Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1589/2023 20.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı X2, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı ünvan 1 ünvanında ona məxsus 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 1948-ci ildə çay daşından tikilmiş 2 mərtəbəli, 3 otaqlı 73,7 kv.metr yaşayış sahəsi və köməkçi sahəsi 217,9 kv. metr fərdi yaşayış sahəsindən cavabdehin istifadə hüququna bazar qiyməti ilə 4000 (dörd min) manat kompensasiya verməsi yolu ilə xitam verilməsi və cavabdehin uşaqları, yəni xx.xx.2009-cu ildə anadan olmuş X5, xx.xx.2011-ci ildə anadan olmuş X15, xx.xx.2014-cü ildə anadan olmuş X9 adlı uşaqları və cehiz əşyaları ilə birgə həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev ) iddia təmin edilmiş, İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan Tərtər şəhəri, H.Aslanov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73,7 kv.metr yaşayış, 217 kv.metr köməkçi sahəsən ibarət 34 nömrəli fərdi yaşayış evindən hazırda həmin evdə yaşayan Cavabdeh İsa qızına iddiaçı tərəfindən cəmi 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə onun həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh İsa qızının xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il il təvəllüdlü X15 və xx.xx.2014- cü il il təvəllüdlü X9 adlı uşaqları və cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsinin qət etdi hissəsində yanlışlıq düzəldilmiş, kompensasiyanın verilməsi ilə evdən çıxarılmanın eyni vaxtda icra edilməsi sözləri əlavə edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və yaxud iddiaçıdan daha yüksək məbləğdə kompensasiya tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X14 ilə xx.xx.2009-cu ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan xx.xx.2009-cu ildə X5, xx.xx.2011-ci ildə X15 və xx.xx.2014-cü ildə X9 adlı uşaqları olmuşdur. İsa Mehdiyevlə evlənəndən sonra Tərtər şəhəri, H.Aslanov küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli,3 otaqlı, 73,7 kv. metr yaşayış, 217 kv. metr köməkçi sahəsindən ibarət 34 nömrəli fərdi yaşayış evinə heç bir şərt qoyulmadan gəlin kimi köçüb həmin evdə yaşamış 3 uşaglarıda həmin evdə anadan olmuşdur.Aralarında olan nikahları Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(010)-2358/2021 saylı qətnaməsi ilə pozulmuş və uşaqların onun yanında qalması qət edilmişdir. Sözügedən evdə nə iddiaçı nə də ailə üzvləri yaşamırla və iddiaçı ailə üzvləri ilə birgə Bakı şəhərində qeydiyyatda olmaqla,orada yaşayırlar. Məhkəmə kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə almamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, ona təklif edilən kompensasiya məbləği ilə Tərtər şəhərində ev almaq mümkün deyildir. Ona 20.000 manat kompensasiya verilərsə, həmin məbləğə razıdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və iddiaçıdan daha yüksək məbləğdə kompensasiya tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını və iddiaçıdan daha yüksək məbləğdə kompensasiya tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh onun gəlini olmuşdur. Oğlu X1 Aynurə Ələsgər qızı ilə xx.xx.2009-cu ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan xx.xx.2009-cu ildə X5, xx.xx.2011-ci ildə X15 və xx.xx.2014-cü ildə X9 adlı uşaqları olmuşdur. X18 gəlini Cavabdeh arasında olan nikahları Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(010)-2358/2021 saylı qətnaməsi ilə pozulmuş və üç uşaq anası Cavabdeh yanında qalması qət edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Əslində məhkəmə düzgün olmayaraq, cavabdehin uşaqları və əmlakları ilə birlikdə ona məxsus olan evdən çıxmaları barədə iddisını təmin etməmiş və bundamn sonra hazırkı iddianı qaldrmıdır. O, pensiyaçı olmaqla, heç bir yerdə işləmir kreditə götürdüyü pul hesabına cavabdehə veriləcək kompensasiyanı ödəyib, sonra gəlib öz evində rahat yaşamaq istəyir. Bundan başqa, cavabdehin yaxşı şəraitli ata evi vardır və boşanma ərəfsində gedib 3 il atası evində yaşamışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2006-cı ildə ********* sayla qeydiyyata alınmış seriya MH ******* №-li çıxarışın surətindən görünür ki, Tərtər şəhəri, H.Aslanov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73,7 kv.metr yaşayış, 217 kv.metr köməkçi sahəsən ibarət 34 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(010)-2358/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X14 ilə Cavabdeh arasıda xx.xx.2009-cu il tarixdə, Bərdə rayon Qeydiyyat Şöbəsində bağlanmış 619 nömrəli nikah pozulmuşdur. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2009-cu ildə X5, xx.xx.2011-ci ildə X15 və xx.xx.2014-cü ildə X9 adlı uşaqları anası Cavabdeh yanında saxlanılmışdır. Tərtər Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(061)- 293/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı, Cavabdeh qarşı onun, X3, X10, X6 əmlakları ilə birlikdə mülkiyyətində olan Tərtər şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinndə inşa edilmiş 2 mərtəbəli 3 otaqlı, 73,7 kv.metr yaşayış, 217,9 kv.metr köməkçi sahədən ibarət 34 saylı fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmaları barədə iddiası təmin edilməmişdir. Tərtər Bələdiyyəsinin verdiyi 03 saylı, xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Tərtər şəhərində evlərin kirayə haqqı şəraitindən asılı olaraq 100-300 manat arasında verilir. Tərtər şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 67 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Tərtər şəhərində evlərin kirayə haqqı şəraitindən asılı olaraq 100-300 manat arası verilir. 24 yanvar 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh, İddiaçı tərəfindən təsvir edildiyi kimi ona məxsus mənzildən əşyaları ilə birlikdə çıxarılmaları ilə əlaqədar mübahisə üzrə xx.xx.2022-ci il tarixdə saat 10:10-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. X7 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvələcədən ünvanına məktub göndərilməklə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında ona məxsus Tərtər şəhəri, Həzi Aslanov küçəsində yerləşən evin qiyməti 42.000 manat, sənədli 6 sot torpaq sahəsinin qiyməti 12.000 manat, sənədsiz (bələdiyyə sənədi) 8 sot torpaq sahəsinin qiyməti isə 8.000 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1- ci maddəsinə əsasən hər bir fiziki və hüququ şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvr 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərqrın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi hər hansı bir şəxsin başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Həmçinin həmin maddə bir tərəfdən mülkiyyətçiyə, ona məxsus yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüququna xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verməklə xitamnı da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiya verilməsi nəzərdə tutulmadığı halda, MM-nin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsini tərəflərin hüquqlarının və qanunla qorunan mənafeyləhnin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Avropa İnsan Hüquqları Məhkəməsi Marçkx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərancam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Tərtər şəhəri, H.Aslanov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73,7 kv.metr yaşayış, 217 kv.metr köməkçi sahəsən ibarət 34 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərtər şəhərində hazırda evlərin kirayə haqqı şəraitindən asılı olaraq 100-300 manatdır. "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli rəyinə əsasən, həmin evin qiyməti 42.000 manat, sənədli 6 sot torpaq sahəsinin qiyməti isə 12.000 manatdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı fərdi yaşayış sahəsindən cavabdehin istifadə hüququna bazar qiyməti ilə 4000 (dörd min) manat kompensasiya verməsi yolu ilə xitam verilməsini xahiş etsə də, məhkəmə Cavabdeh İsa qızına iddiaçı tərəfindən cəmi 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə onun həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə o, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il il təvəllüdlü X15 və xx.xx.2014cü il il təvəllüdlü X9 adlı uşaqları və cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Kompensasiyanın məbləği qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsi, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda ifadə eytdiyi hüquqi mövqeyinə görə, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir və ona mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218.3 maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”12 iyul 2016-cı il tarixli qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qərarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən Cavabdeh İsa qızı bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməli və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Bu baxımdan cavabdehə 9.000 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi onun qanunla qorunan mənafeyinin yüksək dərəcədə müdafiəsini təmin etməklə yanaşı, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində ona veriləcək 9.000 manat məbləğində kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı, həmçinin özünə başqa yaşayış sahəsi almaqda əhəmiyyətli dəstək ola biləcək məbləğdir. Məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-237/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1589/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1589/2023
20.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver