Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-163/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1* cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı mülki iş üzrə Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı X19ivin, Cavabdeh1, onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə, (xüsusi notariusu X44) qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *3 avqust 2*23-cü il tarixli, 2(125)-3618/2*23 saylı qətnaməsindən İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisinin notariat işində olan 27.*7.2*21-ci il tarixli, 2*1*13*1*28*-1*3*1 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X16 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.1*.2*21-ci il tarixli, *5/Q-173*/15 nömrəli arayışın surətindən görünür ki, vəfat etmiş X33 barəsində 28.1*.2*21-ci ilədək yoxlama aparılmış yeganə vərəsəsi 23.*5.1983cü ildə vəfat etmiş arvadı X27 aşkar edilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.1*.2*21-ci il tarixli, *5/Q-2527/7* nömrəli arayışın surətindən görünür ki, X33 ilə X11 nikahları *2.11.1979-cu ildə 1554 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ *65111 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 13.1*.1981-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 18556* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 23.*5.1983-cü ildə ölmüşdür. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2.11.2*21-ci il tarixli, *5/Q-1764/15 nömrəli arayışın surətindən görünür ki, X2* barəsində *2.11.2*21-ci ilədək yoxlama aparılmış və onun sağ qalan vərəsələri oğlu Cavabdeh1, oğlu X28, qızı X21, «oğlu X12» və qızı X17 müəyyən edilmişdir. İş materiallarında olan AZ *63831 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2* 31.*7.2***-ci ildə ölmüşdür. İş materiallarında olan A-*42*9 nömrəli ölüm haqqında arayışın notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, X13 *4.*7.1991-ci ildə ölmüşdür. İş materiallarında olan 8İ-3631 reyestr nömrəli ərizənin surətindən görünür ki, X3 şəhəri, Eminbəyli küçəsi, ev 91 ünvanında yerləşən miras əmlakdan imtina etmişdir. İş materiallarında olan *3.11.2*21-ci il tarixli, 8İ-3632 reyestr nömrəli ərizənin surətindən görünür ki, X16 vərəsələri Cavabdeh1 və Cavabdeh2 ondan qalan miras əmlakı qəbul etmişlər. İş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 2V-344 nömrəli, *3.11.2*21-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X16 vərəsələri qardaşı nəvəsi Cavabdeh1 və qardaşı nəvəsi Cavabdeh2 miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi *,*935 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 229 kv.m olan fərdi yaşayış evindən hər biri 1/2 irs almalıdır. İş materiallarında olan 19.11.2*21-ci il tarixli, 2*1*13*1*28*-1*3*1 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan A-24919 nömrəli doğum haqqında arayışın notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, 17.*4.1991-ci ildə Tümen vilayəti, Tümen rayonu, Borki kəndində anadan olmuş X9 ata qrafasında X13, ana qrafasında X5 qeyd olunmuşdur. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD nümayəndəliyi tərəfindən verilmiş 31.*5.2*23-cü il tarixli, 96 nömrəli məktubdan görünür ki, X12 və onun ailə üzvlərinin faktiki olaraq ünvan 2 ünvanında yaşamadıqları aşkar olunmuşdur. İş materiallarında olan Evlər üçlüyü tərəfindən Cavabdeh1 verilmiş arayışdan görünür ki, həmin şəxsin qardaşı X12 və həyat yoldaşı X23 198*-ci ildən etibarən ünvan 3 ünvanında yaşamırlar. Köçüb Tümen şəhərinə getmişdirlər. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 454*525 nömrəli arayışdan görünür ki, Cavabdeh1, X38, Cavabdeh2, X39, X29 və X4 şəhəri, Eminbəyli küçəsi, ev 91 ünvanında 16.1*.2**6-cı il tarixdən qeydiyyatdadır. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 14.*9.2*21-ci il tarixli, 2(*44)- 3*85/2*21 nömrəli qətnaməsindən görünür ki, ərizəçi Cavabdeh1 ərizəsi təmin edilmiş, ərizəçinin babası Cavabdeh1 Abbas oğlunun 15.*8.1941-ci ildə vəfat etməsi və sonuncunun X18 qardaşı olması faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı X19 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (xüsusi notariusu X44) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, ev 91-in miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, miras qoyan X33 13.1*.1981-ci ildə vəfat etmişdir, onun birinci növbə vərəsələri olmadığından cavabdehlər ikinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Mübahisə ondan ibarətdir ki, cavabdehlər miras qoyanın qardaşının nəvələri kimi pay alır, ancaq digər vərəsələr pay almır. Gəncə 1 saylı notariat ofisi qanunsuzluğa yol vermişdir. Belə ki, miras qoyan 13.1*.1981-ci ildə ölmüşdür. Ondan sonra onun yeganə 1-ci növbə vərəsəsi X27 isə 23.*5.1983-cü ildə vəfat etmişdir. Əgər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə irsi transmissiya əsasında verilmişdirsə, onda birinci növbədə miras qoyanın arvadının miras əmlakı qəbul edib-etməməsi araşdırılmalı idi. Çünki, o miras qoyandan sonra vəfat etmişdir. Mübahisəli əmlakda babalarının övladı kimi atası və cavabdehlər yaşamış və mirası faktiki cəhətdən idarə etmişlər. Onların orada ayrıca otaqları vardır və əşyaları bu günədək orada yerləşir. Atası vəfat etməmişdən əvvəl və sonra da onlar orada yaşamaqla miras əmlakı faktiki cəhətdən qəbul etmişlər. Ona görə də miras əmlakın faktiki qəbulu və payların bərabər şəkildə bölünməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar. Gəncə Şəhər Məhkəməsinin *3 avqust 2*23-cü il tarixli, 2(125)-3618/2*23 saylı qətnaməsi ilə iddiaçı X1* cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisi, xüsusi notariusu X34 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamış, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı X1* nümayəndəsi Vəkil1 qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin *3.*8.2*23-cü saylı, *3.*8.2*23-cü il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-3618/2*23 saylı, *3.*8.2*23-cü iltarixli qətnaməsi maddi və prossesual prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, miras qoyan X33 13.1*.1981-ci ildə vəfat etmişdir, onun birinci növbə vərəsələri olmadığından cavabdehlər ikinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Mübahisə ondan ibarətdir ki, cavabdehlər miras qoyanın qardaşının nəvələri kimi pay alır, ancaq digər vərəsələr pay almır. Gəncə 1 saylı notariat ofisi qanunsuzluğa yol vermişdir. Belə ki, miras qoyan 13.1*.1981-ci ildə ölmüşdür. Ondan sonra onun yeganə 1-ci növbə vərəsəsi X27 isə 23.*5.1983-cü ildə vəfat etmişdir. Əgər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə irsi transmissiya əsasında verilmişdirsə, onda birinci növbədə miras qoyanın arvadının miras əmlakı qəbul edibetməməsi araşdırılmalı idi. Çünki, o miras qoyandan sonra vəfat etmişdir. Mübahisəli əmlakda babalarının övladı kimi atası və cavabdehlər yaşamış və mirası faktiki cəhətdən idarə etmişlər. Onların orada ayrıca otaqları vardır və əşyaları bu günədək orada yerləşir. Atası vəfat etməmişdən əvvəl və sonra da onlar orada yaşamaqla miras əmlakı faktiki cəhətdən qəbul etmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Samir bacısı oğludur. Cavabdeh1 tanıyır, bacısının qaynıdır. Bacısı Mahirə həmin evə gəlin köçmüşdür, cehizləri də orada olmuşdur. Mübahisəli ev Mahmudun, Elşənin, Nurəddinin evidir. Elşən Rusiyadadır, Mahmud hazırda orada yaşayır. Bacısı da uşaqlarla birlikdə Rusiyadan gəldikdə həmin evdə yaşamışdır. Bacısının yoldaşı Nurəddin 8*-ci illərdə Rusiyaya getmiş, orada da vəfat etmişdir. Samir 5ci sinfə qədər Gəncədə 1 nömrəli məktəbdə oxumuşdur. Atası vəfat etdikdən sonra 2 qardaşı ilə birlikdə Rusiyaya getmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilən X4* ifadəsində göstərdi ki, tərəfləri tanıyır, münasibətləri normal olmuşdur. Həmin evdə ayna, qapı ustası kimi işləmişdir. Onu Samir çağırmışdır. Samirə aid olan hissəyə 3 pəncərə, 2 ədəd iri nəfəslik qoymuşdur. Pulunu da Samir vermişdir. O, evdə qapı, pəncərə işləri görən vaxt evdə alçipan vurulmuş, suvaq işləri görülmüşdür. Həmin evdə 2 otağı bölmüş, 3 otaq etmişdirlər. Hesab edirlər ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş və nəticədə adı cəkilən prossesual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X19 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi vəkil X45 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışının keçirilmə yeri və vaxtı barədə məlumatlandırılmaqlarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə tələbinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 1964-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 533. birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir. Belə ki, irəli sürülən iddianı təmin etməyərkən birinci insansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının babasının əmisi X15 miras qalmışdır. Miras qoyan X16 vərəsəsi olmadığından ondan miras qalmış əmlakı qardaşı oğlu X2* qəbul edərək ailə üzvləri ilə birlikdə yaşamışdır. X25 2***-ci ildə öləndən sonra birinci növbə vərəsələrindən Cavabdeh1, X29, X26 və X6 qalmışdır. Həmin vərəsələrdən X28 və Süleymanova (Mehdiyeva) Əzizə Rəhman qızı notarial qaydada ərizə verərək miras əmlakı qəbul etməkdən imtina etmişlər. Həmin miras əmlaka dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların miras əmlakı qəbul etmələri barədə ərizələrinə əsasən Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı Mehtiyev Samir Nurəddinoviç atası X7, eləcə də özünün həmin evdə müəyyən müddət faktiki olaraq yaşamasını, kommunal xidmətlərdən istifadə etməsini, sözügedən evi təmir etdirdiyini və həmin evdə onun da payının olmasını əsas gətirərək Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 2-in miras əmlak kimi qəbul edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iddiaçının sözügedən miras mülkə mülkiyyət hüququnun tanınması üçün hər hansı hüquqi əsas müəyyən olunmadığından *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, ev 91-in miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının müəyyən vaxtlarda həmin evdə atası ilə birlikdə yaşaması və kommunal xidmətlərdən istifadə etməsi, mirasın açılmasından 41 il sonra təmir işləri görməsinə dair göstərdiyi dəlillər də əsassızdır. Belə ki qeyd olunan qanunvericilikdən görünür ki, mirasın faktiki qəbul edilməsi üçün vərəsə miras əmlakı faktiki surətdə idarə etməli və ya mirasa yiyələnməlidir. Kollegiya hesab edir ki, birinci insansiya məhkəməsi gəldiyi bu nəticə doğru olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X2 1981-ci il tarixdə öldüyündən, ondan miras qalmış əmlakla bağlı hüquq münasibətləri *1.*9.2***-ci ildən əvvəl yarandığından mübahisə Azərbaycan Respublikasının həmin dövrdə qüvvədə olan (1964-cü ildə qəbul edilmiş) Mülki Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. 1964-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Kollegiya göstərir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin halları araşdırılan zaman müəyyən edilir ki, iddiaçı X9 atası X7 X2ndan miras qalmış əmlakı faktiki qəbul edərək idarə etməsi barədə işdə heç bir mötəbər sübut növü yöxdur. X12 uzun illər Rusiyada yaşamış və miras əmlak yalnız cavabdeh tərəfin ailəsi tərəfindən faktiki qəbul edilərək idarə edilmişdir. X1 tərəfindən də qəbul edildiyi barədə yalnız iddiaçının izahatı mövcuddur ki, kollegiya həmin izahatı mirasın iddiaçının mərhum atası X12 tərəfindən faktiki qəbul edilərək idarə etməsinin fakt kimi müəyyən edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 1*6.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı X9 özü miras evdən kənarda -1991-ci ilin aprel ayında Rusiyada doğulmuş və orada yaşamışdır. Onun atası X12 isə onun doğulmasından qısa müddət sonra 1991-ci ilin iyul ayında Rusiyada ölmüşdür. Həm cavabdeh izahatında, həm də şahid (iddiaçının dayısı) Kəmaləddin Məmmədov ifadəsində göstərmişlər ki, X12 8*-ci illərdə Rusiyaya gedib, orada da vəfat edib. İşin yuxarıda qeyd edilən hallarını önəçəkən kollegiya bu qənaətdədir ki, mərhum X7 miras əmlak barəsində vərəsə kimi hüquqularının gerçəkləşdirildiyi işin faktiki halı kimi mötəbər sübutlarla müəyyən edilmir. İddiaçının isə vərəsə kimi hüququları onun mərhum atasının miras əmlak barəsində hüquqlarının gerçəkləşdirilməsindən əmələ gələ bilərdi. Beləliklə kollegiya bu qənaətdədir ki, hazırki vəziyyətdə iddiaçının miras əmlak barəsində vərəsə kimi hüquqları mövcud deyildir. Bu halda, onun tərəfindən irəli sürülən iddianın-Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbi hissəsi ilə bağlı subyektiv hüququ da yaranmır. Belə olan halda artıq cavabdeh tərəfin adına qeydə alınmış əmlakın hansısa hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasından söhbət gedə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.1, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *3 avqust 2*23-cü il tarixli, 2(125)-3618/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-163/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-163/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver