Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1657/2024 24.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 saylı qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli aktın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadının ləğv edilərək, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *4 iyun 2*24-cü il tarixli qərardadında AR Mülki Prosessual Məcəlləsinin 151.1 və 153.2.2-ci maddələrinin tətbiqində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslansa da, iş üzrə iddia ərizəsinin iddia tələbinə münasibətdə yeni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslar üzrə və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini göstərmişdir. Lakin iş materiallarına və iddia tələbinə diqqət yetirdikdə əvvəl qaldırılmış iddia tələbi borcun silinməsi ilə bağlı pul tələbinə dair iddia olmuş, hazırki, iddia tələbi isə aktın etibarsız hesab edilməklə aktın qanunsuzluğu ilə pozulmuş hüququn bərpasıdır. O cümlədən məhkəmə qərardadında qanuni qüvvəyə minmiş məhkəmə aktına istinad etsə də, əvvəlki iddia tələbi üzrə məhkəmə aktı qüvvəyə minməmiş və işə Gəncə Apellyasiya Məhkəməsində baxılmaqla qətnamə çıxmamış və qətnamədən kassasiya qaydasında şikayətin verilməsi və bu şikayət üzrə 2 ay prosessual müddətin olması AR MPM-nin tələblərinə uyğun həll ediləcəkdir. Göründüyü kimi məhkəmənin prosessual hüquq normalarına münasibətdə səhv nəticəyə gəlməsidir. Məhkəmə qərəzli olaraq verilmiş iddia tələbi üzrə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı və həmin qərardadla bağlı 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisələndirdiyi akt üzrə sudan istifadə qaydalarının pozulması ilə bağlı hesablanmış məbləğin iddiaçıdan tutulması qət edilərək həmin akta qiymət verilmiş və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu əsas gətirərək iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli aktın etibarsız hesab edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olsa da, bunun eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması ilə əsaslandırmaqda haqlı olmamışdır. Belə ki, MPM-nin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi, iki halda yəni, pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün məhkəmədə mülki işə başlamaq mümkündür. Hazırki iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, aktın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş aktın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli akt özü-özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Aktın məzmunundan da görünür ki, cavabdehin əməkdaşları keçirdikləri baxış zamanı obyektdə istifadə olunan sudan istifadə zamanı yol verilmiş nöqsanlar və dəymiş ziyanın tələb edilməli olması ilə bağlıdır. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı hüquqi məsuliyyətə cəlb olunmamışdır, orada yalnız cavabdehin əməkdaşlarının aşkar etdikləri halların təsviri və bununla bağlı təklifləri əks olunmuşdur. Özü də, həmin təkliflər iddiaçıya ünvanlanmamışdır. Sözügedən təklifləri cavabdehin əməkdaşları qərar qəbul etmək səlahiyyətinə malik olan tabelik üzrə öz rəhbər şəxslərinə və ya orqanlarına ünvanlamışlar. Həmin təkliflər əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunduqda artıq həmin andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilər. Müvafiq olaraq iddiaçı da, məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdirlər. Aktın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız belə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, kollegiya belə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş *2 fevral 2*11-ci il tarixli, **1324 saylı akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda aktın mübahisələndirilməsi müstəqil məhkəmə mübahislələndirilməsinin predmetini təşkil edə bilməz. Hazırkı vəziyyət akta əsaslanmaqla barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməsi əsassız olmuşdur. Buna görə də, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı və həmin qəaradadla bağlı 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli ləğv edilməli və iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.*.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 4*2-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı və həmin qərardadla bağlı 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1657/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1657/2024
24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver