Məhkəmə qərarları › İş №2(104)-1794/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1794/2023

01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1794/2023 01.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 1 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2*23-cü il tarixli 2(125)-948/2*23 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş *5 mart 2*19-cu il tarixli kredit müqaviləsinə aid 24 may 2*22-ci il tarixli, 8İ-21*** saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2*23-cü il tarixli 2(125)-948/2*23 nömrəli (hakim Z.İmanov) qətnaməsi ilə iddia təmin edilərək, Gəncə şəhər 5 saylı Notariat Ofisi tərəfindən verilmiş *5 mart 2*19-cu il tarixli kredit müqaviləsi əsasında aparılan 24.*5.2*22-ci il tarixli, 8İ - 21*** nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, *5 mart 2*19-cu il tarixdə Gəncə şəhər 5 saylı notariat ofisində Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən, sonuncu ona 56** manat borc vermişdir və aralarında olan razılaşmaya əsasən hər ay borcundan 56* manat qaytarmaq öhdəliyi götürmüşdür. Həmin kredit müqaviləsi üzrə borcunu tam olaraq ödəmişdir. Lakin Cavabdeh1 bunu etiraf etmir və onun xəbəri olmadan notariusa müraciət edərək 24 may 2*22-ci il tarixli icra qeydinin verilməsinə nail olmuşdur. Halbuki, məhkəmədə gətirəcəyi şahidlər və sənədlər əsasında müəyyən olunacaq ki, həmin borcu həqiqətən də qaytarmışdır. Cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinin xüsusi notariusu Aris Ələkbərov qanunvericiliyin tələblərinə əməl etmədən icra qeydi vermişdir və nəticədə onun hüquqları cavabdehlər tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdehlər tərəfindən mülki qanunvericiliyin şərtlərinə zidd olaraq kredit müqaviləsi üzrə ondan pul tələb edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı notariat ofisində bağlanmış *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı *5.*1.2*2*-ci il tarixədək hər ay 56* (beş yüz altmış) manat qaytarmaq öhdəliyi ilə 56** (beş min altı yüz) manat borc vermişdir; Tələbkar Cavabdeh1 ünvan 1 ünvanladığı ərizədən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəli kredit müqaviləsi olmuş və 16.*3.2*22-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəli 56** (beş min altı yüz) manat kredit müqaviləsi üzrə icra qeydinin aparılmasına dair şifahi olaraq müraciət etmiş, sözügedən kredit müqaviləsi üzrə icra qeydinin aparılmasını xahiş etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş 24 may 2*22-ci il tarixli 8İ-21*** reyestr nömrəli icra qeydinin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan borclu İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olan tələbkar Cavabdeh1 xeyrinə *5.*3.2*19-cu il tarixli, 3M-68 reyestr nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 56** (beş min altı yüz) manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 5625 manat pul tutulması təklif edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi icra qeydi verilməmişdən qabaq qanunla müəyyən edilmiş müddətdə İddiaçı məlumat verilməmiş olması əsası ilə icra qeydini ləğv etmişdir. Halbuki işin hallarından göründüyü kimi İddiaçı ona olan borcunu mübahisələndirir və ona olan borcunun olması barədə bildirişi aldıqda belə eyni mövqedən çıxış edəcəkdi. Bundan əlavə, İddiaçı borcun olması barədə bildiriş göndərilmişdir. İddiaçı ona borclu olması kredit müqaviləsindən irəli gəlir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 56** manat borc verilmişdir. Həmçinin İddiaçı özünə məxsus qızılları Cavabdeh1 girova vermişdir. İddiaçı cavabdehə olan borcunu ödədikdən sonra sonuncudan girov qoyduğu qızılları almışdır. Əsassız olaraq kredit müqaviləsi üzrə icra qeydi verilmişdir. Həmçinin icra qeydi verilməmişdən qabaq tələbkar Cavabdeh1 tərəfindən İddiaçı bildiriş göndərilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 5 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Gəncə şəhər 5 saylı notariat ofisinin notariusu Aris Ələkbərov tərəfindən məhkəməyə məktub ünvanlanaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmişdir. İddiaçı və digər cavabdeh isə məhkəmə iclasına gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğv olunmasına yönəldiyinə görə onun əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki İddiaçı ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 5 saylı notariat ofisində *5 mart 2*19-cü il tarixli 3M-68 reyestr nömrəli təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 56** manat borc verilmişdir. Cavabdeh1 ərizə ilə ünvan 1 müraciət edərək, borcluya kredit müqaviləsi üzrə icra qeydinin aparılmasına dair şifahi şəkildə müraciət etdiyini bildirmiş və borcludan 56** manatın tutulması barədə icra qeydi çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən də tələbkarın müraciətinə əsasən 24 may 2*22-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Birinci instansiya məhkəməsi “Notariat” haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə istinadən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İşin materiallarından görünür ki, hazırkı mübahisənin predmetini təşkil edən icra qeydinin aparılması üçün tələbkar Cavabdeh1 notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28.*9.2*18-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Bununla yanaşı, tələbkar Cavabdeh1 notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 1-ci bəndinə görə, bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2***-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb, dövlət notariusları və xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılması qaydasını müəyyən edir. Həmin Təlimatın 161-ci maddəsinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində İddiaçı bildiriş göndərdiyini qeyd etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.*.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.*.1, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2*23-cü il tarixli 2(125)-948/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar