Məhkəmə qərarları › İş №2(104)-188/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-188/2025

12.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-188/2025 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və Gədəbər rayonu Slavyanka Bələdiyyəsinə qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: darvaza və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, avtomobil yolunun açılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh cavabdeh2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı darvaza və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və avtomobil yolunun açılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yardımçı sahəsi 75.4 kv.m, yaşayış sahəsi 112.5 kv.m olmaqla ümumi sahəsi 187.9 kv.m olan 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 435.2 kv.m olan həyətyanı tikili və qurğulardan ibarət fərdi yaşayış evinin tərkib hissələri və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə X4 qızının adına ##.##.2012-ci il tarixdə, 3112003880 nömrə ilə qeydə alınmışdır.

2. Gədəbəy rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə/1-125 nömrə ilə qeyd edilmiş ## ####### 2012-ci il tarixli müqaviləsinin surətindən görünür ki, X4 qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Şəmkir Ərazi Idarəsinin verdiyi ##.##.2012-ci il tarixli, ********** nömrəli arayışa və ##.##.2012-ci il tarixli, qeydiyyat nömrəsi 3112003880, RX ******* nömrəli reyestrdən çıxarışa əsasən ona məxsus olan Liter “A” 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 187.9 kv.m, yardımçı sahəsi 75.4 kv.m, yaşayış sahəsi 112.5 kv.m, Liter “B” əldamı - 79.4 kv.m, Liter “C anbar 23.3 kv.m, Liter “D” anbar 44.2 kv.m, Liter “E” quşdamı/çardaq - 46.8 kv.m, Liter “F” tövlə 38.2 kv.m, Liter “İ” ayaqyolu 4.0 kv.m, Liter “II” çardaq 167.4 kv.m, Liter “III” çardaq 27.2 kv.m, Liter “IV” hasar 3.5 kv.m, Liter “V” darvaza 1.2 kv.m-dən ibarət Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin mülkiyyətində olan 0.30 ha həyətyanı torpaq sahəsini qardaşı İddiaçı bağışlamışdır.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yardımçı sahəsi 75.4 kv.m, yaşayış sahəsi 112.5 kv.m olmaqla ümumi sahəsi 187.9 kv.m olan 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 435.2 kv.m olan həyətyanı tikili və qurğulardan ibarət fərdi yaşayış evinin tərkib hissələri və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına ##.##.2012-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. Işdə olan ## ###### 2012-ci il tarixli, 505-26-180 invertar nömrəli texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evi üzrə torpaq sahəsinin baş planı, tikintilərinin mərtəbələr üzrə planı və yaşayış evinin texniki göstəricilərinə dair texniki pasport tərtib edilmişdir.

4. Dövlət Xəritəçəkmə Komitəsi Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş ##.##.2002-ci il tarixli, *** nömrəli rəyin surətindən görünür ki, cavabdeh2 müraciəti və Slavyanka bələdiyyəsinin ## ###### 2002-ci il tarixli, ** saylı məktubu nəzərə alınaraq satılan torpaq sahəsi 0.19 ha olmaqla Slavyanka bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir.

5. cavabdeh1 ##.##.2002-ci il tarixli ** nömrəli qərarının surətindən görünür ki, cavabdeh2 Slavyanka bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 0.19 ha torpaq sahəsi sayılması qərara alınmışdır. Işdə olan ## ###### 2002-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair aktın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka bələdiyyəsi ərazisində 0.19 ha torpaq sahəsi 1500000 manat müqabilində cavabdeh2 satılmışdır.

6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən sahəsi 361 kv.m olan əmlak kompleks kimi müəssisə və bələdiyyə mülkiyyətində olan (hüququn növü- istifadə) 0.05148 kv.m torpaq sahəsi cavabdeh2 adına ##.##.2018-ci il tarixdə, 3118000858 nömrə ilə qeydə alınmışdır.

7. Gədəbəy rayonu, Slavyanka bələdiyyəsi tərəfindən verilmiş ##.##.2024- cü il tarixli, *** nömrəli məktubdan görünür ki, cavabdeh2 0.19 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi ayrılması barədə bələdiyyənin ## ###### 2002-ci il tarixli ** saylı qərarı və ## ###### 2002-ci il tarixli ** saylı alqı-satqı aktı qüvvədədir və ləğv edilməmişdir. Işdə olan yerində müayinə iclası protokolundan görünür ki, mübahisəli predmeti olan avtomobil yolunun açılması tələb edilən torpaq sahəsi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşir. Iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 məxsus fərdi yaşayış evləri həmsərhəd olmasalar da qonşudurlar. Mərkəzi avtomobil yolundan iddiaçı İddiaçı məxsus evə ayrıca, cavabdeh cavabdeh2 məxsus evin arxa tərəfindən keçən avtomobil yol vardır və həmin avtomobil yolundan iddiaçının istifadəsinə hər hansı maneə yoxdur. Iddiaçının açılmasını tələb etdiyi, avtomobil yolu kimi qeyd etdiyi torpaq sahəsi cavabdeh cavabdeh2 məxsus evin həyətində yerləşir və Gədəbəy rayonu, Slavyanka Bələdiyyəsi tərəfindən cavabdeh2 istifadəsinə verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh2 tərəfindən qoyulmuş dəmir darvazanın öz hesabına sökülərək onun evinə gedən yolun açılması öhdəliyinin cavabdeh cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bundan sonra iddiaçı İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə aparılması barədə ərizə verərək, cavabdeh cavabdeh2 tərəfindən onun fərdi yaşayış evinin həyətinə iri yük avtomaşınlarının gediş-gəlişinin açılması, qanunsuz olaraq qoyulmuş darvazaların və qanunsuz hasarlanmış ərazilərin onun öz şəxsi vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evi vardır və həmin ev onun xüsusi mülkiyyətindədir. Ona məxsus olan yaşayış evi əvvəllər X3ya məxsus olmuşdur. Hal-hazırda o, Bakı şəhərində yaşayır. X3 2012-ci ildə bağışlama müqaviləsi əsasında hazırda onun mülkiyyətndə olan fərdi yaşayış evini notarius vasitəsi ilə ona bağışlamışdır. Bir neçə il bundan əvvəl cavabdeh cavabdeh2 yük avtomobillərinin onun mülkiyyəti olan evinin həyətinə gedən yolu qanunsuz olaraq zəbt etmiş, şiferdən 87 metr uzunluğunda hasar çəkmiş və evinə gedən yolda 3 ədəd darvaza qoymuşdur. Həmin yol Gədəbəy rayon Slavyanka kənd Bələdiyyəsinə məxsusdur. Bununla əlaqədar olaraq o özü bir neçə dəfə Gədəbəy rayon Slavyanka kənd bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyədən tərəfindən ona həqiqətən də cavabdeh cavabdeh2 qanunsuz zəbt etdiyi evinə gedən avtomobil yolunun torpaq sahəsinin Slavyanka kənd bələdiyyəsinə məxsus olması bildirilmişdir. X3 hazırda yaşadığı evi bağışlama müqaviləsi ilə onun mülkiyyətinə verməzdən əvvəl onunla cavabdeh cavabdeh2 arasında eyni məsələ ilə bağlı 2000ci ildə mübahisə baş vermişdir. Bununla əlaqədar olaraq X3nın müraciəti əsasında Gədəbəy rayonun Slavyanka kənd Bələdiyyəsi tərəfindən həmin əraziyə baxış keçirilərəkakt tərtib edilmişdir. Gədəbəy rayon Slavyanka kənd Bələdiyyəsi tərəfindən tərtib edilmiş ##.##.2000-ci il tarixli aktdan da görünür ki, mübahisəli əraziyə baxış keçirilən zaman həqiqətən də hazırda onun yaşayış evinə gedən iri qabaritli yük avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolun hazırkı iş üzrə cavabdeh cavabdeh2 tərəfindən bağlandığı müəyyən edilmişdir. Sözügedən aktda xüsusi olaraq qeyd edilmişdir ki, taxıl anbarı və digər tikililərin özəlləşdirilməsinə baxmayaraq, özəlləşdirilmiş binaların ətrafında olan meydançalar, yəni torpaq sahələri və həmin sahələrə gedən avtomobil yolu bələdiyyənin mülkiyyətində qalır və həmin yoldan əvvəlki kimi istifadə edən vətəndaşlar tərəfindən sərbəst istifadə edilməlidir. Cavabdeh cavabdeh2 Slavyanka kəndin mərkəzində yerləşən taxıl anbarının sahibidir. Həmin anbarların yerləşdiyi ərazi cavabdeh tərəfindən yuxarıda göstərdiyi kimi hasara alınmışdır. Cavabdeh cavabdeh2 tərəfindən yaşayış evinə gedən iri qabaritli avtomobilərin hərəkəti üçün nəzərdə tutulmuş, əvvələr istifadə etdikləri yol 2000-ci ildən sonra təkrar olaraq qanunsuz zəbt edilmiş, evinə gedişgəlişin qarşısı qanunsuz olaraq alınaraq onun hüquqları pozulmuşdur. Odur ki, o məcbur olub tərəflər arasında olan mübahisənin qanun çərçivəsində həll olunması üçün, qanunların ona vermiş olduğu hüquqlardan istifadə edib məhkəməyə müraciət etmişdir.

11. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Həmin qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, Gədəbəy rayon məhkəməsi bu iş üzrə qətnaməsində iddiaçı kimi onun subyekt olmadığı qənaətinə gələrkən konstitusiyanın bu maddəsinin tələblərini kobud şəkildə pozmuş, iddiaçıya münasibətdə qərəzli mövqe tutaraq bu xüsusata düzgün yanaşmamışdır. Belə ki, məhkəmə onun və ailəsinin anadan olduğu vaxtdan mübahisəli, əhalinin ümumi istifadəsində olan yoldan istifadə etdiyini nəzərə almamış, sadəcə olaraq bələdiyyənin köməkliyi ilə uzun illər ümumi istifadədə olmuş, hazırda onun evinə gedən iri tonnajlı avtomobil yolunu digər cavabdeh cavabdeh2 tərəfindən arxiv sənədləri saxtalaşdırılmasını axıradək araşdırmaqda maraqlı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, avtomobillərin hərəkəti üçün iddiaçının alternativ yolu vardır. Iddiaçının hazırda tələb etdiyi yol isə onun xüsusi mülkiyyətimdə olan torpaq sahəsində yerləşir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

17. Iş üzrə iddiaçı İddiaçı və cavabdeh Slavyanka Bələdiyyəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Iddiaçı İddiaçı məhkəmə iclasına gəlməyərək teleqramma vuraraq səhhəti ilə əlaqədar işin təxirə salınmasını xahiş etmiş, lakin bu barədə hər hansı subut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfin məhkəmə iclasında iştirak etməməsi üzürlü sayıla bilməz. Məhkəmə kollegiyası iddiaçının bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

20. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

21. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, işin halları ondan ibarətdir ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi sahəsi 187.9 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 435.2 kv.m olan həyətyanı tikili və qurğulardan ibarət fərdi yaşayış evinin tərkib hissələri və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolunun qanunsuz olaraq bağlanıldığını iddia etmiş və avtomobil yolunun açılmasını tələb etmişdir.

46. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

47. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

48. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

49. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

50. Iddiaçı mübahisəli ərazinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehdən yolun açılmasını tələb etmək ixtiyarı vardır. Lakin, bununla belə mübahisəli yolun iddiaçıya məxsus olan torpaq sahəsində yerləşməsi işdə müəyyən edilmir.

51. Belə ki, məhkəmə kollegiyası tərəfindən keçirilmiş ## #### 2026-cı il tarixli *-**-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 187.9 kv.m olan fərdi yaşayış evinin koordinatları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında cavabdeh2 xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndində yelrəşən 0,19 ha torpaq sahəsinin koordinatları 4.4 kv.m hissədə üst-üstə düşür. Torpaq sahəsinin cənub hissəsində üst-üstə düşür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış Gədəbəy rayonu, Slavyanka kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 187.9 kv.m olan fərdi yaşayış evi üçün gediş-gəliş yolu torpaq sahəsinin cənub hissəsindən nəzərdə tutulmuşdur. DWG məlumatlarına əsasən torpaq sahəsinə gediş-gəliş yolu ictimai tikililərin ərazisindən olub. AZCAD və TEKUIS məlumat bazasına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.30 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu nəzərdə tutulub. Lakin, AZCAD və TEKUIS məlumat bazasına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.30 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 12.6 kv.m hissəsi cavabdeh cavabdeh2 məxsus ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0.19 ha torpaq sahəsinin koordinatları ilə 5.5 kv.m hissəsi isə iddiaçı İddiaçı məxsus olan ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0.0626 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Cavabdeh cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və ya üzərində inşa edilmiş fərdi yaşayış evinə gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsində tikililər inşa edilməmişdir və həmin tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinə hər hansı maneəçilik yaratmır. Cavabdeh cavabdeh2 tərəfindən iddiaçının həyətyanı torpaq sahəsinə gedən ictimai yol zəbt edilməmişdir. Həmçinin, kəndarası ictimai yoldan iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu açıqdır. Lakin, AZCAD və TEKUIS məlumat bazasına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.30 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 12.6 kv.m hissəsi cavabdeh cavabdeh2 məxsus ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0.19 ha torpaq sahəsinin koordinatları ilə 5.5 kv.m hissəsi isə iddiaçı İddiaçı məxsus olan ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0.0626 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış Gədəbəy rayonu, Slavyanka kəndində 0.30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 187.9 kv.m olan fərdi yaşayış evinə avtomaşın yolu nəzərdə tutulmuşdur. Həmin yoldan iddiaçı İddiaçı istifadəsinə cavabdeh tərəfindən hər hansı maneə mövcud deyildir. DWG məlumatlarına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.30 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu nəzərdə tutulub. Lakin, AZCAD və TEKUIS məlumat bazasına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.30 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 12.6 kv.m hissəsi cavabdeh cavabdeh2 məxsus ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0.19 ha torpaq sahəsinin koordinatları ilə 5.5 kv.m hissəsi isə iddiaçı İddiaçı məxsus olan ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0.0626 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Iddiaçı İddiaçı məxsus həmin fərdi yaşayış evinə alternativ gediş-gəliş yolu yoxdur. Iddiaçının alternativ yol kimi iddia etdiyi torpaq sahəsi cavabdeh2 məxsusdur.

52. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

53. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

54. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına həmçinin TEKUIS məlumat bazasına istinad edilmişdir.

55. Göründüyü kimi, iddiaçı tərəf iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilən maneələrin ona məxsus olan torpaq sahəsində yerləşdiriyini bildirsə də, bununla baglı məhkəmələrə heç bir subut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən iddiaçının dəlillərini inandırıcı hesab etmir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

57. Kollegiya iş materiallarını yuxarıda göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı olmuşdur.

58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

61. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən qаnunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar