Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-175/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Maddi və mənəvi zərər Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-22/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Avrasiya” klinikası tərəfindən verilmiş arayışdan görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə “keysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz fibromoz peritonit” diaqnozu ilə cərrahi əməliyyatını keçirmişdir. Özəl tibb müəssisəsi olduğu üçün xəstə tərəfindən əməliyyat və dərman məsrəfi 2692 AZN və poliklinika məsrəfi 400 AZN ödənilmişdir. Ümumi məbləğ 3092 AZN təşkil edir.
2. “İstanbul Genetics” Klinikasının xx.xx.2020-ci il tarixli ulturasəs müayinəsindən görünür ki, İddiaçı hər iki böyrəyin pielonefriti və duz diatezi rəyi verilmişdir.
3. “Avrasiya” klinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ümumi zəiflik, halsızlıq diskomfort, hərarətin yüksəlməsi, qarın nahiyəsində olan kəskin ağrı şikayətləri ilə klinikaya daxil olmuş, qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz fibrinoz peritonit diaqnozu qoyulmuş, xx.xx.2020-ci il tarixdə diaqnostik laporaskopiya, laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmiş və xəstəyə kafi vəziyyətdə müvafiq məsləhətlər verilərək ambulator müşahidəyə buraxılmışdır.
4. “Avrasiya” hospitalı tərəfindən verilmiş çanaq boşluğunun MR müayinəsindən görünür ki, İddiaçı çanaq ön divarında dəri-dərialtı postop kəsik xətti mövcuddur. Kəsik xətti nahiyəsində dərialtı piy toxumasında 16.6x3 sm ölçüdə, içərisində hava imajının mövcud olduğu maye yığıntısı aşkar olunur. Dərialtı piy toxumasında diffuz ödemə bağlı T2-T2Fs siqnal dəyişikliyi qeyd edilir. Çanaq ön divarında rectus abdominus əzələsinin altında 4x2 ölçüdə maye yığıntısı izlənir. Çanaq ön divarında sağdan girişi olan və ucu arxa Douglas boşluğunda drenaj kateteri izlənir.
5. “İstanbul Genetics” Klinikasının xx.xx.2020-ci il tarixli ulturasəs müayinəsindən görünür ki, İddiaçı xroniki pankreatit, hepatomeqaliya rəyi verilmişdir.
6. “İstanbul Genetics” Klinikasını xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı Çanaq MRT-si üçün 155 manat ödəmişdir.
7. “Oxsigen” Klinik xəstaxanasının xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ginekologiya konsultasiyası üçün 40.00 manat ödəmişdir.
8. “Oxsigen” Klinik xəstaxanasının xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ginekologiya konsultasiyası, hemoqramma-qanın ümumi anaqlizi, D-dəmir analizi üçün 82.00 manat ödəmişdir.
9. “Oxsigen” Klinik xəstaxanasının xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ginekologiya konsultasiyası üçün 40.00 manat ödəmişdir.
10. 29.11.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı laboratoriya analizləri üçün 14.00 manat ödəmişdir.
11. 29.11.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı həkimin çağırışı üçün 20.00 manat ödəmişdir.
12. 29.11.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı döş qəfəsidüz poroyeksiyada rəqəmsal rer üçün 20.00 manat ödəmişdir.
13. 03.12.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı döş qanın ümumi analizi EŞS və C-reaktiv zülal (CRP) üçün 18.00 manat ödəmişdir.
14. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2020-ci il tarixlərində laboratoriya analizləri üçün 69.00 manat ödəmişdir.
15. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı 1290 saylı, 2243 saylı qəbzlərlə “Oxsigen” Klinik xəstaxanasına müvafiq olaraq 82.00 manat, 36.00 manat, "xxxx" MMC-yə 38517 saylı qəbzlə 30.81 manat, 42100 saylı qəbzlə 23.76 manat, 42327 saylı qəbzlə 16.90 manat, 45786 saylı qəbzlə 3.51 manat, 43975 saylı qəbzlə 15.65 manat, 42719 saylı qəbzlə 2.45 manat, 20104 saylı qəbzlə 40.84 manat, 42736 saylı qəbzlə 20.42 manat, 29395 saylı qəbzlə 183.78 manat, 64217 saylı qəbzlə 34.59 manat, 41531 saylı qəbzlə 40.84 manat, 46027 saylı qəbzlə 2.45 manat, 45612 saylı qəbzlə 2.88 manat, 45609 saylı qəbzlə 7.31 manat, 45543 saylı qəbzlə 46.67 manat, "xxxx" MMC-yə N315 saylı qəbzlə 29.00 manat, N5600 saylı qəbzlə 22.60 manat, "xxxx" MMC-yə 10594 saylı qəbzlə 133.00 manat, 18031 saylı qəbzlə 22.25 manat, 10486 saylı qəbzlə 76.00 manat, 10336 saylı qəbzlə 57.60 manat, “Avrasiya” Klinikasına 00000004 saylı qəbzlə 3092 manat ödəmişdir.
16. Kassa məxaric orderindən görünür ki, Cavabdeh MMC tərəfindən xəstə İddiaçı keysəriyyəti əməliyyatı keçirilməsinə görə həkim mama-ginekoloq Cəfərov Fərid-Rza Fikrət oğluna xx.xx.2020-ci il tarixdə 600 manat ödəniş edilmişdir.
17. Xəstənin stasionar kitabçasının surətindən görünür ki, İddiaçı üzərində xx.xx.2020-ci il tarixdə köndələn qasıqüstü orta aşağı kəsiklə laparotmiya uşaqlığın aşağı seqmentində keyseri kəsiyi əməliyyatı keçirilmişdir.
18. “Whatsapp” proqramı vasitəsilə yazılmış yazışmadan görünür ki, Farid DK adı ilə qeyd edilmiş nömrədə “Teranə xanım, resept: Levofloxasin 100 ml v/d 12 saat bir 5 gun, sefrpim 1 qr gunde 1 defe ezeleye 5 gün prob!, Flunol 1 t 2 gunden bir #3, cardio maqnil 100 1tx2 defe, Favipravir N40 ilk gunu 8tx2 defe, sonra 3tx2 defe, klexan0.4x1 defe, vit d damcı 50000 5 dx1 defe, cernevit 1 amp+200ml NaCL0.9%vena daxili gunde 1 defe, rintger200+8ml(4amp) vitc+2 ml(amp) dexametazon+ 1 amp riboxsin, patnaprazol 40 mq ya venaya gunde 1 defe ya da tablet 1tx1 defe. Aileye groprinosin 1tx3 defe, vit c 1000x1 defe, vit d 5000 5 damcı gunde 1 defe. Birde Terane xanım urotea cay 1 paket x 3 defe demleyib icsin” sözləri yazılmışdır.
19. “Yeni Gəncə” Tibb Mərkəzi (Cavabdeh MMC) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixində “Yeni Gəncə” Tibb Mərkəzində“İ vaxtında cərrahi doğuş, laparatomiya, uşaqlığın aşağı seqmentində keysəriyyə” cərrahi əməliyyatı keçirərək xəstəxanada stasionar müalicə almışdır. Göstərilən tibbi xidmətin əvəzi 1300 manat pul ödənilmişdir.
20. Cinayət işinin başlanmasının rədd edilməsi haqında 05.02021-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı tibbi prosedurları həyata keçirən həkimlərin əməllərində Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinin tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 243KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində keçirilmiş cərrahiyyə əməliyyatından başqa hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilməmiş, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı qizı xx.xx.2020-ci il tarixdə “Yeni Gəncə” Tibb Mərkəzinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “38-39 həftəlik hamiləlik. Baş gəlişi. Aşağı ətraflarda və cinsiyyət dodaqlarında varikoz genəlmə. Hipertenziya çoxsululuq” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq doğuşunun operativ yolla başa catdırılmasına düzgün qərar verilmiş və tibbi göstərişlə “Köndələn qasıqüstü orta aşağı kəsiklə laparotomiya. Uşaqlıqlığın aşağı seqmentində kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı hamiləliyin müşahidəsi zamanı onda laborator analizlərində toxoplazma İgG, İgM, CMV İgG, Rubella İgM və sidik infeksiyası mövcud olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə operativ doğuşdan sonra o, stasionar şəraitdə dinamik nəzarətdə saxlanılmış və adekvat müalicələr təyinat üzrə davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə zahı kafi vəziyyətdə evə yazılmışdır. Qeyd olunan müddətdə zahıda əməliyyatla bağlı hər hansı bir ağırlaşmanın olduğu qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, İddiaçı keçirdiyi “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra 7-ci günündə bədən hərarəti yüksəlmiş və xx.xx.2020-ci il tarixdə aparılmış ultrasəs müayinəsi zamanı onda “xroniki pankreatit, hepatomeqaliya; Hər iki böyrəyin xroniki pielonefriti və duz diatezi” həmçinin kiçik çanaqda 1200 ml maye izlənilmişdir. Bununla da xəstə müalicə həkiminə müraciət etməklə diaqnoz dəqiqləşdirilməli və adekvat müalicə taktikası seçilməli idi. Lakin İddiaçı mövcud vəziyyətlə əlaqədar digər tibb müəssisəsinə müraciət etmişdir. İddiaçı yaranmış patoloji vəziyyətlə əlaqədar o, xx.xx.2020-ci il tarixdə “Avrasiya” klinikasına daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Keysəriyyə əməliyyatından sonrakı vəziyyət. Qarın boşluğunun erkən bitişmə xəstəliyi. Diffuz seroz, fibrinoz peritonit” diaqnozu təyin edilmiş və “Diaqnostik laporoskopiya”nın aparılması planlaşdırılmışdır. Həmin tarixdə saqnostik laporoskopiyanın icrası zamanı təftişin daha geniş aparılması üçün əməliyyat açıq üsullu davam etdirilmiş və “Laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı yerinə yetirilmişdir. Beləliklə İddiaçı patoloji hal xx.xx.2020-ci il tarixdə müəyyən edilmiş və xx.xx.2020-ci il tarixdə operativ müdaxilə yolu ilə aradan qaldırılsa (uşaqlığın perforasiyası, tikiş tutmazlığı və s.) da, peritonitin mənbəyi reviziya zamanı aşkar edilmədiyindən bu haqda fikir söylənilməsi mümkün deyil. İddiaçı “Covid-19” infeksiyasının laborator müayinəsi zamanı yalnız antitellər yoxlanılmış, lakin (PZR) yaxma götürülməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, ixtisasca mamaginekoloq olan Fərid Cəfərov "Covid-19” infeksiyasının müalicəsinin aparılması nəzərdə tutulmur, lakin qeyd olunan müalicə iltihab əleyhinə olmuş və xəstənin səhhətinə əks təsiri ola bilməzdi. İbranimova Təranə İddiaçı vəziyyətinin doğuşdan sonra ağırlaşmış və kiçik çanaqda 1200 ml mayenin yığılması qeyd edilmişdir, lakin bu ağırlaşma keçirilmis “Kesar kəsiyi” cərrahiyyə əməliyyatın texniki gedişatı ilə deyil, müxtəlif səbəblərdən baş verə bilər. Təkrar diaqnostik cərrahi əməliyyat aparılsa da, səbəbi müəyyən edilmədiyindən, bu haqqında fikir söylənilməsi mümkün olmadı. İddiaçı üzərində “Avrasiya” Klinikasında “Diaqnostik laporaskopiya. Laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı “Avrasiya” Klinikasında “Keysəriyyə əməliyyatından sonrakı vəziyyət. Qarın boşluğunun erkən bitişmə xəstəliyi. Diffuz seroz, fibrinoz peritonit” diaqnozu təyin edilmişdir. Qeyd edilən diaqnozda peritonit səbəbini aydınlaşdırılması üçün diaqnostik laporoskopiya və daha sonra “Laporatomiya, bitismələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmişdir. Aparılmış cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuşdur, lakin hansı məqsədlə və hansı tibbi göstərişlə hər iki borunun bağlanması əsaslandırılmalı olduğu halda əsaslandırılmamış yə peritonitin səbəbi də aydınlaşdırılmamışdır. Buna məsul şəxs mama-ginekoloq Əliyevadır. İddiaçı aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda hal-hazırda cərrahiyyə əməliyyatın keçirilməsinə tibbi göstəriş yoxdur. İddiaçı adına tərtib edilmiş 4241 saylı histoloji müayinə cavabından görünür ki, onda qansızmalı tikələr və sarımtıl maye mikroskopik olaraq xoşxassəli sitologiya və xroniki fibrinoz iltihabın olduğu qeyd edilmişdir. Beləliklə, İddiaçı qeyd edilən diffuz seroz, fibrinoz peritonit instrumental və obyektiv müayinəsi zamanı müəyyən edilmişdir. İddiaçı antenatal dövrdə ona aparılmış laborator müayinələr zamanı toksoplazma infeksiyası mövcud olmuşdur. Lakin həmin infeksiyanın “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra peritonitlə fəsadlaşması inkar edilir. İddiaçı aparılmış müayinələr ona təyin edilmiş diaqnoza və vəziyyətinə uyğun olmuşdur. İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan klinik protokollarının tələblərinə uyğun olmuşdur.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 711/KEŞ saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə “Avrasiya Klinikası”na “Qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz. Fibrinoz peritonit” diaqnozu ilə daxil olmuş və üzərində “Diaqnostik laporaskopiya. Laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Fibrinoz peritonit” termini “peritonit” nəzərdə tutulur, bu da qeysəriyyə əməliyyatından sonrakı dövrdə aşkar olunduğu halda ya bağırsaq zədələnməsi, yada uşaqlıqda olan tikişlərin yararsızlığından yarana bilər. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı yatrogen orqan zədələnməsi qeyd edilmədiyindən peritonitin mənbəyi və mənşəyi haqqında fikir söylənilməsi mümkün olmadı. 2. İddiaçı keçirdiyi cərrahi əməliyyatlarının sonrakı dövrləridə qarın boşluğunda mayenin yığılması və bitişmələrin əmələ gəlməsi orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Tərtib edilmiş tibbi sənədlərdə sterilizasiyasının pozulmasına gətirən faktlar öz əksini tapmadığı üçün bu haqda konkret fikir söylənilməsi mümkün olmadı.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri nəticəsində onun “Yeni Gəncə” Tibb Mərkəzinə ödədiyi 1.300 manat, UZM müayinəsi üçün bağlı çəkdiyi 45 manat, həmin vaxt MRT olunması ilə bağlı ödədiyi 150 manat, digər analizlərlə bağlı çəkdiyi 135 manat, aldığı dərmanlara görə ödədiyi 78 manat, “Covid 19” testi üçün ödədiyi 50 manat, “Oksigen” klinikası üçün ödədiyi 238 manat, “Avrasiya” klinikasına ödənilmiş 3092 manat, əməliyyat olunduqdan sonra aptekdən aldığı dərmanlara görə 850 manat 80 qəpik, həmin vaxt müayinə olunmaq üçün X3 yoxlanmaq üçün ödədiyi 271 manat, yol xərci olan 360 manat pulun, ümumulikdə 7410,80 qəpik pulun cavabdehdən alınıb ona ödənilməsi, əməliyyatın qüsurlu aparılması nəticəsində onun keçirdiyi mənəvi sarsıntıya görə cavabdehdən 5000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, “Yeni Gəncə” Tibb Mərkəzində müalicə olunmaq üçün müqavilə bağlamış və 27 noyabr 2020-ci il tarixdə “Yeni Gəncə” Tibb Mərkəzində mamaqinekoloq Fərid Cəfərov tərəfindən keysəriyyə əməliyyati olunmuş və ikinci qız övladı dünyaya gəlmişdir. Əməliyyatdan öncə laborator analizlər vermiş və müayinələrdən keçmiş, ciddi heç bir problemi olmamışdır. O, hamiləlik vaxtı da Fərid həkimin qəbulunda və nəzarətində olmuş, 30 noyabr 2020-ci il tarixdə evə yazılmışdır. O, xəstəxanada olarkən doğuşun səhəri axşamı hərarəti qalxmış, 38 dərəcə olmuş, Fərid həkim ona “Covid 19” diaqnozu qoymuş və ona güclü antibiotiklər yazmışdır. Fərid həkim özbaşına ona “Covid 19” virusundan müalicə təyin etmiş, bütün bunlardan sonra qızdırması düşmədiyinə görə Fərid həkim mastopatiya şübhəsi ilə əlaqədar qızdırmanın qalxdığını güman edib onun südünü qurutmağı təyin etmiş, buna görə “dostinex” adlı dərmanı yazmış, həmin dərmanı içəndən sonra südü qurumuş, yeni dünyaya gəlmiş uşağı ana südündən məhrum olunmuşdur. Lakin yenə də qızdırması düşməmiş, halsız olmuş, qarın boşluğunu əl vuranda qışqırmış, bərk ağrıları olmuş, uşağı qucağına almağa gücü olmamışdır. O, 04 dekabr 2020-ci il tarixdə Fərid həkimin qəbulunda olmuş, Fərid həkim onun əməliyyatının tikişini sökmüş və uşaqlığına baxıb demişdir ki, hər şey yaxşıdır, heç bir problem yoxdur. Həmin vaxt o, Fərid həkimə bildirmişdir ki, qarın boşluğunda şiş var və əl vuranda ağrıyır. Fərid həkim buna cavab olaraq bildirmişdir ki, əzələləri xamlayıb və ancaq tikişləri sökdür. Bundan sonra onlar evə gəlmiş, sonradan Fərid həkimi birdə görməmişlər, çünki Fərid həkim Baki şəhərində ikinci iş yerinə getmişdir. O, Gəncə şəhərində “İstanbul NS” klinikasında 07 dekabr 2020-ci il tarixdə qarın boşluğunun USM müayinəsi olunmuş, qarın boşluğunda 1 litr 200 ml su yığılması aşkar edilmişdir. Bundan sonra onlar “Yeni Gəncə” Tibb mərkəzinə getmiş, Fərid həkimə telefonla bu barədə məlumat vermişlər, Fərid həkim onda “Covid-19” virusuna yoluxduğunu demişdir. Onun təkidi ilə o, ağ ciyərlərini kompüter tomoqrafiyası etdirmiş və onda yüngül plevrit aşkar edilmişdir. Lakin onun ağ ciyərlərındə buzlu şüşə aşkar olunmamışdır. Bundan sonra onlar başqa laboratoriyada qandan “Covid-19” virusuna qarşı analiz vermişlər, lakin cavab negativ çıxmışdır. Yenidən Fərid həkimlə telefonla əlaqə saxlayıb, qarın boşluğuna maye yığıldığını bildirmişlər, o isə demişdir ki, dərman və sistemlərlə həmin suyu qurudacaqdır. Bundan başqa həmçinin “Covid-19” virusu əleyhinə ona və ailə üzvlərinə müalicə yazmışdır. O, həmin müalicəni götürməmişdir. Bu müddət ərzində Fərid həkim onlarla “Whatsap” sosial şəbəkəsi vasitəsilə əlaqədə olmuş və ona sms vasitəsilə ev şəraitində müalicə olunmağı üçün dərmanlar yazmışdır. 07 dekabr 2020-ci il tarixə onlar Fərid həkimin yazdığı sistemləri vurdurmuşlar, lakin onun vəziyyəti düzəlməmiş, qızdırması düşməmiş, qarın boşluğunda şiş və kəskin ağrılar olmuş, vəziyyətinin ağırlaşdığını görüb artıq xx.xx.2020-ci ildə təcili halda Bakıya “Avrasiya” klinikasina getmişlər və ilkin yoxlanışdan sonra xəstənin “keysəriyyə” əməliyyatından sonra qarin boşluğunda “ERKƏN BİTİŞMƏ XƏSTƏLİYİ, DİFFUZSEROZ FİBRİNOZ PHRİTONİT”, qarın hoşluğunda 3 litrə qədər çirkli maye diaqnozu qoyulmuş və çox ağır və təcili əməliyyat keçirmişdir. Bir gecə ərzində maye iki qat çoxalmış, əməliyyata götürülməsə həyatını itirməsi təhlükəsi yaranmışdır. Əməliyyat nəticəsində uşaqlıq borusu bağlanmış və qarın boşluğu maye və çirkdən təmizlənmiş, onun bağırsaqları dolaşmış, irinlə və fibronrtik tellərlə əhatə olunmuşdur. Hələ bundan sonrada ona 3 ədəd drenaj qoyulmuş, 14 dekabra qədər ondan çirk gəlmişdir. Fərid həkim əməliyyat zamanı sterilliyə tam əməl etmədiyi üçün onun bədənində peritonit yaranmışdır. Onunla cavabdeh arasında müqavilə bağlanmış və onun keysəriyyə əməliyyatını həyata keçirmək üçün ondan 1300 manat məbləğində pul alınmışdır. Bundan başqa həmin vaxt həkimin səhlənkarlığı nəticəsində o, bir sıra analizlər vermiş və eyni zamanda müəyyən dərman peraparatları almışdır. Həmin vaxt UZİ olunmuş və bu zaman həmin müəyinə üçün 45 manat məbləğində pul ödəmişdir. Bunu ödəməyə səbəb isə qarın boşluğunda olan ağırılar olmuşdur. Həmin müayinədən sonra müəyyən edilmişdir ki, onun qarın boşluğuna 1200 qram su yığılmışdır. Bundan başqa o, həmin vaxt MRT olunmuş və buna görə 150 manat məbləğində pul ödəmişdir. Bundan başqa digər analizlərlə bağlı 135 manat, aldığı dərmanlara görə 78 manat, “Covid-19” virusu ilə bağlı test üçün 50 manat, “Oksigen” Klinikası üçün isə 238 manat məbləğində pul ödəmişdir. “Yeni Gəncə” Tibb Mərkəzində olan əməliyyatın qüsurlu olması nəticəsində onun halı pisləşmiş və məcbur qalıb Bakı şəhərinə getmiş və orada yerləşən “Avrasiya” klinikasında müayinə və müalicə olunmuşdur. Həmin vaxt orada əməliyyat olunmuş və buna görə 3092 manat məbləğində pul “Avrasiya“ Klinikasının hesabına ödənilmişdir. Orada əməliyyat olunduqdan sonra aptekdən 850.80 qəpik məbləğində dərmanlara pul xərclənmişdir. Bundan başqa o, həmin vaxt müayinə olunmaq üçün “X3” yoxlanmaq üçün 271 manat məbləğində pul xərcləmişdir. Qeyd edilənlərlə yanaşı o, Bakı şəhərinə xəstəxanaya gedən zaman karantin dövrü olduğundan həmin vaxt avtobuslar işləmədiyindən taksi ilə getməyə məcbur olmuşdur ki, həmin vaxt təcili olduğundan gediş haqqı 90 manat olmuşdur. İddiaçı isə həmin vaxt Bakı şəhərinə 4 dəfə gedib gəlmiş, gediş haqqı ümumilikdə 360 manat təşkil etmişdir. Qeyd edildiyi kimi onunla cavabdeh arasında ona keyfiyyətli tibbi yardım göstərilməsi barədə müqavilə bağlanmış və bunun qarşılığında onun tərəfindən çavabdehin hesabına pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşmüş öhdəliyi lazımınca icra etməmiş, qüsurlu keysəriyyə əməliyyatı apamışdır və nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Maddi ziyanla bağlı yuxarıda qeyd edildiyindən əlavə olaraq həmin xüsusat ilə bağlı məsələyə toxunmamışdır. Bununla bağlı yalnız onu qeyd etmişdir ki, məhz cavabdehin təqsiri nəticəsində o, əlavə olaraq başqa klinikalara müraciət etmiş, əlavə dərmanlar almağa və yol xərci çəkməyə məcbur edilmişdir. Bu səbəbdən onun tərəfindən çəkilmiş həmin xərclər də cavabdeh tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərlə yanaşı cavabdehlərin hərəkətləri nəticəsində əmlakın talanması nəticəsində o, əsəb sarsıntısı keçirmiş və nəticədə ona mənəvi ziyan dəymişdir. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində o, xeyli miqdarda əmlakını itirmiş və onun cavabdeh tərəfindən düzgün əməliyyat olunmaması nəticəsində onun sağlamlıq durmunda problemlər yaranmışdır. Bu hal isə onda narahatlıq hissi yaratmış, məyusluq və stres hissləri yaşatmışdır. Bundan başqa cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi nəticəsində onun sağlamlıq durumunda uzun müddətə davam edəcək problem yaranmışdır. Belə ki, həmin vaxt onun uşaqlığında yerləşən turbalıqlar bağlanmışdır. Bu isə onun gələcəkdə övlad dünyaya gətirməsinə problemlər yaratdığından o, buna görə mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bundan başqa qeyd edirik ki, qüsurlu əməliyyatı icra edən həkim “Yeni Gəncə” Tibb Mərkəzində qanuni əsaslarla çalışmamış, buna görə klinika İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilmişdir. Bundan başqa cavabdeh öz işçisinin yol verdiyi nöqsana görə məsuliyyət daşıyır. Bu səbəbdən ona vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilənlərlə əlaqədar cavabdehin hərəkətləri nəticəsində onun “Yeni Gəncə” Tibb Mərkəzinə ödədiyi 1.300 manat, UZİ olunmaqla bağlı çəkdiyi 45 manat, həmin vaxt MRT olunmması ilə bağlı ödədiyi 150 manat, digər analizlərlə bağlı çəkdiyi 135 manat, aldığı dərmanlara görə ödədiyi 78 manat, “Covid-19” virusu ilə bağlı verilmiş test üçün ödədiyi 50 manat, “Oksigen” Kklinikası üçün ödədiyi 238 manat, “Avrasiya” klinikasına ödənilmiş 3092 manat, əməliyyat olunduqdan sonra aptekdən 850 manat 80 qəpik, həmin vaxt müayinə olunmaq üçün X3 yoxlanmaq üçün ödədiyi 271 manat, yol xərci olan 360 manat pulun, ümumulikdə 7410,80 qəpik pulun cavabdehdən alınıb ona ödənilməsi, əməliyyatın qüsurlu aparılması nəticəsində onun keçirdiyi mənəvi sarsıntıya görə cavabdehdən 5000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
25. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Təranə İbarhimova məhz keysəriyyə əməliyyatından sonra xəstəxanada olarkən onun bədən hərarəti yüksəlmişdir. Bu zaman həkim tərəfindən hər hansı bir müayinə aparılmadan ona ana südününü qurudulması ilə bağlı dərman təyin edilmiş və onun nəticəsində ana südü qurudulmuş, lakin onun bədən temperaturu normaya düşməmişdir. Bundan sonra müalicə həkimi tərəfindən onda “Covid 19” infeksion xəstəliyin olması ilə bağlı müalicə yazılmış və sonradan onun verdiyi analiz nəticəsində onda “Covid 19” virusunun əlamətləri aşkar edilməmişdir. Göründüyü kimi xəstəyə ilkin olaraq hərtərəfli tibbi xidmət göstərilməmiş, nəticədə xəstənin vəziyyəti daha da ağırlaşmışdır. İşin hallarından göründüyü kimi cərrahiyyə əməliyyatı keçirildikdən sonra əməliyyatın səhəri günü xəstədə bədən hərarəti yüksəlmişdir. Onun xəstəliyinin əsl diaqnozu doqquz gündən sonra müəyyən edilmişdir. Həkim tərəfindən xəstəyə lazımi diqqət göstərilməmiş, etinasız yanaşma nəticəsində şəxsin vəziyyətinin pisləşməsi baş vermişdir. Həkim tərəfindən xəstənin hərarəti qalxdıqdan sonra onun qarın boşluğunun müayinəsi aparılmamışdır. Həkim tərəfindən təyin edilən müalicə üsulları müəyyən effekt verməməsinə baxmayaraq həkim tərəfindən xəstənin qarın boşluğunun müayinəsi aparılmamışdır. Halbuki, şəxsin qarın boşluğunda ağrıların və şişkinliyin olması ilə bağlı həkimə bildirsə də, həkim xəstəni müayinə etmək ilə baş verən halı öyrənmək əvəzinə mülahizələr yürütmək ilə xəstənin əsl durumunu obyektiv və hərtərəfli müayinə edib ona uyğun müalicə metodu seçməmişdir. Xəstənin vəziyyəti pisləşən zaman onu şəxsən müayinə etməmiş, yalnız “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə “Covid 19” infeksiona xəstəliyinə aid dərmanlar yazmaqla kifayətlənmişdir. Sonradan göründüyü kimi xəstə məcbur qalıb müayinə olunmuş və müayinənin nəticəsində onun qarın boşluğunda 1200 ml maye aşkar edilmişdir. Nəticədə onda yuxarıda qeyd edilən xəstəliyin simptomları aşkar edilmiş və “Avrasiya” Klinikasinda əməliyyat olunaraq onun həyatı xilas olmuşdur. Fərid həkim məsuliyyətdən boyun qaçırır və özünü tam günahsız sayır. Lakin peritonit əməliyyat zamanı Fərid həkimin hər hansı qeyri-sterilliyinin nəticəsində olmuşdur. Fərid həkim əməliyyat zamanı sterilliyə tam əməl etmədiyi üçün və tikişləri düz qoymadığı üçün, qeysəriyyə kəsiyi əməliyyatı zamanı mikroorqanizmlər uşaqlıq möhtəviyyatı ilə birlikdə qarın boşluğuna keçdiyi üçün onun qarın boşluğuna su yığılmış, mikroflorası pozulmuş, bağırsaqlarda və boruların ətrafında fibrinotek tellər əmələ gəlmişdir. Lakin iş üzrə araşdırma aparılan zaman İddiaçı verdiyi ifadədə göstərilən səbəblərdən peritonitin əmələ gəlməsinin mümkünlüyü barədə heç bir araşdırma aparılmamışdır. Eyni zamanda ekspert qarşısında qeyd edilən məsələlər ilə bağlı heç bir sual qoyulmamışdır. Gəncə şəhər Prokurorluğunda aparılan araşdrıma zamanı material üzrə izahatı alınmış Cəfərov Fərid-Rza Fikrəd oğlu bildirmişdir ki, “X12 Mərkəzi”ndə əlavə olaraq pasiyentə kliniki, laborator və radioloji müayinələri aparılmış və nəticədə xəstəyə 35 həftəlik hamiləlik, aşağı ətrafların və cinsiyyət dodağların varikoz genəlməsi, hipertenziya çoxsulluq (infeksiyanın artıq anadan dölə keçməsi) diaqnozu qoyulmuşdur. Həkim tərəfindən həmin diaqnozun qoyulması ilə bağlı heç bir fakt prokurorluğa təqdim edilməmişdir. Bundan başqa o, öz ifadəsində bildirmişdir ki, stasionar müalicə dövründə (3-cü günü) ananın bədən hərarətinin yüksəlməsi izlənilmiş və dərhal müəyyən risk qrupları üzrə (cərrahi doğuş əməliyyatı, ginekolofi, yara yeri və s.) müayinələr aparılmış və pasiyentdə əməliyyatla bağlı heç bir ağırlaşma və fəsad aşkar edilməmişdir. Əməliyyat sonrası mütləq antibiotik müalicə təyin edilmişdir. Lakin antibiotik müalicə təyin edilməsinə dair heç bir fakt göstərilməmişdir. Və əgər onun dediyi şəkildə müalicə təyin edilmiş olsa idi bu zaman xəstənin qarın boğluğunda infeksion hal baş verməzdi. Onun etdiyi müalicə südün qurudulması və “Covid 19” virusu əleyhinə olan müalicə üsulu isə xəstənin movcud vəziyyətinə advekat olmamışdır. Onun ifadəsində qeyd edilir ki, uşaq ananın hamiləliyi zamanı keçirmiş olduğu infeksiya ilə bağlı bir müddət uşaq şöbəsində həkim nəzarəti altında saxlanılmışdır. Qeyd edilənlərərlə bağlı da heç bir sübut araşdırma zamanı təqdim edilməmişdir. Yəni uşağın ana bətnində infeksiya tutumasına dair heç bir fakt aşkar edilməmişdir. Onun ifadəsinə diqqət yetirdikdə əməliyyatdan 3 gün sonra xəstənin bədən hərarətinin qalxması qeyd edilsə də, lakin bununla bağlı heç bir əsaslı fakt araşdırmaya təqdim edilməmişdir. Halbuki, İddiaçı ifadəsinə diqqət yetirdikdə aydın olur ki, bədən temperaturu əməliyyatdan bir gün sonra qalxmışdır. Fərid Cəfərov isə ifadəsində bildirir ki, guya 3 gün sonra bədən hərarəti qalxmışdır. Buna dair də, heç bir əsaslı fakt təqdim edilməmişdir. Xəstənin müayinə edilməsi nəticəsində onun qarın boğluğunda 1200 ml maye aşkar edildiyi halda, ifadəsinə həmin mayenin miqdarının 800-900 ml olduğu qeyd edilmişdir. Beləliklə həkim tərəfindən verilmiş izahat özünü məsuliyyətdən azad etmək məqsədi daşımışdır. Müstəntiq tərəfindən isə həmin izahata tənqidi yanaşılmamışdır. İddiaçı qeyd edir ki, onda olan fəsadlar məhz keysəriyyə əməliyyatından sonra baş vermişdir. Peritonitin bağırsaq zədələnməsi və ya tikişlərin yerində olmaması halı ilə yanaşı, orqanın dəlinməsi ilə yanaşı steril periton boşluğuna mikrobların daxil olması nəticəsində də, meydana gəlir. İddiaçı ifadəsində qeyd etdiyi kimi sterilliyə tam əməl etmədiyi üçün, qeysəriyyə kəsiyi əməliyyatı zamanı mikroorqanizmlər uşaqlıq möhtəviyyatı ilə birlikdə qarın boşluğuna keçdiyi üçün onun qarın boşluğuna su yığılmış, mikroflorası pozulmuş, bağırsaqlarda və boruların ətrafında fibrinotek tellər əmələ gəlmişdir. Əməliyyatı həyata keçirən həkimin prokurorluqda verdiyi izahatlarına diqqət yetirdikdə aydın olur ki, xəstə onun keçirdiyi əməliyyatdan sonra evlərinə buraxılmışdır. Sonradan xəstənin halı pisləşmiş, həkim qarında olan narahatlığı başqa səbəblərlə əlaqələndirir. Halbu ki, həmin vaxt heç bir müayinə aparmamışdır. Bundan sonra isə iddiaçı gedib özü müayinədən keçmiş, qarın boşluğunda maye olduğu müəyyən edilmişdir. Həkim tərəfindən heç bir əsaslı səbəb olmadan “Covid 19” virusu ilə bağlı müalicə təyin edilmişdir. Hansı ki, iddiaçı onunla bağlı analiz vermiş və həmin virusun əlamətləri iddiaçıda aşkar edilməmişdir. Həkim tərəfindən isə həmin virusla bağlı müalicə təyin edilmişdir. Göründüyü kimi iddiaçının səhhətində baş verən problemlərə bağlı keysəriyyə əməliyyatını həyata keçirən həkim məsuliyyət daşıyır. Çünki əməliyyata qədər iddiaçının səhhətində hər hansı ciddi bir problem olmamışdır. Odur ki, iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən səhiyyə sahəsində aparılan uğurlu islahatlardan bəhrələnərək Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən 12 yanvar 2016-cı il tarixli, №087996 İSN/L-51/2016 qeydiyyat nömrəli “Özəl Tibbi fəaliyyət”ilə məşğul olmaq hüququ verən lisenziya ilə, hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi 23 ünvanında yerləşən “X12 Mərkəzi” adı ilə tibbin bir çox sahəsi üzrə faktiki fəaliyyətə başlamış və Azərbaycan Respublikası qanunvericiliyi əsasında təsdiq olunmuş nizamnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Xəstəxanaları dünya təcrübəsində qəbul edilən standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş və beynəlxalq təcrübəyə malik tibbi personal heyəti ilə fəaliyyət göstərir. Müəssisə Azərbaycan Respublikasının bütün qanunlarına hörmət əsasında özəl tibb fəaliyyətini həyata keçirir. Respublikanın bütün bölgələrində yaşayan vətəndaşlara yüksək dərəcədə tibbi xidmət göstərməkdədirlər. Vətəndaş İddiaçı 2020-ci ilin oktyabr ayında “X12 Mərkəzi”nin Mama-Ginekologiya şöbəsində hamiləliyin 35-ci həftəsində doğuşu bitirmək üçün müraciət etmişdir. “X12 Mərkəzi”ndə pasiyentə kliniki, laborator və radioloji muayinələri aparılmış və nəticədə xəstəyə 35 hətəlik hamiləlik, aşağı ətrafarın və cinsiyyət dodağların varikoz genəlməsi, hipertenziya coxsulluq (infeksiyanın artıq anadan dölə keçməsi) diaqnozu qoyulmuşdur. Diaqnoz üzrə pasiyentə hal-hazırda ölkəmizdə və beynəlxalq tibbi protokollarda qəbul olunmuş standartlar üzrə müalicə planı və planlı şəkildə hamiləliyin 38-ci həftəsində cərrahi yolu ilə doğuşa hazırlanması başlanılmışdır. Qeyd olunan müalicə infeksiyanın qarşısını almağa görə yönəlmişdir. Çünki infeksiyanı tam sağalmaq üçün hamiləliyi bitirəndən sonra davam edilməsi zəruridir. Pasiyentə sağlamlıqda yuxarıda qeyd olan problemlər və onun planlı müalicə prosesi izah olunmuşdur. xx.xx.2020-ci il: 38-39 həftəlik hamiləlik dövründə olan İddiaçı ”Cərrahi doğuş” əməliyyatı öncəsi yekun müayinələrdən keçirilmişdir. Pasiyentdə yoluxucu xəstəliklər, anesteziya (ağrısızlaşdırma) və doğuş üçün təhlükə daşıyan digər nöqsanlar aşkarlanmamışdır. Ana stasionara qəbul üçün hazırlanmışdır. Həmin tarixdə pasiyentlə “X12 Mərkəzi” arasında müvafiq tibbi xidmət müqaviləsi, ödəniş məbləği, əməliyyatın riskləri, ağırlaşmaları və fəsadları haqqında məlumatlandırma-razılıq sənədləri rəsmləşdirildikdən sonra o, stasionara qəbul olunmuş, sonra üzərində “İ vaxtında cərrahi doğuş, laparatomiya, uşaqlığın aşağı seqmentində keysariyyə” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat fəsadsız keçmişdir. Stasionar mualicə dövründə (3-cü günü) ananın bədən hərarətinin yüksəlməsi izlənilmiş və dərhal müəyyən risk qrupları üzrə (cərrahi doğuş əməliyyatı, ginekoloji, yara yeri və s.) muayinələr aparılmış və pasiyentdə əməliyyatla bağlı heç bir ağırlaşma və fəsad aşkar edilməmişdir. Əməliyyat sonrası mütləq antibiotik mualicə təyin edilmişdir. Post-op İİİ gün cərrahi yara yeri tibbi işlənilməsi üçün həkim müayinələri və digər zəruri tövsiyə və məsləhətlər verilərək xx.xx.2020-ci il tarixində ana kafi vəziyyətdə stasionar müalicədən ambulator müalicəyə göndərilmişdir. Lakin uşaq ananın hamiləliyi zamanı keçirmiş olduğu infeksiya ilə bağlı bir müddət uşaq şöbəsində həkim nəzarəti altında saxlanılmışdır. Göstərilmiş tibbi xidmətlərlə və ödənişlə bağlı xəstə və yaxınları tərəfindən heç bir şikayətləri olmamışdır. Beynəlxalq səviyyədə qəbul olunmuş tibbi protokol qaydalarına uyğun olaraq qeyd olunan əməliyyatın bərpa müddəti 4-6 həftə təşkil edir. Bu müddət ərzində həkim nəzarəti mütləqdir. Post-op Vİİ gün ananın təkrar kontrol muayinəsi zamanı bədən hərarəti istisna olmaqla heç bir şikayəti olmadığını bildirmişdir, kliniki və laborator muayinələri əməliyyat sonrakı dövrə uyğun olmuşdur. Post-op X gün ananın növbəti kontrol muayinəsi zamanı hərarətin muşahidə olunması icra olunan əməliyyat üçün tipik olmaması səbəbi ilə daha ətraflı muayinə (USM) zamanı “Qarın boşluğunda 800-900 ml maye” aşkarlanmış, amma qanın laborator göstəricilərində heç bir dəyışıklik aşkar edilməmişdir. Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xəstəyə dərhal ağciyər KT muayinəsi aparılmış və şübhələr təsdiqlənərək xəstədə “ikitərəfli aşağıseqmentli pnevmoniya” aşkarlanmış və təcili “Covid-19” PZR (yaxmada) verilməsi məsləhət bilinmiş, eyni zamanda dəstəkləyici müalicə davam olunmuşdur. Lakin xəstə verilmiş məsləhətə riayyət etməmişdir. Belə ki, Post-op Xİ gün xəstənin sağlamlığı barədə məlumat almaq üçün həkim tərəfindən onunla telefon vasitəsilə əlaqə saxlandıqda, onların Bakı şəhərinə müayinə üçün getmələri bildirilmiş, həkim-mama-ginekoloq F.Cəfərov onları Bakı şəhərində də, təmənnasız qəbul edə biləcəyini bildirmişdir. Lakin xəstə Bakı şəhərində birbaşa digər xəstəxanaya və həkimə müraciət edərək, xəstənin mualicə həkimi F.Cəfərovun məsləhətini və fikirini alınmadan davam etdirmişdir. Həmçinin vətəndaş İddiaçı həyat yoldaşının şikayəti əsasında eyni məsələ ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış, müvafiq tibbi ekpertiza keçirilmiş və sonda tərəflərindən vətəndaş İddiaçı səhhətinə hər-hansı bir zərər vurulması, həkim səhlənkarlığı, əməliyyatın və müalicənin səhv aparılması kimi iddialar öz əksini tapmamış və sonda 17-c-21 saylı material üzrə xx.xx.2021 il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı səhhətinə “YTM”nin tərəfindən hər hansı bir zərər vurulmayıb, ona “göstərilmiş tibbi xidmətlər” üzrə xəstəxanaya ödənilmiş pul tərəflər arasında razılaşdırılmış müqaviləyə əsasən tam qanuni şəkildə həyata keçirilib. Xəstəyə bütün baş verə biləcək fəsadlar, ağırlaşmalar və risklər tam izah olunub, onu aldadan, ondan nəisə gizlədən və ya hər hansı bir yolla hüquqa zidd hərəkətlərə YTM-zi tərəfindən yol verilməyib. Verilmiş iddia ərizəsi üzrə iddiaçı “cavabdeh tərəfindən ona vurulan 7.410.80 manat ziyanın və mənəvi ziyan kimi 5.000 manat pulun ödənilməsi tələbi ilə” iddia qaldırmış lakin ona dəymiş zərər və vurulan ziyan barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, müvafiq qaydalara uyğun insan səhhətinə ziyan və zədələmə müvafiq olaraq sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya tərəfindən və (və ya) məhkəmə qaydasında müəyyən edilə bilər. Müvafiq komissiya zərərin əmələ gəlməsində tibb müəssisəsinin və onun əməkdaşlarının təqsirinin olub-olmamasını, peşə fəaliyyəti zamanı yol verilmiş nöqsanları araşdırır, Azərbaycan Respublikasının qanunvericiliyinə, tibbi yardım standartlarına və diaqnostikmüalicə üzrə protokollara əməl edilməsi vəziyyətinə qiymət verir. Sağlamlığa zərər tibb müəssisəsinin və onun əməkdaşının təqsiri üzündən vurulubsa, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş üzrə cavabdeh olaraq iddiaçının səhhətinə, sağlamlığına hər hansısa formada ziyan vurmamışlar və iddiaçı öz ərizəsinə əlavə olaraq məhkəməyə ona zərərin vurulması ilə bağlı hər hansısa bir sübutedici sənəd təqdim etməyib. Mülki qanun baxımından zərər bir vətəndaşın başqa bir şəxsin hərəkətləri nəticəsində aldığı real zərərdir. Bu da itirilmiş bir mənfəət hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında qeyd edib ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Bildirilir ki, tibb müəssisəsinə ödənilən vəsait, vətəndaşlara özəl tibb müəssisəsində göstərilən müvafiq tibbi xidmət əvəzi olaraq müəssisədaxili müəyyən və təyin edilmiş vahid qiymətlər üzrə kassaya ödənilən puldur. Kimdənsə aldatma, məcbur etmə yolu ilə və ya qeyri-rəsmi olaraq pul vəsaiti alınmayıb. Həkimin əməliyyat sonrası xəstəliyi sağaltmaqla başa çatdırmasını bildirməsinə münasibət belədir ki, xəstənin üzərində icra olunmuş əməliyyatın icra üsulu və texnikasına bağlı heç bir ağırlaşması olmamışdır. Xəstədə müşahidə olunan yarayerinin sağalmaması kimi hal öncədən proqnozlaşdırılmış və mümkün ehtimal xəstə və xəstə yaxınlarına ətraflı izah olunmuşdur. Buna baxmayaraq həkimin təklif etdiyi müalicə üsulundan və ardıcıllığından imtina olunaraq xəstə başqa klinikaya muraciət etmiş və orada ona edilən əməliyyatın ilkin əməliyyatın nəticəsindən irəli gələn olması öz əksini tapmamış və əsaslandırılmamışdır. “X12 Mərkəzi” və həkim F.R.Cəfərov tərəfindən vətəndaş İddiaçı hər hansı bir səhv muayinə, səhv cərrahi əməliyyat və sair hüquqlarını pozan digər tibbi xidmət (hərəkət və ya hərəkətsizlik) edilməmişdir. Ümumiyyətlə onlar mülki iş üzrə verilən iddia ərizəsi ilə razılaşmırlar, MPM-nin müvafiq maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu bildirirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi və orada göstərilən dəlillər əsassız olduğundan iddianı təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunmuşdur.
28. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-22/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
29. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1 maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-22/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, o, iddia qaldıraraq aparılan qeysəriyyə əməliyyatının qüsurlu olduğunu, buna görə də onun tərəfindən həmin qüsurun nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. İddiaçı qeyd etmişdir ki, o, əməliyyat olunduqdan sonra halı pisləşmiş və həkimə müraciət etsə də, xəstəni müayinə etmədən “Covid 19” virusu ilə bağlı dərmanlar yazmışdır. Halbuki, o, müayinə olunan zaman müəyyən edilmişdir ki, onda həmin virusun əlamətləri mövcud deyildir. Onda olan xəstəliyin yaranma səbəbi keysəriyyə əməliyatı nəticəsinə baş vermişdir. Yəni peritonitin yaranması yalnız və yalnız əməliyyatda baş verən qüsur əsasında yarana bilərdi. O, yanamış problemlə bağlı “Avrasiya” Klinikasına müraciət etmiş, ona “qarın boşluğunda qeysəriyyə əməliyyatından sonrakı vəziyyət qarın boşluğunun erkən bitişmə xəstəliyi diffuz seroz fibinov peritonit” diaqnozu qoyulmuşdur. Xəstəliyin adından da göründüyü kimi, onun yaranması məhz qeysəriyyə əməliyyatından sonra olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Həmçinin cərrahiyyə əməliyyatını həyata keçirən həkimin dindirilməsi ilə bağlı vəsatəti də nəzərə alınmamışdır. Məhkəmə qətnaməsində iddiaçının xəstəliyinin qeysəriyyə əməliyyatı zamanı yaranmasını təkzib edəcək heç bir sübut göstərilməmişdir. Məhkəmə ekspertiza rəyindəki qeyri-mötəbərliyi əsas gətirib iddia təmin etməmişdir. Halbuki ekspert rəyi digər sübutlarla birgə əlaqələndirilməlidir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə etiraz daxil oilmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instanisya məhkəməsi iş üzrə tam, obyektiv araşdırma aparaq düzgün nəticəyə gəlmişdir. Vətəndaş İddiaçı 2020-ci ilin oktyabr ayında “X12 Mərkəzi”nin Mama-Ginekologiya şöbəsində hamiləliyin 35-ci həftəsində doğuşu bitirmək üçün müraciət etmişdir. “X12 Mərkəzi”ndə pasiyentə kliniki, laborator və radioloji muayinələri aparılmış və nəticədə xəstəyə “35 həftəlik hamiləlik, aşağı ətrafarın və cinsiyyət dodağların varikoz genəlməsi, hipertenziya coxsulluq (infeksiyanın artıq anadan dölə keçməsi)” diaqnozu qoyulmuşdur. Diaqnoz üzrə pasiyentə hal-hazırda ölkəmizdə və beynəlxalq tibbi protokollarda qəbul olunmuş standartlar üzrə müalicə planı və planlı şəkildə hamiləliyin 38-ci həftəsində cərrahi yolu ilə doğuşa hazırlanması başlanılmışdır. Qeyd olunan müalicə infeksiyanın qarşısını almağa görə yönəlmişdir. Çünki infeksiyanı tam sağalmaq üçün hamiləliyi bitirəndən sonra davam edilməsi zəruridir. Pasiyentə sağlamlıqda yuxarıda qeyd olan problemlər və onun planlı müalicə prosesi izah olunmuşdur. xx.xx.2020-ci il: 38-39 həftəlik hamiləlik dövründə olan İddiaçı ”Cərrahi doğuş” əməliyyatı öncəsi yekun müayinələrdən keçirilmişdir. Pasiyentdə yoluxucu xəstəliklər, anesteziya (ağrısızlaşdırma) və doğuş üçün təhlükə daşıyan digər nöqsanlar aşkarlanmamışdır. Ana stasionara qəbul üçün hazırlanmışdır. Həmin tarixdə pasiyentlə “X12 Mərkəzi” arasında müvafiq tibbi xidmət müqaviləsi, ödəniş məbləği, əməliyyatın riskləri, ağırlaşmaları və fəsadları haqqında məlumatlandırma-razılıq sənədləri rəsmləşdirildikdən sonra o, stasionara qəbul olunmuş, sonra üzərində “İ vaxtında cərrahi doğuş, laparatomiya, uşaqlığın aşağı seqmentində keysariyyə” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat fəsadsız keçmişdir. Stasionar mualicə dövründə (3-cü günü) ananın bədən hərarətinin yüksəlməsi izlənilmiş və dərhal müəyyən risk qrupları üzrə (cərrahi doğuş əməliyyatı, ginekoloji, yara yeri və s.) muayinələr aparılmış və pasiyentdə əməliyyatla bağlı heç bir ağırlaşma və fəsad aşkar edilməmişdir. Əməliyyat sonrası mütləq antibiotik mualicə təyin edilmişdir. Post-op İİİ gün cərrahi yara yeri tibbi işlənilməsi üçün həkim müayinələri və digər zəruri tövsiyə və məsləhətlər verilərək xx.xx.2020-ci il tarixində ana kafi vəziyyətdə stasionar müalicədən ambulator müalicəyə göndərilmişdir. Lakin uşaq ananın hamiləliyi zamanı keçirmiş olduğu infeksiya ilə bağlı bir müddət uşaq şöbəsində həkim nəzarəti altında saxlanılmışdır. Göstərilmiş tibbi xidmətlərlə və ödənişlə bağlı xəstə və yaxınları tərəfindən heç bir şikayətləri olmamışdır. Beynəlxalq səviyyədə qəbul olunmuş tibbi protokol qaydalarına uyğun olaraq qeyd olunan əməliyyatın bərpa müddəti 4-6 həftə təşkil edir. Bu müddət ərzində həkim nəzarəti mütləqdir. Post-op Vİİ gün ananın təkrar kontrol muayinəsi zamanı bədən hərarəti istisna olmaqla heç bir şikayəti olmadığını bildirmişdir, kliniki və laborator muayinələri əməliyyat sonrakı dövrə uyğun olmuşdur. Postop X gün ananın növbəti kontrol muayinəsi zamanı hərarətin muşahidə olunması icra olunan əməliyyat üçün tipik olmaması səbəbi ilə daha ətraflı muayinə (USM) zamanı “Qarın boşluğunda 800-900 ml maye” aşkarlanmış, amma qanın laborator göstəricilərində heç bir dəyışıklik aşkar edilməmişdir. Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xəstəyə dərhal ağciyər KT muayinəsi aparılmış və şübhələr təsdiqlənərək xəstədə “ikitərəfli aşağıseqmentli pnevmoniya” aşkarlanmış və təcili “Covid-19” PZR (yaxmada) verilməsi məsləhət bilinmiş, eyni zamanda dəstəkləyici müalicə davam olunmuşdur. Lakin xəstə verilmiş məsləhətə riayyət etməmişdir. Belə ki, Post-op Xİ gün xəstənin sağlamlığı barədə məlumat almaq üçün həkim tərəfindən onunla telefon vasitəsilə əlaqə saxlandıqda, onların Bakı şəhərinə müayinə üçün getmələri bildirilmiş, həkim-mamaginekoloq F.Cəfərov onları Bakı şəhərində də, təmənnasız qəbul edə biləcəyini bildirmişdir. Lakin xəstə Bakı şəhərində birbaşa digər xəstəxanaya və həkimə müraciət edərək, xəstənin mualicə həkimi F.Cəfərovun məsləhətini və fikirini alınmadan davam etdirmişdir. Həmçinin vətəndaş İddiaçı həyat yoldaşının şikayəti əsasında eyni məsələ ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış, müvafiq tibbi ekpertiza keçirilmiş və sonda tərəflərindən vətəndaş İddiaçı səhhətinə hər-hansı bir zərər vurulması, həkim səhlənkarlığı, əməliyyatın və müalicənin səhv aparılması kimi iddialar öz əksini tapmamış və sonda 17-c-21 saylı material üzrə xx.xx.2021 il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı səhhətinə “YTM”nin tərəfindən hər hansı bir zərər vurulmayıb, ona “göstərilmiş tibbi xidmətlər” üzrə xəstəxanaya ödənilmiş pul tərəflər arasında razılaşdırılmış müqaviləyə əsasən tam qanuni şəkildə həyata keçirilib. Xəstəyə bütün baş verə biləcək fəsadlar, ağırlaşmalar və risklər tam izah olunub, onu aldadan, ondan nəisə gizlədən və ya hər hansı bir yolla hüquqa zidd hərəkətlərə YTM-zi tərəfindən yol verilməyib. Verilmiş iddia ərizəsi üzrə iddiaçı “cavabdeh tərəfindən ona vurulan 7.410.80 manat ziyanın və mənəvi ziyan kimi 5.000 manat pulun ödənilməsi tələbi ilə” iddia qaldırmış lakin ona dəymiş zərər və vurulan ziyan barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, müvafiq qaydalara uyğun insan səhhətinə ziyan və zədələmə müvafiq olaraq sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya tərəfindən və (və ya) məhkəmə qaydasında müəyyən edilə bilər. Müvafiq komissiya zərərin əmələ gəlməsində tibb müəssisəsinin və onun əməkdaşlarının təqsirinin olub-olmamasını, peşə fəaliyyəti zamanı yol verilmiş nöqsanları araşdırır, Azərbaycan Respublikasının qanunvericiliyinə, tibbi yardım standartlarına və diaqnostik-müalicə üzrə protokollara əməl edilməsi vəziyyətinə qiymət verir. Sağlamlığa zərər tibb müəssisəsinin və onun əməkdaşının təqsiri üzündən vurulubsa, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş üzrə cavabdeh olaraq iddiaçının səhhətinə, sağlamlığına hər hansısa formada ziyan vurmamışlar və iddiaçı öz ərizəsinə əlavə olaraq məhkəməyə ona zərərin vurulması ilə bağlı hər hansısa bir sübutedici sənəd təqdim etməyib. Bildirilir ki, tibb müəssisəsinə ödənilən vəsait, vətəndaşlara özəl tibb müəssisəsində göstərilən müvafiq tibbi xidmət əvəzi olaraq müəssisədaxili müəyyən və təyin edilmiş vahid qiymətlər üzrə kassaya ödənilən puldur. Kimdənsə aldatma, məcbur etmə yolu ilə və ya qeyri-rəsmi olaraq pul vəsaiti alınmayıb. Həkimin əməliyyat sonrası xəstəliyi sağaltmaqla başa çatdırmasını bildirməsinə münasibət isə belədir ki, xəstənin üzərində icra olunmuş əməliyyatın icra üsulu və texnikasına bağlı heç bir ağırlaşması olmamışdır. Xəstədə müşahidə olunan yarayerinin sağalmaması kimi hal öncədən proqnozlaşdırılmış və mümkün ehtimal xəstə və xəstə yaxınlarına ətraflı izah olunmuşdur. Buna baxmayaraq həkimin təklif etdiyi müalicə üsulundan və ardıcıllığından imtina olunaraq xəstə başqa klinikaya muraciət etmiş və orada ona edilən əməliyyatın ilkin əməliyyatın nəticəsindən irəli gələn olması öz əksini tapmamış və əsaslandırılmamışdır. “X12 Mərkəzi” və həkim F.R.Cəfərov tərəfindən vətəndaş İddiaçı hər hansı bir səhv muayinə, səhv cərrahi əməliyyat və sair hüquqlarını pozan digər tibbi xidmət (hərəkət və ya hərəkətsizlik) edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-22/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, İddiaçı onun arvadıdır. O, əməliyyat olunduqdan sonra halı pisləşmiş və həkimə müraciət etsə də, xəstəni müayinə etmədən “Covid 19” virusu ilə bağlı dərmanlar yazmışdır. Halbuki, o, müayinə olunan zaman müəyyən edilmişdir ki, onda həmin virusun əlamətləri mövcud deyildir. Xəstəliyin yaranma səbəbi onun qeyri-steril şəkildə keysəriyyə əməliyyatı olmasıdır. Yəni peritonitin yaranması yalnız əməliyyatda baş verən qüsur əsasında yarana bilərdi. O, yaranmış problemlə bağlı “Avrasiya” Klinikasına müraciət etmiş, ona “qarın boşluğunda qeysəriyyə əməliyyatından sonrakı vəziyyət qarın boşluğunun erkən bitişmə xəstəliyi diffuz seroz fibinov peritonit” diaqnozu qoyulmuşdur. İddiaçı qeyd olunan xəsətlikdən müalicə olunması üçün xeyli vəsait xərcləmişlər, həmçinin onlar mənəvi sarsıntı keçirmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 şikayətin dəlillərinin əsassız olduğunu bildirdi. O, apellyasiya şikayətinə etirazda göstərilmiş dəlilləri müdafiə edərək, şikayətin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
36. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş Cəfərov Fərid-Rza Fikrəd oğlu ifadəsində bildirmişdir ki, hal-hazırda “Yeni Gəncə” Tibb Mərkəzində işləyir. Xəstə İddiaçı hamiləliyinin 35-ci həftəsində müayinələr aparılmış, onda sidik yollarında xroniki infenksiya olmuş və bununla bağlı tədbir görülmüşdür. Xəstədə yoluxucu xəstəliklər, anesteziya və doğuş üçün təhlükə daşıyan digər nöqsanlar aşkar edilməmişdir. Xəstə hamiləliyin 38-ci həftəsində keysəriyyə yolu ilə əməliyyat olunmuşdur. Əməliyyat “Yeni Gəncə” Tibb Mərkəzində olmuşdur. Əməliyyat fəsadsız keçmişdir. Stasionar müalicə dövründə ananın bədən hərarətinin yüksəlməsi izlənilmiş və dərhal müəyyən risk qrupları üzrə (cərrahi doğuş əməliyyatı, yara yeri və s.) müayinələr aparılmış və pasiyentdə əməliyyatla bağlı heç bir ağırlaşma və fəsad aşkar edilməmişdir. Xəstənin hərarəti 7-ci gündən başlamışdır. Standart sterilizasiya problemi olmamışdır, həmin gün başqa xəstələr də əməliyyat olunmuşlar. Doğuşdan sonra orqanizmin immuniteti düşür, bu da sonradan müəyyən fəsadlar yaradır. Həmin vaxt isə ölkədə “Covid 19” virusu olduğundan profilaktik müalicələr olurdu, xəstə də tomoqrafik pnevmaniya olmuşdur, ona görə də təyinat yazılmışdır. Əməliyyat sterilizasiya şəraitində həyata keçirilmişdir. Əməliyyatın qeyri-steril keçirilməsi nəticəsində xəstəyə mikrob düşməsi peritonit deyil, sepsis xəstəliyinin yaranmasına səbəb olur. Qarın boşluğunda hər hansı orqanizmin pozulması, məsələn öd kisəsinin partlaması nəticəsində irinli iltihab yığılması peritonitin yaranmasına səbəb olur. Peritonit qarın boşluğunda irinli iltihabdır. Sterilizasiya problemi olanda xəstədə sepsiz müəyyən edilir, iltihablaşma prosesi gedir, daha sonra peritonik yaranır. Xəstənin klinik gösəricilərində sepsiz aşkar edilməmişdir. Xəstənin bir həftəsində qızdırması olduğu üçün müayinə olunmuş və USM müayinəsi zamanı qarın boşluğunda maye aşkar edilmişdir, amma qanın laborator göstəricilərində heç bir dəyişiklik aşkar edilməmişdir. Xəstədə dərhal ağciyərə KT müayinəsi aparılmış və şübhələr təsdiqlənərək xəstədə “ikitərəfli aşağıseqmentli pnevmoniya” aşkarlanmışdır. Xəstəyə “Covid 19” PZR verilməsi və müalicə alması məsləhət görülsə də, xəstə məsləhətə riayət etməmişdir. Hesab edir ki, xəstəyə qarşı hər hansı bir yanlış prosedur olmamışdır.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1118. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. İş materialları ilə müəyyən edilir ki, İddiaçı “Yeni Gəncə” Tibb Mərkəzində (Cavabdeh MMC) müalicə olunmaq müraciət etmiiş, tibb mərkəzində onunla bağlı müvafiq muayinələr aparılmış və nəticədə xəstəyə “35 həftəlik hamiləlik, aşağı ətrafarın və cinsiyyət dodağların varikoz genəlməsi, hipertenziya coxsulluq (infeksiyanın artıq anadan dölə keçməsi)” diaqnozu qoyulmuşdur. Hamiləliyin 38-ci həftəsində cərrahi yolu ilə doğuşa hazırlanmasına başlanılmış, tibb müəssisəi ilə müvafiq müqavilə bağlanmış və 27 noyabr 2020-ci il tarixdə “Yeni Gəncə” Tibb mərkəzində mamaginekoloq Fərid Cəfərov tərəfindən keysəriyyə əməliyyati icra olunmuş və övladı dünyaya gəlmişdir. 30 noyabr 2020-ci il tarixdə evə yazılmışdır. İddiaçı hərarəti olduğu üçün 04 dekabr 2020-ci il tarixdə Fərid həkimin qəbulunda olmuş, həkim onun əməliyyatının tikişini sökmüş, xəstəyə yenidən baxmış və heç bir problemin olmadığını bildirmişdir. İddiaçı Gəncə şəhərində “X4”da 07 dekabr 2020-ci il tarixdə qarın boşluğunun USM olunmuş, qarın boşluğunda 1 litr 200 ml su yığılması aşkar edilmişdir. O, “Yeni Gəncə” Tibb Mərkəzinə getmiş, Fərid həkim onun “Covid-19” virusuna yoluxduğunu bildirmiş və ağ ciyərlərinin kompüter tomoqrafiyası zamanı iddiaçıda “plevrit” aşkar edilmişdir. İddiaçı 08.12.20-də Bakı şəhərində yerləşən “Avrasiya” klinikasina müraciət etmiş və ümumi zəiflik, halsızlıq diskomfort, hərarətin yüksəlməsi, qarın nahiyəsində olan kəskin ağrı şikayətləri ilə klinikaya daxil olmuş, “qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz fibrinoz peritonit” diaqnozu qoyulmuş, xx.xx.2020-ci il tarixdə “diaqnostik laporaskopiya, laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmiş və xəstəyə kafi vəziyyətdə müvafiq məsləhətlər verilərək ambulator müşahidəyə buraxılmışdır. İddiaçı səhhətində baş verən problemlərin həkimin, yəni cavabdehin keysəriyyə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən yarandığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
45. Göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər tibb müəssisəsinin hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Odur ki, ilk öncə iddiaçıda qeyd olunan xəstəliyin yaranmasının səbəbinin cavabdehin təqsirli hərəkətləri olub-olmaması müəyyən edilməlidir.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibb ekspertizası əsasında verilmiş xx.xx.2023-cü il tarixli, 711/KEŞ saylı rəy ilə müəyyən edilmişdir ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası İddiaçı xx.xx.2020-ci il tarixdə “Avrasiya Klinikası”na “Qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz. Fibrinoz peritonit” diaqnozu ilə daxil olmuş və üzərində “Diaqnostik laporaskopiya. Laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Fibrinoz peritonit” termini “peritonit” nəzərdə tutulur, bu da qeysəriyyə əməliyyatından sonrakı dövrdə aşkar olunduğu halda ya bağırsaq zədələnməsi, yada uşaqlıqda olan tikişlərin yararsızlığından yarana bilər. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı yatrogen orqan zədələnməsi qeyd edilmədiyindən peritonitin mənbəyi və mənşəyi haqqında fikir söylənilməsi mümkün olmamışdır. İddiaçı keçirdiyi cərrahi əməliyyatlarının sonrakı dövrləridə qarın boşluğunda mayenin yığılması və bitişmələrin əmələ gəlməsi orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Tərtib edilmiş tibbi sənədlərdə sterilizasiyasının pozulmasına gətirən faktlar öz əksini tapmadığı üçün bu haqda konkret fikir söylənilməsi mümkün olmamışdır.
47. Göründüyü kimi, ekspert rəyində cavabdehin iddiaçının qarın boşluğunda mayenin yığılması və bitişmələrin əmələ gəlməsinin hansı səbəbdən müəyyən edilməsinin, həmçinin həmin halların cavabdehin hərəkətləri nəticəsində yaranmasını təqdim edilmiş sübutlar əsasında müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir.
48. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqında 05.02021-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsaəsn rədd edilmiş, İddiaçı tibbi prosedurları həyata keçirən həkimlərin əməllərində Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinin tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Göründüyü kimi, cinayət təqibi üzrə qəbul edilmiş qərar ilə əməldə cinayət tərkibinin olmadığı müəyyən edilir, bu da baş vermiş hadisəyə görə cavabdehin mülki hüquqi məsuliyyət daşımadığına əsas verir.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən isə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
50. Digər tərəfdən iş materiallarına əlavə edilmiş, cinayət işinin istintaqı zamanı əldə edilmiş xx.xx.2021-ci il tarixli, 243KEŞ saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyində qeyd edilmişdir ki, peritonitin mənbəyi reviziya zamanı aşkar edilmədiyindən bu haqda fikir söylənilməsi mümkün deyildir. İddiaçı vəziyyətinin doğuşdan sonra ağırlaşmış və kiçik çanaqda 1200 ml mayenin yığılması qeyd edilmişdir, lakin bu ağırlaşma keçirilmis “Kesar kəsiyi” cərrahiyyə əməliyyatın texniki gedişatı ilə deyil, müxtəlif səbablərdən baş verə bilər. Təkrar diaqnostik cərrahi əməliyyat aparılsa da, səbəbi müəyyən edilmədiyindən, bu haqqında fikir söylənilməsi mümkün olmamışdır.
51. Göründüyü kimi, qeyd olunan ekspert rəylərində də, iddiaçıda maye yığılmasının, peritonitin yaranmasının cavabdehin təqsirli hərəkəti ilə bağlı olması öz təsdiqni tapmamışdır.
52. Həmçinin məhkəmə kollegiyasınin iclasında şahid kimi dindirilmiş müalicə həkimi Cəfərov Fərid-Rza Fikrəd oğlu öz ifadəsində əməliyyatın fəsadsız keçdiyini, tibb müəssisəsində sterilizasiya bağlı hər hansı problemin olmadığını, xəstədə sonradan hərarətin yüksəlməsi ilə bağlı dərhal ağciyərlərin KT müayinəsinin aparıldığını və şübhələrin təsdiqlənərək xəstədə “ikitərəfli aşağıseqmentli pnevmoniya”nın aşkarlandığını bildirmişdir.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. İş materiallarına əsasən cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanı əsaslandıracaq mümkün və mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
54. Məhkəmə kollegiyası iddiaçının iddia etdiyi zərərin tərkib hissəsi olaraq göstərdiyi mənəvi zərər hissəsinə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
55. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
56. Göründüyü kimi, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan vurulması və bunun nəticəsində onun mənəvi sarsıntı keçirməsi iş materialları ilə öz təsdiqini tapmır və bunu təsdiqləyən mötəbər sübutlar da mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası həmin hissədə iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edir.
57. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.
58. “Mənəvə zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərəı vurulması onun yaxın qohumalrının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
59. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər.
60. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmış, mübahisənin həlli zamanı yuxarıda qeyd edilən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-22/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.