Məhkəmə qərarları › İş №2(104)-1839/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1839/2024

09.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1839/2024 09.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-139/2024 saylı qətnaməsindən iddiaçı X2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 413000 İsveç kronu (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə) məbləğində pulun və 285 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-139/2024 saylı qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-139/2024 saylı qətnaməsindən narazı qalan iddiaçı X2 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(125)-139/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, elektron sistem məlumatlarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-139/2024 saylı qətnaməsini iddiaçı X2 nümayəndəsi Vəkil elektron kabinetinə 09 may 2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamədən apellyasiya şikayəti isə “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsi ilə 24 iyul 2024-cü il tarixdə verilmişdir. Nəticədə qanunla müəyyən edilmiş 1 aylıq müddəti 1 ay 14 gün ötürmüşdür. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan və Mülki Prosessual Məcəlləsinin 360 və 363-cü maddəllərinin tələblərinə uyğun olaraq yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-139/2024 saylı qətnaməsindən iddiaçı X2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-139/2024 saylı qətnaməsindən iddiaçı X2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar