Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1893/2025 10.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X5 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Maraqlı şəxs ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1953/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № MK- 145228/23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22% olmaqla, 6 ay güzəşt verilməklə 36 ay müddətinə 15 000 AZN (on beş min manat) məbləğində kredit verilmişdir.
2. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 22 faiz olamaqla cərimə faizi ödəyir.
3. Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Ne MK- 145228/23 saylı kredit müqaviləsinin təminatı olaraq Turan Bank ASC ilə X3 və X10 arasında xx.xx.2023-cü il tarixli, Nº MK-145228/23 saylı zaminlik müqaviləsi bağlanmışdır.
4. xx.xx.2025-ci il tarixli 117 nömrəli maliyyə arayışından görünür ki, borclu İddiaçı xx.xx.2023-ci il tarixli MK-145228/23 saylı kredit müqaviləsi üzrə əsas boredan qalığı 8515.60 ( səkkiz min beş yüz on beş manat 60 q) manat, faiz boredan qalığı 417.22 ( dörd yüz on yeddi manat 22 q) manat, cərimə faizi 4009.64 (dörd min doqquz manat 64 q) manat, cəmi 12942.46 (on iki min doqquz yüz qırx iki manat 46 qəpik) manat təşkil edir.
5. Həmçinin təqdim edilmiş xəbərnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli bildiriş xx.xx.2025-ci il tarixindən İddiaçı çatdırılmışdır.
6. Maraqlı şəxs ASC-nın 10 mart 2025-ci il № 224/2025 nömrəli bildirişindən görünür ki. İddiaçı arasına bağlanmış xx.xx.2023-cü il tarixli, № MK-145228/23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22% olmaqla, 6 ay güzəşt verilməklə 36 ay müddətinə 15.000 AZN (on beş min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 22% olmaqla cərimə faizi ödəyir. Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.02023-cü il tarixli, №-145228/23 saylı kredit müqaviləsinin təminatı olaraq Maraqlı şəxs ASC ilə X3 və X10 arasında xx.xx.2023-cü il tarixli, № MK-145228/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə xx.xx.2025-ci il tarixə TuranBank ASC-yə 8 515,6 AZN (səkkiz min beş yüz on beş manat altmış qəpik) əsas, 417.22 AZN (dörd yüz on yeddi manat iyirmi iki qəpik) faiz, 4009.64 AZN (dörd min doqquz yüz manat altmış dörd qəpik) cərimə borcu olmaqla, cəmi borc 12 942.46 AZN (on iki min doqquz yüz qırx iki manat qırx altı qəpik) təşkil edir. Həmin borc 20 gün ərzində ödənilmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin üçün yaranmış borc məbləği barəsində icra qeydi aparılacağı bərədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəmədə cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia qaldıraraq icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydinə əsasən, İddiaçı, X1 və X6 vaxtında ödəmədiyi 8932 (səkkiz min doqquz yüz otuz iki) manat 82 (səksən iki) qəpik əsas və faiz borcunun, 4009 (dörd min doqquz) manat 64 (altmış dörd) qəpik cərimə, penyanın (dəbbə pulunun), tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla ümumilikdə 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik pulun alınıb "xxxx" ASCyə ödənilməsi qeyd edilmişdir. Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydini qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı MK-145228/23 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ümumilikdə əsas və faiz borcu olmaqla cəmi ödəmədiyi 8932 (səkkiz min doqquz yüz otuz iki) manat 82 (səksən iki) qəpik borcu qalıb. Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydində isə qanunsuz və əsassız olaraq guya onun "xxxx" ASC-yə 4009 (dörd min doqquz) manat 64 (altmış dörd) qəpik cərimə, penya, dəbbə borcunun olması da, göstərilmişdir. İcra qeydi yalnız mübahisəsiz müqavilələr üzrə verilə bilər. Lakin cavabdeh Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisi 02 aprel 2025-ci il tarixli icra qeydini verərkən nəzərə almamışdır ki, 4009 (dörd min doqquz) manat 64 (altmış dörd) qəpik cərimə, penya, dəbbə borcu şübhəsiz ki, mübahisəli haldır. Belə ki, həmin cərimə məbləği bankın günahı üzündən süni surətdə şişirdilərək belə bir fantastik rəqəm alınmışdır. Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisi 02 aprel 2025-ci il tarixli icra qeydi ilə məni və digərlərini əlavə xərcə salmaqla bir sözlə bizi yükləməklə bankın əsassız varlanmasına xidmət edir. Bu hal da, onun maddi durumunu pisləşdirməklə yanaşı onu müflisləşdirməyə xidmət edir. Bu səbəbdən hesab edir ki, Tovuz Regional ASAN xidmət Mərkəzinin Notariat Ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydi qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir.
9. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1953/2025 saylı qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddianın rədd edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanvericiliyin tələbinə görə tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyildir. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə zaminə müvafiq məlumatı göndərmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə öz hüquqi mövqeyini «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 9, 27, 76, 78-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
12. Tovuz Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1953/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ona munasibətdə tamamilə ləğv edilməsi barədə yeni qətnamə çıxarasınız.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC əsas borcdan başqa faiz borcu və ən əsası isə dəbbə pulu həddindən artıq şişirdilmiş olaraq qanunsuz və əsassız icra qeyd verilmişdir. Məhkəmə ekspertiza təyin etməli və faiz borcu və dəbbə pulu ekspertlər tərəfindən rəy məhkəməyə daxil olduqdan sonra qətnamə çıxarılmasi düz olardı. Lakin məhkəmə oxşar tələbi rədd edilməsi barədə qətnamə çıxarmışdır. Hesab edir ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi – Tovuz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının normasına riayət edilməmişdir. Belə ki, iddiaçı məhkəmədə şifahi olaraq bildirmişdir ki, "xxxx" ASC həddindən artıq dəbbə pul hesablanmışdır. Buna görə də, düzgün olardı ki, məhkəmə mühasibatlıq ekspertizası təyin edilsin və bu barədə məhkəməyə rəy göndərildikdən sonra məhkəmə həmin rəyə əsaslanaraq həm faiz borcu həm də ki, dəbbə pulun düzgün qiymət verilərək ədalətli qətnamə çıxarılsın. Lakin məhkəmə görməzdən gələrək tez bazar qətnamə çıxarmışdır. İddia qaldırarkən notariat ofisi tərəfindən həm əsas borca və faiz borca düzgün baxılmır, sadəcə Bankın göstərdiyi sənədlərə əsasında qərar qəbul edilir. Buna görə də, faiz borcu və dəbbə pulunun ekspertiza təyin edilərək düzgün hesablanması barədə qətnamə çıxarılması xahiş edilsə də, məhkəmə nə ekspert təyin etmiş, nə də ki, dəbbə pul barədə düzgün nəticəyə gəlməyərək qətnamə çıxarmışdır. Məhkəmə sadə yol ilə təxirə salmış və növbəti məhkəmə iclasında iddia tələbini rədd etmişdir. "xxxx" ASC-nin faiz borcu və ən əsası isə dəbbə pulu şişirdilir. Hazırda işləmir, iki övladı var, həyat yoldaşıda işləmir. Əsas borcu ödəməyə hazırdır, ədalətli qətnamədən sonra əsas borc üzrə öhdəliyini icra edəcəkdir. Dəbbə pulu şişirdilmiş olduğu üçün ona münasibətdə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Tovuz Rayon Məhkəməsi tərəfindən hazırki mübahisə üzrə mülki işə heç də, qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmamışdır. Belə qənaətə gəlmişdir ki, Tovuz Rayon Məhkəməsi İnsan hüquqlarını göz görəgorə görməzdən gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi nə ekspertiza təyin etmiş nədə ki, dəbbə pulu üzrə hissəni ləğv etmişdir. Buna əsasən hesab edir ki, AR-nın Konstitusiya məhkəməsinin və MPM-nin qanunlarına əsasən apellyasiya şikayəti qismən təmin edilməli və yeni qətnamə çıxarılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq faiz borcun sistem tərəfindən hesablandığını və tərəfə bildirişlərin göndərildiyini bildirmişdir.
16. Tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Lakin, İddiaçı Məhkəmə kollegiyasına “Elektron Məhkəmə İformasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, onun iştirakı olmadan işə baxaraq qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və əsas borcun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:
17. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
23. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı tərəfindən yalnız özünə münasibətdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1953/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
29. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəyə görə, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyildir. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə zaminə müvafiq məlumatı göndərmişdir.
30. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
31. Göründüyü kimi, qanunvericilikdə icra qeydlərinin yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparıldığı, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu, bildirişin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunduğu birmənalı olaraq təsbit edilmişdir.
32. Məhkəmə kollegiyası işin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, Maraqlı şəxs ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, MK-145228/23 saylı kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq isə Maraqlı şəxs ASC ilə X3 və X10 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Maraqlı şəxs ASC tərəfindən İddiaçı, X2 və X9 bildiriş göndərmiş, öhdəsinə götürdükləri borcu ödəmələri barədə xəbərdarlıq etmiş, əks təqdirdə icra qeydi veriləcəyini bildirmişdir. Bildirişdə borcluların həmin tarixə nə qədər borcunun olması, o cümlədən cərimə borcu qeyd edilmiş və həmin borc 20 gün ərzində ödənilmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin üçün yaranmış borc məbləği barəsində icra qeydi aparılacağı bərədə xəbərdarlıq edilmişdir. Borclu İddiaçı bildirişi aldıqdan sonra 20 gün ərzində həmin borcun mübahisələndirilməsi ilə bağlı heç bir müraciət etməmiş, yalnız icra qeydi verildikdən sonra məhkəməyə müraciət edərək tələb edilən borc məbləğinin münahisəli olmasını iddia etmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ekspertizanını təyin edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbinin mahiyyəti Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi ilə bağlıdır ki, bu zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş icra qeydinin qanunvericiliyin tələbinə uyğun verilib verilməməsi yoxlanılır. Birinci instansiya məhkəməsi verilmiş iddia tələbi həcmində işə baxaraq qətnamə qəbul etmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də, əsassız hesab edir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-1953/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Tovuz Rayon Məhkəməsinin 2(062)-1953/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1953/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.