Məhkəmə qərarları › İş №2(104)-1622/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1622/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1622/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiаçı İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-450/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərişıq ASC-nin 24 yanvar 2024-cü il tarixli, R seriyalı, 327045 nömrəli aktının surətindən görünür ki, yoxlama zamanı abonent sayğacdan kənar X1 etmişdir.

2. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983cü ildə doğulmuşdur.

3. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2024-cü il tarixli icra vərəqinin surətindən görünür ki, fərdi abonent İddiaçı 1027,74 manat dəyərində borc yazılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 327045 nömrəli akt əsasında qanunsuz hesablanmış **********00117 nömrəli abunə koduna 1027,74 (bir min iyirmi yeddia manat yetmiş dörd qəpik) manat məbləğində borcun onun hesabından qanuna uyğun formada azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Göygöl rayonu, Kəmərli kəndində yaşayır. İddiaçı elektirik enerjisini sayğac vasitəsi ilə əldə edir və kənd təsərrüfatı ilə məşğul olur. Həmın ünvanda mövsümü yaşayır. İstifadə etdiyi elektrik enerjisini vaxtlıvaxtında ödəyən abonentdir. İddiaçı 24 yanvar 2024-cü il tarixdə mal tövləsində standartlara uyğun olan özünə məxsus enerji istifadə gücü çox az olan qaynaq aparatı ilə 2 saatlıq qaynaq etmişdir. Həmin vaxt "xxxx" ASC-nin əməkdaşları kənd ərazisində yoxlama işləri aparmışlar. İddiaçının evinə yaxınlaşıb çəkiliş edən zaman iddiaçı onlara məcburən mal tövləsində işlədici razvetka olmadığı üçün tamah məqsədi ilə yox, məcburən açıq naqilə qoşulmasını bidirmişdir. "xxxx" ASC-nin əməkdaşları da öz növbəsində çəkiliş etmişlər, iddiaçıya heç bir irad və təklif etmədən, yəni yerində akt yazmadan getmişlər. Bir müddətdən sonra iddiaçının hesab bildirişində 1027.74 manat borc yaranmışdır. Bununla bağlı iddiaçı aidiyyəti üzrə cavabdeh təşkilatın idarəsinə müraciət etmişdir. Nəticədə 327045 nömrəli akt və hesabatın icra vərəqəsi iddiaçıya təqdim edilmişdir. Həmin aktda P (faktiki) P=0.32 kvt. qeyd olunmuş, yəni iddiaçı akta əsasən saatda 1 kvt-ın üçdə biri qədər sayğacdan kanar enerji istifadə etmişdir. Lakin cavabdeh təşkilat 0.32 kvt. saatı beş dəfə artıraraq 1.5 kvt. saat kimi götürmüş, onu 24 saata və 365 günə hesablayıb, 1027.74 manat cərimə yazmışdır. Cavabdeh təşkilat vəzifəsindən sui-istifadə edib, akt yazılan zaman faktiki ölçülmüş 0.32 kvt. saatı 5 dəfə artırıb 24 saat hesablamışdır. İddiaçı 24 saat ərzində necə fasiləsiz qaynaq aparatı ilə işləmiş və hesablama dövrü niyə 1 il aparılır, bir il ərzində həmin ərazidəki işçi hara baxırdı kimi verdiyi bu cür ardıcıl sualların qarşısında cavab verməyəcək formada mövqe tutaraq, iddiaçıya məhkəməyə təqdim etdiyi sənədləri ona təqdim edərək ancaq məhkəmə tərəfindən həll edilməsi bildirilmişdir. Hazırda "Azərişıq” ASC-nin əməkdaşları iddiaçıdan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. İddiaçı isə həmin borcun qanunsuz olaraq hesablandığını və borcun silinməsini tələb edir. Lakin tələbın heç bir nəticəsı olmadığına və qanunsuzluq formasında dəfələrlə iddiaçının evinə elektrik verilişinin dayandırlmasını tələb etmişlər və elektrik enerjisi verilişi dayandırılmışdır. Bu səbəblərə görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-450/2024 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dаir iddiası əsassız olmasına görə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Göygöl rayonu, Kəmərli kəndində yaşayır. İddiaçı elektirik enerjisini sayğac vasitəsi ilə əldə edir və kənd təsərrüfatı ilə məşğul olur. 24 yanvar 2024-cü il tarixdə İddiaçı sayğacdan kənar X1 etməklə elektrik qaynaq aparatı ilə metallları qaynaq etmişdir. "xxxx" ASC-nin əməkdaşları bunu aşkar edərək, 24 yanvar 2024-cü il tarixli, R seriyalı, 327045 nömrəli akt tərtib etmişlər. Həmin akt əsasında "xxxx" ASC-nin “Qərb” RETSİ-nin mütəxəssisləri tərəfindən İddiaçı 1027,74 manat borc hesablanmışdır. Güründüyü kimi İddiaçı 24 yanvar 2024-cü il tarixdə sayğacdan kənar X1 etməklə elektrik qaynaq aparatı ilə metallları qaynaq etmişdir. Bu halı məhkəmə iclasında İddiaçı tərəfindən etiraf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassız olmasına görə təmin edilməməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini “X1 qaydalarının” 7.6-cı bəndinə, ” 7.9-cu bəndinə, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.2-ci bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 560.1, 560.2, 560.3 və 560.3.5.2.-ci maddələrinə, MPM 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-450/2024 saylı qətnaməsindən İddiaçı şikayəti Göygöl Rayon Məhkəməsitərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli 2(066)–450/2024 saylı qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Göygöl Rayonu, Kəmərli kəndində yaşayır. O elektirik enerjisini sayğac vasitəsi ilə əldə edir və kənd təsərrüfatı ilə məşğul olur. Həmin ünvanda mövsümü yaşayır. İstifadə etdiyi elektrik enerjisini vaxtlıvaxtında ödəyən abonentdir. O 24 yanvar 2024-cü il tarixdə mal tövləsində standartlara uyğun olan özünə məxsus enerji istifadə gücü çox az olan qaynaq aparatı ilə 2 saatlıq qaynaq etmişdir. Həmin vaxt "xxxx" ASC-nin əməkdaşları kənd ərazisində yoxlama işləri aparmışlar. Onun evinə yaxınlaşıb çəkiliş edən zaman o onlara məcburən mal tövləsində işlədici razvetka olmadığı üçün tamah məqsədi ilə yox, məcburən açıq naqilə qoşulmağını bildirmişdir. "xxxx" ASC-nin əməkdaşları da öz növbəsində çəkiliş etmişlər, ona heç bir irad və təklif etmədən, yəni yerində akt yazmadan getmişlər. Bir müddətdən sonra onun hesab bildirişində 1027.74 manat borc yaranmışdır. Bununla bağlı o aidiyyəti üzrə cavabdeh təşkilatın idarəsinə müraciət etmişdir. Nəticədə 327045 nömrəli akt və hesabatın icra vərəqəsi ona təqdim edilmişdir. Həmin aktda P (faktiki) P=0.32 kvt. qeyd olunmuş, yəni o akta əsasən saatda 1 kvt-ın üçdə biri qədər sayğacdan kanar enerji istifadə etmişdir. Lakin cavabdeh təşkilat 0.32 kvt. saatı beş dəfə artıraraq 1.5 kvt. saat kimi götürmüş, onu 24 saata və 365 günə hesablayıb, 1027.74 manat cərimə yazmışdır. Cavabdeh təşkilat vəzifəsindən sui-istifadə edərək, akt yazılan zaman faktiki ölçülmüş 0.32 kvt. saatı 5 dəfə artırıb 24 saat hesablamışdır. bir il ərzində həmin ərazidəki işçi hara baxırdı kimi verdiyi bu cür ardıcıl sualların qarşısında cavab verməyəcək formada mövqe tutaraq, iddiaçıya məhkəməyə təqdim etdiyi sənədləri ona təqdim edərək ancaq məhkəmə tərəfindən həll edilməsi bildirilmişdir. Hazırda "Azərişıq” ASC-nin əməkdaşları iddiaçıdan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. İddiaçı isə həmin borcun qanunsuz olaraq hesablandığını və borcun silinməsini tələb edir. Lakin tələbın heç bir nəticəsı olmadığına və qanunsuzluq formasında dəfələrlə iddiaçının evinə elektrik verilişinin dayandırlmasını tələb etmişlər və elektrik enerjisi verilişi dayandırılmışdır. Bu səbəblərə görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin birinci instansiya məhkəməsi onun izahatını və təqdim etdiyi sübutları nəzərə almadan cavabdehin xeyrinə qətnamə qəbul edərək iddianı təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını sübut kimi qəbul etmişdir, onun izahatını isə sübut kimi qəbul etməmişdir. Halbuki, cavabdehin nümayəndəsi borcun nəyə əsasən şişirdilərək bir il üzrə hüsablanmasını heç bir sənədlə izah edə bilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gəlmək üçün isə Mülki Prosessual Məcəllənin 217.4– cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə əməl etməyərək hər hansı sübutlara əsaslanmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, elektrik sayğacında kənar xətt aşkar edilmiş və buna görə iddiaçıya cərimə məbləği hesablanmışdır. İddiaçı kənar xəttin olmasını özü də, etiraf edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”:

17. 7.6-cı bəndinə görə, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir.

18. 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

19. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

20. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

21. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.”;

22. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur:

23. 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə.

24. 10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-450/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

37. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə cavabdeh arasında cavabdehə məxsus Göygöl rayonu Kəmərli kəndində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi barədə müqavilə bağlanmışdır. 24 yanvar 2024-cü il tarixdə yoxlama zamanı abonentin sayğacdan kənar elektrik enerjisindən kənar qeyri-qanuni əlavə xətt çəkərək istifadə etməsi aşkar edilmişdir ki, bununla bağlı xx.xx.2024-cü il tarixli, 327045 saylı Akt tərtib edilmişdir. Azərişıq” ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2024cü il tarixli icra vərəqinin surətindən görünür ki, fərdi abonent İddiaçı 1027,74 manat dəyərində borc hesablanmışdır.

38. İş materiallarından, o cümlədən iddiaçının izahatından görünür ki, kənar X1 etməklə elektrik qaynaq aparatı ilə metalları qaynaq etdiyini bildirmişdir. Göründüyü kimi, X4 təqsirli, hüquqa zidd əməli, yəni sayğacdan kənar qeyri-qanuni leketrik xətti vasitəsilə X1 etməsi nəticəsində təşkilata ziyan dəyməsi təsdiq olunmuşdur.

39. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilatın istifadə olunmuş elektrik enerjisinə görə cərimə məbləğinin 1027.74 manat dəyərində müəyyən etməsi əsaslı olmamışdır. Hazırkı işin hallarından görünür ki, cavabdeh müəssisə tərəfindən saatlıq elektrik enerjisi sərfi 24 saat 1.5 kvt hesablanmaqla, 365 gün müddəti üçün 24 saat vaxt hesabı ilə hesabat aparılaraq, 1027.74 manat məbləğində cərimə müəyyən edilmişdir. Lakin, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 Fevral 2005-ci il tarixli qərarının 10.18. bəndinə əsasən Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur.

40. Beləliklə göründüyü kimi, enerjitəchizatı müəssisəsi tərəfindən üç ayda bir dəfədən az olmayaraq elektrik sayğaclarına baxış keçirilməli və istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən X1 Qaydalarının 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib etməlidir.

41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-450/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış 1027.74 manat cərimə məbləğinin 3 aydan artıq müddət üçün hesablanmış 770,81 (yeddi yüz yetmiş manat, səksən bir qəpik) manat məbləği silinməlidir.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,

Qət etdi :

Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-450/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-450/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı məxsus **********00117 saylı abonent hesabında qeyd olunmuş 1027.74 (bir min iyirmi yeddi manat, yetmiş dörd qəpik) manat cərimə məbləğinin 770,81 (yeddi yüz yetmiş manat, səksən bir qəpik) manatı silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar