Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1572/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(045)-25/2025 nömrəli qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı* Saburəddin oğlu, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3nə (* saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs kimi göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X* məxsus daşınmaz əmlakların bağışlanması haqqında *2.03.202*-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqavilə əsasında Cavabdeh* verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(045)-25/2025 nömrəli qətnaməsi (hakim Taleh Mustafyev) ilə, iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan – *27 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci müştərək qaydada iddiaçılar İddiaçı*, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: *42595, büdcə səviyyəsinin kodu: 3, X2: kod 2*0005, VÖEN: *40*55507*, müxbir hesab: AZ4*NABZ 0*360*0000**********, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: *70032662*, hesab: AZ34CTRE**********000208850*) köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı4 nümayəndəsi (vəkili) X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(045)-25/2025 nömrəli qərardadı ilə, İddiaçı4 nümayəndəsi və vəkili X3 Goranboy Rayon Məhkəməsinin 2(045)- 25/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Bundan sonra İddiaçı4 nümayəndəsi (vəkili) X4 yenidən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı və 363.*.3-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in *34.*.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin *35.6-cı və *35.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin *34-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər *35.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. *35.5-ci maddəsinə əsasən, bu Məcəllənin *35.2-ci, *35.3-cü, *35.6-cı və *35.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. *35.6-cı maddəsində qeyd olunmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından müəyyən olunur ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(045)-25/2025 saylı qətnaməsi “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən xx.xx.2025-ci il tarixdə İddiaçı4 nümayəndəsi (vəkili) Vəkil* “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in *35.5 və *35.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsinə (vəkilinə) rəsmi qaydada verilmiş hesab olunur. Bundan sonra İddiaçı4 apellyasiya şikayəti vermiş, lakin şikayətin verilməsi üçün dövlət rüsumu əlavə edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır. İddiaçı isə qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab edir ki, İddiaçı4 qanunla müəyyən olunmuş apellyasiya şikayəti vermə müddətini ötürməklə şikayət vermişdir. Çünki, Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * ay müddətində verilə bilər. *28.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. *29.*-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. *29.3-cü maddəsinə sasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. *30.*-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. *30.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi, İddiaçı4 nümyəndəsi (vəkil) vasitəsi ilə məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, müddətin axımı 24-cü tarixindən hesablansa belə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət xx.xx.2025-ci il tarixdə saat 00:00-da bitmişdir. İddiaçının şikayəti birinci instansiyası məhkəməsi tərəfindən geri qaytarılmış və iddiaçı növbəti dəfə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir ki, apellyasiya şikayətini qanunla müəyyən olunmuş 0* ay müddətində deyil, 0* ay 0* gündən sonra vermişdir. Qeyd edilməlidir ki, prosessual müddətlərin kəsilməsinə dair prosessual qanunvericilikdə hər hansı müddəa mövcud deyildir. Həmçinin, sonuncu tərəfindən yenidən apellyasiya şikayəti verilən zaman ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edilməmiş və qeyd edilən ərizə şikayətə əlavə olunmamışdır. Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 363.*.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı və 363cü maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı və 363.*.3-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in *0, 263, 264, 36*, 363.* və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(045)-25/2025 nömrəli qətnaməsindən İddiaçı4 nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı və 363.*.3-cü maddələrinin tələblərinin yoxlanılması üçün mülki işlə birlikdə Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1572/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1572/2025
31.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver