Məhkəmə qərarları › İş №2(104)-1617/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1617/2025

07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1617/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-1914/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Kia Sorento” markalı, **-OG-*** dövlət qeydiyyat nömrəli avtomobilin satılmasından əldə etdiyi 35000 manat məbləğində pulun 2/3 hissəsi olaraq 23000 manat pulun cavabdehdən alınıb ona verilməsinə, dövlət rüsumu olaraq ödədiyi 160 manat rüsumun və hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manatın da cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilərək "xxxx" ASC-nin Gəncə filialından KBMK4929669B127 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə 17,5 faiz dərəcəsi ilə götürülmüş 35000 manat məbləğində kredit borcunun ödənilməmiş 30000 manat məbləğinin ½ hissəsi, yəni 15000 manatın İddiaçı aid edilməsi, yəni 30000 manat məbləğində borcda İddiaçı ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-1914/2025 nömrəli qətnaməsi (hakim C.Tağıyev) ilə, iddianın qismən təmin edilməsi, ilkin iddia qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh “Kia Sorento” markalı, **-OG-*** qeydiyyat nömrə nişanlı avtomobilin dəyəri olan 35000 manat pulun 1\2 hissəsi olan 17500 manat pul, 325 manat hüquqi yardıma görə ödənilmiş xərc və 142,5 manat dövlət rüsumunun əvəzi tutularaq ilkin iddia üzrə İddiaçı verilməsi, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 136 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 300 manat xidmət haqqı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələninin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sübut təqdim edilməmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. İş materiallarına əsasən, ilkin iddia tələbinin qiyməti 23000 manat olmaqla ödənilməli olan dövlət rüsumunun məbləği 159 manat, qarşılıqlı iddianın qiyməti isə 15.000 manat olmaqla ödənilməli olan dövlət rüsumunun məbləği 135 manat təşkil edir. İddia və qarşılıqlı iddia tələbləri üzrə dövlət rüsumları ödənilmiş və ümumi iddia tələbinə baxılması ilə əlaqədar dövlət rüsmunun məbləği 291 manat (159 + 132 = 291) təşkil etmişdir. Belə olan halda məhkəmə ilk öncə qeyd edir ki, apellyator şikayətində ilkin iddianın ləğv edilməsini və qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Bu halda, 8.6-cı maddənin tələbi tətbiq edilməklə dövlət rüsumu 8.1-ci maddəyə uyğun hesablanmalı və yarı miqdarda (50%) ödənilməlidir. Buna əsasən, məhkəmə qeyd edir ki, apellyasiya şikayəti üzrə ödənilməli olan dövlət rüsumu 291 manatın 50 faizi, yəni 145.50 manat təşkil edir. Lakin, iş materiallarına əlavə olunmuş ödəniş sənədindən göründüyü kimi, apellyasiya şikayətini verən şəxs yalnız 80 manat dövlət rüsumu ödəmişdir. Bu isə qanunvericiliklə müəyyən edilmiş rüsum məbləğindən 65.50 manat azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu tam ödəməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-1914/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar