Məhkəmə qərarları › İş №2(104)-1686/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1686/2025

03.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1686/2025 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsi, eləcədə maraqlı şəxs1 qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsi, eləcədə maraqlı şəxs1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. JN-104F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə Verdiyeva Sənubər Umud qızı və İddiaçı 0.15 ha həyətyanı torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərinə verilmişdir.

2. Göygöl Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Verdiyeva Sənubər Umud qızının və X2 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair ##.##.2001-ci il tarixli, JN-***F nömrəli şəhadətnamənin X2 adına olan hissədə etibarsız hesab edilməsi, Verdiyeva Sənubər Umud qızına həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq hüququ verilməsi qət edilmişdir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## ###### 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 508013007492- ***** reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzrə Verdiyeva Sənubər Umud qızının tam mülkiyyət hüququ tanınmışdır.

4. Verdiyeva Sənubər Umud qızı ilə Cavabdeh arasında ## ####### 2012-ci il tarixdə Göygöl rayon Notariat kontorunda bağlanılmış reyesterdə 4Ə-2-67C qeydi ilə qeydə alınmış bağışlanma müqaviləsindən görünür ki, Verdiyeva Sənubər Umud qızı Ərazi Idarə verdiyi ## ######## 2012-ci il 286№-li arayışa, Azərbaycan Respublikası ƏMDKY-a DƏDRX-n Hüqə Döv.Qeyd.Had.DƏDR-n verdiyi 508013007492-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2012-ci il qedyiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvandan 0.15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 yaşayış otağı ümumi sahəsi 44.7 kvm, yaşayış sahəsi 36.3 kvm, yardımçı sahəsi 8.4 kvm, 1 mərtəbəli tövlə tikilialtı sahə 34.8 kvm, 1 mərtəbəli quş dami tikilialtı sahə 12.7 kvm-dən ibarət fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Bağışlanan mülkün dəyəri 20000 manata qiymətləndirilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, * saylı Gəncə Ərazi Idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 1 ərazisində yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına ## ###### 2012-ci il tarixli, 508013007492-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir

6. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## ###### 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 508013007492- ***** reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh tam mülkiyyət hüququ tanınmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı qərardadından görünür ki, Göygöl Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi və hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

8. Göygöl rayon Aşıqlı kənd IƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Verdiyeva Sənubər Umud qızı ## ###### 2019-cu il tarixdə beyinə qansızma nəticəsində ünvan 1ndə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin, 02-ci ayının, 07-ci günündə 01 № ilə qeyd edilmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsi, eləcədə maraqlı şəxs1 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Verdiyeva Sənubər Umud qızının adına verilmiş 508013007492-***** reyestr nömrəli, ## ###### 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Göygöl rayon Notariat kontorunda ## ####### 2012-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş 508013007492-***** resyter nömrəli, ## ###### 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh tərəfində JN-***F saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.15 ha torpaq sahəsindən istifadə edilməsinə yaradılmış maenənin aradan qaldırılması barədə qənamə çıxarılmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Verdiyeva Sənubər Umud qızı 2012-ci il tarixdə İddiaçı qarşı birgə mülkiyyətdə olan JN***F saylı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və torpaq sahəsinin təkbaşına mülkiyyət hüququnun tanınması tələbinə dair Göygöl rayon Məhkəməsində iddia qaldırmışdır. Verdiyeva Sənubər Umud qızının iddia ərizəsi Göygöl rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə təmin edilmiş və birgə mülkiyyətdə olan JN-***F saylı şəhadətnamə qismən etibarsız hesab edilərək, JN ***F saylı şəhadətnamə üzrə torpaq sahəsinə Verdiyeva Sənubər Umud qızının təkbaşına mülkiyyət hüququ tanınmışdır. Verdiyeva Sənubər Umud qızı 0.15 ha torpaq sahəsinə dair Göygöl rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, 2(066)- ***/**** saylı qətnaməsi əsasında 508013007492-***** reyster nömrəli, ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almış daha sonra isə Göygöl rayon Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsini və torpaq sahəsində yerləşən evi Göygöl rayon Notariat kontorunda ## ####### 2012-ci il tarixdə Cavabdeh bağışalmışdır. Cavabdeh da bağışlama müqaviləsi əsasında Göygöl rayon Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən evə dair 508013007492-***** reyestr nömrəli, ## ###### 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Yuxarıda göstərilən əməliyyatların aparılmasına səbəb olmuş Göygöl rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə tamamilə ləğv edilmişdir. JN-***F saylı şəhadətnamə hal-hazırda qüvvədədir. Odur ki, Göygöl rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi əsasında Verdiyeva Sənubər Umud qızının adına verilmiş 508013007492- ***** reyestr nömrəli, ## ###### 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, həmin çıxarış əsasında Göygöl rayon Notariat kontorunda ## ####### 2012-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş 508013007492-***** reyestr nömrəli, ## ###### 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Bundan başqa həmin torpaq sahəsi hal-hazırda mülkiyyətində olsada, lakin buna baxmayaraq cavabdeh Cavabdeh torpaqdan istifadə etməyinə maneələr yaradır.

11. Göygöl Rayon Məhkəməsinin ## #### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli (hakim R.Mustafayev) qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Verdiyeva Sənubər Umud qızının adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2012-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi; Verdiyeva Sənubər Umud qızı ilə Cavabdeh arasında ## ####### 2012-ci il tarixdə Göygöl rayon Notariat kontorunda bağlanılmış reyesterdə 4Ə-2-67C qeydi ilə qeydə alınmış ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi etibarsız hesab edilməsi; ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2012-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi; İddiaçı JN-104 F, KOD ******** saylı şəhadətnamədə göstərilən ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsindən istifadə etməsinə maneə yaradılması cavabdeh Cavabdeh qadağan edilməsi və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 152, 157-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının göstərilən evə və torpaq sahəsinə pay hüququ yoxdur. Çünki iddiaçı Dürdanə Vediyevanın adı texniki olaraq səhvən şəhadətnamədə qeyd edilmiş və bu barədə Gğygöl Rayon Məhkəməsinin qanuni qüvəyə miniş qətnaməsi olmuş, həmin qətnamə ilə əldə edilmiş hüquqlara əsaslanaraq mülkiyyət hüqqu tanınmaqla sənədləşdirilmə aparılmışdır. Həmçinin anası tərəfindən müvafiq torpaq sahəsi və ev ona bağışlanmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

16. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apelllyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, anası Verdiyeva Sənubər 1979-cu il tarixdə torpaq sahəsini Məmmədov Ədildən almışdır. Şəhadətnamədə qızı Dürdanənin adı səhfən yazılmışdır. Əslində fərdi yaşayış evi və topaq sahəsi mərhum anasına məxsus olmuş, Göygöl Rayon Məhkəməsinin qətnaməsindən sonra anası həmin əmlakları qanuni əsasslarla ona bağışlamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

17. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

18. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

19. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf, eləcədə maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsi, eləcədə maraqlı şəxs1 nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

26. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

27. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

28. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

29. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

32. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 117.2 Bu Məcəllənin 117.1. maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.

37. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

40. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Xanlar rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə Verdiyeva Sənubər Umud qızı və İddiaçı 0.15 ha həyətyanı torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərinə verilmiş və bu barədə sonuncuların adına JN-104F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Verdiyeva Sənubər Umud qızı X2 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən etibarsız hesab edilməsi və torpaq sahəsinə təkbaşına mülkiyyət hüququnun tanınması tələbinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin ## ##### 2012-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Verdiyeva Sənubər Umud qızının və X2 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair ## #### 2001-ci il tarixli, JN-***F nömrəli şəhadətnamənin X2 adına olan hissədə etibarsız hesab edilməsi və Verdiyeva Sənubər Umud qızına həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq hüququ verilməsi qət edilmişdir. Qətnamə əsasında Verdiyeva Sənubər Umud qızı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 508013007492-***** reyestr nömrəli çxarış almış, daha sonra isə ünvan 1 ünvandan 0.15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 yaşayış otağı ümumi sahəsi 44.7 kvm, yaşayış sahəsi 36.3 kvm, yardımçı sahəsi 8.4 kvm, 1 mərtəbəli tövlə tikilialtı sahə 34.8 kvm, 1 mərtəbəli quş dami tikilialtı sahə 12.7 kvm. ibarət fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamış, sonuncuda bağışlama müqaviləsi əsasında Göygöl rayon Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən evə dair 508013007492-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2012-ci il qeydiyyat tarixli çıxarış almışdır. Göygöl rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə qətnamə ləğv edilmiş, işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Cavabdeh Göygöl Rayon Icra hakimiyyətinə (üçüncü şəxs X2) qarşı Göygöl rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli ** nömrəli qərarının qismən, yəni X2 aid hissədə etibarsız hesab edilməsinə dair Gəncə Inzibati Məhkəməsində iddia qaldırmiş, həmin məhkəmənin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd olunan qərardad qanuni qüvvəsini almışdır. JN-***F saylı şəhadətnamə hazırda qüvvədə olduğundan iddiaçı X2 hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

46. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.

47. Belə ki, baxılan mübahisə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və maneənin aradan qaldırılması ilə bağlıdır.

48. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

49. Başqa sözlə, əqdin etibarlılığı üçün onun iştirakçıları arasında iradə ilə iradə ifadəsinin uyğunluğu vacib şərtdir. Iradə ilə iradə ifadəsi arasında uyğunsuzluq olduqda əqd etibarsız hesab edilir.

50. Yuxarıda da qeyd olunduğu kimi Xanlar rayonu Aşıqlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi Xanlar rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə Verdiyeva Sənubər Umud qızı və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş və bu barədə sonuncuların adına JN-104F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə mülkiyyət hüququ əsasında yalnız Sənubər Verdiyevanın adına qeydə alınmışdır. Göründüyü kimi Verdiyeva Sənubər Umud qızı ## ####### 2012-ci ildə mülkiyyətində olan fərdi yaşayış evinə və onun yerləşdiyi 0,15 ha torpağa dair sərəncam verərkən, yəni həmin əmlakları oğlu Cavabdeh bağışlayarkən fərdi yaşayış evinə bütövlükdə, 0.15 ha torpaq sahəsinə münasibətdə isə ½ hissədə səlahiyyətli olmuşdur.

51. Qeyd edilməlidir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar).

52. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il ## ##### tarixli Qərarı).

53. Işin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi fərdi yaşayış evinə, eləcədə onun yerləşdiyi 0,15 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Ona görədə müqavilə həmin hissələrdə etibarlı əqd kimi qiymətləndirilməlidir. Mübahisələndirilən əqd bütovlükdə deyil, yalnız 0,15 ha torpaq sahəsinin ½ hissəsinə, yəni İddiaçı payına münasibətdə etibarsız sayılmalıdır.

54. Həmçinin qeyd olunmalıdır ki, mübahisələndirilən əqd fərdi yaşayış evinə, eləcədə onun yerləşdiyi 0,15 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə etibarlı əqd kimi qiymətləndirildiyindən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Verdiyeva Sənubər Umud qızının adına verilmiş 508013007492-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2012-ci il qeydiyyat tarixli, eləcədə Cavabdeh adına verilmiş 508013007492-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2012-ci il tarixli, çıxarışlar da 0,15 ha. torpaq sahəsinin ½ hissəsinə münasibətdə ləğv olunmalıdır.

55. Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.15 ha, torpaq sahəsinin ½ hissəsi İddiaçı mülkiyyətində olduğundan, sonuncu öz payından sərbəst istifadə hüququna malikdir və bu huququn həyata keçirilməsinə hər hansı bir müdaxilə qanunla qorunur.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ## #### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilmərək iddia tələbi qismən təmin edilməli, ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Verdiyeva Sənubər Umud qızının adına verilmiş 508013007492-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2012-ci il qeydiyyat tarixli çıxarış 0,15 ha torpaq sahəsinin ½ hissədə, yəni İddiaçı payına münasibətdə ləğv edilməli, Verdiyeva Sənubər Umud qızı ilə Cavabdeh arasında ## ####### 2012-ci il tarixdə Göygöl rayon Notariat kontorunda bağlanılmış, 4Ə-2-67C qeydi ilə reyesterdə qeydə alınmış, ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair bağışlama müqaviləsi 0,15 ha torpaq sahəsinnin ½ hissədə, yəni İddiaçı payına münasibətdə etibarsız hesab olunmalı, ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına verilmiş 508013007492-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2012-ci il tarixli çıxarış 0,15 ha torpaq sahəsinnin ½ hissədə, yəni İddiaçı payına münasibətdə ləğv edilməli və iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsinin ½ hissədə payına münasibətə istifadəsinə cavabdeh Cavabdeh tərəfindən törədilən hər cür maneə aradan qaldırılmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 101 manat cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ## #### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Verdiyeva Sənubər Umud qızının adına verilmiş ## ###### 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 508013007492-***** reyestr nömrəli çıxarış 0,15 ha torpaq sahəsinin ½ hissədə, yəni İddiaçı payına münasibətdə ləğv edilsin. Verdiyeva Sənubər Umud qızı ilə Cavabdeh arasında ## ####### 2012-ci il tarixdə Göygöl rayon Notariat kontorunda bağlanılmış, 4Ə-2-67C qeydi ilə reyesterdə qeydə alınmış, ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair bağışlama müqaviləsi 0,15 ha torpaq sahəsinin ½ hissədə, yəni İddiaçı payına münasibətdə etibarsız hesab edilsin. ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına verilmiş ## ###### 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, 508013007492-***** reyestr nömrəli çıxarış 0,15 ha torpaq sahəsinin ½ hissədə, yəni İddiaçı payına münasibətdə ləğv edilsin. Iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.15 ha torpaq sahəsinin ½ hissədə payına münasibətə istifadəsinə cavabdeh Cavabdeh tərəfindən törədilən hər cür maneə aradan qaldırılsın. Iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 101 manat Cavabdehhdan alınıb iddiaçı İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar