Məhkəmə qərarları › İş №2(104)-1916/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1916/2024

05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1916/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 15.*8.2*24-cü il tarixli, 2(125)-372*/2*24 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli aktın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsiin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət vermiş, Gəncə Şəhər Məhkəməsiin 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək şikayət mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24.*7.2*24-cü il tarixli 2(1*4)- 1657/2*24 nömrəli qərardadına əsasən şikayət qismən təmin edilərək Gəncə Şəhər Məhkəməsiin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli və 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün işin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsiin 15.*8.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsiin 15.*8.2*24-cü il tarixli, 2(125)-372*/2*24 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *4 iyun 2*24-cü il tarixli qərardadında AR Mülki Prosessual Məcəlləsinin 151.1 və 153.2.2-ci maddələrinin tətbiqində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslansa da, iş üzrə iddia ərizəsinin iddia tələbinə münasibətdə qəbul olunmuş qanunsuz aktı sübut növü kimi qiymətləndirərək hər hansı hüquqi nəticə yaratmadğı qənaətinə gəlmişdir. Lakin iş materiallarına və iddia tələbinə diqqət yetirildikdə əvvəl qaldırılmış iddia tələbi borcun silinməsi ilə bağlı pul tələbinə dair iddia olmuş, hazırki iddia tələbi isə aktın etibarsız hesab edilməklə aktın qanunsuzluğu ilə pozulmuş hüququn bərpasıdır. Qeyd olunan akt əgər hüquqi nəticə yaratmırsa, onda hansı əsaslarla cavabdeh orqan ona borcu həmin akta əsaslanaraq hesablamışdır. Qeyd olunan aktın qanunsuz olaraq məhkəmə tərəfindən qiymətləndirildiyi təqdirdə sudan istifadə edilməsi aradan qalxır ki, buda hüquqi nəticə olaraq borcun hesablanmasını qeyri mümkün edir, məhz bu halda qanunsuz hərəkətlər kimi qiymətləndirilməklə iddia ərizəsinə mahiyyəti üzrə baxmasına əsas verir. Məhkəmə prosessual hüquq normalarına münasibətdə səhv nəticəyə gəlmişdir. Məhkəmə qərəzli olaraq verilmiş iddia tələbi üzrə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Gəncə Şəhər Məhkəməsinin 19.*8.2*24-cü il tarixli, 2(125)-372*/2*24 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsiin 15.*8.2*24-cü il tarixli, 2(125)- 372*/2*24 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli akt hər hansı hüquqi nəticə yaratmır, yalnız hadisənin baş verməsini yəni sayğacdan kənar sudan istifadə edilməsini müəyyən edən, sübuti əhəmiyyət kəsb edən yazılı formada tərtib olunmuş sübutdur. Bununla belə məhkəmə qed edir ki, qəbul olunmuş akt o halda hüquqi nəticə yaradır ki, hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə əsasən, şəxsin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququ olsa da yalnız qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı qanunvericilik yalnız şəxsin pozulmuş və mübahisə edilən hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə kollegiyası qeyd edir ki, , iddiaçının mübahisələndirdiyi 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli akt onun barəsində hüquqi nəticə doğurmadığından, həmin aktın etibarsız hesab edilməsi iddiasına məhkəmə qaydasına baxılmalı deyildir. Belə ki, həmin akt obyektə baxış keçirilərkən, obyektə d=4* mmsu xəttinin müəyyən olunması və abonentin su xidməti ilə bağlı müqaviləsinin olmaması ilə bağlı tərtib edilmişdir. Lakin işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının marağı əslində ona hesablanmış borcun silinməsindən ibarətdir ki, bu halda həmin aktın etibarsız hesab edilməsi ilə bağlı ayrıca iddia qaldırmağa zərurət yoxdur. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənadə iddianın predmeti dedikdə mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddihüquqi tələbi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, hazırkı tələbə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsindən imtina olunmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, prosessual qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsiin 15.*8.2*24-cü il tarixli, 2(125)-372*/2*24 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 4*2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsiin 15.*8.2*24-cü il tarixli, 2(125)-372*/2*24 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar