Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1763/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştiakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş mənəvi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğdə pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmündən görünür ki, Cavabdeh 1999-cu ildən qeyri-rəsmi olaraq ər-arvad kimi 1. yaşadığı həmkəndlisi İddiaçı 2021-ci ilin sentyabr ayında onunla olan münasibətlərinə son qoymasından sonra Məhnurə Abbbasovanı özü ilə birgə yaşamağa məcbur etmək məqsədi ilə birlikdə yaşadıqları müddətdə İddiaçı yarıçılpaq və çılpaq olaraq onunla çəkdirdiyi fotoşəkilləri 2021-ci ilin noyabr və dekabr aylarında, istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu ərazisində olduğu vaxt şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunda istifadə etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə İddiaçı bibisi oğlu X6 051-982-82- 02 mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqınə və İddiaçı direktor müavini kimi işlədiyi Goranboy şəhəri İnteqral təlimli İnternat tipli Gimnaziyada xadimə işləyən X1 ***-***-**-** mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqınə göndərmiş, bundan başqa, birlikdə olduqları müddətdə Məhnurə Abbasovnın istifadə etməsi üçün sonuncuya verdiyi, öz adına olan ***- ***-**-** mobil nömrəsini İddiaçı onunla ayrılandan sonra istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxıl edib qeyd edilən mobil nömrə ilə “WhatsApp” mobil tətbiqı açıb həmin tətbiqin “hekayə” hissəsində onun İddiaçı ilə çəkdirdiyi bir-birləri ilə sarılmış vəziyyətdə olan fotoşəkillərini 2021-ci ilin noyabr-dekabr aylarında, istintaqa: dəqiq məlum olmayan günlərdə Goranboy rayonu ərazısındə olduğu vaxt paylaşmış, həmçinin İddiaçı ilə çəkdirdiyi yuxarıda qeyd olunan fotoşəkiləri 2021-ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisındə olduğu vaxt “***-***-**-**” nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqi vasitəsilə İddiaçı dırektor müavini kimi çalışdığı Goranboy şəhəri X5 tipli Gimnaziyanın muəllimi X2 istifadəsində “***-***-**-**” mobil nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək onunla birgə yaşamağa razılıq verməməsi səbəbindən İddiaçı rüsvay etmək məqsədilə sonuncunun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və İddiaçı ilə çəkdirdiyi çılpaq və yarıçılpaq fotoşəkilləri zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X12 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi X8 vasitəsilə İddiaçı həmin kənddə yaşayan qardaşı X9 göndərərək İddiaçı şəxsi həyatının toxunulmazlığını pozmuş, bununla da Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
2. İş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsi hakimlərinə qarşı verdiyi etiraz ərizəsi Göygöl Rayon Məhkəməsinin həmin iş üzrə 07 mart 2024-cü il tarixdə keçirilən iclasında icraata qəbul edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli 2(104)-948/2024 saylı qərardadı ilə etiraz təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi sədrinin 14 mart 2024-cü il tarixli 2(104)-948/2024 saylı qərardadı ilə mülki işin baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən cinayət nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh onun şəxsi həyatının sirri olan məlumatları əks etdirən fotoçəkiliş materiallarını yayaraq onun şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, Cavabdeh 1999-cu ildən qohum olaraq tanımış, universitetdə oxuması ilə əlaqədar yanına getmişdir. İmtahan kəsiri olduğundan Firuz da, ona köməklik göstərmişdir. Lakin sonradan köməksiz vəziyyətindən istifadə edərək onun iradəsinə zidd onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun iyirmi yaşı olmuş və qorxudan bu barədə kiməsə danışa bilməmiş, cavabdeh hər zaman onu öldürəcəyi ilə hədələmişdir. Dəfələrlə cavabdehlə ayrılmaq istəsə də, cavabdeh onun ailəsinə, qohumlarına aralarındakı münasibəti yayacağı ilə hədələdiyindən, bu xəbərin ahıl yaşda olan anasının xəbər tutacağından qorxub ayrıla bilməmişdir. Sonuncu dəfə 2021-ci ilin avqust ayının 22-də anası Ofelya Tağıyevanın vəfatından sonra cavabdehdən ayrılmaq qərarına gəldiyini özünə bildirmişdir. Bundan hiddətlənən cavabdeh 2021-ci ilin sentyabr ayında onu özü ilə birgə yaşamağa məcbur etmək məqsədilə birlikdə yaşadıqları dövrdə çəkdiyi onun yarıçılpaq və çılpaq fotoşəkillərini 2021-ci ilin noyabr və dekabr aylarında şəxsi istifadəsində olan “+994-55-222-49-79” nömrəli mobil telefonunda istifadə etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə onun bibisi oğlu X6 “+994- 51-982-82-02” mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə və onun da, direktor müavini kimi işlədiyi Goranboy Şəhər X5 tipli Gimnaziyada xadimə işləyən X1 “+994-50-720-35-54” mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, bundan başqa, birlikdə olduqları müddətdə ona istifadə etmək üçün verdiyi, cavabdehin öz adına olan “+994-77- 444-49-79” mobil telefon nömrəsini cavabdehdən ayrılandan sonra onun istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə “WhatsApp” mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində onunla çəkdirdiyi qeyri-etik fotoşəkillərini 2021-ci ilin noyabrdekabr aylarında paylaşmış, həmçinin həmin fotoşəkilləri 2021-ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisində olduğu vaxt “+994-77-444-49-79” nömrə altında İstifadə olunan “WhatsApp” mobil tətbiqi vasitəsilə onun direktor müavini kimi çalışdığı Goranboy şəhəri X5 tipli Gimnaziyanın müəllimi X4 tərəfindən “+994-50-724-84-44” mobil nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək, özü ilə birgə yaşamağa razılıq verməməsi səbəbindən onu rüsvay etmək məqsədi ilə onun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və onun çılpaq və yarıçılpaq fotoşəkillərini zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X12 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi X13 vasitəsi ilə onun həmin kənddə yaşayan qardaşı X9 göndərərək onun şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Bundan sonra, o, həm məktəbdə, həm yaşadığı kənddə, həm də, qohuməqrəba arasında biabır olub nüfuzdan düşmüşdür. Cavabdehin əməli nəticəsində, o, insanlar arasına çıxa bilmir, hər kəs ondan danışır. Bu azmış kimi, yenidən həmin yarıçılpaq şəkilləri ona təkrar-təkrar göndərməklə onu mənəvi iztiraba sürükləmişdir. Bundan sonra, o, Goranboy Rayon Prokurorluğuna şikayət vermiş, Göranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1- cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli 1(***)******* saylı qərarı ilə Cavabdeh apeliyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli 1(102)- 1447/2023 saylı qərarı ilə məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
5. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia qismən təmin edilərək, Cavabdeh iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul vəsaiti alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia qismən cavabdehin iddiaçıya qarşı törətmiş olduğu cinayət əməli nəticəsində iddiaçıya həqiqətən mənəvi zərər vurulması və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul vəsaitinin tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddianın həmin hissədə əsaslılığı Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmü və digər iş materialları ilə təsdiq edilir: məhkəmə hökmü ilə təsdiq edilir ki, hazırki mülki iş üzrə Cavabdeh hazırki mülki iş üzrə iddiaçı- Goranboy şəhəri X5 tipli Gimnaziyanın direktor müavini vəzifəsində işləyən, ali təhsilli İddiaçı şəxsi həyatının toxunulmazlığını pozmuş, bununla da Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, iddiaçının özünün düşüncəsinə görə isə, cavabdeh yuxarıda qeyd olunan cinayət əməli nəticəsində həm də iddiaçının ətraf insanlar, o cümlədən qohumlar arasında və işlədiyi təhsil müəssisəsinin əmək kollektivi arasında şərəfinə və işgüzar nüfuzuna xələl gətirmişdir. Məhkəmə araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemindən o da müəyyən edilmişdir ki, cavabdeh maddi təminatı aşağı hesab edilən şəxslər sırasına aid deyildir. Hal-hazırda yaşa görə pensiyaçı olmaqla aylıq 1405,63 manat pensiya alır, eyni zamanda fərdi sahibkarlıqla məşğuldur. 20 iyun 2016-cı il tarixdə verilmiş ********** nömrəli VÖEN hal-hazırda aktivdir, həmçinin mülkiyyətində bir ədəd “Azsamand” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, bir mənzil (qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: **********27-05101-093002) və bir qeyri-yaşayış binası (qeydiyyat nömrəsi:**********; reyestr nömrəsi: **********85-06301) vardır. Məhkəmə işin faktiki hallarını, iddiaçının şəxsiyyətini və ictimai çəkisini nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş yuxarıda qeyd olunan cinayət əməli nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manatdan az məbləği mütənasib hesab etmir. Eyni zamanda, cavabdehin müharibə veteranı olmasını cavabdehin xeyrinə nəzərə alır. Bu səbəbdən, məhkəmə, iddia olunan mənəvi zərərin pul əvəzinin təmin ediləcək hissəsinin 10000 (on min) manat hissədə qanuni və əsaslı hesab edir. İddia qalan hissədə-20000 (iyirmi min) manat manat pul vəsaitinin tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. M0əhkəmə həmin hissədə iddianı ona görə əsassız hesab edir ki, iddia tələbinin həmin 20000 (iyirmi min) manat hissədə əsaslılığı məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır.
7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 32, 60-cı maddəsinin 1-ci hissəsinə, 125-ci maddəsinin 7-ci hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 23.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.4-cü maddələlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsini iddianın qismən təmin edilməsi hissəsini əsassız olduğu üçün ləğv edilib, iddia tələbinin bu hissədə təmin edilməməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianı qismən təmin edib ondan 10.000 manat pulun tutulmasını qət edərkən işin faktiki halına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamədə iddianı qismən təmin edərkən belə bir dəlilə istinad etmişdir ki, guya o iddiaçının şəxsi həyat toxunulmazlığını pozub onun ətraf insanlar arasında qohumlar arasında işlədiyi təhsil müəssisəsinin əmək kollektivi arasında şərəfinə və işgüzar nüfuzuna xələl gətirmişdir. Guya o, maddi təminatı aşağı olan insalar arasına aid deyil. Guya o, 1400 manat pensiya alır. Fərdi sahibkarlıqla məşğuldur. Onun adına olan VÖEN aktivdir. Adına maşın vardır. Məhz bu dediyi hallara istinad edib iddianı 10.000 manat məbləğində təmin etmişdir. İddiaçı onunla 20 ildən artıq bir müddətdə qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. Bunu iddiaçının bütün qohum əqrabası, iş yoldaşları da, bunu bilmişlər. Belə olan halda onun iddiaçının hansı şəxsi toxunulmazlıq hüququnu pozmağı məlum deyildir. Məhkəmə iddiaçıya dəyən mənəvi ziyan kimi 10.000 manat pulun tutulmasını nədən ibarət olmasını, iddiaçının hansı mənəvi sarsıntı keçirməsini qətnamədə göstərməmişdir. Bu da qətnamənin əsassız olduğunu sübut edir. Qətnamədə onun normal maddi imkanının olmasını qeyd etmişdir. Halbuki o Qarabağ veteranıdır. Pensiyadan başqa heç bir qazancı yoxdur. Adına olan VÖEN isə fəaliyyətsiz olduğu üçün tərəfindən bağlanılmışdır. Belə olan halda ondan 10.000 manat mənəvi ziyan tutulmasının hüquqi əsası yoxdur. O, aldığı pensiyanı müalicəsinə güclə çatdırır. Belə olan halda ondan 10.000 manat pulun tutulmasının qət edilməsi onu, yaşlı, təqaüdçü bir insanı ağır maddi duruma salacaqdır. Çox təəssüflər olsun ki, məhkəmə iddianı qismən təmin edərkən qeyd etdiyi hallara ümumiyyətlə qiymət verməmişdir. Bu qətnamənin obyektiv həqiqətə uyğun olmadığını sübut edir.
10. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Kəlbəcər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-508/2024 nömrəli qətnaməsinin mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat alınıb ödənilməsi hissəsi dəyişdirilərək onun iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon məhkəməsinin sözügedən qətnaməsindən narazıdır, onu tamamilə qəbul etmir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının ciddi pozuntuları, həmçinin işin faktiki hallarının obyektiv araşdırılmaması ilə qəbul edilmişdir. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Kəlbəcər Rayonu Məhkəməsi öz qətnaməsində nəzərdə tutulan halları nəzərə almamışdır. Belə ki, o Goranboy şəhər X5 Tipli Gimnaziyada direktor müavini vəzifəsində işləyir. Cavabdeh hərəkətləri nəticəsində nəinki işlədiyi Gimnaziyada hətta daimi olaraq yaşadığı Goranboy rayonunda digər idarə və müəssisələrində nüfuzu aşağı düşmüşdür. O hələ də həmin hadisənin təsiri altına öz fəaliyyəti ilə məşğul olmağa çalışır. O bunları Kəlbəcər Rayon Məhkəməsində olan zaman ifadə etmişdir. Ancaq Kəlbəcər Rayon Məhkəməsi öz qətnaməsində onun dediklərini nəzərə almayaraq Cavabdeh ona qarşı törətdiyi cinayət nəticəsində nə cür fiziki və ya psixoloji ağrı hiss etdiyini, mənəvi əzab çəkdiyini həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi nəzərə almamışdır. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə sübutların qiymətləndirilməsində qeyri-obyektivliyə yol verərək onun kolletiv arasında işgüzar nüfuzunun aşağı düşməsi, tələbələri arasında utanc hiss olması, gələcəkdə kariyerasında irəli getməyinə böyük təsir etməsi, bunun nəticəsində hər gün iztirab çəkməyini nəzərə almayaraq, mənəvi zərər olaraq iddia ərizəsində olan məbləği tam təmin etməmişdir. Sözügedən prosessual hüquq normasına əsaslanmaqla Goranboy rayon məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə Cavabdeh əməli subuta yetmişdir. Ancaq məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, ona qarşı cinayət nəticəsində törədilən mənəvi zərər insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmçinin ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Ona ödəniləcək mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Cavabdeh tərəfindən ona qarşı törədilən cinayət hadisəsi nəticəsində mənəvi olaraq ağır istirab çəkir, içtimaət arasında nüfüzunun sarsılmasına gətirib çıxarmışdır. İddia tələbində tələb etdiyi 30000 manat məbləğində mənəvi ziyanın ədalətli olduğunu hesab edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə qeyd etmişdir ki, cavabdehlə 22 il birlikdə qeyri-rəsmi yaşamışlar. O, cavabdehə ayrılmaq istədiyini bildirəndə, cavabdeh onun şəkilərini Təhsil Nazirliyinə, İcra Hakimiyyətinə və işlədiyi məktəbdə çalışan işçilərə göndərmişdir.
14. Cavabdeh məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
15. 26-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
16. 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrinı və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
18. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmışdirsə, həmin sənəd dəyışdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
19. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nətıcəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
20. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
21. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən bütünlüklə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti isə qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli və Cavabdeh tutulmalı olan mənəvi zərərin məbləği 2000 (iki min) manat müəyyən edilməlidir.
34. Belə ki, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh ilə 1999-cu ildən münasibətləri yaranmış və qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. 2021-ci il ildə İddiaçı cavabdehdən ayrılmaq istədiyini bildirmiş, bundan sonra cavabdeh onu özü ilə yaşamağa məcbur etmək məqsədilə birlikdə yaşadıqları dövrdə çəkdirdikləri fotoşəkilləri müxtəlif şəxslərə göndərmişdir. Bundan sonra iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmü ilə cavabdehin Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin edilmişdir.
35. Göründüyü kimi cavabdehin niyyəti iddiaçıdan qisas almaq məqsədilə onun barəsində cəmiyyətdə mənfi rəy yaratmaq, onun əmək fəaliyyətinə, işgüzar nüfuzunun ləkələnməsinə, həyat boyu əldə etdiyi nailiyyətlərinə kölgə salmaq, şərəfinə, ləyaqətinə xələl gətirmək olmuşdur. Cavabdehin həmin yazıları ilə iddiaçının şərəf və ləyaqəti təhqir olunmuş, yaşadığı kənd sakinləri, o cümlədən qohum-qonşuları arasında onun barəsində yalnış fikir yaranacağı üçün, onun şüuruna pis təsir göstərməklə, mənfi psixoloji reaksiyaya və iztirab çəkməsinə səbəb olmuş, dərin sarsıntı, iztirab keçirmiş, mənəvi təhqirə məruz qalmışdır. Bununla da, İddiaçı mənəvi zərər yetirilmişdir.
36. Lakin, məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, ağırlığını, eyni zamanda zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, birinci intansiya məhkəməsi mənəvi zərərin miqdarının 10000 (on min) manat məbləğində müəyyən edilməsi barədə gəldiyi nəticəsində haqlı olmamışdır. İşin hallarından görünür ki, iddiaçı öz iradəsinə uyğun olaraq 22 ilə yaxın müddət ərzində cavabdehlə qeyri-rəsmi birlikdə yaşamışlar. İddiaçı həmin müddətdə təzyiq və qorxu altında cavabdehlə münasibətdə olduğunu qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edə bilməmişdir.
37. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
38. Həmin Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
39. Həmin Qərarın 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
40. Həmin Qərarda qeyd olunmuşdur ki, «….Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır…»
41. Qeyd edilənləri və tərəflərin münasibətlərini, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərər görə məbləğin 2000 manata həddində müəyyən edilməsi ağlabatan və ədalətli olardı.
42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti isə qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli və Cavabdeh tutulmalı olan mənəvi zərərin məbləği 2000 (iki min) manat müəyyən edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-508/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilisin. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamənin təmin olunmayan hissəsindən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.