Məhkəmə qərarları › İş №2(104)-1607/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1607/2024

18.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1607/2024 18.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(021)-313/2024 saylı qərardadından ilk iddia üzrə İddiaçı nümayəndəsi vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı X5 iddia ərizəsi ilə müraciət edərək, cavabdeh, Cavabdeh iki övladı ilə birgə, mülkiyyət hüququ ilə ona məxsus olan ümumi sahəsi 69.1 kvm, yaşayış sahəsi 27.7 kvm, iki otaqlı, bir mərtəbəli ünvan 1 ünvanında yerləşən evdən çıxarılması, ödənilmiş 51 manat mediasiya dair rüsumunun və 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, övladları xx.xx.2008-ci il tarixdə anadan olmuş X6, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 ünvan 2 ünvanda yerləşən evə uşaqları ilə birgə köçürülməsi, ünvan 3 mənzilə çəkdiyi 13.000 manat xərcin və 234 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Akif qızının iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı evə köçürülmə və pul tələbinə dair 2(021)-313/2024 nömrəli mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Qərardadın iş üzrə icraatın dayandırılmasına aid hissəsindən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilməsi nəzərdə tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi vəkil Nümayəndə şikayət vermiş, şikayət Bərdə Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına aid hissəsindən şikayətin verilməsi nəzərdə tutulduğu, ekspertiza təyin edilməsi hissəsindən şikayət verilməsi nəzərdə tutulmaması əsası ilə şikayət geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli qərardadından narazı qalan ilk iddia üzrə İddiaçı nümayəndəsi vəkili Nümayəndə şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, mülki iş Bərdə Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə qəbul edilibdir. Bərdə rayon məhkəməsi (hakim:Elsun Əhmədov) cavabdehin əsassız qarşıqlı iddiasının icraata qəbul edilməsi haqqında e-2(021)- 3977/2023 saylı, xx.xx.2023-cü il tarixli qanunsuz qəradad qəbul etmişdir. Həmin dövrdə mülki iş üzrə məhkəmə baxışı olmuş və məhkəmə əsassız yerə, ilkin iddiaya aidiyyəti olmadığı halda cavabdehin qarşılıqlı iddiasını məhz məhkəmə baxışında prosessual normaları pozmaqla icraata qəbul etmişdir. Qarşılıqlı iddianın əsasszılığı bundan ibarətdir ki, cavabdeh onların iddia üzrə tələbin predmeti olan evə deyil, ünvan 4 ünvanına köçürlmə tələbi qoymuş və bununla bərabər onların iddia tələbinin əsasını təşkil edən Bərdə rayon E.Əsədov küç ev 16, 2 saylı mənzil üçün guya cavabdeh tərəfindən çəkilmiş xərclərin alınıb ona verilməsini tələb etmişdir. Hazırkı mülki iş səkkiz aydır ki, Bərdə rayon məhkəməsinin icraatındadır və bu müddətdə mülki iş üzrə yeddi dəfə məhkəmə iclası olmuşdur. Bundan əvvəlki məhkəmə baxışında tikinti ekspertizası üçün zərurət olmadığı çox aydın idi, çünki məhkəmə bilirdi ki, qarşılıqlı iddia bütün prosessual tələbləri pozmaqla icraata qəbul edilmişdir. Cavabdeh iddiaçı N.Əzimovanın oğlu Ramin Əzimovla xx.xx.2006-cı ildə rəsmi olaraq nikaha daxil olub, Bərdə rayon məhkəməsinin xx.xx.2021 ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh 18 iyul 2023-cü il tarixdə Bərdə rayon məhkəməsinə verdiyi eyni predmetli iddia ərizəsində 2015-ci ilədə X9 yaşadıqlarını, 2015-cildə əri Raminlə Azərbaycana qayıdaraq ünvan 5 ünvanında yaşamağa başladıqlarını və elə həmin il yəni, 2015-ci ildə ərinin onunla birlikdə Bərdədə olduğu vaxtda yaşadıqları müddətdə ünvan 5 ünvanında yerləşən mənzili təmir etdirdiklərini, evin təmiri başa çatdıqdan sonra əri Raminin yenidən qayıdıb Kiyevə getdiyini yazır. Bundan başqa, cavabdeh 18 iyul 2023-cü il tarixdə Bərdə rayon məhkəməsinə verdiyi iddia ərizəsində 10000 (on min) manat tələb etdiyi halda və həmin ərizədə mənzilin təmir işlərinin 2015-cildə başa çatdığını qeyd etdiyi halda, bu gün verdiyi iddiasında 13.000 (on üç min) manat tələb edir. Bərdə rayon məhkəməsinin e-2(021)-313/2024 saylı, xx.xx.2024cü il tarixli Qərardadı ilə təyin edilən ekspertizanın da, əsassızlığı yuxarıda qeyd edilən, qarşılıqlı iddianın əsassızılığı ilə bağlı sadaladığımız faktlarla yanaşı, həmçinin cavabdehin öz tələbindəki tutarsızlığı, hər hansısa mötəbər sübutlarla tələbinin qanuni əsasını izah edə bilməməsindədir. Hətta cavabdeh “qarşılıqlı iddia üzrə iddiaçı” Cavabdeh İddiaçı oğlu Ramin Əzizovla nikah dövründə olduğu dövrə mübahisələndirilən evin təmirinə çəkilmiş xərci İddiaçı tələb etməsi üçün heç bir subyektiv hüququ da, yoxdur. Bərdə Rayon Məhkəməsi hazırda onlar tərəfindən mübahisələndirlən Qərardadında cavabdehin adından da, iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddiasının əsaslı olduğunu olan şahid ifadəsinin əldə edilməsi ilə əlaqədar məkəməyə hər hansısa vəsatət verməyibdir və iş üzrə çağrılmalı olan şahid kimi qeyd etməyibdir. Bu halda “usta” olaraq cavabdeh şəxsin məhkəmədə verdiyi ifadəyə tənqidi yanaşılmalı və onun ifadəsi sübutlar sırasından xaric edilməlidir. Hətta məhkəmədə sonradan prosessə qoşulmuş, cavadbehin nümayəndəsi və vəkili də, ekspertiza ilə əlaqədar vəsatət verməmişdir. Məhkəmə qərardadına baxdıqda cavabdehin nümayədəsinin bu ifadəsini görürük : “Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili- etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbi ilə razılaşmayaraq, tələbin rədd edilməsini, qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir.” Yəni, cavabdeh tərəfin iş üzrə ekspertiza təyin olunması ilə əlaqədar heç bir prosessual hərəkəti olmamışdır. Əksinə, cavabdehin nümayəndəsinin ifadəsinə baxsaq, görürük ki, cavabdeh tərəf işin mahiyyəti üzrə baxılmağa davam etməsini və tamamlanmasını istəmişdir. Bərdə Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(021)- 313/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin mahiyyətindən görünür ki, ilk iddia üzrə iddiaçı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsindən narazı olmaqla, ekspertizanın təyin edilməsi ilə əlaqədar qərardaddan şikayət vermişdir. Ekspertizanın təyin edilməsi ilə bağlı çıxarılmış qərardadlardan isə prosessual qanunvericilikdə şikayət vermə hüququ nəzərdə tutulmamışdır. Bərdə Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli saylı qərardadında nəzərdə tutulmuş şikayət vermə hüququ isə iş üzrə icraatın dayandırılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq Bərdə Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(021)-313/2024 nömrəli saylı qərardadındandan verilmiş şikayəti geri qaytarmışdır. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericilik məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret halları müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan məhkəmə tərəfindən ekspertiza təyin olunmasıdır. İşə baxan məhkəmə isə mülki prosessual qanunvericilikdə işə baxılması üçün nəzərdə tutulmuş proressual müddətlərə riayət edilməsi üçün qanunun verdiyi hüquqdan istifadə edərək, iş üzrə icraatın dayandırılmasını məqsədəuyğun hesab etmişdir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 267, 395 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(021)-313/2024 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(021)-313/2024 saylı qərardadı və həmin qərardadla bağlı 24 may 2024-cü il tarixli, 2(021)-313/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar