Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1854/2023 24.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin 2(058)-148/2023 saylı mülki iş üzrə 31 may 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi vəkil X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X2, X1 və X3 Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 10 mart 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Samux Rayon Məhkəməsinin 2(058)-148/2023 saylı mülki iş üzrə 31 may 2023-cü il tarixli qərardadı ilə mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadla razı olmayan İddiaçı nümayəndəsi vəkil X4 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinə Samux Rayon Məhkəməsinin icraatında baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə torpaq sahəsi Samux rayonunda yerləşir. İddiaçılar iddia tələbinə əsasən öz mülkiyyətlərində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia sürmüş, bu baxımdan hesab edir ki, iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Samux Rayon Məhkəməsinin 2(058)-148/2023 saylı mülki iş üzrə 16 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim T.Kərimova) şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Samux Rayon Məhkəməsinin 2(058)-148/2023 saylı mülki iş üzrə 31 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikasının MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadırlar. Qanunvericiliyə əsasən isə hazırki tələblə bağlı iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İrəli sürülən iddia tələbi də müstəsna aidiyyət qaydasında baxılmalı olan tələb deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki işin Samux Rayon Məhkəməsində baxılmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı nümayəndəsi vəkil X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2(058)-148/2023 saylı mülki iş üzrə 31 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad qəbul edildiyi gündən qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2(104)-1854/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1854/2023
24.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver