Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1678/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(021)-1032/2023 saylı qərardadından İddiaçı verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 541 (beş yüz qırx bir) manat məbləğində pulun alınıb ona verilməsi və ödənilməli 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(021)-1032/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə baxılmamış saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(021)-1032/2023 saylı qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(021)-1032/2023 saylı qərardadı ilə həmin məhkəmənin 12 aprel 2023-cü il tarixli 2(021)-1032/2023 saylı qərardadı ləğv edilərək iş məhkəmə iclasında baxılmağa təyin edilmişdir. İşdə olan İddiaçı 05 may 2023-cü il tarixli ərizəsində göstərilir ki, pul tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsinə iddia icraatı qaydasında deyil, qətnamənin icrası qaydasında baxılmalı olmasını nəzərə alaraq iddia ərizəsinin qətnamənin icrası barədə ərizə olaraq nəzərə alınmasıını və müvafiq ərizədə göstərilənlər üzrə Cavabdeh 541 manat məbləğində pulun xeyrinə tutulması barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(021)-1032/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, İddiaçı qeyd olunan tələblə bağlı qətnamənin icrası qaydasında məhkəməyə müraciət edə biləcəyinin izah edilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə şikayətlə müraciət edərək Bərdə Rayon Məhkəməsinin e-2(021)- 1032/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və qətnamənin icrası barədə müvafiq tələbinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 541 (beş yüz qırx bir) manat məbləğində pulun alınıb verilməsi və ödənilməli 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət edərək, pul tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsinə iddia icraatı qaydasında deyil, qətnamənin icrası qaydasında baxılmalı olmasını nəzərə alaraq həmin iddia ərizəsinin qətnamənin icrası barədə ərizə olaraq nəzərə alınmasını və müvafiq ərizədə göstərilənlər üzrə Cavabdehdan 541 (beş yüz qırx bir) manat məbləğində pulun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş edir. Lakin məhkəmə bu ərizəyə heç bir münasibət bildirmədən, cavabdeh (borclu) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-1032/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə hazırda mübahisələndirdiyi qərardadı qəbul etmişdir. Məhkəməyə iş üzrə xx.xx.2023-cü tarixdə təqdim edilmiş “pul tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsinə iddia icraatı qaydasında deyil, qətnamənin icrası qaydasında baxılmalı olmasını nəzərə alaraq həmin iddia ərizəsinin qətnamənin icrası barədə ərizə olaraq nəzərə alınmasını və müvafiq ərizədə göstərilənlər üzrə Cavabdehdan 541 (beş yüz qırx bir) manat məbləğində pulun xeyrinə tutulması barədə qərardad qəbul edilməsi barədə ərizəyə münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə icraatı aparıb zəruri sübutları toplasa da, tələbin təmini və ya rəddi barədə akt qəbul etməmişdir. İş üzrə məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizəyə istinad edilərək işə məhkəmə qətnaməsinin icrası üzrə baxmaq mümkündür. Bərdə Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(021)-1032/2023 saylı qərardadı ilə İddiaçı Bərdə Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(021)- 1032/2023 nömrəli qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 1032/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilib iş üzrə icraata xitam verilməlidir. İşdən görünür ki, İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)- 941/2020 saylı qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi ilə bağlı işə mülki məhkəmə icraatı qaydasında deyil, qətnamənin icrası qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır və hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qərardadı ləğv edilməli və yeni qərardad çıxarılaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehin 2017-ci ilin iyun ayından ona ödəməli olduğu, lakin ödəmədiyi 1340 manatın indeksasiyasının aparılmaqla təşkil edən 541 manat pulun alınıb ona verilməsini xahiş etmiş və məhkəməyə iddia icraatı qaydasında verdiyi iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilərək məhkəmə hazırlıq iclası keçirilmiş, iş məhkəmə iclasında baxılması üçün təyin edilmişdir. MPM-in 53-cü maddəsindən göründüyü kimi iddianın dəyişdirilməsi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür. İddiaçının ərizəsindən görünür ki, o, həmin ərizə ilə məhkəməyə məhkəmə hazırlıq iclası yekunlaşandan sonra müraciət etmişdir. Göründüyü kimi hazıki işə qətnamənin icrası qaydasında baxılmalı olduğundan işə iddia icraatı qaydasında baxılması mümkün deyil. İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müracət etməli olsa da, iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hazırkı halda iddia ərizəsi üzrə məhkəmə hazırlıq iclası yekunlaşdığına görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməsinə dair qərardad yox, iş üzrə icraata xitam verilmsinə dair qərardad qəbul etməli idi. Belə ki. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(021)-1032/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. İddiaçıya qeyd olunan tələblə bağlı qətnamənin icrası qaydasında məhkəməyə müraciət edə biləcəyi izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1032/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya eyni tələblə bağlı qətnamənin icrası qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1678/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1678/2023
21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver