Məhkəmə qərarları › İş №2(104)-1906/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1906/2023

13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1906/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı pul tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1504/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılıb-yoxlanılmaması məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1150 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 31 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh1 keçmiş gəlini, digər cavabdeh İsgəndər Seyidov isə gəlini Nəzakətin dayısıdır. Övladı Nümayəndə Cavabdeh1 ilə nikahları pozulmamışdan qabaq təxminən 2021-ci ilin iyul ayında Cavabdeh1 digər cavabdeh olan dayısı İsgəndər Seyidov ilə birgə ünvan 1 ünvanından azyaşlı övladını da götürüb çıxıb getmişdir. Onlar evdən çıxarkən Nümayəndə məxsus 583 əyarlı 800 manat dəyərində qızıl üzük və onun Cavabdeh1 bank vasitəsi ilə göndərdiyi içərisində 1150 manat pul olan bank kartını da özləri ilə aparmışlar. Onun bank vasitəsi ilə Cavabdeh1 pul göndərməyini iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və X2 qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair iddiası üzrə mülki işə baxılarkən Cavabdeh1 etiraf etmişdir. Belə ki, həmin iş üzrə Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, o, iddia tələbini qismən qəbul edir, iddia ərizəsində göstərilmiş qızıl üzük həqiqətən ondadır. Lakin iddia tələbinin 1150 manat məbləğində pul hissəsi ilə razı deyil. Həmin pul Nümayəndə ilə birgə nikah dövründə qaynatası tərəfindən bank kartı vasitəsilə göndərilmişdir. Həmin pul istifadə olunmamışdır və bank kartı iddiaçının özündədir. İddiaçı tərəfindən onun hesabına hər hansı bir pul köçürülməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı Cavabdeh1 583 əyarlı 800 manat dəyərində qızıl üzüyü oğlu Eminə qaytarsa da, onun bank vasitəsi ilə Cavabdeh1 məxsus bank kartına göndərdiyi 1150 manat pulu cavabdehlər ona qaytarmamışlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1504/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Lakin birinci intansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Hazırki işdən görünür ki, iddiaçı 1150 manat pulu cavabdehdən tələb etmiş və 31 manat dövlət rüsumu ödəmişdir. Ancaq iddiaçı həmin iddia üzrə 31.50 manat miqdarında dövlət rüsumu ödəməli idi. Bununla yanaşı iddiaçı apellyasiya şikayəti verərkən 15,75 manat dövlət rüsumu ödəməli olduğu halda 15 manat dövlət rüsumu ödəmişdir. Lakin buna baxmayaraq iddiaçı apellyasiya şikayətini verərkən ödənilmiş dövlət rüsumunun 50 faizi dəyərində deyil, az miqdarda dövlət rüsumu ödəmişdir. Halbuki iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbini nəzərə almaqla dövlət rüsumu keçirməli idi. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ödəniş sənədindən görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulduğundan az miqdarda dövlət rüsumu keçirmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(125)-1504/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin həmin şikayətin Azərbaycan Respublikası MPMin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1504/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1906/2023 saylı mülki iş icraata qəbul edilmədən Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1504/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1906/2023 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov Həsənov İslam

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar