Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1858/2025 27.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin (ləğv prosesində olan) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X7 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə və maraqlı şəxslər Maraqlı şəxs1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsi tələbinə dаir mülki iş üzrə iş üzrə icraatın dayandırılması barədə Tovuz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadından İddiaçı ASC (ləğv prosesində olan) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X7 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə və maraqlı şəxslər Maraqlı şəxs1 və qeyrilərinə qarşı Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X7 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın ləğv edilməsi, Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 (köhnə 49) ünvanında yerləşən fərdi yaşayış evinin üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(062)-629/2025 nömrəli qərardadı ilə (hakim S.Hacıyev) iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. İş üzrə icraatın dayandırılması hissədə qərardaddan ayrı-ayrılıqda maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 İmamverdi qızı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin 20 may 2025-ci il və 23 may 2025-ci il tarixli, 2(062)- 629/2025 nömrəli qərardadları ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(104)-1272/2025 nömrəli qərardadı ilə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 İmamverdi qızı tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi və Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadı iş üzrə icraatın dayandırılması hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X7 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi vəsatət verərək iş üzrə icraatın Gəncə İnzibati Məhkəməsinin icraatında olan X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X7 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə qarşı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 27 iyul 2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair işə baxılıb yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadı ilə (hakim S.Hacıyev) X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə bağlı Gəncə İnzibati Məhkəməsinin icraatında olan 2-1(114)-3488/2025 nömrəli inzibati iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılması qərara alınmışdır. İddiaçı ASC (ləğv prosesində olan) qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il və 23 may 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadları ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli 2(104)-1858/2025 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilsədə, lakin şikayətin hərtərəfli, tam və obyektiv araşdırılması zərurəti yarandığından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2025-ci il tarixli 2(104)-1858/2025 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadından İddiaçı ASC (ləğv prosesində olan) tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(062)- 629/2025 nömrəli qərardadı ləğv edilməli və işə baxılması davam etdirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair 27 iyul 2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın və texniki pasportun verilməsinə dair qeydin ləğv edilməsini xahiş etmişdir. Həmin iş üzrə zəruri cəlbetmə qaydasında, Maraqlı şəxs2, Maraqlı şəxs5 və X1 üçüncü şəxs qismində işə cəlb edilmişlər. Hazırkı iddia tələbi də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X7 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın ləğv edilməsi, Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 (köhnə 49) ünvanında yerləşən fərdi yaşayış evinin üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4. maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılır. İşdən isə müəyyən olunur ki, hər iki iddia tələbində Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın ləğv edilməsi qoyulsada, hazırkı iddia tələbinin digər hissəsi bankın ipoteka yüklülüyünün bərpa edilməsindən ibarətdir. Qeyd olunan çıxarış mülki hüquqi əqd əsasında verildiyindən mülki mühakimə icraatı qaydasında mübahisələndirilə bilər. Bu da onu deməyə əsas verir ki, hazırkı işə baxılması iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsinə dair qeydin ləğv edilməsinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında olan işin nəticəsindən asılı deyil. İdaianın mümkün sayılmamasına dair Gəncə İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(114)-3488/2025 nömrəli qərardadında da qeyd olunmuşdur ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs5 və Əmanətlərin Sığortalanması Fonduna qarşı “çıxarışın və texniki pasportun verilməsinə dair qeydin ləğvi mülki məhkəmə icraatı qaydasında həll olunmalıdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, iş üzrə icraatın dayandırılmasına dair Tovuz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254, 263, 264, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ASC (ləğv prosesində olan) tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X7 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə və maraqlı şəxslər Maraqlı şəxs1 və qeyrilərinə qarşı Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə verilmiş **********13- 10301 nömrəli çıxarışın ləğv edilməsi, Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 (köhnə 49) ünvanında yerləşən fərdi yaşayış evinin üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1858/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1858/2025
27.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver