Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1567/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdehnin ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-430/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbehi tətbiq edilməsi, həbs etmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən, saat 19:07-dən hesablanması qərara alınmışdır.
2. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4, sonuncunun oğlu Xəyal İsayevin və qohumu Cavabdeh əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır.
3. İş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” 11 oktyabr 2023-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində Göygöl rayonu, Üçtəpə kəndində aralarında yaranmış mübahisələr zamanı İddiaçı döymüşdür. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur.
4. İş materiallarında olan MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus **-DJ-*** nömrəli avtomaşına zərər yetirərək, sonuncuya 1000 (bir min) manat maddi ziyan vurmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
5. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1000 (bir min) manat məbləğdə cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır.
6. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-17/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi əsası ilə xitam verilməsi qərara alınmışdır.
7. İş materiallarında olan Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” istehsalat birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən verilmiş 13/02 nömrəli, 19 fevral 2024-cü il tarixli qüsur aktı-rəydən görünür ki, “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, “Qara Pikap” rəngli, 2011-ci il buraxılışlı, BAN № MNTCCUD40Z0013 avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla, qəzaya uğramış avtomobilə 1050 (bir min əlli) manat maddi zərər toxunulmuşdur.
8. İş materiallarında olan AD seriyalı, 182762 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Nissan Navara” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
9. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1833 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı, “Nissan Navara” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1050,00 manat müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş inzibati xətalar nəticəsində ona dəymiş ziyanın ödənilməsi, yəni maddi zərərə görə 1010 (bir min on) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 101 (bir yüz bir) manat, cəmi 1648 (bir min altı yüz qırx səkkiz) manat məbləğində pulun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil “iddia tələbinin həcminin artırılması” barədə AZEMİS vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh tərəfindən törədilmiş inzibati xətalar nəticəsində maddi ziyan kimi dəymiş 1050 (bir min əlli) manatın, mənəvi ziyan kimi dəymiş 500 (beş yüz) manatın, məhkəmədə iddia qaldırılmasına görə dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manatın və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 101 (bir yüz bir) manatın, cəmi 1688 (bir min altı yüz səksən səkkiz) manatın Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat cərimə tənbehi tətbiq edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Göygöl rayonu, Üçtəpə kəndində ona məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən zərər yetirərək 1010 (min on) manat maddi ziyan vurmuşdur. Bundan başqa, Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərara əsasən Məmmədov X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Cavabdeh 01 dekabr 2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində onu döymüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin onu vurması nəticəsində bir tərəfdən həm fiziki, həm mənəvi iztirab, həm də sarsıntı keçirmiş, digər tərəfdən isə və avtomobilinə ziyan vurması nəticəsində əmlak itkisi ilə üzləşmiş və aydın məsələdir ki, belə olan halda nəticədə ona həm maddi və həm də, mənəvi ziyan dəymişdir. Məhkəmə qərarından aydın olur ki, avtomobilinə cavabdeh tərəfindən 1010 (bir min on) manat ziyan vurulmuşdur. Bundan başqa, cavabdehin ona vurduğu mənəvi zərər əvəzolunmaz olsa da, ondan mənəvi zərərə görə 500 (beş yüz) manat pul alınıb ona verilməsini məqsədə müvafiq hesab edir.
14. Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş ziyana görə 1050 (bir min əlli) manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı və vəkilə hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat olmaqla, cəmi 1180 (bir min yüz səksən) manat alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı məxsus avtomobilə maddi ziyan vurulduğundan iddiaçının hazırki tələbi maddi ziyana aid hissədə haqlıdır. Həmçinin, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərin məbləğinin 1050 (bir min əlli) manat olmasını qeyd etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1833 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində də, vurulan ziyanın məbləği 1050 (bir min əlli) manat həddində olduğu müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddiaçının digər bir iddia tələbi olan mənəvi zərərin vurulması hissəsinə qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh onu döyməsi nəticəsində mənəvi sarsıntı keçirməsi və buna görə 500 manat mənəvi zərərə uğramasını qeyd etsə də, buna dair hər hansı mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərə aid hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 1050 (bir min əlli) manat alınıb İddiaçı verilməli, iddia tələbi mənəvi zərərin tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir.
16. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 115.0.9, 119.1, 121.1, 217.2, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
17. Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsinin əsassız olduğu üçün ləğv edib iddia tələbinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qət edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə araşdırma aparan məhkəmə onun məhkəmə araşdırması zamanı iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının onun iştirakı olmadan keçirildiyini, iş üzrə çəkişmə prinsipinin tələblərinin pozulduğunu, maşına dəyən ziyanın ümumiyyətlə onun tərəfindən törədilmədiyini, maşına dəyən ziyanın maşının köhnə olmasını nəzərə almaqla maşında olan şpaklovkanıın qopması ilə müəyyən olunduğu, bu şpaklovkanın nə vaxt törədilməsinin müəyyən edilməməsi, bunun məhkəmə tərəfindən doğru müəyyən edilməməsi kimi hallar müəyyən edilmədən iddianı təmin etmişdir. Qeyd etmişdir ki, məhkəmə sübut kimi ekspert rəyinə istinad etmişdir. Halbuki ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Ekspert rəyini iş üzrə sübutlarla bərabər qiymətləndirilir. Təəssüflər olsun ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, maşına dəyən ziyanı onun tərəfindən yox başqa biri tərəfindən yetirilmişdir. Onun tərəfindən yetirilməməsinə aydınlıq gətirmədən iddia təmin edilmişdir. Mübahisəli iddiaçıya məxsus maşının real bazar qiyməti 5000-6000 aralığında olar. İddiaçının iddia etdiyi maşına dəyən ziyan isə xırda bir şpaklovka qopuğudur. Belə olan halda dəyən ziyanın 1050 manat göstərilməsi bir daha onu sübut edir ki, məhkəmə məlum qətnaməni qət edərkən düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. İddiaçı oğlu apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
26. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
27. 16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. 17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. 18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
37. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İşin hallarında görünür ki, Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1000 (bir min) manat məbləğdə cərimə tənbehi tətbiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-17/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi əsası ilə xitam verilməsi qərara alınmışdır. Görüntüyü kimi, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1000 (bir min) manat məbləğdə cərimə tənbehi tətbiq edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 3(066)-459/2023 nömrəli, 23 noyabr 2023cü il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-17/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə ləğv edilsə də, inzibati xətanın mövcud olmaması, ziyanının vurulmaması, yaxud ziyanın az vurulması əsası ilə deyil, iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi əsası ilə xitam verilmişdir.
43. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1833 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı, “Nissan Navara” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1050,00 manat müəyyən edilir.
44. Cavabdehin onun tərəfindən iddiaçıya ziyan vurmadığını, iddiaçının avtomoblinin şpakilovkasının qopduğunu və qopuğun nə vaxt baş verməsinin sübuta yetməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında qərarla cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə vurduğu zərərin həcminin 1000 manat həcmində olması müəyyən edilmiş, həmin hissədə müəyyən edilən hal Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan maddi ziyannı məbləği dəyişdirilərək, 1000 manat müəyyən edilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli və Cavabdeh vurulmuş ziyana görə 1000 (bir min) manat, alınaraq İddiaçı verilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh vurulmuş ziyana görə 1000 (bir min) manat, alınaraq İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.