Məhkəmə qərarları › İş №2(104)-1853/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1853/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1853/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X14 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X14 və X7 onun mülkiyyətində olan Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Bayan kəndində yerləşən ona məxsus torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə köçürülməklə Məmmədova (Həsənova) Mətanət Dağıstan qızınını, eləcə də övladları X14 və X7 onun mülkiyyətində olan Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev ) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0.13 ha torpaq sahəsinə və fərdi yaşayış evinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 saylı qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun dəmir yolları idarəsində işləməsi nəzərə alınaraq, dəmiryol idarəsi tərəfindən ona Gəncə-Daşkəsən dəmiryolu 26-cı km-də 2 mərtəbəli yaşayış evi verilmişdir. Daha sonra Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24dekabr1998-ci il tarixli 16 saylı qərarına əsasən, həmin evə bitişik ona 0,13 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikmişdir. X2 cavabdeh X4 ilə ailə qurduqdan sonra, sonuncu 2010-cu ildə həmin 2 mərtəbəli evə gəlin kimi köçmüş və hazıra kimi ona məxsus evdə yaşamaqda davam edir. Əvəz Məmmədov ilə Mətanət Məmmədovanın birgə nikahında Kənan və Sevinc adlı iki uşaqları anadan olmuşdur. X18Tanrıverdi oğlu 01 yanvar 2022-ci il tarixdə müəmallı şəkildə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra, gəlini Mətanət Məmmədovanın cəmiyyətdə qəbul olunmaz hərəkətlərinə görə, aralarında narazılıq yaranmışdır. Mübahisə zamanı cavabdeh Mətanət onu və onunla qalan xəstə bacısını yaşadığı bir mərtəbəli evdən qovmuşdur. Mübahisəli yaşayış evi onun mülkiyyətindədir. Cavabdhin həmin evdən istifadə hüququ yaranmamış, məhkəmə isə həmin hala düzgün hüquqi qiymət verməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, dəmiryolçu olmuşdur. Onun vəfat etmiş oğlunun həyat yoldaşı olan Mətanət 2010cu ilin aprel ayında onun həyət evinə gəlin köçmüş və həmin vaxtdan orada yaşayır. Oğlunun ailəsindən 2 nəvəsi vardır. Oğlunun həyat yoldaşı olan Mətanət onun kürəkəni ilə əxlaqsız hərəkətləri etmiş, onunla telefonla danışmış və buna şahid olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı onun qayınanasıdır. İddiaçının X2 ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və həmin ilin aprel ayında iddiaçıya məxsus olan Daşkəsən rayonu Bayan kəndində yerləşən bina evinə yox, həyət evinə gəlin köçmüşdür. Birgə nikahlarından 10 aprel 2011-ci ildə Kənan və 01 aprel 2014-cü ildə Sevinc adlı iki uşaqları doğulmuşdur. İddiaçının kürəkəni ilə telefon danışığı 6-7 il əvvəl olmuşdur. Başqa yaşayış yeri yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 nömrəli qətnaməsi təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh himayəsində olan uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 saylı qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın qismən təmin edilmiş hissəsi isə, mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan : Daşkəsən Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2010-cu il tarixli 905 nömrəli orderinin surətindən görünür ki, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının yanında Şura iclasının 16 avqust 2010-cu il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı və X5 Daşkəsən rayonu Bayan kəndi Gəncə-Quşçu dəmiryolu 26-cı km 2 mərtəbəli, 4 otaqlı, 133 kv.metr olan yaşayış sahəsini tutmaq hüququ, yaşayış sahəsi orderi (yaşayış sahəsinin icarə müqvailəsi) 1989-cui il tarixdən ailə üzvüləri ilə birgə qeydiyyatda olmaqla (ordersiz) yaşamasına, yaşadığı müddətdə elektrik enerjisinin haqqının ödəməsinə və Daşkəsən rayon Məhkəməsdinin 03 dekabr 2009-cu il tarixli 274 saylı rəyinə əsasən İddiaçı adına verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-014A Seriyalı KOD 50600028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə Daşkəsən rayonu Bayan kənd sakini İddiaçı mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 0,13 hektar torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 sentyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndi Gəncə-Daşkəsənm dəmiryolu 26-km yerləşən 2 mərtəbəli, ümumi sahəsi 175,6 kv.metr, yaşayış sahəsi 133,4 kc.metr, yardımçı sahəsi 43,2 kv.metr olan 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Məktəbə qədər və Ümumi Təhsil üzrə X15 Daşkəsən Regional Təhsil İdarəsi Bayan kənd M.Mustafayev adına tam orta məktəbin 27 may 2024-cü il tarixli 239 nömrəli arayışından görünür ki, X14 Vİİ sinifdə, X12 İV sinifdə təhsil alır. Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəsliyinin 29 may 2024-cü il tarixli 5-42-2/2-175/2024 nömrəli arayışından görünür ki, X1 rayonu Bayan kəndində qeydiyyatsız yaşayır. X4 15 iyul 2011-ci ildə Bayan kənd sakini X8 ilə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuş, birgə nikahlarından 10 aprel 2011-ci ildə X14 və 012 aprel 2014-cü ildə X12 doğulmuşdur. X8 21 yanvar 2022-ci il tarixdə vəfat etmişdir.Hal-hazırda X3 iki uşağı ilə birlikdə Bayan kəndində yaşayır. İddianı mübahisələndirilən hissədə təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının X8 ilə 2010-cu ildə X4 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, ailə quran zaman İddiaçı razılığına əsasən cavabdeh Mətanət Məmmədova əri Əvəz Məmmədovun qeydiyyatda olub yaşadığı Daşkəsən rayonu Bayan kəndində yerləşən dövlət fonduna aid mənzilə gəlin köçmüşdür. M.Məmmədova mənzilə köçən vaxt mənzil iddiaçının mülkiyyətində deyil, istifadəsində olmuşdur. Cavabdeh Mətanət Məmmədova həmin evdə yaşayarkən Əvəz Məmmədov ilə birgə nikahlarından 10 aprel 2011-ci ildə X14 və 01 aprel 2014-cü ildə X12 doğulmuşdur. Mənzil 19 sentyabr 2012-ci il tarixdə İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 21 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Odur ki, iddiaçı cavabdeh Məmmədova (Həsənova) Mətanət Dağıstan qızının övladları X14 və X12 ilə birlikdə yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh X4 iddiaçının X2 ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və həmin ilin aprel ayında iddiaçıya məxsus olan Daşkəsən rayonu Bayan kəndində yerləşən bina evinə yox, həyət evinə gəlin köçmüş, həmin evdə yaşayarkən Əvəz Məmmədov ilə birgə nikahlarından 10 aprel 2011-ci ildə X14 və 01 aprel 2014-cü ildə X12 doğulmuşdur. X8 21 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-014A Seriyalı KOD 50600028 olan Şəhadətnamə ilə, mübahisə edilən həyət evinin yerləşdiyi 0,13 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranma vaxtının müəyyən edilməsi əhəmiyyət kəsb edir. Cavabdeh mübahisəli fərdi yaşayış evinə 2010-cu ildə köçdüyündən, tərəflər arasındakı hüquq münasibətləri də, həmin vaxtdan yaranmışdır. Ona görə də, hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarında göstərilmişdir ki, “mülkiyyət anlayışı“ mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qarrax Çexiyaya qarşı», «Miray Fransaya qarşı», «Burdov Rusiya Federasiyasına qarşı» və «Akimova Azərbaycana qarşı» iş üzrə digər qərarlarında da şərh etdiyi hüquqi mövqeyə görə real mövcud olan əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, cavabdeh X4 iddiaçının keçmiş gəlini olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. Ona görə də, kollegiya hesab edir ki, iddiaçı cavabdehin mübahisəli evdən çıxarılması tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi isə maddi hüquq normalarının pozuntusuna yol verməklə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə həmin hissədə səhv nəticəyə gəlmiş, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 nömrəli qətnaməsi təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh himayəsində olan övladları Kənan və Sevinclə birlikdə İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-246/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh himayəsində olan övladları Kənan və Sevinclə birlikdə İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar