Məhkəmə qərarları › İş №2(104)-1703/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1703/2024

01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1703/2024 01.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1008/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasınd baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2720 (iki min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 30 manatın alınıb ona verilməsinə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rаyоn Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 nömrəli məhkəmə qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbi təmin edilərək, Cavabdeh 2720 (iki min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi kimi 30 (otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Tovuz Rаyоn Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək ötürülmüş müddətin bərpa edilməsi və apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rаyоn Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 nömrəli qətnaməsindən onun məlumatı olmamışdır. Belə ki, həmin dövrdə o, Bakı şəhərində qeydiyyatda olmuş, həmin qətnamə ona rəsmi qaydada verilməmişdir. Tovuz Rаyоn Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 nömrəli qətnaməsinin surətini məhkəməyə ərizə ilə müraciət edərək, 21 may 2024-cü il tarixdə almışdır. Ona görə də qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilib mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(062)-1008/2017 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) Tovuz Rаyоn Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(062)-1008/2017 nömrəli qərardadından narazı qalan cavabdeh şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından açıq görünür ki, Tovuz Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 saylı qətnaməsinin surətini ərizə ilə müraciət edərəkəldə etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin istinad etdiyi MPM-in 134-135 maddələrinə uyğun olaraq qətnamə ona poçt vasitəsilə təqdim edilməyib. Həmin vaxt o, Bakı şəhərində qeydiyyatda olub və qətnamə aidiyyət qaydalarının pozulması ilə qəbul edilmişdir. Tovuz Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(062)-1008/2017 nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-227876/17-1 saylı bildirişinin surətindən görünür ki, Tovuz Rаyоn Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 nömrəli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq Cavabdeh 10 gün müddətində vaxt verilmiş, bu müddətin başa çatmasından sonra göstərilən tələbin məcburi qaydada icra ediləcəyi bildirmişdir. X2 isə xx.xx.2020-ci il tarixdə həmin bildirişə imza edərək, icraata başlamaq haqqında qərarı və bildirişi qəbul etmişdir. Şikayətin dəlilində cavabdehin nümayəndəsi qətnamənin onlara rəsmi qaydada verilmədiyini, qətnamənin surətini məhkəməyə ərizə ilə müraciət edərək 21 may 2024-cü il tarixdə almasını bildirmişdir ki, kollegiya cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-227876/17-1 saylı bildirişinin surətindən görünür ki, 13 may 2020-cü tarixdə borclu Cavabdeh icra məmuru tərəfindən icra şöbəsinə çağırılmış və Tovuz Rаyоn Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(062)-1008/2017 nömrəli məhkəmə qətnaməsindən 13 may 2020-ci tarixdə məlumatlı olmuşdur. İş materiallarında borclunun məhkəmə qətnaməsini almasını təsdiq edən müvafiq sənədin olmaması faktı isə onun birmənalı olaraq məhkəmə qətnaməsini almaması qənaətinə gəlməyə əsas verməməkdədir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1008/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1008/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar