X1 isə ##.##.2006-cı ildə vəfat etmişlər. Anası iddiaçı3, həmçinin 2019-cu ildə bacısı - iddiaçı1 və onun qanuni nümayəndələri kimi atası X8 qalan əmlaka anasının, bacısının və onun, həmçinin babası X1 qalan əmlaka isə onun və bacısının qanun üzrə vərəsə tanınmaları ilə bağlı cavabdehlər cavabdeh3, cavabdeh2, X11 və X6 qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payların müəyyən edilməsi və miras torpağın real bölgüsü tələbinə” dair iddia ilə Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. Iddia tələbləri qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN669A (KOD *******) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsində və Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN0428 (KOD *******) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 0.58 ha torpaq sahəsində qanun üzrə vərəsə olaraq iddiaçı3 6/80, iddiaçı1 6/80 və onun 6/80 payları tanınmışdır. Belə ki, həmin iş üzrə cavabdeh olan əmisi – cavabdeh2 mülki iş zamanı tərəf olmuşdur. Şəmkir rayon məhkəməsi işə baxan zaman cavabdeh2 Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən ümum birgə mülkiyyət hesab edilən 0.16 ha torpaq sahəsinə qanunsuz olaraq əldə etdikləri cavabdeh3 ilə cavabdeh2 arasında Şəmkir Notariat Ofisində bağlanılmış ##.##.2008-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsini təqdim etməmişdir. Halbuki həmin qanunsuz bağışlama müqaviləsi 2008-ci ildə Bayram Ənvər oğlunun iştirakı ilə tərtib edilmişdir. Lakin həmin vaxt onlar həmin müqavilələrin imzalanması zamanı tərəf olmadıqları üçün hər hansı məlumatları yox idi. Daha sonra qanun üzrə vərəsə olduqları paya çıxarış almaq istəyərkən nənəsi cavabdeh3 babası X1 ##.##.2006-cı ildə vəfat etməsinə baxmayaraq, Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində (həmin torpaq sahəsi və fərdi yaşayış evi birgə mülkiyyətdədir) qanunsuz olaraq babası X1 adına tam mülkiyyət hüququ üzrə ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarış aldığını öyrənmişlər. Daha sonra isə babası X1 vəfatından sonra nənəsi cavabdeh3 özünü birinci dərəcə və tək vərəsə elan edərək ##.##.2007-ci il tarixində qanunsuz olaraq reyestrdə 2v-186 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışdır. Qeyd edilən çıxarışın ləğvi tələbinə dair anam iddiaçı3 2020-ci ildə DƏDRX-nin ** saylı Ərazi Idarəsinə müraciət etsə də, inzibati orqan müraciətlərindən imtina olunmuşdur. Məcbur qalaraq, babası X1 adına tam mülkiyyət hüququ üzrə ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbinə dair Gəncə Inzibati Məhkəməsinə müraciət etmişlər. Gəncə Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-*** saylı qərarı ilə babam X1 adına tam mülkiyyət hüququ üzrə ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması öhdəliyi DƏDRX-nin ** saylı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs cavabdeh1 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2-1(104)- ***/**** saylı qərarı ilə üçüncü şəxs cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir, Gəncə Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-*** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlar yekunlaşmamış nənəm cavabdeh3 özünü yalandan və qanunsuz olaraq yeganə vərəsə olaraq tanıtdırdığını və Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində (həmin torpaq sahəsi və fərdi yaşayış evi birgə mülkiyyətdədir) yeganə qanuni vərəsəsi olaraq əmisi cavabdeh2 bağışladığını öyrənmişlər. Anası iddiaçı3 özü və bacısı iddiaçı1 qanuni nümayəndəsi kimi, həmçinin o cavabdehlər cavabdeh3, cavabdeh2, Şəmkir rayonu * saylı Notariat Ofisinə və ƏMDK yanında DƏDRX-nin ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı “Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən 0.16 ha torpaq sahəsinə dair cavabdeh3 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, həmin torpaq sahəsinə dair cavabdeh3 ilə cavabdeh2 arasında Şəmkir Notariat Ofisində bağlanılmış ##.##.2008-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-nin ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən cavabdeh2 adına verilmiş ##.##.2008-ci il tarixli, ********* reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın ləğv edilməsi” tələbi ilə Şəmkir rayon məhkəməsinə müraciət etmişlər. Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbimiz tam təmin edilmiş, Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı, 132.5 kv.m yaşayış, 23.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair cavabdeh3 adına Şəmkir rayon notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmçinin Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı və 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair cavabdeh3 ilə cavabdeh2 arasında Şəmkir Notariat Ofisində bağlanılmış ##.##.2008-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmiş və cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarış ləğv edilmişdir. Həmçinin Şəmkir rayon məhkəməsi ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsində aşağıdakıları xüsusilə vurğulamışdır: “Gəncə Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-*** saylı qərarı ilə babam X1 adına tam mülkiyyət hüququ üzrə ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması öhdəliyi DƏDRX-nin ** saylı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Göründüyü kimi Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı və 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış ləğv edildiyindən, həmin əmlak X1 mirasına daxil deyildir və qanun üzrə vərəsəlikdə cavabdeh3 mülkiyyətinə keçə bilməzdi. Həmçinin, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998ci il tarixli, ** saylı qərarı ilə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN669A (KOD *******) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi cavabdeh3 mülkiyyətində olmadığı üçün onunla cavabdeh2 arasında Şəmkir Notariat Ofisində bağlanılmış ##.##.2008-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi də etibarsızdır”. Cavabdehin verdiyi şikayətə münasibətdə isə məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, cavabdeh sözügedən dövrdə məhkəmə iclaslarında iştirak etmişdir. O, öz münasibətini məhkəmə iclaslarında bildirmişdir. Lakin buna baxmayaraq hazırda Şəmkir Rayon Məhkəməsində iddia qaldırdığı üçün məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarını indi mübahisələndirmişdir. Həmçinin, məhkəmə qətnaməsi ilə artıq paylar müəyyən edilmişdir. Cavabdeh isə hazırda hüquqdan sui-istifadə etməkdədir. O, hazırda onlara mülkiyyət hüquqlarımızdan sərbəst istifadə etməyimizə maneə yaradır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) ##.##.2025-ci il tarixdə keçirilmiş iclasda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə düzgün baxmamışdır. Belə ki, məhkəmə Surxay Yusifovdan qalan payı düzgün bölməmişdir. Surxay Yusifovdan qalan miras əmlaka yalnız iddiaçıları vərəsə kimi tanımışdır. Surxay 2004-cü ildə vəfat etmişdir. Həmin zaman vəfat edən Ənvər Yusifov və cavabdeh3 sağ idi. Onlar da Surxay Yusifovun birinci növbə vərəsələri olmuşdur. Həmçinin, Ənvər Yusifov və cavabdeh3 Surxay Yusifovdan əmlaka faktiki sahiblik edərək idarə etmişlər. Mübahisəli torpaq sahəsi isə paylı mülkiyyətdə olmuşdur. Surxay və Xədicə ər-arvad olmaqla həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Halbuki, vərəsə qismində yalnız iddiaçılar tanınmışdır. Amma mərhumun ana və atasına isə pay verilməmişdir. Birinci instansiya məhkəməsi 2019-cu ildə qətnamə qəbul edilən zaman cavabdeh3 sağ idi. Daha sonra 2020-ci ildə cavabdeh3 vəfat etmişdir. cavabdeh3 və Ənvər Yusifov isə ər-arvad olmuşlar. Bundan əlavə cavabdeh3 özünə aid olan əmlakın hamısını cavabdeh2 bağışlamış və bu barədə vəsiyyətnamə vermişdir. cavabdeh2 bir neçə dəfə ayrı torpaq sahəsindən ev alması üçün pul və ya ev almağı təklif etmiş, lakin iddiaçı tərəf isə buna razı olmamışdır.
39. Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) ##.##.2026-cı il tarixdə keçirilmiş iclasda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasda verdiyi izahatla oxşar izahatında verərək əlavə olaraq bildirmişdir ki, Surxay Yusifovdan qalan miras əmlak üç vərəsəyə münasibətdə bölünməli idi. Belə ki, valideynlər olaraq Ənvər Yusifov və cavabdeh3, eyni zamanda Surxayın ailə üzvlərinə verilməli idi. Həyatyanı torpaq sahəsində X15un payı 0.4 ha, çöl torpaq sahəsində isə 0.1145 ha sahə idi. cavabdeh2 mübahisəli fərdi yaşayış evində yaşayır. Surxay Yusifov ölən zaman həmin evdə cavabdeh1, Həmidə Yusifova və cavabdeh2 yaşamışdır. Rəna ümumiyyətlə ailə qurmayıb, Həmidənin əri gənc zamanlarında vəfat etmişdir. Oktay Yusifov isə başqa yerə köçmüşdür və həmin fərdi yaşayış evində yaşamamışdır. Onların ailə tərkibi belə olmuşdur – ata Ənvər Yusifov, ana cavabdeh3, oğulları cavabdeh2, Oktay Yusifov, Surxay Yusifov, qızları cavabdeh1, Həmidə Yusifova, Elmira Yusifova və Sədaqət Yusifova olmaqla yeddi uşaq olmuşlar. Surxay Yusifov ailənin ən kiçik övladı olmuş, Bayram isə ailənin böyük övladı olmuşdur. Surxay Yusifov ##.##.2004-cü ildə, ata Ənvər Yusifov ##.##.2006-cı ildə və ana cavabdeh3 ##.##.2020-ci ildə vəfat etmişdir. Belə ki, Həmidə Yusifov həmişədən mübahisəli fərdi yaşayış evində yaşamışdır. cavabdeh2 da həmin evdə yaşayır. Həmçinin, valideynlər rəhmətə gedən zaman bütün xərcləri Bayram qarşılamışdır. cavabdeh2 isə Rusiya Federasiyasına gedib-gəlir. Fərdi yaşayış evində tez-tez mübahisə olduğu üçün hazırda evə gələ bilmir. Rəna Yusifov isə heç vaxt ailə qurmayıb və miras əmlak olan evdə yaşayır. Elmira Yusifova ailə həyatı quraraq çoxdan köçüb getmişdir. Elmira Yusifova isə miras kütləsini qəbul etməyib və ümumiyyətlə həmin əmlaka qarışmamışdır. Sədaqət Yusifova da evlənərək evdən çıxmışdır. Lakin, miras kütləsini qəbul edib-etməməsini bilmir. Oktay Yusifov evləndikdən sonra həmin evdə yaşamış amma sonradan evdən çıxıb köçmüşdür. Lakin, nə vaxt evdən köçməsi barədə məlumatı yoxdur. cavabdeh3 aid miras əmlakdan isə Surxayın uşaqları olan Ləman və Əsmərə heç bir pay düşməmişdir. Xədicə vəsiyyətnamə ilə bütün əmlakını Bayrama vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
40. Iddiaçı iddiaçı3 ##.##.2025-ci il tarixdə keçirilmiş iclasda apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, onun X3 rəhmətə gedən zaman həyat yoldaşının atası və anası sağ olmuşdur. Torpaq sahəsi cavabdeh2 adına keçən zaman o iştirak etsə də, bu barədə razılıq ərizəsi verməmişdir. 0.04 ha torpaq sahəsi onların mülkiyyətindədir və həmin sahəni hasara alsa da digər tərəf buna imkan verməyərək mübahisələr yaratmışdır. Həmidə Yusifova mübahisəli evdə yaşamışdır. cavabdeh2 isə Rusiya Federasiyasında yaşayır. Oktay Yusifov isə 30 ildən artıq ki evdən çıxıb getmişdir. Belə ki, Surxay ilə evlənib evə gəlin köçən zaman Oktayı həmin evdə görməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
41. Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
42. Iddiaçı iddiaçı3 məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
43. Iddiçılar iddiaçı2 və iddiaçı1, cavabdehlər cavabdeh1, X11, X6, cavabdeh2, həmçinin cavabdeh3 prosessual hüquqi varisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
44. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
45. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyinetməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
48. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyənedilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
49. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
50. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
51. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
52. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
53. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
54. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
55. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
56. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
57. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
58. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həmvərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
59. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
60. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
61. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
62. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miraspaylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
63. Maddə 1176.1. vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və yahamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
64. Maddə 1193. vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin)vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
65. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalıməqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
66. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgərvəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
67. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
68. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.
69. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
70. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
71. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
72. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (zamana görə qüvvədə olan redaksiyada)
73. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
74. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (zamana görə qüvvədə olan redaksiyada)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı
75. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarı
76. ... Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il # ###### tarixli Qərarı).
77. O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
78. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarınınhəmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı
79. Vərəsəlik hüquq normaları nəzərdən keçirilərkən vərəsəliyin sosial-iqtisadi mahiyyətini, onun hüquqi məzmununu və hüquqi tənzimlənməsinin xarakterini müəyyən edən vərəsəlik hüququnun prinsiplərinin mühüm əhəmiyyət kəsb etdiyi aydın görünür. Bu prinsiplər vərəsəlik hüququnun əsasını təşkil etməklə, şəxsin ölümü nəticəsində onun əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətlərini tənzimləyən hüquq normalarında ifadə olunmuş əsas ideyalar və rəhbər başlanğıclardır. Vərəsəliyin hüquqi nizamlanması məhz həmin prinsiplərin vasitəsilə həyata keçirilir. Vərəsəlik hüquq prinsiplərinə vəsiyyət azadlığı, vərəsəliyin mühafizəsi, növbəlik, ailə mənafeyinin qorunması, miras paylarının bərabər olması, miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi kimi prinsiplər aiddir. Mülki hüquq nəzəriyyəsində və mülki qanunvericilikdə vərəsəliklə bağlı normalarda əks olunmuş bu prinsiplərdən məhz növbəlik, ailə mənafeyinin qorunması, miras əmlakın dövlətə keçməsi kimi qaydalar qanun üzrə vərəsəlik institutunda özünü biruzə verir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibətiilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı
80. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
81. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
82. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
83. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
84. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
88. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
89. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
90. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
91. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
92. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
93. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
94. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
95. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
96. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: ... 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
97. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
98. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
99. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
101. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
102. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh2 qətnamənin tam ləğv edilməsini və iddianı təmin edilmiş hissəsində rədd edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
103. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
104. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
105. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
106. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
107. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
108. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.
109. Ilk öncə qeyd olunmalıdır ki, X8 ##.##.2004-cü il tarixdə, atası X1 ##.##.2006-cı ildə və anası cavabdeh3 isə ##.##.2020-ci ildə öldüyünə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
110. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
111. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.
112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
113. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının anası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.
114. Iddiaçının mərhum əri və ataları olan Surxaydan qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini
115. ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.
116. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Işin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.
117. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN-669A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi, habelə Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## #### 2002-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN-0428 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən həmin kənddə yerləşən 0,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, cavabdeh3, X8 və cavabdeh1 ümumi mülkiyyətinə verilmişdir.
118. Mübahisə predmeti olan torpaq sahələrinin hüquqi rejimi göstərilən hüquqmüəyyənedici sənədlərlə müəyyən edildiyindən, həmin daşınmaz əmlak üzərində ilkin mülkiyyət hüququ məhz qeyd olunan şəxslərə məxsus olmuşdur. Iş materiallarında həmin şəxslərin paylarının hüquqmüəyyənedici sənədlərdə fərqli nisbətdə müəyyən edilməsini təsdiq edən hər hansı sübut mövcud olmadığından, mübahisənin həlli zamanı onların ümumi mülkiyyət münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin sonrakı hüquqi taleyi vərəsəlik münasibətlərinin inkişafı nəzərə alınmaqla qiymətləndirilməlidir.
119. Iş materiallarından görünür ki, X1 ilə cavabdeh3 rəsmi nikahda olmuş, həmin nikahdan Həmidə, Oktay, Bayram, Surxay, Rəna adlı üşaqları doğulmuş, Elmira və Sədaqət adlı uşaqların doğulması iddia olunsa da bununla bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Beləliklə, mübahisə üzrə ailə münasibətlərinin əsasında birinci növbədə Ənvər Musa oğlu və Xədicə Şükür qızının ailəsi, ikinci mərhələdə isə onların övladları (nəvələri) və sonrakı nəsil üzrə vərəsələri dayanır.
120. Iş materiallarından həmçinin müəyyən edilir ki, X8 ## #### 2004-cü il tarixdə ölmüşdür. Onun ölümü ilə əlaqədar Surxayın ümumi mülkiyyətdə malik olduğu hüquqlar müstəqil miras kütləsinə çevrilmişdir. Həmin tarixdə Surxayın qanun üzrə birinci növbə vərəsələri arvadı iddiaçı3, atası X1, anası cavabdeh3, habelə qızları iddiaçı2 və iddiaçı1 olmuşlar.
121. Beləliklə, Surxayın ölümündən sonra onun mübahisəli torpaq sahələri üzərində malik olduğu mülkiyyət hüququ həmin hüququn subyekti olan şəxsdən onun qanun üzrə birinci növbə vərəsələrinə keçmək üçün vərəsəlik münasibətlərinin predmetinə çevrilmişdir.
122. Bundan sonra X1 ## #### 2006-cı il tarixdə vəfat etmişdir. Ənvər Yusifovun vəfat etdiyi tarixdə Surxay Yusifov artıq ölmüş olduğundan, Ənvər Yusifovun mirası açılarkən Surxay Yusifovun övladları iddiaçı2 və iddiaçı1 təmsil hüququ əsasında vərəsəliyə çağırılmışlar. Ənvər Yusifovun ölümü zamanı onun qanun üzrə birinci növbə vərəsələri arvadı Xədicə, qızları Həmidə, Rəna, Elmira və Sədaqət, oğulları Bayram və Oktay, habelə təmsil hüququ ilə nəvələri Əsmər və Ləman olmuşlar.
123. Iş materialları ilə müəyyən edilir ki, Ənvərin mirası üzrə qanunla müəyyən olunmuş müddətdə Oktay, iddia olunan Elmira və Sədaqət mirası qəbul etməmiş, nəticədə həmin şəxslərə münasibətdə vərəsəlik hüququ həyata keçirilməmişdir. Bunun əksinə olaraq Xədicə, Həmidə, Bayram, Rəna, eləcə də təmsil hüququ ilə Əsmər və Ləman mirası qəbul etmiş şəxslər kimi sonrakı vərəsəlik münasibətlərinin iştirakçıları olmuşlar.
124. Beləliklə, Ənvər Yusifovun ölümündən sonra ona məxsus olan əmlak hüquqları ilə yanaşı, Surxay Yusifovun mirasından qəbul etdiyi əmlak hüquqları da vahid miras kütləsinin tərkib hissəsi kimi onun qanuni vərəsələrinə keçmişdir. Bu səbəbdən sonrakı mərhələdə vərəsələrin hüquqları yalnız Ənvər Yusifovun ilkin mülkiyyət hüququndan deyil, həm də onun əvvəlki vərəsəlik münasibətlərindən əldə etdiyi hüquqlardan formalaşmışdır.
125. Iş materiallarından görünür ki, Xədicə Şükür qızı ## #### 2007-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə tərtib edərək ona məxsus yaşayış evini, həyətyanı torpaq sahəsini və pay torpaqlarını oğlu cavabdeh2 xeyrinə vəsiyyət etmişdir. Sonradan Xədicə ##.##.2020-ci ildə vəfat etmişdir. Onun ölümü ilə açılmış mirasın tərkibinə yalnız ilkin mülkiyyət hüququ əsasında malik olduğu əmlak deyil, həmçinin əvvəlki vərəsəlik münasibətlərindən, o cümlədən Surxayın və Ənvərin miraslarından qəbul etdiyi əmlak hüquqları da daxil olmuşdur.
126. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı mübahisə ayrı-ayrı şəxslərin müstəqil mülkiyyət hüquqlarından deyil, ardıcıl şəkildə baş vermiş üç ayrı vərəsəlik hadisəsinin – əvvəlcə Surxay Yusifovun, daha sonra Ənvər Yusifovun və nəhayət cavabdeh3 ölümü nəticəsində açılmış mirasların hüquqi dövriyyəsi nəticəsində formalaşmış mülkiyyət münasibətlərindən irəli gəlmişdir. Hər bir sonrakı miras əvvəlki mirasdan əldə olunmuş hüquqları da öz tərkibində birləşdirdiyindən, mübahisəli torpaq sahələri üzərində yekun mülkiyyət hüquqlarının müəyyən edilməsi yalnız həmin vərəsəlik münasibətlərinin ardıcıl hüquqi inkişafı, miras kütləsinin hər mərhələdə dəyişməsi və hüquqların növbəti vərəsələrə keçməsi nəzərə alınmaqla mümkün olmuşdur. Məhz bu səbəbdən iş üzrə hüquqi qiymətləndirmə aparılarkən mübahisəli əmlak üzərində hüququn yaranması və sonrakı dövriyyəsi Surxay Yusifovun, Ənvər Yusifovun və cavabdeh3 ardıcıl miras münasibətləri kontekstində vahid hüquqi sistem kimi araşdırılmalıdır.
127. Iş üzrə müəyyən edilmiş halların hüquqi qiymətləndirilməsi zamanı məhkəmə ilk növbədə mübahisə predmeti olan daşınmaz əmlak üzərində ilkin mülkiyyət hüququnun yaranmasını, həmin hüququn sonrakı dövriyyəsini və ardıcıl açılmış vərəsəlik münasibətlərinin həmin hüququn subyektlərinin dəyişməsinə təsirini nəzərə alır.
128. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olur, 214.1-ci maddəsinə əsasən isə ümumi mülkiyyət iştirakçılarının payları qanunla və ya razılaşma ilə müəyyən edilmədikdə onların bərabər olduğu qəbul edilir.
129. Bu baxımdan iş materiallarında olan hüquqmüəyyənedici sənədlərlə mübahisəli torpaq sahələrinin X21, cavabdeh3, X32 və cavabdeh1 ümumi mülkiyyətinə verildiyi, onların paylarının fərqli həcmdə müəyyən edilməsini təsdiq edən hər hansı sübutun isə mövcud olmadığı nəzərə alınaraq, məhkəmə həmin şəxslərin mübahisəli torpaq sahələri üzərində ilkin mülkiyyət hüquqlarının bərabər paylarla yarandığı qənaətinə gəlir.
130. Iş materiallarından müəyyən edilir ki, Surxay Yusifov ## #### 2004-cü il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən fiziki şəxsin ölümü ilə miras açılır, 1151.1-ci maddəsinə görə isə mirasa miras qoyanın öldüyü anadək malik olduğu bütün əmlak hüquqları və vəzifələri daxildir. Buna görə də Surxayın mübahisəli torpaq sahələri üzərində malik olduğu mülkiyyət payı onun ölümü ilə müstəqil miras kütləsinin tərkib hissəsinə çevrilmişdir.
131. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə birinci növbə vərəsələr miras qoyanın uşaqları, həyat yoldaşı və valideynləridir. Iş materiallarından görünür ki, Surxayın ölümü zamanı onun birinci növbə vərəsələri arvadı – iddiaçı3, atası – X21, anası – cavabdeh3, habelə qızları – Əsmər və Ləman olmuşlar. Bu səbəbdən Surxayın mübahisəli torpaq sahələri üzərində malik olduğu mülkiyyət hüququ yalnız həmin şəxslərə keçə biləcək miras hüququnun predmetini təşkil etmişdir. Həmidə, Bayram və Rəna Surxayın bacı və qardaşları olduqlarından, ikinci növbədə olan vərəsələri olmuş, yəni birinci növbə vərəsələrin mövcud olduğu şəraitdə qanun üzrə vərəsəliyə çağırılmamış, nəticə etibarilə Surxayın mirası üzrə mülkiyyət hüququ əldə etməmişlər.
132. Beləliklə, Surxayın ölümündən sonra onun mübahisəli əmlak üzərində malik olduğu pay birbaşa həmin beş vərəsənin hüquq sferasına daxil olmuş, Ənvər Yusifov və cavabdeh3 da həmin mirasdan qanun üzrə vərəsə kimi müvafiq əmlak hüquqları əldə etmişlər. Bunun hüquqi nəticəsi ondan ibarət olmuşdur ki, Surxay Yusifovun mirasından qəbul edilmiş həmin hüquqlar sonradan Ənvər Yusifov və cavabdeh3 əmlak hüquqlarının (əmlak kütləsinin) tərkib hissəsinə çevrilmiş və onların sonrakı miras kütləsinin formalaşmasına təsir göstərmişdir.
133. Iş materiallarından müəyyən edilir ki, Surxayın ölümündən sonra ## #### 2006-cı il tarixdə X1 vəfat etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinin mənasına görə miras qoyanın miras açıldığı gün malik olduğu bütün əmlak hüquqları mirasın tərkibinə daxil olduğundan, Ənvər Yusifovun miras kütləsi yalnız onun ilkin ümumi mülkiyyət payı ilə məhdudlaşmamış, həm də Surxay Yusifovun (oğluna aid) mirasından qanun üzrə vərəsə qismində qəbul etdiyi əmlak hüquqlarını əhatə etmişdir. Bu səbəbdən Ənvər Yusifovun ölümü zamanı açılmış mirasın tərkibi müəyyən edilərkən onun həm ilkin mülkiyyət hüququ, həm də Surxayın mirasından əldə etdiyi hüquqlar vahid əmlak kütləsi kimi qiymətləndirilməlidir.
134. Məhkəmə qeyd edir ki, Ənvər Yusifovun ölümü zamanı Surxay Yusifov artıq vəfat etdiyindən, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə uyğun olaraq Surxay Yusifovun övladları iddiaçı2 və iddiaçı1 təmsil hüququ əsasında vərəsəliyə çağırılmışlar. Beləliklə, Ənvər Yusifovun qanun üzrə birinci növbə vərəsələri arvadı cavabdeh3, uşaqları Həmidə, Bayram, Oktay, Rəna, Elmira və Sədaqət, habelə təmsil hüququ ilə nəvələri Əsmər və Ləman olmuşlar.
135. Bununla yanaşı, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirası faktiki idarə etməyə və ya ona sahiblik etməyə başlaması ilə də mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 1246-cı maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən isə mirası qanunla müəyyən edilmiş qaydada qəbul etməyən şəxs vərəsəlik hüququnu həyata keçirməmiş hesab edilir və həmin miras üzərində hüquq əldə etmir.
136. Məhkəmə qeyd edir ki, Ənvər Yusifovdan miras qalan əmlakı (onun payına münasibətdə) qanun üzrə birinci növbə vərəsələri sırasında olan Oktay, Elmira və Sədaqət mirası qəbul etməmişlər və yuxarıda qeyd edildiyi kimi qalan miras əmlakı bu qaydada qəbul etməsini (mirası faktiki idarə etməyə və ya ona sahiblik etməyə və s) təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir.
137. Cavabdehin nümayəndəsi (vəkili) ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatında X18 Yusifovun sağlığında yaşadığını, sonuncu öldükdən sonra evlənərək köçdüyünü, buna görə də əmlaklarda payının olmasını və istifadə etməsini şifahi olaraq bildirsə də, həmin xüsusatları təsdiqləyəcək mötəbər sübutlar təqdim edilməmişdir.
138. Halbuki, iddiaçı iddiaçı3 qeyd edilən halları təkzib edərək, verdiyi izahatlarda, Surxay Yusifov ilə ailə qurub gəlin köçdükdən sonra ərinin bacıları, Ənvər Yusifovun qızları olan Elmira və Sədaqətin ailə quraraq başqa yerə köçərək yaşamalarını, Oktayın isə ümumiyyətlə həmin evdə yaşamadığını bildirmişdir.
139. Məhkəmə qeyd edir ki, istər birinci instansiya məhkəməsində, istərsə də məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ənvər Yusifovdan miras qalan əmlakı qanun üzrə birinci növbə vərəsələri sırasında olan Oktay, Elmira və Sədaqət atasının ölümündən sonra miras qalmış torpaq sahəsinin və fərdi yaşayış evinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin əmlaklarda hər hansı təsərrüfat aparmamışlar. Göründüyü kimi, işin hazırki halları ilə mirasın qəbuluna yönəlmiş hər hansı hərəkət(lər)in olması müəyyən edilməmişdir.
140. Göründüyü kimi, qeyd edilən hərəkətiləri, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. Oktay, Elmira və Sədaqətin mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. Sonuncular tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir
141. Məhkəmə hesab edir ki, ataları Ənvər Yusifovdan miras qalan əmlakı qəbul etmələri təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir.
142. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
143. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
144. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
145. Bu səbəbdən həmin şəxslər Ənvər Yusifovun miras əmlakı üzərində hüquq əldə etməmiş, nəticə etibarilə onların xeyrinə miras payı müəyyən edilməmişdir. Əksinə, Xədicə, Həmidə, Bayram, Rəna, habelə təmsil hüququ əsasında (Surxaya çatacaq paya münasibətdə) Əsmər və Ləman mirası qəbul etdiklərindən, Ənvər Yusifovun miras əmlakı üzərində müvafiq hüquqlar məhz həmin şəxslərə keçmişdir.
146. Məhkəmə qeyd edir ki, cavabdeh3 mirasının hüquqi rejimi müəyyən edilərkən ilk növbədə onun miras kütləsinin tərkibi düzgün müəyyənləşdirilməlidir.
147. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh3 sağ olduğu dövrədək mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüququnun hüquqi dövriyyəsi ardıcıl olaraq Surxay Yusifovun ölümündən sonra onun birinci növbə vərəsələrinə, daha sonra isə Ənvər Yusifovun ölümündən sonra onun mirasını qəbul etmiş qanuni vərəsələrinə keçmiş, nəticədə cavabdeh3 mülkiyyət hüququ artıq yalnız ilkin ümumi mülkiyyət payından deyil, həm də Surxay Yusifovun və Ənvər Yusifovun miraslarından qanun üzrə əldə etdiyi əmlak hüquqlarından ibarət vahid mülkiyyət hüququ kimi formalaşmışdır. Məhz həmin hüquqlar sonradan Xədicənin ölümü ilə açılmış mirasın hüquqi əsasını təşkil edərək onun miras kütləsini müəyyən etmişdir.
148. Iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Xədicə Surxayın ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsəsi kimi həmin mirasdan əmlak hüquqları əldə etmiş, daha sonra isə Ənvərin ölümündən sonra onun mirasını qəbul etmiş qanuni vərəsələrdən biri olmuşdur. Nəticə etibarilə Xədicənin 2020-ci ildə malik olduğu əmlak hüquqları ilkin mülkiyyət hüququ ilə yanaşı, Surxayın və Ənvərin miraslarından qəbul etdiyi əmlak hüquqlarını da özündə birləşdirən vahid mülkiyyət hüququndan ibarət olmuşdur. Məhz həmin hüquqlar onun ölümü ilə açılmış mirasın tərkibinə daxil olmuşdur.
149. Iş materiallarından müəyyən edilir ki, cavabdeh3 ##.##.2020-ci ildə vəfat etmiş, bununla da ona məxsus əmlak hüquqları üzrə yeni vərəsəlik münasibətləri yaranmışdır.
150. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə birinci növbə vərəsələr miras qoyanın uşaqları, həyat yoldaşı və valideynləridir.
151. Məhkəmə qeyd edir ki, Xədicənin ölümü zamanı onun əri X21 artıq ## #### 2006-cı il tarixdə vəfat etmiş, oğlu X32 isə daha əvvəl – ## #### 2004-cü il tarixdə ölmüşdür. Bu səbəbdən Xədicənin mirası açıldığı zaman onun sağ qalan uşaqları Həmidə, Bayram, Oktay, Rəna, Elmira və Sədaqət qanun üzrə birinci növbə vərəsələri olmuşdur. Surxayın ölümü isə Xədicədən əvvəl baş vermişdir.
152. Belə ki, cavabdeh3 övladları – Oktay, Elmira və Sədaqət qızına münasibətdə qeyd edilməlidir ki, cavabdeh3 miras qalan əmlakı qanun üzrə birinci növbə vərəsələri sırasında olan Oktay, Elmira və Sədaqət atalarından (Ənvər Yusifovdan) qalan miras əmlakla paralelində analarına münasibətdə də onun ölümündən sonra miras qalmış torpaq sahəsinin və fərdi yaşayış evinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin əmlaklarda hər hansı təsərrüfat aparmamışlar. Göründüyü kimi, işin hazırki halları ilə mirasın qəbuluna yönəlmiş hər hansı hərəkət(lər)in olması müəyyən edilməmiş və buna dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də Oktay Yusifov, Elmira Ysufova və Sədaqət Yusifova tərəfindən analarından qalan miras kütləsi qəbul edilməmişdir.
153. Bununla yanaşı qeyd edilməlidir ki, Xədicənin ölümü zamanı oğlu X8 artıq ## #### 2004-cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən Surxay Xədicənin mirası açıldığı tarixdə nə qanun üzrə vərəsə, nə də məcburi pay hüququnun subyekti olmuşdur. Surxayın sağ olmaması səbəbindən ona məxsus ola biləcək məcburi pay hüququnun yaranması mümkün olmamışdır.
154. Məhkəmə qeyd edir ki, məcburi pay hüququ şəxsin ölümündən sonra onun hüquq varislərinə keçən əmlak hüququ deyil, miras qoyanın ölümü ilə qanunda göstərilən şəxslərin özlərinə məxsus olaraq yaranan müstəqil hüquqdur. Buna görə də Surxayın ölümündən sonra onun övladları Əsmər və Ləman Xədicənin mirası üzrə məcburi pay hüququnu təmsil qaydasında əldə edə bilməzlər. Onların Surxayın yerinə keçməsi yalnız qanun üzrə vərəsəliyin tətbiq olunduğu hallarda hüquqi əhəmiyyət kəsb edə bilər. Hazırkı halda isə Xədicənin mirası vəsiyyət üzrə açıldığından və mübahisə məcburi pay institutunun tətbiqi ilə bağlı olduğundan, məcburi pay hüququnun subyektləri yalnız həmin hüququ qanunun birbaşa tanıdığı şəxslər hesab edilə bilər.
155. Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən miras qanun üzrə və ya vəsiyyət üzrə keçə bilər. Miras qoyanın qanunvericiliyin tələblərinə uyğun qaydada ifadə etdiyi son iradəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, mirasın bölüşdürülməsinin əsasını təşkil edir. Bu baxımdan Xədicənin mirası üzrə vəsiyyətnamədə göstərilən əmlakın vəsiyyət üzrə vərəsəsi cavabdeh2 hesab edilir.
156. Bununla yanaşı, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət azadlığı məcburi pay hüququ olan şəxslərin qanunla qorunan hüquqları ilə məhdudlaşdırılır. Məcburi pay hüququ miras qoyanın ölüm anında qanunda nəzərdə tutulmuş statusa malik olan şəxslərin şəxsi subyektiv hüququ olmaqla, yalnız həmin şəxslərə məxsusdur və qanunda ayrıca nəzərdə tutulmadıqca təmsil hüququ qaydasında başqa şəxslərə keçmir.
157. Iş materiallarının məcmusundan müəyyən edilir ki, Xədicənin vəsiyyətnaməsi ilə bütün mübahisəli əmlak cavabdeh2 xeyrinə vəsiyyət edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən məcburi pay hüququnun təmin olunması məqsədilə Xədicənin sağ qalan övladları arasında həmin hüquqa malik şəxslərin vəziyyəti qiymətləndirilmiş və nəticə etibarilə X11 ilə cavabdeh1 məcburi pay hüququnun təmin edilməli olduğu müəyyən edilmişdir. Hansı ki, Həmidə və Rəna həmin əmlaklarda faktiki olaraq orada yaşayır və mübahisəli əmlakla təsərüffat aparırlar.
158. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh3 mirası üzrə cavabdeh2 vəsiyyət üzrə vərəsə olmaqla vəsiyyətnamədən irəli gələn hüquqlara malikdir. X11 və cavabdeh1 isə qanunla qorunan məcburi pay hüququna malik şəxslər olduqlarından onların hüquqları vəsiyyət azadlığı ilə uzlaşdırılmalıdır. Surxayın övladları iddiaçı2 və iddiaçı1 isə Xədicənin mirası açıldığı tarixdə Surxayın artıq vəfat etməsi və məcburi pay hüququnun şəxsi xarakter daşıması səbəbindən həmin miras üzrə məcburi pay hüququnun subyektləri hesab edilə bilməzlər.
159. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ###### tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.
160. Iş materiallarından müəyyən edilir ki, cavabdeh3 ## #### 2007-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun qaydada notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə tərtib edərək ona məxsus yaşayış evini, həyətyanı torpaq sahəsini və pay torpaqlarını oğlu cavabdeh2 xeyrinə vəsiyyət etmiş, sonradan isə ##.##.2020-ci ildə vəfat etmişdir. Bununla da Xədicənin ölümü ilə onun mülkiyyətində olan bütün əmlak hüquqları üzrə yeni vərəsəlik münasibətləri yaranmışdır.
161. Məhkəmə qeyd edir ki, cavabdeh3 mirasının hüquqi rejimi müəyyən edilərkən ilk növbədə onun miras kütləsinin tərkibi düzgün müəyyənləşdirilməlidir.
162. Iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Xədicə Surxayın ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsəsi kimi həmin mirasdan əmlak hüquqları əldə etmiş, daha sonra isə Ənvərin ölümündən sonra onun mirasını qəbul etmiş qanuni vərəsələrdən biri olmuşdur. Nəticə etibarilə Xədicənin ##.##.2020-ci ildə malik olduğu əmlak hüquqları ilkin mülkiyyət hüququ ilə yanaşı, Surxayın və Ənvərin miraslarından qəbul etdiyi əmlak hüquqlarını da özündə birləşdirən vahid mülkiyyət hüququndan ibarət olmuşdur. Məhz həmin hüquqlar onun ölümü ilə açılmış mirasın tərkibinə daxil olmuşdur.
163. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
164. Məhkəmə kollegiyası əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir.
165. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.
166. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
167. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
168. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır.
169. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz.
170. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
171. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.
172. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüquqa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır.
173. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. Istisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür.
174. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir.
175. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər.
176. Məhkəmə təcrübəsində əksər hallarda məcburi payın pozulub-pozulmadığı aydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər predmetdən vərəsələrə pay tanınır. Halbuki, qanunda bu məzmunda bir norma mövcud deyil.
177. Bu məsələ ilə bağlı məhkəmə vurğulayır ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı.
178. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
179. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburipayın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır.
180. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır.
181. Ona görə də, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.
182. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər.
183. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”
184. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıqdəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Məsələn, qanun üzrə iki vərəsə olan və 1.000.000 manat dəyərindəki mirasda 20.000 manatlıq avtomobil kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan 250.000 manatdan artıq (490.000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmin avtomobilə də şərik olmaları ədalətli olmadığı kimi, miras qoyanın son iradəsinə də ziddir.
185. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür.
186. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam verməkhüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
187. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir.
188. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir.
189. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki halları, tərəflərin hüquqi vəziyyətini, vərəsəlik münasibətlərinin ardıcıllığını və mübahisəli əmlaklar üzərində mülkiyyət hüququnun dövriyyəsini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, hazırkı mübahisə üzrə yekun payların müəyyən edilməsi ayrı-ayrı miras hadisələrinin müstəqil şəkildə bölüşdürülməsi yolu ilə deyil, hər bir sonrakı mirasın əvvəlki mirasdan əldə olunmuş hüquqları da özündə birləşdirən vahid hüquqi dövriyyə kimi qiymətləndirilməsi əsasında həyata keçirilməlidir.
190. Belə ki, ilkin mərhələdə mübahisəli torpaq sahələri üzərində mövcud olan ümumi paylı mülkiyyət hüququ əsas götürülmüş, bundan sonra X32 ölümü ilə ona məxsus olan pay müstəqil miras kütləsinə çevrilmişdir. Həmin miras kütləsi qanun üzrə birinci növbə vərəsələr arasında bölüşdürülərkən Surxayın həyat yoldaşı iddiaçı3, qızları iddiaçı2 və iddiaçı1 müvafiq miras payları müəyyən edilmiş, valideynləri X21 və cavabdeh3 da qanun üzrə vərəsə kimi həmin mirasdan pay əldə etmişlər. cavabdeh1 isə mübahisəli torpaq sahəsi üzərində əvvəldən ümumi paylı mülkiyyət hüququ mövcud olduğundan, onun hüquqi vəziyyəti əvvəlki paylı mülkiyyət hüququ ilə birlikdə qiymətləndirilmiş və yekun hesablamalarda həmin ilkin mülkiyyət hüququ əsas götürülmüşdür.
191. Beləliklə, Surxayın ölümü ilə bağlı aparılan bölgü nəticəsində Xalidə, Əsmər və Ləmanın mübahisəli əmlak üzərində ilk dəfə müstəqil mülkiyyət hüquqları yaranmış, Ənvər və Xədicənin isə mövcud mülkiyyət hüquqları Surxayın mirasından qəbul etdikləri paylar hesabına artmışdır. Məhkəmə hesab edir ki, sonrakı mərhələdə aparılan bütün hesablamaların hüquqi bazasını da məhz bu bölgü təşkil etmişdir.
192. Növbəti mərhələdə X21 ölümü ilə açılmış miras hesablanarkən onun miras kütləsi yalnız ümumi paylı mülkiyyətdə malik olduğu ilkin paydan ibarət hesab edilməmiş, eyni zamanda Surxayın mirasından qanun üzrə vərəsə qismində qəbul etdiyi hüquqlar da həmin miras kütləsinin tərkib hissəsi kimi nəzərə alınmışdır. Bu baxımdan Ənvərin mirası üzrə hesablamalar aparılarkən onun ilkin mülkiyyət hüququ ilə Surxaydan qəbul etdiyi hüquqlar vahid əmlak kütləsi şəklində qiymətləndirilməli və yalnız bundan sonra mirası qəbul etmiş qanuni vərəsələr arasında bölgü aparılmalıdır.
193. Iş materialları ilə müəyyən edildiyi kimi, X27, X34 və X46 Ənvərin mirasını qəbul etmədiklərindən həmin şəxslər Ənvərin miras əmlakı üzərində hüquq əldə etməmiş, nəticə etibarilə onların xeyrinə pay müəyyən edilməmişdir. Əksinə, cavabdeh2, X35, cavabdeh1, cavabdeh3, habelə təmsil hüququ ilə iddiaçı2 və iddiaçı1 mirası qəbul etdiklərindən Ənvərin miras kütləsi həmin şəxslər arasında bölüşdürülməlidir.
194. Bu bölgü nəticəsində Xədicənin mübahisəli torpaq sahələri üzərində hüququ artıq üç hüquqi mənbədən formalaşmışdır: onun ilkin ümumi paylı mülkiyyət hüququndan, Surxayın mirasından qəbul etdiyi paydan və Ənvərin mirasından əldə etdiyi paydan. Eyni zamanda Rənanın da ilkin mülkiyyət hüququ saxlanılmış, Ənvərin mirasından əldə etdiyi hüquq həmin paya əlavə olunmuş, Həmidə və Bayram isə ilk dəfə Ənvərin mirası hesabına müvafiq mülkiyyət hüquqları əldə etmişlər. Əsmər və Ləmanın mülkiyyət hüquqları isə Surxayın mirasından yaranmış hüquqlarla yanaşı, təmsil hüququ əsasında Ənvərin mirasından əldə etdikləri paylar hesabına genişlənmişdir.
195. Daha sonra cavabdeh3 ölümü ilə açılmış miras üzrə onun ölüm anına malik olduğu bütün əmlak hüquqları vahid miras kütləsi kimi müəyyən edilmişdir.
196. Məhkəmə bu zaman nəzərə alır ki, Xədicənin miras kütləsinə yalnız ilkin mülkiyyət hüququ deyil, həm də Surxayın və Ənvərin miraslarından qəbul etdiyi hüquqlar daxildir. Buna görə də Xədicənin miras kütləsi yalnız ilkin paylı mülkiyyətindən deyil, həmçinin sonrakı iki vərəsəlik mərhələsinin nəticəsində formalaşmış vahid əmlak hüququ kimi qiymətləndirilmişdir.
197. Məhkəmə bildirir ki, Xədicə sağlığında bütün mübahisəli əmlakı cavabdeh2 xeyrinə vəsiyyət etmişdir. Lakin, məhkəmə vəsiyyətnamənin tətbiqi zamanı məcburi pay institutunun tələblərini də nəzərə almış, nəticədə X35 və cavabdeh1 qanunla qorunan məcburi pay hüquqları təmin edilmiş, Xədicənin miras kütləsinin qalan hissəsi isə vəsiyyətnaməyə uyğun olaraq cavabdeh2 keçmişdir.
198. Beləliklə, yekun hesablamalar aparılarkən hər bir şəxsin hüququ ayrıca bir miras hadisəsindən deyil, ardıcıl şəkildə baş vermiş Surxayın, Ənvərin və Xədicənin miraslarından əldə etdiyi hüquqların məcmusu əsasında müəyyən edilmişdir. Bu səbəbdən yekun bölgü zamanı Rəna Ənvər qızının payı onun ilkin ümumi paylı mülkiyyət hüququ, Ənvərin mirasından əldə etdiyi hüquq və Xədicənin mirası üzrə məcburi payının cəmi kimi, Bayram Ənvər oğlunun payı Ənvərin mirasından əldə etdiyi hüquqla yanaşı Xədicənin vəsiyyətnaməsi üzrə əldə etdiyi hüququn cəmi kimi, Həmidə Ənvər qızının payı isə Ənvərin mirasından əldə etdiyi hüquqla Xədicənin mirası üzrə məcburi payının cəmi kimi formalaşmışdır. iddiaçı1 və iddiaçı2 payları Surxayın mirası və Ənvərin mirasında təmsil hüququ əsasında əldə etdikləri hüquqların məcmusundan, iddiaçı3 payı isə yalnız Surxayın mirası üzrə əldə etdiyi hüquqdan ibarət olmuşdur.
199. Qeyd edilən hallara əsasən məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahələri üzrə yekun mülkiyyət paylarının müəyyən edilməsi hər bir miras hadisəsinin ayrıca hesablanması yolu ilə deyil, ardıcıl baş vermiş üç vərəsəlik münasibətinin – Surxayın, Ənvərin və Xədicənin miraslarının hüquqi nəticələrinin mərhələli şəkildə bir-birinin üzərinə əlavə olunması və yekun konsolidasiyası yolu ilə həyata keçirilməlidir.
200. Belə ki, ilk mərhələdə X32 ölümü ilə açılmış miras hesablanarkən onun mübahisəli torpaq sahəsi üzərində malik olduğu 25/100 hissədə pay müstəqil miras kütləsi kimi qəbul edilməlidir. Həmin miras qanun üzrə birinci növbə vərəsələr arasında bölüşdürülərkən Surxayın arvadı – iddiaçı3 5/100, qızları – iddiaçı2 5/100 və iddiaçı1 5/100, atası – X21 5/100, anası – cavabdeh3 isə 5/100 hissədə pay müəyyən edilməlidir.
201. Bununla yanaşı, cavabdeh1 Surxayın qanun üzrə birinci növbədə vərəsəsi olmadığından ona Surxayın mirasından hər hansı əlavə pay keçməmişdir. Lakin, Rəna mübahisəli torpaq sahəsinin ilkin ümumi paylı mülkiyyətçisi olduğundan onun əvvəldən mövcud olan 25/100 hissədə mülkiyyət hüququ saxlanılmış və sonrakı bütün hesablamaların başlanğıc hüquqi bazası kimi qəbul edilməlidir. Eyni qaydada Xədicənin də ilkin ümumi paylı mülkiyyətdə mövcud olan 25/100 hissədə payı Surxayın mirasından qəbul etdiyi 5/100 hissə ilə birləşərək 30/100 hissəyə, Ənvərin isə ilkin 25/100 hissədə payı Surxayın mirasından qəbul etdiyi 5/100 hissə ilə birləşərək 30/100 hissəyə çatmışdır.
202. Beləliklə, X15un ölümü nəticəsində hüquqi vəziyyət aşağıdakı qaydada formalaşmışdır: iddiaçı3 5/100, iddiaçı2 5/100, iddiaçı1 5/100, Ənvər Yusifovun 30/100, cavabdeh3 30/100 hissədə payları. Rənanın isə zatən əvvəlki mülkiyyət hüququ əsasında 25/100 hissədə özünə məxsus payı mövcud olmuşdur.
203. Ikinci mərhələdə mərhum X21 ölümü ilə açılmış miras hesablanarkən məhkəmə onun miras kütləsini yalnız ilkin 25/100 hissədə payı əsasında deyil, Surxayın mirasından qəbul etdiyi 5/100 hissəni də nəzərə almaqla, cəmi 30/100 hissədə müəyyən etmişdir. Həmin miras kütləsi qanun üzrə mirası qəbul etmiş vərəsələr arasında bölüşdürülmüşdür.
204. Məhkəmə qeyd edir ki, X27, X34 və X46 Ənvərin mirasını qəbul etmədiklərindən onların xeyrinə miras payı müəyyən edilməmişdir. Mirası qəbul etmiş cavabdeh2 6/100, X35 6/100, cavabdeh3 6/100, cavabdeh1 6/100 hissədə pay verilməli, Surxay Ənvər oğlunun ölümünə görə onun qanun üzrə vərəsəliyə çağırılan qızları iddiaçı1 və iddiaçı2 isə təmsil hüququ əsasında Surxaya çatacaq 6/100 hissə bərabər bölünərək hər birinə 3/100 hissədə pay müəyyən edilməlidir.
205. Beləliklə, iddiaçı2 Surxayın mirasından əldə etdiyi 5/100 hissədə hüquqa Ənvərin mirasından təmsil hüququ əsasında əldə etdiyi 3/100 hissə əlavə edilməklə onun yekun payı 8/100 hissə təşkil etmişdir. Eyni hüquqi və riyazi qayda iddiaçı1 da tətbiq edilmiş, onun da Surxayın mirasından əldə etdiyi 5/100 hissə ilə Ənvərin mirasından əldə etdiyi 3/100 hissə birləşdirilərək yekun 8/100 hissədə mülkiyyət hüququ formalaşmışdır.
206. Həmçinin, cavabdeh1 əvvəlki 25/100 hissədə mülkiyyət hüququna Ənvərin mirasından əldə etdiyi 6/100 hissə əlavə olunaraq 31/100 hissədə, cavabdeh3 isə Surxayın mirasından sonra mövcud olan 30/100 hissədə hüququna Ənvərin mirasından əldə etdiyi 6/100 hissə əlavə olunmaqla onun mübahisəli torpaq sahəsi üzərində hüququ 36/100 hissəyə çatmışdır.
207. Üçüncü mərhələdə cavabdeh3 ölümü ilə açılmış miras hesablanarkən onun malik olduğu 36/100 hissədə (ilkin paylı mülkiyyət hüququndan, Surxayın mirasından qəbul etdiyi paydan və Ənvərin mirasından qəbul etdiyi paydan) mülkiyyət hüququ vahid miras kütləsi kimi qəbul edilmişdir. Xədicənin sağlığında tərtib etdiyi vəsiyyətnaməyə əsasən həmin miras üzrə əsas vəsiyyət üzrə vərəsə cavabdeh2 olmuşdur.
208. Bununla yanaşı, məhkəmə məcburi pay institutunu tətbiq etməklə X35 və cavabdeh1 qanunla qorunan məcburi pay hüquqlarını nəzərə almaqla, nəticədə Həmidəyə 6/100, Rənaya 6/100 hissədə məcburi pay müəyyən edilməli, miras kütləsinin qalan 24/100 hissəsini isə vəsiyyətnaməyə uyğun olaraq cavabdeh2 verilməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Yəni, normal şəraitdə qanun üzrə vərəsələr üç nəfər olduğundan hər birinə 12/100 hissədə payları müəyyən edilməli idi. Lakin, hazırki vəziyyətdə cavabdeh3 payına münasibətdə miras kütləsinin cavabdeh2 vəsiyyət üzrə verilməsini, digər vərəsələr Həmidə və Rənanın isə məcburi payları olduğundan sonunculara qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı, yəni hər birinə 12/100 hissədə deyil, yarısı olaraq artıq 6/100 və 6/100 hissələr olaraq verilmişdir.
209. Beləliklə, ardıcıl aparılmış hüquqi-riyazi hesablamaların yekunu olaraq cavabdeh1 31/100 + 6/100 = 37/100, Bayram Ənvər oğlunun 6/100 + 24/100 = 30/100, Həmidə Ənvər qızının 6/100 + 6/100 = 12/100, Əsmər Surxay qızının 5/100 + 3/100 = 8/100, Ləman Surxay qızının 5/100 + 3/100 = 8/100, Xalidə Zaman qızının isə yalnız Surxayın mirasından əldə etdiyi 5/100 hissədə hüququ formalaşmışdır.
210. Qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə JN0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən –37/100 hissədə cavabdeh1, 30/100 hissədə cavabdeh2, 12/100 hissədə X11, 8/100 hissədə iddiaçı1, 8/100 hissədə iddiaçı2 və 5/100 hissədə iddiaçı3 payları müəyyən edilməlidir.
211. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN669A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tam həcmdə X21 mülkiyyətində olmuşdur. Buna görə də həmin yaşayış evi üzrə mülkiyyət hüququnun sonrakı hüquqi dövriyyəsi ilk növbədə X1 ölümü ilə açılmış miras əsasında müəyyən edilməlidir.
212. Məhkəmə qeyd edir ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X1 adına ##.##.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
213. Həmin tarixdə Ənvər ölmüş, arvadı sağ olsa da özünün payının ayrılmasını tələb etməmiş və nəticədə fərdi yaşayış evinin ərinin adına qeydiyyata alınması ilə razılaşaraq bu halı bəyənmişdir.
214. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
215. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
216. Konstitusiya Məhkəməsinin Plenumunun "F.Nəcəfovanın şikayəti üzrə” # #### 2023-cü il tarixli qərarında göstərmişdir ki, “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
217. Buna görə hazırki iş üzrə yaşayış evinin Ənvərin əmlakı olaraq dəyərləndirilmiş və yekun mülkiyyət paylarının müəyyən edilməsi hər bir miras hadisəsinin ayrıca qiymətləndirilməsi ilə deyil, ardıcıl hüquq keçidlərinin vahid hüquqi sistem şəklində araşdırılması yolu ilə həyata keçirilmişdir.
218. Belə ki, X21 ölümü ilə açılmış miras üzrə qanun üzrə birinci növbə vərəsələr arvadı – cavabdeh3, övladları – cavabdeh2, X35, cavabdeh1, X27, X34, X46 və özündən əvvəl vəfat etmiş oğlu Surxay Ənvər oğlunun təmsil hüququ üzrə vərəsələri olan – iddiaçı1 və iddiaçı2 olmuşlar.
219. Lakin iş materiallarından görünür ki, X27, X34 və X46 qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiklərindən onlar miras münasibətlərindən kənarda qalmış və onların xeyrinə hər hansı pay müəyyən edilməmişdir.
220. Belə olan halda Ənvərin miras kütləsini yalnız mirası qəbul etmiş qanuni vərəsələr arasında bölünməlidir. Nəticədə cavabdeh2, X35, cavabdeh3 və cavabdeh1 hər birinə fərdi yaşayış evinin 1/5 hissəsində pay müəyyən edilmişdir.
221. Məhkəmə bildirir ki, X32 isə Ənvərin mirası açılan vaxt artıq vəfat etdiyindən, ona qanun üzrə çatacaq 1/5 hissədə pay təmsil hüququ əsasında onun qızları iddiaçı1 və iddiaçı2 arasında bərabər bölünmüşdür. Beləliklə, həmin 1/5 hissə iki bərabər hissəyə ayrılaraq hər birinə 1/10 hissədə mülkiyyət hüququ müəyyən edilmişdir.
222. Məhkəmə hesab edir ki, sonrakı hesablamaların vahid əsas üzrə aparılması məqsədilə həmin paylar ümumi 30 məxrəcə gətirilmişdir. Bu zaman cavabdeh2, X35, cavabdeh3 və cavabdeh1 hər birinin 1/5 hissədə payı 6/30 hissəyə, iddiaçı1 və iddiaçı2 hər birinin 1/10 hissədə payı isə 3/30 hissəyə çevrilmişdir.
223. Beləliklə, X21 mirası üzrə fərdi yaşayış evi üzərində hüquqi vəziyyət aşağıdakı kimi formalaşmışdır:
1. cavabdeh2 – 6/30 hissə
2. X35 – 6/30 hissə
3. cavabdeh3 – 6/30 hissə
4. cavabdeh1 – 6/30 hissə
5. iddiaçı1 – 3/30 hissə
6. iddiaçı2 – 3/30 hissə
224. Sonrakı mərhələdə cavabdeh3 ölümü ilə ona məxsus 6/30 hissədə pay yeni miras kütləsi kimi açılmışdır. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh3 sağlığında fərdi yaşayış evi də daxil olmaqla əmlakını cavabdeh2 xeyrinə vəsiyyət etmişdir.
225. Lakin məhkəmə vəsiyyətnamənin hüquqi qüvvəsini qiymətləndirərkən qanunla qorunan məcburi pay hüququnun təmin edilməsini də zəruri hesab etmişdir. Bu səbəbdən Xədicəyə məxsus 6/30 hissədə mülkiyyət hüququndan cavabdeh1 1/30, X35 1/30 hissədə məcburi pay müəyyən edilmiş, qalan 4/30 hissə isə vəsiyyətnamənin tələblərinə uyğun olaraq cavabdeh2 keçmişdir.
226. Beləliklə, əvvəlki mərhələdə Ənvərin mirasından əldə edilmiş hüquqlarla Xədicənin mirasından əldə edilmiş hüquqlar birləşdirildikdə cavabdeh2 6/30 hissədə hüququna 4/30 hissə əlavə olunmaqla onun yekun payı 10/30 hissə, X35 6/30 hissədə hüququna 1/30 hissə əlavə olunmaqla yekun payı 7/30 hissə, cavabdeh1 6/30 hissədə hüququna 1/30 hissə əlavə olunmaqla yekun payı 7/30 hissə təşkil etmişdir.
227. iddiaçı1 və iddiaçı2 hər biri Ənvərin mirası üzrə əldə etdikləri 3/30 hissədə paylarını saxlamış, Xədicənin mirası üzrə isə onların xeyrinə hər hansı hüquq keçidi baş verməmişdir.
228. Beləliklə, ardıcıl aparılmış hüquqi və riyazi hesablamaların nəticəsi olaraq Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN669A (KOD ********) saylı Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları cavabdeh1 7/30 hissədə, cavabdeh2 10/30 hissədə, X11 7/30 hissədə, iddiaçı1 3/30 hissədə və iddiaçı2 3/30 hissədə müəyyən edilməlidir.
229. Məhkəmə hesab edir ki, göstərilən pay bölgüsü ardıcıl vərəsəlik münasibətlərinin hüquqi nəticələrinə, mirasın qəbul edilməsinə dair müəyyən edilmiş hallara, təmsil hüququnun tətbiqinə, vəsiyyətnamənin hüquqi qüvvəsinə və məcburi pay institutunun tələblərinə uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktiki halları tam əks etdirir.
230. Məhkəmə iddia tələbinin – Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN669A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mülkiyyət hüququ ilə məxsus olan 0,16 ha həyətyanı torpaq sahəsinin və JN0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyət hüququ ilə məxsus olan 0,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi barədə iddia tələbini də araşdıraraq hesab edir ki, həmin tələb hazırkı iş üzrə təmin edilə bilməz.
231. Belə ki, hazırkı mübahisənin əsas predmetini tərəflərin vərəsəlik hüquqlarının müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının təsbit olunması və miras əmlakı üzərində hər bir vərəsənin hüquqi payının müəyyən edilməsi təşkil etmişdir. Iş üzrə aparılmış araşdırma nəticəsində məhkəmə ilk növbədə tərəflərin vərəsəlik münasibətlərini, miras hüquqlarının keçid ardıcıllığını və bunun nəticəsi olaraq mübahisəli əmlaklar üzərində hər bir şəxsin mülkiyyət payını müəyyən etmişdir.
232. Məhkəmə hesab edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi barədə tələb hüquqi mahiyyətinə görə müstəqil tələb olmaqla, onun həlli üçün əvvəlcə ümumi mülkiyyətdə iştirak edən şəxslərin dairəsinin və hər birinin payının dəqiq müəyyən edilməsi zəruridir. Hazırkı iş üzrə həmin hüquqi qeyri-müəyyənlik aradan qaldırılmış, tərəflərin mübahisəli əmlaklar üzərində payları müəyyən edilmişdir.
233. Bununla yanaşı, naturada bölgü məsələsinin həlli yalnız mülkiyyət paylarının müəyyən edilməsi ilə məhdudlaşmır. Belə tələbin həlli zamanı torpaq sahələrinin faktiki vəziyyəti, sərhədləri, konfiqurasiyası, sahəsi, üzərində yerləşən tikililər, giriş-çıxış imkanları, kommunikasiya xətləri, torpaq qanunvericiliyinin tələbləri, şəhərsalma və tikinti normaları, habelə naturada bölgünün texniki cəhətdən mümkün olub-olmaması kimi hallar ayrıca araşdırılmalı, zərurət yarandıqda müvafiq məhkəmə ekspertizası təyin edilməlidir. Hazırkı iş üzrə həmin hallar araşdırma predmeti olmadığından məhkəmə bu məsələyə mahiyyəti üzrə hüquqi qiymət verə bilməz.
234. Eyni zamanda, məhkəmə prosessual qənaət prinsipini də nəzərə alır. Belə ki, hazırkı iş üzrə ilk növbədə tərəflərin vərəsəlik hüquqlarının və mülkiyyət paylarının müəyyən edilməsi sonrakı hüquq münasibətlərinin düzgün həlli üçün zəruri ilkin hüquqi əsasdır. Naturada bölgü məsələsinin isə həmin paylar müəyyən edilmədən həll edilməsi sonradan qəbul ediləcək məhkəmə aktları ilə ziddiyyət yarada, əlavə sübutların toplanmasını, ekspertiza keçirilməsini və yeni hüquqi qiymətləndirmə aparılmasını tələb edə bilərdi. Bu isə məhkəmə icraatının səmərəliliyinə və prosessual qənaət prinsipinə uyğun olmazdı.
235. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə tərəflərin paylarının müəyyən edilməsi nəticəsində onların hüquqi vəziyyəti tam aydınlaşdırılmışdır. Bundan sonra həmin payların naturada ayrılması ilə bağlı yaranacaq mübahisə müstəqil iddia predmeti olmaqla ayrıca məhkəmə icraatında araşdırılmalı, naturada bölgünün mümkün olub-olmaması həmin iş üzrə toplanacaq sübutlar və müvafiq ekspertiza rəyi əsasında qiymətləndirilməlidir.
236. Odur ki, iddiaçının Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin və 0,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi barədə tələbi hazırkı mülki iş üzrə təmin edilmir. Bu qətnamə ilə müəyyən edilmiş mülkiyyət payları tərəflərin gələcəkdə həmin əmlakların naturada bölünməsi barədə müstəqil iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.
237. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
238. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
239. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur.
240. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
241. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
242. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
243. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların tələbi Surxaydan qalan miras əmlaklar üzərində payların müəyyən edilməsindən ibarət olsa da məhkəmə hazırki məhkəmə aktı miras qoyanların bütün əmlakları ilə bağlı məsələ həll edilmişdir.
244. Bu hal tələbdən kənara çıxma hesab edilmir, icraata qənaət edilməsinə yönəlmiş hərəkət olmaqla miras əmlakla bağlı vahid qərarın qəbul edilməsinə yönələn və bu yöndə olan məhkəmə təcrübəsinə əsaslanmışdır.
245. Bundan başqa məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə ilə hüquqi qiymət verilən miraslar 2004, 2006 və 2020-ci ildə açılmış, iddiaçılar hazırki tələblə ##.##.2017-ci il tarixdə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin yekun aktı ##.##.2019-cu il tarixdə qəbul edilməklə işin məhkəmə icraatı yekunlaşmışdır.
246. Bundan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarı qəbul edilmiş və vərəslik hüquq münasibətləri ilə bağlı həmin tarixdən sonra mirasdan imtinaya dair qaydalar müəyyən edilmişdir.
247. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
248. Qeyd edildiyi kimi miras qoyanlar 2004, 2006 və 2020-ci il tarixdə ölmüş, hazırki iş ##.##.2017-ci il tarixdə məhkəməyə daxil olmuş, Şəmkir Rayon Məhkəməsinin yekun aktı ##.##.2019-cu il tarixdə qəbul edilməklə işin məhkəmə icraatı yekunlaşmış və Konstitusiya Məhkəməsinin Plenum Qərarı qəbul edildiyi ## ###### 2023-cü il tarixdə qəbul edilmişdir ki, hazırki iş məhkəmələrin icraatında olmamışdır.
249. Apellyator apellyasiya şikayəti ilə isə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və həmin tarixdən etibarən işin apellyasiya icraatı başlanmışdır.
250. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarı qəbul edildiyi ## ###### 2023-cü il tarixdə hazırki iş məhkəmənin icraatında olmadığından hazırki mübahisəyə həmin Qərarla formalaşmış hüquqi mövqeyə əsasən hüquqi qiymət verilməmiş və mirasın açıldığı zaman qüvvədə olan maddi hüquq normaları əsasında həll edilmişdir.
251. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə JN- 0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən mərhum X8 miras qalmış hissəsini, həmçinin iddiaçı2 və iddiaçı1 mərhum X1 miras qalmış hissəsini qəbul etməsi faktı müəyyən edilməli, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə JN0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən –37/100 hissədə cavabdeh1, 30/100 hissədə cavabdeh2, 12/100 hissədə X11, 8/100 hissədə iddiaçı1, 8/100 hissədə iddiaçı2 və 5/100 hissədə iddiaçı3 payları müəyyən edilməli, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən – 7/30 hissədə cavabdeh1, 10/30 hissədə cavabdeh2, 7/30 hissədə X11, 3/30 hissədə iddiaçı1 və 3/30 hissədə iddiaçı2 payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
252. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
253. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən tərəfindən kassasiya şikayəti verilə bilər.
254. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia qismən təmin edilsin. Iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə JN-0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X1, cavabdeh3, cavabdeh1, X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən mərhum X8 miras qalmış hissəsini, həmçinin iddiaçı2 və iddiaçı1 mərhum X1 miras qalmış hissəsini qəbul etməsi faktı müəyyən edilsin. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qərarı ilə JN0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən –37/100 hissədə cavabdeh1, 30/100 hissədə cavabdeh2, 12/100 hissədə X11, 8/100 hissədə iddiaçı1, 8/100 hissədə iddiaçı2 və 5/100 hissədə iddiaçı3 payları müəyyən edilsin. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Şəmkir rayonu Sabirkənd kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən – 7/30 hissədə cavabdeh1, 10/30 hissədə cavabdeh2, 7/30 hissədə X11, 3/30 hissədə iddiaçı1 və 3/30 hissədə iddiaçı2 payları müəyyən edilsin. Iddia qalan hissədə təmin edilməsin. Iş üzrə aparılmış ekspertiza xərci olan 100 (yüz) manat pul cavabdehlər cavabdeh1, cavabdeh2, X11 və X6 müştərək qaydada tulularaq SAP (XIIS), X61, kod210005, VÖEN**********, m/h Az41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE**********000208850* saylı hesaba keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.