Məhkəmə qərarları › İş №2(104)-184/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-184/2023

15.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-184/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 (o həm də Cavabdeh2 nümayəndəsidir), Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi və hasarın sökülən yerdən yenidən inşa edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(058)-365/2022 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 2100 manat məbləğində dəymiş ziyanın və 35 manat dövlət rüsumunun alınıb ona verilməsi, hasarın sökülən yerdən yenidən inşa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(058)-365/2022 saylı qətnaməsi ilə (hakim S.Zeynalova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 1586 (bir min beş yüz səksən altı) manat pul və 35 (otuz beş) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, mübahisələndirilən hasarın əvvəlki vəziyyəti nəzərə alınmaqla cavabdeh tərəfindən bərpa edilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə, habelə 514 manat pul tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Samux rayon Sərkar kəndində ailəsi ilə cavabdehlərlə qonşuluqda yaşayır. Aralarında qohumluq münasibətləri vardır. Torpaq sahələri bir-biri ilə sərhəddə yerləşir. 2019-cu ilin payızında öz torpaq sahəsinə hasar çəkdirmişdir. Belə ki, 30 metr uzunluğunda 3 mişar daşı hündürlüyündə hörgü hörülmüş, bunun üzərində qalın armaturlarla dirəklər qoyularaq profil dəmirlərlə qaynaq edilmiş, profillərin üzərində isə 6 metrlik dam örtükləri çəkilmişdir. xx.xx.2021-ci il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərində olmuşdur. Gedərkən qonşuya evə nəzarət etməsini xahiş etmişdir. Qonşu zəng edərək Məmmədbağır və oğlu Eşqin tərəfindən onun çəkdiyi barının dağıdıldığını bildirdiyindən təcili qayıtmış, xx.xx.2021-ci il tarixdə Məmmədbağırdan etdiyi hərəkətin səbəbini soruşmuş, Məmmədbağır ona hasar çəkərkən onun yerinə girdiyini söyləmiş, hasarı bərpa etməkdən imtina etmişdir. Buna görə də polisə şikayət etmişdir. Araşdırma zamanı hasarın materialının sökülməsi nəticəsində ona 1586 manat ziyan dəydiyi müəyyən edilmişdir. Həmin hasarın hörülməsi üçün çəkdiyi xərc isə divarın hörülməsi, mişar daşlarının (kubik) daşınması, fəhlələrə yemək, əmək haqqı da daxil olmaqla 514 manat təşkil edir. Qeyd edilənlərə əsasən cavabdehlərdən 2100 manat məbləğində dəymiş ziyanın və 35 manat dövlət rüsumunun alınıb ona verilməsi, hasarın sökülən yerdən yenidən inşa edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı ona qarşı iddiası tam əsassızdır. Məhkəmə iddianı qismən təmin edərək ondan 1586 manat pul və 35 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, hasarın əvvəlki vəziyyəti nəzərə alınmaqla cavabdeh tərəfındən bərpa edilməsini qət etməklə düzgün olmayan qətnamə çıxarmışdır. İşin halları ondan ibarətdir ki, iddiaçı onun torpaq sahəsi ilə sərhəddə qonşudur. Uzun illərdir ki, onların torpaq sahəsi atası tərəfindən inşa edilmiş 23 metr məftil və 12 ədəd beton dirəkdən ibarət hasar ayırmışdır. 2020-ci ilin may ayında iddiaçı heç kimə məlumat vermədən həmin hasarı sökərək onların torpaq sahəsinə 60 sm keçərək barı inşa etmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olsa da ailəsi kənddə yaşamışdır. O, 2021-ci ilin may ayında Azərbaycana qayıdanda iddiaçıya öz iradını bildirərək ara barının dövlət aktı tərəfindən təsdiq olunmuş sərhəddən inşa edilməli olduğunu demiş, lakin onlar razılaşmamışlar. Buna görə də, inşa olunmuş barını özü sökmüşdür. İddiaçı Samux rayon polis şöbəsinə şikayət edib. Samux rayon polis şöbəsinin TQ-nin baş təhqiqatçısı X4 tərəfindən 06 noyabr 2021-ci il tarixdə mübahisə ilə bağlı qərəzli qərar qəbul edilmişdir. Qərarda sökülmüş hasara görə İddiaçı dəymiş zərər 1586 manat dəyərində qiymətləndirilmiş və xüsusilə qeyd edilmişdir ki, hasar İddiaçı məxsus həyətyanı torpaq sahəsinin kənarı ilə çəkilmişdir. Məhkəmə əsassız olaraq qətnamə çıxararkən ancaq polis şöbəsinin qərarına əsaslanmış, özü heç bir əlavə araşdırma aparmamışdır. Belə ki, məhkəmə iclasında onun nümayəndəsi kimi iştirak edən Cavabdeh1 məhkəmədə vəsatət vermişdir ki, Samux Rayon Məhkəməsi tərəfındən 27 oktyabr 2021-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının qarşısında “sərhədlərin müəyyən olunması” sualı qoyulsun və bu suala cavab veriləndən sonra barının harada və kim tərəfındən inşa edilməsi aydınlaşdırılsın. Lakin məhkəmə bildirmişdir ki, həmin ekspert başqa bir mülki iş üçün təyin edilmişdir. Əgər belədirsə onda məhkəmə hazırkı mülki iş üçün də tikinti-texniki ekspertizasının keçirilməsini və ekspert tərəfindən qoyulan suala cavab verildikdən sonra ədalətli qətnamə çixarılmasını təmin etməli idi. Məhkəmə torpaq sahələrinin müəyyən edilməsi məsələsini də qeyri-qanuni olaraq polis şöbəsinin qərarına əasən müəyyən etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 nümayəndə vasitəsi ilə təmsil olunsa da, özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 (o həm də Cavabdeh2 nümayəndəsidir) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən dəmir dirəklərə bərkidilmiş profillər səliqəli şəkildə kəsilərək dam örtüklərinə zərər yetirilmədən horizontal vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsinə qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. iddiaçı əlavə olaraq göstərdi ki, cavabdehlər tərəfindən sökülmüş hasarın üzərində olan dam örtüklərini üst-üstə yığaraq saxlayır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Azərbaycan Respublikası Xanlar rayon, Sərkar kəndində anadan olmuş, yaşayış yeri Samux rayon Sərkar kəndidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1995-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan Samux RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh2 xx.xx.2021-ci il tarixdə izahat verərək xx.xx.2021-ci il tarixdə İddiaçı hasarını dəmir dirəklərini kəsərək İddiaçı həyətyanı torpaq sahəsinə aşırtdığını etiraf etmişdir. Araşdırma zamanı Cavabdeh1 tərəfindən təqdim edilmiş video-görüntüyə baxış keçirilmiş, hadisənin Cavabdeh2 tərəfindən təkbaşına törədildiyi müəyyən olunmuşdur. Samux rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1277 saylı məktubu ilə Memarlıq və Tikinti şöbəsinin mütəxəssisi tərəfindən hasarın yararsız hala salınması nəticəsində dəymiş maddi ziyanın 1586 manat olduğunun müəyyən edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurulduqda yarandığından, İddiaçı 1586 manat ziyan vurulması cinayət məsuliyyətinə səbəb olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən qərarın surətinin Samux RPŞ İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında təqdim edilərək surəti iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli **********70-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında təqdim edilərək surəti iş materiallarına əlavə edilmiş JN-1075F saylı (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X1 və ailə üzvləri olan X2, X6, X13, X11 və X7 mülkiyyətinə Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayon Kəndində 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olararaq Məhkəmə Espertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli 10/6830 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dovlət Xidmətı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə **********68 saylı mütəxəssis rəyinə əsasən, **********70-10301 reyestr nömrəli Çıxarış əsasında X10 mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin hüdudları yerində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, iddiaçıə İddiaçı faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,16 ha torpaq sahəsinin 0,11 ha hissəsinin, **********70-10301 reyestr nömrəli Çıxarış əsasında X10 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düçdüyü müəyyən olunur. Mütəxəssis rəyinə əsasən mülki iş materiallarında olan JN-1075F saylı (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X5 və ailə üzvləri olan X2, X8, X12, X11 və X7 (hazırda Cavabdeh1) mülkiyyətinə verilmiş Samux rayonu Sərkar kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi. Mütəxəssis rəyinə əsasən Cavabdeh1 faktiki istifadə sahələri olaraq təqdim etdiyi 0,29 ha torpaq sahəsinin 0,1577 ha hissəsinin, JN- 1075F saylı (KOD-********) torpaqğın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X5 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, iddiaçının mübahisələndirərək naturada təqdim etdiyi 25.26 metr uzunluğunda, ümumi sahəsi 28.11 kv.m olan torpaq sahəsinin 14.86 kv.m hissəsi JN-1075F saylı (kod-********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə, 13.25 kv.m hissəsi isə cavabdehlərin faktiki istifadə sahəsində yerləşir. 30 metr uzunluğunda 3 mişar daşı hündürlüyündə hörgü hörmək üçün aparılmalı təmirtikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qıymətlərinə uyğun olaraq 277,6 manat məbləğində müəyyən olunur. Lakin hasarı üzərində qalın armaturla dirəklər qoyularaq profil dəmirlərlə qaynaq edilməsi, profillər üzərində isə 5 metrlik dam örtüklərinin ölçüləri, parametrləri qərardadda qoyulmuş sualda qeyd olunmadığı üçün, həmin təmir-tikinti işlərinin dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zaman, müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən iddiaçınm hasar, sökülməklə ona 1586 manat ziyan vurulmuşdur. İddiaçı hasarm sökülməsində hər iki cavabdehin iştirak etdiyini bildirsə də, polis şöbəsinin xx.xx.2021-ci il tarixli qərar, ilə bu fakt inkar edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ümumilikdə iddia tələbinə münasibətdə Cavabdeh1 cavabdehlik daş,mad,ğı nəzərə ahnmaqla iddia tələbi Cavabdeh2 münasibətdə 1586 manat məbləğin ondan tutulmas, hissəsində təmin edilməlidir. Bundan başqa iddiaçı hasarm çəkilməsində çəkdiyi 514 manat xərcin də cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçı tərəfındən təqdim edilmiş şahidlərin izahatlannda ziddiyyətlər müəyyən edildiyindən və buna görə də həmin izahatlar sübut növü kimi qəbul edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin hasarın sökülən yerdən yenidən inşa edilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, dəymiş 1586 manat ziyan ödənildikdən sonra hasarın yenidən inşa edilməsində cavabdehin məsuliyyətinə hasarın inşa edilməsi deyil, bərpasına münasibətdə qiymət verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, hasar əvvəlki vəziyyəti nəzərə alınmaqla cavabdeh tərəfindən bərpa edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi Samux rayonu Sərkar kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçıya yox, xüsusi mülkiyyət hüququ ilə X14 məxsusdur və sonuncu müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçıya vəkalət verməmişdir. Yəni hazırkı işə baxmış məhkəmə iddiaçının bu kimi iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub olmadığını araşdırmamışdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan iddia ilə mübahisə ilə məhkəməyə müraciət etsə də, iş materiallarında olan ********** qeydiyyat nömrəli **********70-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X14 məxsusdur. Göründüyü kimi, onun atası İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, ekpseriza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 2100 manat məbləğində dəymiş ziyanın və 35 manat dövlət rüsumunun alınıb ona verilməsi, hasarın sökülən yerdən yenidən inşa edilməsi barədə iddiası təmin edilməsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar