Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1794/2024 23.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibаrət tərkibdə, İddiаçı İddiaçı Cavabdeh qarşı payın açıq hərracdan satılması və satış pulunun paylara uyğun olaraq bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Bundan sonra İddiaçı birinci instansiya məhkəməsinə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 1 ünvanda yerləşən mülkün hərraca çıxarılıb satılması və satış pulunun paylarına uyğun bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə şikayətini heç bir əsas olmadan geri qaytarmış, şikayəti geri qaytararkən MPM-in 361.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddədə göstərilənlərin demək olar ki, bir bəndi belə pozulmamışdır. Sadəcə şablon xatirinə məhkəmə MPM-in 361.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə sadəcə olaraq onun şikayətini geri qaytarmaq üçün əsassız dəlillərə istinad etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 24 iyul 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunmuşdur ki, İddiaçı Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmadığını əsas göstərməklə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər konkret olaraq apellyasiya şikayətində göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə uyğun tərtib edilmişdir və MPM-nin 361-ci maddəsinin tələblərinə də uyğundur. Apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından apellyasiya şikayətinə üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən hallara düzgün qiymət vermədən apellyasiya şikayətinin qaytarılması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 372, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 24 iyul 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(125)-1927/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1794/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1794/2024
23.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver