Məhkəmə qərarları › İş №2(104)-170/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-170/2025

04.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-170/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı1 (o həm də digər İddiaçı2 hüquqi varisidir) iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh qarşı mirasın bölünməsi və torpağın naturada ayrılması tələbinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-28/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Tərtər rayonu Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyin Qaradağlı kəndində yerləşən “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-290A saylı, KOD nömrəsi 61107018 nömrəli Şəhadətnaməyə əsasən X5, İddiaçı2, X11 və İddiaçı1 ümumi (birgə) paylı mülkiyyəti olan 0,44 ha torpaq sahəsindən iddiaçıların və cavabdehin paylarının sərhədləri müəyyən olunmaqla naturada bölünməsi, həmin torpaq sahəsi üzərində tikilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən 131,5 kv.metr fərdi yaşayış evindən iddiaçılardan İddiaçı2 və Cavabdeh paylarının naturada bölünüb ayrılmasına, həmçinin hazırki iddia tələblərinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manat məbləğində pulun Cavabdeh tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 nömrəli qərarı ilə Tərtər rayonu Qaradağlı kənd sakinləri X8, həyat yoldaşı İddiaçı2, onların oğlu X13 və onların qızı X6 həmin kənddə 0,44 ha həyətyanı torpaq sahəsi ayrılaraq verilmişdir. Həmin torpaq sahəsi “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN 290A, KOD 61107018 olan şəhadətnaməyə əsasən X7, İddiaçı2, X12 və X2 ümumi mülkiyyəti olmuşdur. Həmin torpaq sahəsinin üzərində tikilmiş 131,5 kv.metr ümumi sahəli fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X3 tam, onun üzərində yerləşdiyi, 0,44 ha torpaq sahəsi isə X7, İddiaçı2, X12 və X2 ümumi mülkiyyətidir. Birgə mülkiyyətçilərdən X14 xx.xx.2014-cü ildə, X16 xx.xx.2019-cu ildə vəfat etmişdir. Miras qoyanlar X14 və X1 ümumi əmlaklardakı payları qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(1014)-1061/2022 saylı qətnaməsinə əsasən bölünmüşdür. Hazırda ümumi mülkiyyət olan sözügedən torpaq sahəsində və fərdi yaşayış evində Gəncə Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(104)-10161/2022 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş pay bölgüsü də nəzərə alınmaqla onların payları artıq müəyyən edildiyinə görə həmin əmlakların naturada bölünməsinə zərurət yaranmışdır. Çünki, Cavabdeh həmin evə və onun üzərində yerləşdiyi 0,44 ha torpaq sahəsinə təkbaşına yiyələnmişdir, onlara qanunsuz olaraq bütövlükdə sahiblik etmişdir. Onlara evdən və torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Evin və torpaq sahəsinin yalnız ona məxsus olduğunu bildirmişdir. Odur ki, həmin torpaq sahəsindən və evdən istifadə edə bilməmişlər, hətta onlar məcbur olub ünvan 1 ünvanında faktiki olaraq yaşamağa məcbur olmuşlar. Halbuki, sözügedən ev yuxarıda göstərdikləri reyestr çıxarışı ilə, sözügedən torpaq sahəsi isə yuxarıda göstərdikləri dövlət aktı ilə ümumi birgə mülkiyyətdir. Birgə mülkiyyətçilərdən biri də onlardır. Lakin Cavabdeh bunları qəsdən başa düşmək istəməmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı Tərtər rayonu Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyin Qaradağlı kəndində yerləşən “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-290A saylı, KOD nömrəsi 61107018 nömrəli Şəhadətnaməyə əsasən X5, İddiaçı2, X11 və İddiaçı1 ümumi (birgə) paylı mülkiyyəti olan 0,44 ha torpaq sahəsindən iddiaçıların və cavabdehin paylarının sərhədləri müəyyən olunmaqla naturada bölünməsi, həmin torpaq sahəsi üzərində tikilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən 131,5 kv.metr fərdi yaşayış evindən iddiaçılardan İddiaçı2 və Cavabdeh paylarının naturada bölünüb ayrılmasına, həmçinin hazırki iddia tələblərinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manat məbləğində pulun Cavabdeh tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-28/2024 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın qismən təmin edilməsi, Tərtər rayonu Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyin Qaradağlı kəndində yerləşən “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-290A saylı, KOD nömrəsi 61107018 nömrəli Şəhadətnaməyə əsasən X5, İddiaçı2, X11 və İddiaçı1 ümumi (birgə) paylı mülkiyyəti olan 0,44 ha torpaq torpaq sahəsindən mükiyyətçilərin hər birinin paylarının ¼ hissədə bölünməsi, 23/48 hissədə İddiaçı2, 17/48 hissədə İddiaçı1 və 8/48 hissə Cavabdeh paylarının müəyyən edilməsi, iddianın həmin torpaq sahəsi üzərində tikilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən 131,5 kv.metr fərdi yaşayış evindən iddiaçılardan İddiaçı2 və Cavabdeh paylarının naturada bölünüb ayrılmasına dair hissəsinin təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı2 verilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaitinin iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X10, KOD 210005, VÖEN **********, m/h AZ41NABZO013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı2 vəfat etdiyindən məhkəmə kollegiyası tərəfindən İddiaçı1 onun hüquqi varisi kimi işə cəlb edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz etdiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-28/2024 saylı qətnaməsi qismən – Tərtər rayonu Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyin Qaradağlı kəndində yerləşən “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-290A saylı, KOD nömrəsi 61107018 nömrəli Şəhadətnaməyə əsasən X5, İddiaçı2, X11 və İddiaçı1 ümumi (birgə) paylı mülkiyyəti olan 0,44 ha torpaq torpaq sahəsindən mükiyyətçilərin hər birinin paylarının ¼ hissədə bölünməsi, 23/48 hissədə İddiaçı2, 17/48 hissədə İddiaçı1 və 8/48 hissə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində ləğv edilməli, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4389/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X15, İddiaçı2, İddiaçı1 və Tərtər rayon Notariat Ofisinə qarşı məhkəməyə müraciət edərək, M.Nəsirov, İddiaçı2 və İddiaçı1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğv edilməsi, 03 dekabr 2014-cü il tarixdə vəfat etmiş X4 miras qalmış, 27 mart 2021-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan “Çıxarış” sənədində qeyd edilən Tərtər rayon Qaradağlı kəndi ərazisində yerləşən fərdi yaşayış evini miras açıldığı gündən faktiki olaraq sahiblik etdiyi, mirası ölən günədək idarə etdiyi və mirası qəbul etdiyini şəksiz olaraq nümayiş etdirdiyini nəzərə alaraq miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və qəbul edilmiş miras əmlaka mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(061)-1056/2021 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia tələbi təmin olunmamışdır. İddiaçı qətnamədənapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 11 may 2022-ci il tarixli, 2(104)-1061/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, cavabdehlərin adına verilmiş 14 aprel 2021-ci il tarixli 2V-179, 2V- 180, 2V-181 və 2V-526 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələin ləğv edilməsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10 may 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə cavabdeh X9 adına qeydə alınmış Çıxarışın ləğv edilməsi, X4 qalmış mübahisəli evdən İddiaçı2 payı 6/10 hissədə, Cavabdeh, uşaqları Elçin Nəsirov, Səlminaz Nəsirova və Emin Nəsirovun payları hər birinə müvafiq olaraq 1/10 hissədə müəyyən edilmiş, X4 miras qalmış Tərtər rayonu, Qaradağlı kəndi ərazisində yerləşən torpaq sahəsindən ona məxsus ¼ hissədən cavabdeh İddiaçı2 payı 18/40 hissədə, iddiaçı Cavabdeh, uşaqları Elçin Nəsirov, Səlminaz Nəsirova və Emin Nəsirovun payları hər birinə müvafiq olaraq 3/40 hissədə müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər (vəkil X17) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 4389/2022 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1061/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi iddia tələbinin mirasın bölünməsi və payların müəyyən edilməsi hissəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan birinci instansiya məhkəməsi həmin hissədə işi icraata götürüb mahiyyəti üzrə baxmaqda səhvə yol vermiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-28/2024 saylı qətnaməsi qismən – mirasın bölünməsi və payların bölünməsi hissəsində ləğv edilməli hissəsində ləğv edilməli, iddianın həmin hissəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 385.1.1, 391, 403.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-28/2024 saylı qətnaməsi qismən – Tərtər rayonu Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyin Qaradağlı kəndində yerləşən “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-290A saylı, KOD nömrəsi 61107018 nömrəli Şəhadətnaməyə əsasən X5, İddiaçı2, X11 və İddiaçı1 ümumi (birgə) paylı mülkiyyəti olan 0,44 ha torpaq torpaq sahəsindən mükiyyətçilərin hər birinin paylarının ¼ hissədə bölünməsi, 23/48 hissədə İddiaçı2, 17/48 hissədə İddiaçı1 və 8/48 hissə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində ləğv edilsin və iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan rəsmi təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar