Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1840/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Göygöl Rayon Мəhkəməsinin 2(066)-697/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borc məbləğinin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 273695 nömrəli akt əsasında qanunsuz hesablanmış 953,79 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə Göygöl rayonunun Quşqara kəndində yaşayır. İddiaçının fərdi yaşayış evinin elektrik sayğacında 07 yanvar 2023-cü il tarixdə sayğacın alt qapaq hissəsində bolt birləşməsi olan hissədə qızma halı baş vermişdir. Həmin tarixdə iddiaçı Göygöl rayon Azərişıq idarəsinə məlumat vermişdir. Nəticədə iddiaçıya şənbə və bazar günü olduğu üçün köməklik edə bilməyəcəklərini bildirmişlər. Bu səbəbdən də elektrik sayğacı tam yararsız hala düşmüşdür. Cavabdeh təşkilatın nümayəndələri 11 yanvar 2023-cü il tarixdə həmin sözü gedən elektrik sayğacına 273695 nömrəli cərimə aktı tərtib etmişlər. Həmin akt əsasında 953,79 manat dəyər hesablama aparıb cərimə yazmışlar və həmin aktın tərtibatında iddiaçının və onun ailə üzvlərindən heç kəsi dəvət etməmişlər. İddiaçı isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb etmişdir. Lakin nəticə olmadığna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Мəhkəməsinin 2(066)-697/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 953.79 manat pulun 794.83 manatının hesabdan silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisinin talanmasının qarşısını almaq məqsədilə Göygöl rayonu, Quşqara kəndində abonentlərin elektrik enerjisindən istifadə qaydalarını araşdrımaq məqsədilə abonentlərin sayğac uçot dəstinə baxış keçirilmişdir. Evə quraşdırılmış sayğac İddiaçı adına qeydə alınmışdır. Sayğacın uçot dəstinə baxış keçirilən zaman sayğacın alt qapaq möhürünün siminin sındığı və sayğaca sxemdən kənarlaşdıraraq işlədicilərin bir başa şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Ona görə də abonentə AKT R 273695 nömrəli akt tərtib edilmiş və 180 gün üçün dəyəri 953.79 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 şikayətdə göstərilənləri müdafə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini və Göygöl Rayon Мəhkəməsinin 2(066)-697/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, iddiaçını və "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan "xxxx" ASC-nin R seriyalı, 273695 nömrəli, xx.xx.2023-cü il tarixli tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupu haqqında aktının surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yaşayan istehlakçı İddiaçı yaşadığı ünvanda gecə reydi zamanı sayğacın alt qapaq möhürünün siminin sındırılması, sayğacın sxemdən knarlaşdırılması və şəbəkəyə birbaşa qoşulma faktı aşkarlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin "Qərb" RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2023-cü il tarixli icra vərəqinin surətindən görünür ki, istehlakçı İddiaçı Göygöl rayonu, Quşqara kəndində yerləşən evində yoxlama zamanı qüsur kimi sayğacdan kənar xəttin olması aşkar edilmiş və satış sahəsi üzrə tələb kimi 953,79 manat borcun olması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məkəməsinin iş üzrə gəldiyi nəticəni qismən əsaslı sayır. Belə qənaətə gələrkən, мəhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun юz iddia və etirazlarını əsaslandırmaq üçün soykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü boluşdurə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Аzərbаycаn Rеsпublikаsı Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın; 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; 9.1-ci maddəsinə görə İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə,mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 8.17-ci bəndində göstərilir ki, İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır, belə ki, İddiaçı yaşadığı Göygöl rayonu, Quşqara kəndindəki ünvanda sayğacın alt qapaq möhürünün siminin sındırılması, sayğacın sxemdən knarlaşdırılması və şəbəkəyə birbaşa qoşulma faktı aşkarlanmışdır. Bu fakt onu təsdiq edir ki, İddiaçı yaşadığı ünvanda elektrik enerjisindən istifadə Qaydalarını pozmuşdur və buna görə məsuliyyət daşımalıdır. Bununla yanaşı kollegiya hesab edir ki, İddiaçı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndi ilə nəzərdə tutulan-sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri həddində məsuliyyətə cəlb olunmalıdır. Həmin məbləğ isə 180 gün üçün hesablanmış 953.79 manat məbləğin ½ hissəsi qədər, yəni 476.9 manat məbləğini təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı akt əsasında hesablanmış 953.79 manat cərimə məbləğinin 476.9 manat məbləği hissəsi hesabdan silinməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3.-cü maddəsinə əsasən, аpellya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Мəhkəməsinin 2(066)-697/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsini mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Haırki işdə də iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Мəhkəməsinin 2(066)-697/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi idianın qismən təmin edilmiş Azərişıq” ASC tərəfindən İddiaçı itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 953.79 manat pulun 794.83 manatının hesabdan silinməsi hissəsində dəyişdirilsin. Cavabdeh Azərişıq” ASC tərəfindən İddiaçı itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 953.79 manat pulun 476.9 manatı hesabdan silinsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1840/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1840/2023
09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver