Məhkəmə qərarları › İş №2(104)-1650/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1650/2023

28.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1650/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 cavabdehlər Cavabdeh və X10 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı X9 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdehlər Cavabdeh, X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 iştirakları ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh və X10 qarşı evdən çıxarılmaqla boşadılması tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(058)-75/2023 nömrəli qətnaməsindən iddiaçı X21 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15 fevral 2013-cü il tarixli 02 nömrəli orderdən görünür ki, Samux rayonu Qarayeri bələdiyyəsinin 09 fevral 2013-cü il tarixli 111 nömrəli arxiv ayışına əsasən X21, X22 və X11 ünvan 1 ünvanında yerləşən ev verilmişdir.

2. Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 yanvar 2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh və X5 rayonu, Qarayeri qəsəbəsində anadan olmuşlar, lakin 2000-ci ildə ailəsi ilə birgə Göyçay rayonuna getmişlər, 2007-ci ildən etibarən Qarayeri qəsəbəsinə gəlmişlər və nənəsi X13 məxsus mülkdə yaşamışlar. 2022-ci ilin yay aylarından etibarən Cavabdeh anası ilə birgə qəsəbə ərazisində başqa ünvanda yaşayır. X23 isə nənəsi X13 məxsus mülkdə yaşayır.

3. fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışından görünür ki, X10 Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 26 yanvar 2023-cü il tarixdə ********** nömrəli müraciətinə əsasən Samux rayon, Qarayeri qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan JN-205 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (4 nəfər ümumi birgə) qeydiyyata alınmışdır.

4. 17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestr arayışından görünür ki, Cavabdeh 26 yanvar 2023-cü il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan JN-205 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (4 nəfər ümumi birgə) qeydiyyata alınmışdır.

5. Samux rayon İcra Hakimiyyəti başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 07 iyul 2023-cü il tarixli 5-72-11/2-52/2023 nömrəli və 01 avqust 2023-cü il tarixli 5-72-11/2-57/2023 nömrəli məktububdan görünür ki, Qarayeri qəsəbə sakini Cavabdeh və anası X12 hal-hazırda Qarayeri qəsəbəsi Şahin Əliyev küçəsində İddiaçı ilə eyni ünvanda yaşayırlar. X15 isə 2023-cü ilin may ayınadək həmin ünvanda yaşamış lakin müvəqqəti olarq 2023-cü ilin may ayından qəsəbə ərazisində yoxdur.

6. Samux rayon İcra Hakimiyyəti başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 avqust 2023-cü il tarixli 5-72-11/2-57/2023 nömrəli məktubundan görünür ki, 2007-ci ildən etibarən X23, Cavabdeh və X12 2022-ci ilin yay aylarınadək Samux rayon Qarayeri qəsəbə ərazisində X21 ilə eyni ünvanda yaşamışlar. Lakin 2022-ci ilin yay aylarında Cavabdeh anası X12 ilə digər ünvanda yaşamışlar, ancaq X1 qəsəbə ərazisində olan nənəsi X21 ilə eyni ünvanda 2023-cü ilin may ayından yaşamır. X23 2023-cü ilin may ayında qəsəbə ərazisindən müvəqqəti getdiyi üçün X12 ilə digər övladı Bağırov Cavabdeh Saidə Məcid qızı ilə eyni ünvanda yerləşən yaşayış evində yaşayırlar.

7. Samux rayon Dövlət Arxivinin 26 iyul 2023-cü il tarixli arxiv arayışından görünür ki, Samux rayon Qarayeri kənd İcra nümayəndəliyinin 2006-2010-cu illərin 3 nömrəli təsərrüfatbaşına kitabında ailə tərkibi X21 (ailə başçısı), X22 (oğlu) və X16 (qızı) ibarətdir.

8. Samux rayonu Qarayeri bələdiyyəsinin 11 iyul 2023-cü il tarixli 29 nömrəli arayışından görünür ki, Cavabdeh və X10 Samux rayon Qarayeri qəsəbə bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsi ayrılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı X21 cavabdehlər Cavabdeh və X10 qarşı evdən çıxarılmaqla boşadılması tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X14 Samux rayonu Qarayeri qəsəbəsi 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 97 kv.m olan fərdi yaşayış evindən çıxarılması və boşadılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu Qarayeri qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi onun sahibliyində və istifadəsindədir. Cavabdehlər Cavabdeh və X15 onun nəvələridir. X24 ilə X4 nikahları pozulmuş və onun evindən çıxıb getmişlər. Hazırda cavabdehlərin başqa evləri olmasına baxmayaraq, onun evinə qanunsuz daxil olaraq otağını zəbt etmişlər. Dəfələrlə cavabdehlərdən evini tərk etmələrini tələb etsə də, sonuncular evindən çıxmaqdan imtina etmişlər. Halbu ki, cavabdehlərlə onun heç bir yaxınlığı və ailə hüquq münasibətləri yoxdur.

11. Samux Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(058)-75/2023 nömrəli (G.Şirinov) qətnaməsi ilə iddiaçı X9 cavabdehlər Cavabdeh və X17 qarşı evdən çıxarılma və evin boşadılmasına dair iddia tələbi təmin edilməməsi; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 185.5, 217.2, 216-220, 227, 233, 358, 360 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

13. İddiaçı X21 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdehlər Samux rayonu Qarayeri qəsəbəsindən başqa yerdə torpaq sahəsi alaraq fərdi yaşayış evi inşa etmişlər və mübahisəli evdə yaşamırlar. X33 Səmədova arasında olan nikah pozulduqdan sonra nəvələri anası ilə birlikdə Göyçay rayonuna getmişlər və ona məxsus evdə yaşamamışlar. Cavabdehlər dəfələrlə onu döyərək xəsarət yetirmişlər. Cavabdehlər ona məxsus fərdi yaşayış evinə əşyalarını yığmaqla mülkiyyət hüquqlarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları,

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil Samux rayon İcra Hakimiyyətinin balansındadır. Cavabdehlərin anası Aybəniz 1997-ci ildə həmin mənzildən köçmüşdür. 2007-ci ildə isə cavabdehlər qayıdıb əşyalarını həmin evə yığıblar və bir müddət orada yaşamışlar. Cavabdehlərin anasının evi var, lakin torpaq sahəsi və ev qeydə alınmayıb. Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh və X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) X18 apellyasiya şikayətini qəbul etməyək, bildirmişdir ki, cavabvdehlər iddiaçının nəvələridir və uzun müddətdir ki, nənələri ilə birlikdə yaşayırlar. Mənzil iddiaçının mülkiyyətində deyil və order əsasında verilmişdir. Cavabdehlərdən Vüqar Bağırzadə hazırda müvəqqəti olaraq başqa yerə getmiş, digər cavabdeh isə anası ilə birlikdə mübahisəli mənzildə yaşayır. Eləcədə cavabdehlərin digər yaşayış yeri yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdehlər və üçüncı şəxs qismində işə cəlb edilmiş Samux Rayon İcra hakimiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı və cavabdehlər məhkəmə iclasında nümayəndə (vəkil) vastəsilə təmsil olunmuşlar. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 139-1.1.1 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

20. Maddə 30.1 yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

31. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

35. 10 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Samux rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(058)-75/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.

37. Belə ki, işin halları ondan ibarətdir ki, Samux rayonu Qarayeri bələdiyyəsinin 09 fevral 2013-cü il tarixli 111 nömrəli arxiv arayışına əsasən Samux Rayon İcra Hakimiyyəti 15 fevral 2013-cü il tarixli Orderlə Samux rayonu Qarayeri qəsəbəsi S.Əliyev küçəsi ev 8 mənzil 1 X13 vermişdir. Ailə üzvü kimi orderdə sonuncunun ailə üzvü kimi oğlu X25 və qızı X16 göstərilmişdir. Cavabdehlər Cavabdeh və X15 iddiaçı Saidə Bağırovanın nəvələridir və mübahisəli mənzildən çıxmaqdan imtina etdikləri üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

38. Bu qətnamənin 36-cı bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Samux rayonu Qarayeri qəsəbəsi S.Əliyev küçəsi ev 8 mənzil 1 Samux rayon Qarayeri bələdiyyəsinin 09 fevral 2013-cü il tarixli 111 nömrəli arxiv arayışı əsasında Samux rayon İcra Hakimiyyətinin 15 fevral 2013-cü il tarixli X2 və onun iki nəfər ailə üzlərinə verilmişdir.

40. Cavabdehlər Cavabdeh və X15 isə order əsasında iddiaçı Saidə Bağıravaya verilmiş mənzildə ailə üzvü kimi qeyd olunmamışlar. Cavabdehlər iddiaçının oğlu Vüqar Bağırovun uşaqlarıdır. Vüqar Bağırovla cavabdehlərin anası Aybəniz Səmədova arasında olan nikah Samux Rayon Məhkəməsinin 19 mart 2009-cu il tarixli 2(058)- 70/2009 nömrəli qətnaməsi ilə pozulmuşdur. İşin 49-cu vərəqində olan 30 yanvar 2023cü il tarixli 166 nömrəli arayışdan görünür ki, cavabdehlər 2000-ci ildən Göyçay rayonuna getmiş, 2007-ci ildə isə Samux rayonu Qarayeri qəsəbəsinə qayıdıb nənəsi Saidə Bağırova ilə birlikdə yaşamışlar. İşin 73-cü vərəqində olan Samux Rayon Qarayeri Bələdiyyəsinin 5 mart 2023-cü il tarixli arayışında isə qeyd olunmuşdur ki, X6 (cavabdehlərin anası) və övladları tərəfindən 0,04 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etirmışlər.

41. Sorğu əsasında Samux rayon İcra Hakimiyyəti Başçısının Qarayeri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış 01 avqust 2023-cü il tarixli arayışda isə qeyd olunmuşdur ki, cavabdehlər və onların anası Aybəniz Səmədova 2007-ci ildən etibarən 2022-ci ilin yay aylarına kimi Saidə Bağırova ilə eyni ünvanda yaşamışlar. 2022-ci ilin yay aylarından Cavabdeh anası ilə birlikdə başqa ünvanda yaşamış, Nihat Bağırov isə 2023-cü ilin may ayından müvəqqəti olaraq başqa yerə getdiyindən nənəsi Saidə Bağrova ilə yaşamır.

42. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər anası Aybəniz Səmədov ilə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etirmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi bunu inkar etmişdir. Torpaq sahəsi və fərdi yaşayış evi qeydə alınmasada, lakin Samux Rayon Qarayeri Bələdiyyəsinin 5 mart 2023-cü il tarixli arayışı ilə işin bu halı sübut olunur. Eləcədə iddiaçı tərəf cavabdehlərin inşa etdirdiyi fərdi yaşayış evinin fotoşəkilini məhkəməyə təqdim etmişdir.

43. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehlərin Samux rayonu Qarayeri qəsəbəsi S.Əliyev küçəsi ev 8 mənzil 1-dən çıxarılması hissədə əsaslıdır və iddia bu hissədə təmin edilməlidir.

44. İddia tələbində iddiaçı evin boşaldılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, boşaldılma dedikdə iddiaçı mənzildə cavabdehlərə məxsus olan əmlakların da çıxarılmasını məhkəmədən xahiş edir. Lakin iddiaçı belə bir tələb irəli sürsədə, iddia ərizəsində cavabdehlərə məxsus əmlakların adını, növünü, çeşidini, eləcədə sayını göstərməmişdir. “Məhkəmə Qətnaməsi Haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8. bəndində qeyd olunmuşdur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinin həmin hissədə hazırkı halda təmin olunması istisna olunur.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(058)-75/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X9 cavabdehlər Cavabdeh və X7 qarşı evdən çıxarılma, həmin evin boşaldılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X3 rayonu Qarayeri qəsəbəsi S.Əliyev küçəsi ev 8 mənzil 1-dən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar