Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1738/2025 04.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X4 (sədrlik edən məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-845/2025 saylı, xx.xx.2025 -ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı tərəfindən müxtəlif tarixlərə aid qaimələrin imzasız nüsxələri məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli qaiməyə əsasən son borc 20784.06 göstərilmiş, cavabdeh son borc kimi həmin məbləğlə razı olduğunu bildirmişdir.
2. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, plastik qapı-pəncərə hazrlanması ilə məşğul olur. Bu məqsədlə materialı iddiaçının mağazasından alır. Lakin bir müddət sonra həmin materialda qüsurlar yaranmış, rəngi solduğu üçün müştərilər tərəfindən şikayətlər yaranmışdır. Buna görədə İddiaçı ödnişi dayandırmışdır.
3. Birinci stansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində “Qardaşlar İnşaaat” mağazasında satıcı olaraq fəalyyət göstərdiyini, Cavabdeh material alaraq borcunu geri qatrmadığını bildirmişdir.
4. Birinci stansiya məhkəməsində şahid qismində dindirilmiş X2 digər şahidlə eyni məzmunlu ifadə vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 24888 manat pulu və ödənilmiş 165 manat dövlət rüsumunu alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanıyıb və bir kənddə yaşamışlar. O, pəncərə, qapı və PVC materiallarının topdan satışı ilə məşğul olur, Cavabdeh özünün plastik materiallardan pəncərə, qapı sexi vardır, həmin sexdə özü işləyir. Cavabdeh iddiaçının pəncərə, qapı materiallarının topdan satışı ilə məşğul olduğunu bilərək, ona yaxınlaşıb pəncərə, qapı materialı lazım olduğunu, işlədikcə materialın pulunu verəcəyini bildirmişdir. O da, inandığı üçün materiallar vermişdir. Xeyli müddət işləmişlər və aldığı materialların da pulunu vaxtında vermişdir. Beləliklə, o özünə etibar qazanmış və 1 ildən artıqdır ki, 24888 manatlıq material almışdır. İndi isə həmin materialların pulunu vermir. Cavabdeh həmin materialların pulunu istədikdə isə ödəyəcəyini bildirmişdir. Ancaq hələ də, borcunu ödəmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur.
7. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh hazırki vaxta qalan borcunun 20784.06 manat təşkil etdiyini, həmin məbləğdə pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir.
8. Tovuz Rayon Məhkəməsinin 2(062)-845/2025 saylı, xx.xx.2025 -ci il tarixli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddianın təmin edilməsi, Cavabdeh əsas borc kimi 20784.06 manat (iyirmi min yeddi yüz səksən dörd manat altı qəpik) məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 152.36 manat (yüz əlli iki manat otuz altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilmiş 7.64 manat məbləğdə dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin ödənilməsi müddəti və məbləği müəyyən edilərək razılaşdırılmışdır. Cavabdeh iddiaçıdan aldığı materiala görə 20784.06 manat ödənişinin qaldığını etiraf etmiş, müqavilə üzrə öhdəliyini icra etməməsini, yəni malın dəyərini ödəməməsini malın qüsurlu olması ilə izah etmiş, satılmış materialın qüsurlu olması halı iddiaçı tərəfindən etiraf edilmişdir. Qeyd etmək lazımdır ki, əşya qüsurlu olduqda Mülki Məcəllənin 587-ci maddəsinə əsasən alıcının onun dəyərini ödəməkdən imtina etmək hüququ nəzərdə tutulmamışdır. Belə olan təqdirdə alıcı ya alış qiymətinin mütənasib azaldılmasını, ya əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, ya da əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.2, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 600.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Tovuz Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2(062)-845/2025 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2(062)-845/2025 saylı qətnaməsi tam qanunsuz və əsassız qətnamədir. Belə ki, işə baxılan zaman onun verdiyi izahat və məhkəmədə ifadə vermiş şahidin ifadəsi ilə tam sübut olunmuşdur ki, iddiaçının satdığı materiallar tam kefiyyətsiz olmuş və rəngini dəyişmişdir. O, uzun müdətdir ki, özünə məxsus olan qapıpəncərə sexində iddiaçıdan nisyə aldığı materillardan müştərilərin sifarişlərini hazırlayıb pulunu aldıqdan sonra həmin materilların pulunu ödəmişdir. Son vaxtlar iddiaçının satdığı materilların keyfiyyətsiz olduğuna görə hazırladığı qapı-pəncərələrin rəngi dəyişmiş və bu da müştərilərin narazılığına səbəb olmuşdur. O, hətta bir çox müştərinin sifarişini yenidən hazırlamağa məcbur olmuşdur. Bu barədə iddiaçıya iradını bildirəndə ona bildirirdi ki, keyfiyyətsiz olan materilların pulunu cavabdehin ona olan borcundan çıxacaq. Lakin sonradan iddiaçı ona satdığı keyfiyyətsiz olan materilların pulunu ondan tələb etməyə başladı. Əslində hazırkı iddia tələbində iddiaçının ondan tələb etdiyi pul məhz ondan aldığı və silinməli olan keyfiyyətsiz materilların puludur. Yoxsa iddiaçı ona o, məbləğdə nisyə mal vermirdi. Məhkəmə iclasında o, və şahid Nicat Qasımov bunu qeyd etsə də, məhkəmə işin bu halını araşdırmamışdır. O, məhkəmə iclasında irəli sürülən iddia tələbini etiraf etməmişdir. O, iddiaçının iddia tələbində qeyd etdiyi pulun ondan aldığı keyfiyyətsiz materialın pulu olduğunu bildirmişdir. Bu bir birinin əksi olan bir məsələdir ki, məhkəmə də buna düzgün qiymət vermədən bu prosessual normaya da düzgün istinad etməyib. Yuxarıda qeyd etdiyi kimi məhkəmə iclasında tam sübut olundu ki, iddiaçının hazırkı iddiada ondan tələb etdiyi pul onun tərəfindən cavabdehə satılmış keyfiyyətsiz materilların puludur. Hansı ki, o iddiaçıya satdığı materlların keyfiyyətsiz olduğunu bildirəndə iddiaçı o pulu ondan tələb etməyəciyini bildirmişdi. Məhkəmə işin bu halını araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. İşə baxılan zaman tam sübut olundu ki, iddiaçının hazırkı iddiada ondan tələb etdiyi pul onun tərəfindən cavabdehə satılmış keyfiyyətsiz materilların puludur. Məhkəmə işin bu halına fikir vermədən iş üçün ən əhəmiyyətli halı nəzərə almadan işdə olan sübutlara düzgün qiymət verməyib. Bir daha qeyd etmişdir ki, işə baxılan zaman iddiaçının hazırkı iddiada ondan tələb etdiyi pulun onun tərəfindən cavabdehə satılmış keyfiyyətsiz materilların pulu olması tam sübut olunub. Lakin məhkəmə işin bu halına uyğun olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıdan aldığı mallardan qapı pəncərə hazırlarayaraq sifarişçilərin evlərinə qoyulmuşdur. Buna görə də, həmin malları iddiaçıya qaytarması mümkün deyil.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, onunla cavabdeh arasında keyfiyyətsiz materialın cavabdehin ona olan borcundan çıxılmasına dair razılıq olmamışdır. Materiallarla bağlı qüsurun şirkətin səhvi ucbatından olduğunu, bununla bağlı şirkət nümayəndələrinin qüsurlu qapı və pəncələri dəyişmək üçün, yaxud kompensasiya vermək dəfələrlə gəldiyini, lakin cavabdehin laqeyd yanaşaraq qüsurlu qapı və pəncərə yığılmış evləri şirkətin nümayəndələrinə göstərmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.
18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
19. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. Maddə 567. Alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi
23. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
24. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
25. Maddə 600.1. Alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir.
26. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-845/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
41. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı materiala görə 20784.06 manat ödənişinin qaldığını etiraf etmiş, müqavilə üzrə öhdəliyini icra etməməsini, yəni malın dəyərini ödəməməsini malın qüsurlu olması ilə izah etmiş, satılmış materialın qüsurlu olması halı iddiaçı tərəfindən etiraf edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əşya qüsurlu olduqda Mülki Məcəllənin 587-ci maddəsinə əsasən alıcının onun dəyərini ödəməkdən imtina etmək hüququ nəzərdə tutulmamışdır. Belə olan təqdirdə alıcı ya alış qiymətinin mütənasib azaldılmasını ya əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, ya da əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticəsi ilə razılaşaraq qeyd edir ki, işin hallarından görünür ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında əşyaların nisyə satışını nəzərdə tutan alqı-satqı münasibətləri olmuşdur. Belə ki, iddiaçı pəncərə, qapı və PVC materiallarının topdan satışı ilə, Cavabdeh isə özünə məxus olan sexdə plastik qapı-pəncərə hazırlanması və satışı ilə məşğul olur. Onlar arasında mütəmadi pəncərə, qapı və PVC materiallarının nisyə alqısatqısı olmuşdur. İddiaçı bu münasibətlərdən cavabdehin ona 20784,06 manat ödənilməmiş borcunun qalmasını bildirmişdir. Cavabdeh isə iddianı qəbul edərək, iddiaçının hazırkı iddiada ondan tələb etdiyi pul onun tərəfindən cavabdehə satılmış keyfiyyətsiz materilların pulu olmasını, iddiaçının həmin pulu ondan tələb etməyəciyini bildirmişdi.
43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, nisyə alqı-satqısı barədə tərəflər arasında pəncərə, qapı və PVC materiallarının topdan satışı ilə bağlı hər hansı müqavilə tərtib edilməmişdir. Lakin tərəflərin izahatları tədqiq olunduqda müəyyən olunur ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda müxtəlif pəncərə, qapı və PVC materialları nisyə olaraq satılmış, həmin malların keyfiyyətsiz olması səbəbindən də cavabdeh iddiaçıdan 20784,06 manat dəyərində aldığı materialların pulun iddiaçıya qaytarmaqdan imtina etmişdir.
44. Kollegiya apellyasiya şikayətin dəliləril ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 587-ci maddəsinin tələblərinə uyğun olaraq əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi aşağıdakıları tələb etsin, yaxud əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Hazırkı iş üzrə iddiaçının cavabdehə qüsurlu mal satması işin mübahisəsiz halıdır. Bu halda alıcı olan cavabdeh aldığı malın dəyərini ödəməmək üçün qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Lakin cavabdeh aldığı malı qaytarmaqdan imtina etməklə malın qüsurlu olmasına istinad etməklə malın dəyərini ödəməkdən imtina edir. Halbu ki, Mülki Məcəllənin 587-ci maddəsinin tələblərinə uyğun olaraq alıcı qüsurlara uyğun olaraq malın qiymətinin müvafiq olaraq azaldılmasını tələb etmək hüququna malikdir, onun malın dəyərini ödəməkdən imtina hüququ yalnız malı qaytardığı halda mümkündür. Cavabdeh isə aldığı malı qaytarmamışdır.
45. Həmçinin kollegiya qeyd edər ki, cavadeh apellyasiya şikayətində iddiaçının keyfiyyətsiz olan materilların pulunu cavabdehin ona olan borcundan çıxacağını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
46. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Tovuz Rayon Məhkəməsinin 2(062)-845/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-845/2025 saylı, xx.xx.2025-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.