Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-176/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinə daş hasarın çəkilməsinə yaradılan süni maneənin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(066)-75/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerləşən torpaq sahəsinin sərhədləri boyunca daş hasarın çəkilməsinə və həmin torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(066)-75/2019 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşən, MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilmiş 0.07 ha torpaq sahəsinin hüdudları daxilində tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması; İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi; İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2021-ci il tarixli 2(104)-305/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(066)-75/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2371/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(104)-305/2021 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərar alınmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 noyabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu Qızılca kəndində yerləşən 0,07 ha torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə xüsusi mülkiyyətindədir. Cavabdeh faktiki olaraq yaşadığı Göygöl rayonu Qızılca kəndində yerləşən torpaq sahəsinin hasarından başlayaraq ona məxsus torpaq sahəsinin sərhəd boyunca daş hasaranın çəkilməsinə zərurət var. Hasarın çəkilməsi ilə bağlı Cavabdehla aralarında mübahisə yaranmış və ustalar tərəfindən inşa edilmiş hasar dağıdılmışdır. Cavabdehə dəfələrlə şifahi, eləcədə 22 dekbar 2017-ci il tarixdə yazılı müraciət etmiş, lakin cavabdeh buna məhəl qoymayaraq mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına maneələr yaratmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdr ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, əslində iddiaçı ona maneə olur və onun evinə gedən avtomobil yolunu bağlamaq istəyir. Onun maşın – yük yolunu bir metr həcmində etmək istəyir. Halbuki, həmin torpaq sahəsi onun torpaq sahəsidir. Ekspert isə həmin bir sot torpaq sahəsinin kimn torpaq sahəsi olmasına aydınlıq gətirməmişdir. Ona görə də hesab edir ki, ekspert qarşısında əlavə suallar qoyulmaqla iş üzrə əlavə ekspertiza təyin edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, yaşadığı fərdi yaşayış evi valideyinlərindən qalmışdır. Fərdi yaşayış evinə giriş nəzərdə tutulmuşdur. İddiaçının çəkmək istədiyi hazar onun yolunun daralmasına səbəb olur. Bu səbəbdən də hasarın çəkilməsinə maneçilik yaradır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinlib, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərə nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin 30 noyabr 2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 mart 2017-ci il tarixli mütəxəssis rəyinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş torpaq sahəsinin kadastr məlumatına əsasən hüquqi statusu yaşayış məntəqələrinin torpaqlarıdır. Sözügedən torpaq sahəsi sənəd üzrə 0,07 ha olmasına baxmayaraq, İddiaçı tərəfindən faktiki olaraq 0,08 ha istifadə olunur; İddiaçı X1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Layihə Tədqiqat İdarəsinin 18 aprel 2019-cu il tarixli mütəxəssis rəyinin təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayonu Qızılca kənd ərazisində yerləşən MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən A və B literli fərdi yaşayış elvərinin yerləşdiyi 0,07 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hal-hazırda İddiaçı texniki pasportda öz əksini tapmış 0,07 ha torpaq sahəsi üzərində mövcud olan B literi fərdi yaşayış evində yaşayır; Texniki parportda göstərilmiş A literli tikili iddiaçı tərəfindən sökülmüşdür. B literli fərdi yaşayış evi isə naturada faktiki olaraq mövcuddur və X1 mülkiyyətində olan MA seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın texniki pasportunda göstərilən ölçülərlə eynilik təşkil edir; İddiaçı tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evinin 0,07 ha torpaq sahəsində aparılan tikinti işləri (hasarın çəkilməsi və sair) həmin 0,07 ha torpaq sahəsinin hüdudları daxilində aparılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli 23415 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-X4 Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş 0,07 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Sözügedən torpaq sahəsi sənəd üzrə 0,07 ha olmasına baxmayaraq, İddiaçı tərəfindən faktiki olaraq 0,08 ha istifadə olunur; Mütəxəssis rəyinə və rəyə əlavə olunmuş sxemə əsasən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş 0,07 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli 2(104)-771/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Misir qızının Cavabdeh qarşı zərərin ödənilməsi və piyada yolunun təyinatının dəyişdirilməsinin qadağan edilməsi tələbinə dair Göygöl Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(066)-13/2017 nömrəli iddia tələbinin təmin edilməməsinə dair qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyasının qərardadı ilə təyin edilmiş əlavə məhkəmə tikintitexniki və torpaqşünaslıq-yerquruluşu ekspertizasının 04 aprel 2023-cü il tarixli 10/681 saylı ekspert rəyinə əsasən Göygöl rayonu Qızılca kəndində yerləşən MA seriyalı ******* nömrəli **********8-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin hüdudları yerində müəyyən edilmiş, İddiaçı tərəfindən yaşayış evinin arxasında inşa edilmiş daş hasar, iddiaçının öz mülkiyyətində olan MA seriyalı ******* nömrəli **********8-10301 reyestr nömrəli çıxarışa əsasən 0.07 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Ekspertiza xərci 100 manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Göygöl rayonu Qızılca kəndində yerləşən fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə İddiaçı xüsusi mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 noyabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədi boyunca daş hasar inşa etdirmək istəmiş, lakin cavabdeh daş hasarın çəkilməsinə maneə yartmışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-X4 Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 noyabr 2011-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş 0,07 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və İddiaçı tərəfindən aparılan tikinti işləri (hasarın çəkilməsi və sair) həmin 0,07 ha torpaq sahəsinin hüdudları daxilində aparılır. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisəlı tərəflərin yaşadıqları evlərin yerləşdiyi sahəyə baxış keçirilərək muəyyən edildi ki, iş uzrə cavabdehın yaşadıgı ev iddiaçının evinin şimal tərəfindən inşa edilmiş, evlərin arasında təxminən 1,5 metr hündürlükdə hasar hörülmüş, tərəflərin bildirdiyinə görə həmin hasar iş üzrə cavabdeh tərəfındən inşa edilmiş cavabdehın yaşadığı evin ikinci mərtəbəsində bir yan pəncərə iddiaçının evinin yan tərəfınə açılır, lakın evin ikinci mərtəbəsi təmir olunmadığından həmin sahədə yaşayış yoxdur. Cavabdehin evinin həyətində, iddiaçı ilə aralarında olan hasara yaxın məsafədə təxmınən 4-5 metr hündürlükdə su çəni quraşdırılmış, çənə qalxmaq üçün pilləkən quraşdırılmışdır. Cavabdehin həyətində olan bir ədəd nar ağacının iddiaçının tərəfinə keçən budağı hasar boyunca kəsilmiş, tərəflərin bildirdiyinə görə budaq iddiaçı tərəfindən kəsilmişdir. Cavabdehin evinin damından axan su bir boru vasitəsilə cəmlənərək ümumi istifadədə olan yola tökülür. İddiaçının evinin qabaq tərəfındə onun özü tərəfındən qaraj inşa edilmişdir ki, həmin qaraja ayrıca maşın yolu vardır. Cavabdehin evinin arxa tərəfındən iddiaçının evinə tərəf ikinci bir yol vardır ki, həmin sahədə avtomobilin hərəkəti mümkün deyildir. Məhkəmə mübahisəsi zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı evin qabaq tərəfınə və onun tərəfindən inşa olunmuş qaraja avtomobil yolu olduğundan iddiaçının ikinci yolun verilməsi tələbi əsassızdır.tansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2. maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 238-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Məhkəmə kollegiyası tərəfindən də təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə İddiaçı tərəfindən yaşayış evinin arxasında inşa edilmiş daş hasarın iddiaçının öz mülkiyyətində olan MA seriyalı ******* nömrəli **********8-10301 reyestr nömrəli çıxarışa əsasən 0.07 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Belə olan halda kollegiya iddiaçının özünə məxsus olan torpaq sahəsinin ətrafına daş hasarın çəkilməsinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz sayır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin dəlillərindən biri qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasıdır. Cavabdeh qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını qeyd etmiş olsa da, lakin şikayətinin həmin dəlilini əsaslandırmamışdır. Halbuki, işdən görünür ki, məhkəmə işə tərəflərin iştirakı ilə baxaraq mübahisəli ünvana yerli baxış keçirmiş, müvafiq mütəxəssis rəyi almış, tərəfləri dinlədikdən sonra müvafiq qətnaməni çıxarmışdır. Apellyasiya şikayətinin iddiaçı tərəfindən hasarın ona, yəni cavabdehə məxsus torpaq sahəsində aparması dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin xüsusatla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilərək ekspert qarşısında iddiaçı tərəfindən tikilən daş hasarın iddiaçının özünə məxsus olan torpaq sahəsində, yoxsa ona məxsus torpaq sahəsinin hüdudlarından kənarda aparılıb-aparılmamasına dair sual qoyulmuş, müvafiq araşdırma nəticəsinə iddiaçı tərəfindən tikinti işinin öz mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində apardığı müəyyən edilmişdir, yəni apellyasiya şikayətinin bu dəlili də öz təsdiqini tapmamışdır. Beləliklə də məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(066)-75/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601 0000********** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-176/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-176/2023
31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver