Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1871/2025 15.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə iddia ərizəsi üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 102000 (yüz iki min) manat pulun, həmçinin həmin pula görə fayda kimi əldən çıxan 30000 manat maddi ziyanı və dövlətə iddia ərizəsinə görə ödədiyi 392 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 saylı qətnaməsi ilə (Rəşad Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh2 101074,45 (bir yüz bir min yetmiş dörd manat qırx beş qəpik) manat məbləğində pul, həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 20214,8 (iyirmi min iki yüz on dörd manat səksən qəpik) manat məbləğində pul və 392 (üç yüz doxsan iki) manat dövlət rüsumu olmaqla ümumilikdə 121681,25 (bir yüz iyirmi bir min altı yüz səksən bir manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsi, 50 (əlli) manat məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərinin Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********0000003944, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən kassasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadından kassasiya şikayəti vermiş, lakin kassasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə müraciət etdiyindən kassasiya şikayətləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadı ilə kassasiya şikayətləri geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə yenidən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 19/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin sonuncu 2(066)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan narazı qalan Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və 2(066)-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı “pul tələbinə dair” iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Göygöl Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti vaxtlı-vaxtında sadəcə 15 manat dövlət rüsumu az ödənilməklə məhkəmənin elektron kabinetinə əlavə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tаrixli, 2(066)-19/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)- 1425/2025 nömrəli qərardadından tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(104)- 1425/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 nömrəli qərardadlarından tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. İlk olaraq onu qeyd edirəm ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, qəbul edildiyi tarixdən 1 ay müddət keçməmiş xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron sisteminə apellyasiya şikayəti əlavə edilmişdir. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti sadəcə 15 manat az dövlət rüsumu ödənilməsi əsası ilə qeyri-mümkün hesab edilmişdir. Qərardad qanuni və əsaslı olmamış, dolayısı ilə məhkəmə süründürməçiliyinə səbəb olan bir qərardad qəbul edilmişdir. Belə ki, tərəflərindən təmin olunan iddia tələbinə dair (121681,25 bir yüziyirmi bir min altı yüz səksən bir manat iyirmi beş qəpik) hissəsinə münasibətdə dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi sadəcə 15 manat rüsumun az ödənilməsi əsas gətirilərək apellyasiya şikayəti geri qaytarılmışdır. Halbuki məhkəmə tərəfindən əlaqə saxlanılsa idi, ödənilməmiş 15 manat dövlət rüsumu da ödənilərdi. Belə olduqda isə məhkəmədə işin baxılması tezliyi təmin olunacaqdır. Gəncə Apellyasiya Məhkəməsinin hakimi 2(104)- 1425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla kassasiya şikayətinin vəkil orderində Ali Məhkəmə deyil, Gəncə Apellyasiya Məhkəməsinin göstərilməsi əsası ilə kassasiya şikayətini geri qaytarmışdır. Həmin qərardaddan da tərəfindən xx.xx.2025-ci il tarixdə yenidən kassasiya şikayəti verilmişdir. Lakin sonradan hesab etmişdir ki, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət etsə, məhkəmənin işə qısa müddətdə baxmaq imkanı mövcud ola bilər. Bu səbəbdən tərəfindən xx.xx.2025-ci il tarixdə kassasiya şikayətinin geri götürülməsi barədə ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Bununla yanaşı xx.xx.2025-ci il tarixdə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə yenidən Göygöl Rayon Məhkəməsinə müraciət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsində onlara bəlli olmayan səbəblərdən dolayı xx.xx.2025-ci il tarixdə tərəfindən verilmiş ərizə üzrə kassasiya şikayətinin geri götürülməsini əks etdirən qərardad 40 gün sonra qəbul edilmişdir. Bir sözlə tərəfindən prosessual hüquqlardan istifadə edilərək kassasiya şikayətləri verilmiş, daha sonra isə prosessual hüquqlardan istifadə edilərək kassasiya şikayəti geri götürülmüşdür. Bu zaman çərçivəsində hər hansı səhlənkarlıq göstərilməmişdir. Sadəcə prosessual hüquqlardan istifadə edilmişdir. Görünən odur kİ, Göygöl Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi sadəcə vətəndaşın hüquqi biliksizliyini qiymətləndirmədən 15 manat dövlət rüsumunun az ödənilməsi əsası ilə işin Gəncə Apellyasiya Məhkəməsində mübahisələndirilməsinə maneçilik yaradırlar. Bu da onların və vətəndaşların hüquqlarını kobud şəkildə pozur. Çünki burada əleyhinə qətnamə çıxarılan tərəf cavabdehdir. Cavabdehin işin süni şəkildə uzadılmasına yol veriləcək hər hansı bir hərəkət göstərməsi məntiqi hesab edilmir. Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş 21 iyul 2025-ciil tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi üzrə iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda Göygöl Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə məhkəmənin elektron kabinetinə daxil olmuşdur. Həmin şikayətin mümkünlüyü məsələsinə baxılması üçün göstərilən işin Göygöl Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bununla belə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Göygöl Rayon Məhkəməsinə göndərilmiş 14 avqust 2025-ci il tarixli, 2(104)-1425/2024 saylı, cavab məktubundan görünür ki, “Sizin 21 iyul 2025-ci iltarixli, 2(066)-19/2025 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2025-ci il tarixli, 2(104)-1425/2025 nömrəli və 14 iyul 2025-ci il tarixli, 2(104)-1425/2025 nömrəli qərardadlarından Cavabdeh2 nümayəndəsi(vəkili) Vəkil1 tərəfindən kassasiya şikayətləri daxil olmuş və iş baxılması üçün tərəfimizdən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərildikdən sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq kassasiya şikayətlərindən imtina etdiyini bildirmişdir. Qeyd edilən ərizə tərəfimizdən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsindən Gəncə Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra müraciətinizə əsasən iş aidiyyatı üzrə Sizə göndəriləcək. Göründüyü kimi müddətin bərpası barədə ərizəyə gec baxılmasının səbəbi kassasiya şikayətinin Ali Məhkəmədən gec qayıtması olmuşdur. Hesab edir ki, tərəfiindən verilmiş şikayət təmin edilməli, şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Sadəcə 15 manat məbləğində dövlət rüsumunun az ödənilməsi vətəndaşın apellyasiya məhkəməsində şikayətinə baxılmasından imtina edilməsi üçün əsas ola bilməz. Göygöl Rayon Məhkəməsinin 2(066)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 19/2025 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətə baxılması üçün 2(066)-19/2025 saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 saylı qətnaməsini Cavabdeh2 xx.xx.2025-ci il tarixdə almış və apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı başlamışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti 28 may 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya sisteminə yerləşdirilmiş və apellyasiya şikayətinə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadı ilə apellyasiya şikayətinə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 1425/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə Cavabdeh2 Elektron Məhkəmə İnformasiya Sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi Vəkil1 həmin qərardaddan kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadı ilə kassasiya şikayətinə əlavə edilmiş vəkil orderi Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsində deyil, Gəncə Apellyasiya Məhkəməsində təmsil etmək üçün verildiyindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)- 1425/2025 saylı qərardadında verilmiş kassasiya şikayəti də geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 nümayəndəsi Vəkil1 Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil etmək üçün yeni order əlavə etməklə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2(104)-1425/2025 saylı qərardadlarından kassasiya şikayəti vermişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 kassasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə müraciət etdiyindən kassasiya şikayətləri geri qaytarılmış və yenidən xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 19/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, lakin Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 nömrəli qərardadı ilə imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk dəfə apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin qanunverciliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən qeyri-mümkün hesab edilib geri qaytarılması zamanı cavabeh Cavabdeh2 nümayəndəsi Vəkil1 tərəfindən göstərilən nöqsanın aradan qaldırılaraq apellyasiya şikayətini yenidən vermək əvəzinə müxtəlif şikayətlər verərək müddəti ötürmüşdür. Belə olduğu təqdirdə bu hal iddiaçı üçün üzrlü hal hesab oluna bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 19/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-19/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1871/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1871/2025
15.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver