Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1677/2024 29.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması və mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(066)-428/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Qarabulaq kəndində 5248,6 kv.m həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29,6 kv.m yaşayış mərtəbəsinin ümumi sahəsi 47,0 kv.m, o cümlədən yaşayış sahəsi 47,0 kv.m iki yaşayış otağı, açıq eyvan 80,9 kv.m, tövlə 30,4/16.7 kv.m dair alqı-satqı müqaviləsinin baş tutmasının müəyyən edilməsi; Göygöl rayonu Qarabulaq kəndində 5248,6 kv.m həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29,6 kv.m yaşayış mərtəbəsinin ümumi sahəsi 47,0 kv.m, o cümlədən yaşayış sahəsi 47,0 kv.m iki yaşayış otağı, açıq eyvan 80,9 kv.m, tövlə 30,4/16,7 kv.m dair çıxarışın verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzrərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(066)-1487/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, Göygöl Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(066)-1487/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 2(104)-427/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 nömrəli mülki iş üzrə 20 noyabr 2023-cü il tarixli qərardadı qismən, “iddianın “müqavilənin bağlanmış hesab edilməsi” hissəsində MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir” hissəsində ləğv edilməsi; İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun Göygöl rayonu Qarabulaq kəndində yerləşən mülkün 5248,6 kv.m həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 ilə alğı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və həmin əmlaka dair mülkiyyət hüququ tanınmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(066)-428/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermiş, Göygöl Rayon Məhkəməsinin 12 iyul 2024cü il tarixli 2(066)-428/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4. maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq, Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-052 F, KOD 50808028 0,75 ha və JN-052 G, KOD 50808028 0,17 ha şəhadətnaməli torpaq sahələrinə dair əqdin baş tutmuş hesab edilməsi, Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-052 F, KOD 50808028 0,75 ha və JN-052 G, KOD 50808028 0,17 ha torpaq sahələrinə dair şəhadətnamələrin ləğv edilməsi, Göygöl rayonu Qarabulaq kənd ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair 0,75 ha və 0,17 ha torpaq sahələrinə dair bütövlüklə onun adına dövlət qeydiyyatına alınmasına dair və ödənilən dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(066)-687/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2(104)-3551/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(066)-687/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli 2(102)-4306/2020 nömrəli qərarı ilə iddiаçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2(104)-3551/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlara baxmayaraq İddiaçı yenidən məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Xanlar (indiki Göygöl) rayonu Qarabulaq kəndində yerləşən 47,0 kv.m sahəsi olan 2 yaşayış otağından ibarət yaşayış evini alarkən yerləşdiyi torpaq sahəsini də satın almış, lakin torpağın sənədləri olmadığı üçün alqı-satqı müqaviləsində torpağın satılması göstərilməmişdir. Halbu ki, iddiaçı tərəfindən əvvəllər məhkəməyə müraciət edərkən torpaq sahələrinə dair əqdin baş tutmuş hesab olunmasına dair iddiasında göstərilən torpaq sahəsi ilə ona məxsus evin yerləşdiyi 5248,6 kv.m həyətyanı torpaq sahəsi ilə eyni torpaq sahəsi olduğu görünür. Belə olan halda iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətində olmasına dair iddia qaldırsa da, tələbi təmin edilməmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırkı iddia tələbi üzrə icraaqta xitam verməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(066)-428/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(066)-428/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1677/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1677/2024
29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver