Məhkəmə qərarları › İş №2(104)-1696/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1696/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1696/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-152/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 750 manat pulun və ödənilmiş 30 manat dövlət rüsmumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-152/2023 saylı qətnaməsi ilə (hakim T.Kərimova) iddia təmin edilməmişdir. İddiаçı İddiaçı apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(058)-152/2023 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun evində təmir işləri aparan Əziz adlı usta Cavabdeh adlı şəxsin plastik qapı-pəncərə düzəltdiyini ona bildirmişdir. O, 2022-ci ilin iyun ayında Cavabdeh müraciət edərək yaşadığı ünvan 1 ünvanında yerləşən evinin qapıpəncərəsini plastik qapı-pəncərə ilə dəyişdirmək istədiyini bildirmiş və ona 5 ədəd pəncərə, 4 ədəd sanitar qovuşağı və qapılar sifariş etmişdir. Cavabdeh tələbi ilə ona material alması üçün 600 manat pul ödəmişdir. Təxminən 2-3 həftədən sonra Uğur bir ədəd üç gözlü pəncərə gətirib quraşdırmışdır. Bir neçə gün sonra Uğurun gəlmədiyini görüb onunla əlaqə saxlamış, bu zaman Uğur ondan əlavə 150 manat pul istəmiş, o, da həmin pulu Uğura vermişdir. Təxminən bir ay sonra Uğur gətirib iki ədəd çərçivə quraşdırmış və söz vermişdir ki, sonra gəlib düzəldəcək. Bundan sonra o, dəfələrlə Uğura zəng vursa da, Uğur onun zənglərinə cavab verməmişdir. 2022-ci ilin oktyabr ayında o, DİN-nin 102 xidmətinə zəng edərək Uğurdan şikayət edib. Lakin polis idarəsi tərəfindən ona ünvanlanmış məktubda ona bildirilib ki, müraciəti mülki xarakterlidir və məhkəməyə müraciət etməlidir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edib.İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiаçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, o, cavabdehə 5 ədəd pəncərə, 4 ədəd sanitar qovuşağı və qapını düzəldib evinə quraşdırması üçün cavabdehə 750 manat pul vermiş cavabdeh 1 ədəd 3 gözlü pəncərə və iki ədəd çərçivə gətirib quraşdırmış olsa da, qalan işləri görməmişdir. İddia tələbini təmin etməmiş məhkəmə həmin halları nəzərə almamışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş olsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, Üzeyirlə Uğur qapı-pəncərə sifarişi barədə razılaşan zaman o da orada olub. Onlar sifariş olunan əşyaların qiymətini 1000 manat məbləğində razılaşıblar, Uğur isə 600 manat beh almış, daha sonra 1 pəcərə, 2 nəfəslik gətirib quraşdırmışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkmıəsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Şahid ifadəsi isə digər sübutlarla yanaşı dəyərləndirilməli olduğundan, hazırda isə şahid ifadəsindən başqa iddia tələbinin əsaslı olduğunu təsdiq edə biləcək heç bir sübut olmadığından, məhkəmə hesab edir ki, yalnız şahid ifadəsi əsas götürülərək iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmək mümkün deyil. Buna görə də iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməısinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İşdən görünür ki, iddiaçı cavabdehin hərəkəti ilə bağlı DİN-in 102 xidmətinə müraciət etdiyini, müraciətinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırıldığını göstərmişdir. Lakin həmin xüsusat birinci instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. Halbuki Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən toplanmış materialda olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis sahə rəisi izahat almaq məqsədi ilə Cavabdeh ilə telefon vasitəsi ilə sonuncunun mobil telefon nömrəsinə zəng etməklə əlaqə saxlamış, Cavabdeh hal-hazırda bakı şəhərində olduğunu bildirmiş, İddiaçı 500 manat dəyərində iş görməli olduğunu, noyabr ayında ya pulunu, yaxud yarımçıq qalmış işini təhvil verəcəyini bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya 500 manat borclu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavılə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasındakı şifahi razılaşmaya görə iddiaçının verdiyi haqq müqabilində cavabdeh ona plastik materialdan 5 ədəd pəncərə, 4 ədəd sanitar qovuşağı və qapılar düzəldib yerində quraşdırmağı öhdəsinə götürmüş, iddiaçı razılaşdıqları məbləğdən əvvəlcə 600 manat. Daha sonra 150 manat ödəmiş olsa da, cavabdeh sifarişi axıra qədər yerinə yetirməmiş, 1 ədəd 3 gözlü pəncərə və iki ədəd çərçivə düzəldib yerində quraşdırdıqdan sonra sifarişin qalan hissəsini icra etməmişdir. Cavabdehin etirafından da göründüyü kimi 250 manat dəyərində iş görmüş olsa da, işin qalan hissəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdeh sifarişin yerinə yetirilməsi üçün almış olduğu, lakin yerinə yetirilməmiş sifarişin haqqı olan 500 (beş yüz) manat pulu iddiaçıya qaytarmalı, beləliklə də apellyasiya şikayəti qismən təmin edilərək qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-ni 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-152/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar