Məhkəmə qərarları › İş №2(104)-1925/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1925/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1925/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: evin tikinti və təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin tikinti və təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(062)-855/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli 332 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 aprel 2011ci il tarixdə bağlanmış nikahın pozulması xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır;

2. Tovuz Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli 2(062)-406/2023 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 aprel 2011-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur;

3. Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(062)-137/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Tovuz rayonu Notariat Kontorunda təsdiqlənmiş 26 fevral 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alğısatqı müqaviləsinin etibarsız sayılması və evin tikilməsinə çəkilmiş xərclərin 58021,6 manat müəyyən edilməklə, həmin xərcin 2/3 hissəsinin iddiaçı X5 aid edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 100 manat məbləğində ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir;

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli 2(104)-864/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-137/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5650 manat məbləğinin iddiaçıya aid edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızından alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir;

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4423/2020 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-864/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin iddiaçı X5 aid edilməsi hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi, qətnamənin qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş, 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat kontorunda bağlanmış 26 fevral 2018-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır^

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli 2(104)-3179/2021 nömrəli qətnaməsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 2019-cu ildə cavabdeh Abdıyeva (Bayramova) Vəfa Şükür qızına qarşı mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(062)-772/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Bayramova (Abdıyeva) Vəfa Şükür qızının iddiaçı Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,08 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2(104)-804/2020 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən (evdən çıxarılma və müdaxiləyə son qoyulması) hissədə ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi göstərilən hissələrdə təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli 2(102)-3425/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2(104)-804/2020 nömrəli qətnaməsi cavabdeh X3 fərdi yaşayış evindən çıxarılması tələbinin təmin olunmasına dair hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(104)-3179/2021 nömrəli qətnaməsi ilə də birinci instansiya məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(062)-772/2019 nömrəli qətnaməsi “Bayramova (Abdıyeva) Vəfa Şükür qızının Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır;

7. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021ci il tarixli 2(104)-3179/2021 nömrəli qətnaməsinin surətinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və manelərin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin Tovuz Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(062)-985/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə mübahisəsi 17 may 2019-cu il tarixdə yekunlaşmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(104)-3179/2021 nömrəli qətnaməsi çıxarılan zaman İddiaçı hazırkı mübahisə predmeti olan fərdi yaşayış evində yaşamışdır;

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(102)- 3286/2022 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3179/2021 nömrəli 30 avqust 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi; Həmin hissədə iddia tələbinin təmin edilməsi; Cavabdeh Abdıyeva (Bayramova) Vəfa Şükür qızının Tovuz rayonu Aşağı Öysüzlü kəndində iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, cavabdehin qanunsuz müdaxilələrinə son qoyulması qərara alınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz şəhəri Salatın Əsgərova küçəsində (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 58021 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 38,681 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon notariat kontoruna qarşı iddia qaldıraraq, torpağa dair alqı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikintisinə çəkilmiş xərclərin 80420 manat dəyərində müəyyən edilməklə ¾ hissədə onun payının edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(062)-137/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən, üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa olunmuş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Tovuz rayon Notariat kontorunda təsdiqlənmiş 26 fevral 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikilməsinə çəkilmiş xərclərin 58021,6 manat müəyyən edilməklə, həmin xərcin 2/3 hissəsinin iddiaçı X5 aid edilməsi, iddianın qalan hissəsinin rədd olunması, 100 manat məbləğində ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(062)- 137/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5650 manat məbləği ona aid edilmiş, iddia qalan hissələrdə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın ondan alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli 2(102)- 4423/2020 nömrəli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-864/2020 nömrəli iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin ona aid edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat Kontorunda bağlanmış 26 fevral 2018- ci il tarixli, AN-İ No ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılmasının rədd olunması hissədə dəyişdirilmədən saxlanılmışdır. O məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(102)- 4423/2020 saylı qərarına izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi tikiliyə çəkilən xərclər hissəsində ləğv edilmişdir. Deməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin qətnaməsi tikiliyə çəkilən xərclər hissəsində qüvvədə qalmışdır. Lakin, iş üzrə icra vərəqəsi verilməmişdir. Qeyd edilənlərə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasının 10 avqust 2020- ci il tarixli, 2(102)-4423/2020 saylı qərarına izah verilməsi xahiş edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 05 iyun 2023-cü il tarixli 2(102)- 4423/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli 2(102)- 4423/2020 saylı qərarına izah verilməsinə dair ərizə rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının qeyd edilən qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-864/2020 nömrəli iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri, Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin ona aid edilməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qətnamə qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş, 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat Kontorunda bağlanmış 26 fevral 2018- ci il tarixli, AN-İ No ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin mətn aydın və dəqiq olmaqla anlaşılandır, heç bir ziddiyyət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5650 manat məbləğinin ona aid edilməsi hissəsində ləğv olunmaqla həmin hissədə, yəni evin tikintisinə çəkilmiş ümumi xərclərin 3/4 hissədə onun payının müəyyən olunması hissəsində iş üzrə icraata xtam verilmişdir. Qalan hissədə, yəni alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasının rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, iddianın təmin olunması müəyyən edilmir, icra vərəqəsinin verilməsi üçün əsaslar da qalmamışdır. Onun mübahisəli özbaşına tikili olan yaşayış evinə çəkdiyi xərcləri tələb etmək hüququ vardır. Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019cu il tarixli 2(062)137/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli 2852 saylı ekspert rəyinə əsasən evin tikilməsinə 58021,6 manat xərc çəkilmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, İddiaçı onun qızıdır. Arif kürəkəni olmuş, Tünzalə isə kürəkəninin xalasıdır. 2014-cü ildə qızını, kürəkənini cehiz və uşaqları ilə atası evdən çıxartmışdır. 1 il qızı uşaqları ilə birlikdə onun evində yaşamışdır. 2015-ci ildə 15000 manata torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini qızının sinif yoldaşı vasitəsilə Ələkbər adlı həkimdən almışlar. Torpağın alınmasına görə 8000 manat o, 7000 manat isə keçmiş kürəkəni vermişdir. Tikilinin daşını keçmiş kürəkəni gətirmişdir. Eyni zamanda, Ağstafadan 4 ədəd zavod istehsallı qapı (hər biri 200 manat olmaqla), dəyəri 1500 manat olan hamam qapısı, hamamın divar və yerinin daşlarını almışdır. Həmin bu materialları Namiq adlı şəxslə Ağstafadan almışdır. Kafeli isə kürəkəni döşətdirmişdir. O bütün bunları qızı Vəfaya hədiyyə etmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, onlarla hər hansı qohumluğu və ədavəti yoxdur. Qapı-pəncərə ustasıdır. Tovuz rayonu Dönük Qırıqlı kəndində Çapay adlı bir dostunun evində işləyən zaman Vəfanın atası Şükürlə tanış olmuş, Şükür ondan pəncərə düzəltməsini xahiş etmişdir. Razılıq əsasında o Şükür deyən evə getmiş və pəncərələrin ölçüsünü götürərək sifarişi qəbul etmişdir. 14 pəncərə, 2 qapı və evcik düzəldərək, qiymətini 2400 manata razılaşmışlar. O bir günə ölçünü götürmüş, 10 gün müddətində isə pəncərələri quraşdırmışdır. Həmin vaxtı Şükür evin kürəkəninə məxsus olduğunu bildirmişdir. Pulu isə ona Şükür vermişdir. O Şükürün kürəkənini tanımır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. O, Arif adlı şəxsin evində suvaqçı kimi işləmişdir. Onu həmin evə Şükür aparmış və görüləcək işin qiyməti Şükürlə razılaşdırılmışdır. Görüləcək işlərə görə 4000 manat istəsə də, Şükür ona 3300 manat pul vermişdir. Həmin vaxtı bir-iki dəfə Arif müəllimi görmüşdür. Şükürün ona verdiyi pulun kimin vəsaiti olmasından xəbəri yoxdur.

14. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. Onun özünə məxsus inşaat materialları satılan mağazası vardır və Şükür ondan 8000 manatlıq material götürmüşdür. Şükür bir dəfə gəldiyində yanında kürəkəni də olmuşdur. Daha sonra isə kürəkəni tək gəlmiş, nisyə material almış və materialın pulunun Şükür tərəfindən veriləcəyini bildirmişdir. Sonra həmin pulu hissəhissə Şükür vermişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, düşmənçiliyi və ədavəti yoxdur. Onun peşəsi malyardır. Şükürün qızının evində malyar işləri görmüşdür. 1600 manat zəhmət haqqını ona Şükür vermişdir. Başqa heç kim ona pul verməmişdir. Həmin pulların kimin vəsaiti olduğunu bilmir.

16. Məhkəmə iclasında dindirilmiş şahid X21 ifadəsində bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. Usta işləyir. Material almağa o, Arif və Şükür getmişlər. Material alan zaman Arif pul vermiş, çatışmayan məbləği isə Şükür vermişdir. Pulun miqdarını bilmir. Zəhmət haqqını Arif vermişdir. Materialı Şəmkir rayonundan almışlar.

17. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, düşmənçiliyi və ədavəti yoxdur. Evi o tikib, fundament və hörgü işlərini görmüşdür. O həmin işləri tikilinin sahəsinin kvadratına altı manat pul almaqla görmüşdür. Zəhmət haqqını Şükürdən götürmüşdüe. Gördüyü işə görə Şükürdən 3500-4000 min civarında pul almışdır. İşlərin sonunda 200-300 manat Arifin atası ona pul vermişdir.

18. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, mübahisəli evin qaz xəttini çəkib. Zəhmət haqqı 500-600 manat təşkil etmişdie. O, Şükürun dəvəti ilə işə başlamış, pulu Şükürdən almışdır. O həmin evdə Nazim adlı şəxslə işləmişdir.

19. Məhkəmə iclasında dindirilmiş şahid X17 oğlu ifadəsində bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. O, mübahisəli evdə ağacları təmizləmiş, kanalizasiya sistemi çəkmiş, yəni fəhlə kimi işlər görmüşdür. Zəhmət haqqını Şükür vermişdir. Şükürdən başqa heç kim ona pul verməmişdir.

20. Tovuz Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(062)-855/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, 58021 manat pul vəsaitinin 2/3 hissəsi, yəni 38681 (otuz səkkiz min altı yüz səksən bir) manat pul və ödənilmiş 206 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı verilməsi; İddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

21. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, 37.1 və 37.2-ci maddələrinə, Mülki Məcəllənin 5.3 və 225.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarındakı nikah pozulmuş və buna dair qətnamə xx.xx.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Ailə qanunvericiliyinin tələbinə əsasən, tərəflər arasında olan nikaha nikahın pozulması barədə qətnamə qanuni qüvvəyə minən gün xitam verilmiş sayılır. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi onun tərəfindən xx.xx.2015-ci il tarixdə satın alınmış və adına dövlət qeydiyyatına alınmışdır. Yəni, əmlak əldə edilməsindən təxminən iki il əvvəl iddiaçı ilə aralarında olan ailə münasibətlərinə xitam verilmiş, bu səbəbdən də həmin torpaq sahəsini üzərində 2015-ci ildə inşa edilmiş ev onunla iddiaçının birgə nikah dövründə əldə edilməmişdir. Bundan əlavə, qətnamədə nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsinin təmin edilməməsi mübahisə ilə bağlı Ali Məhkəmənin qətnaməsinin xx.xx.2020-ci il tarixdə qüvvəyə minməsi, iddiaçının isə mediasiya təşkilatına xx.xx.2023cü il tarixdə müraciət etməsi, bu səbəbdən də iddia müddətinin keçməməsi göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçı ilə aralarındakı ailə münasibətlərinə 2013-cü ilin iyul ayında xitam verilmişdir. Yəni, mübahisə predmeti olan əmlakın ailə hüquq münasibətlərinə aidiyyəti yoxdur və məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməsi də tələb olunmur. Bu səbəbdən də iddiaçının mediasiya təşkilatına müraciət etməsinin hazırkı iş üzrə iddia müddətinə heç bir aidiyyəti yoxdur. Ev 2015-ci ildə inşa etdirilmiş, iddia müddətinin axımının dayanması və kəsilməsinə heç bir əsas olmamış və aradan on ilə yaxın müddət keçmişdir. Bundan başqa, iddiaçının hazırkı tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olması məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, qətnamədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olması iki amillə əsaslandırılmışdır. Birinci növbədə, əmlakın birgə nikah dövründə əldə edilməsi qeyd edilmiş olsa da, əslində sözügedən əmlak birgə nikah dövründə əldə edilməmişdir. İkinci amil olaraq isə, iddiaçının atası X7 ona məxsus torpaq sahəsində inşa edilmiş evdə tikinti işlərinə etdiyi köməyi qızına hədiyyə etməsi olmuşdur. Axı başqasının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş daşınmaz əmlakın müəyyən hissələrinin təmirinə həmin əmlaka heç bir mülkiyyət hüququ olmayan şəxs tərəfindən göstərilmiş kömək həmin şəxs tərəfindən necə başqa şəxsə hədiyyə oluna bilər. Ümumiyyətlə bu cür bağışlama mülki qanunvericiliklə necə tənzimlənir və məhkəmə bunu nə ilə əsaslandırdığını qeyd etməmişdir. Ona məxsus torpaq sahəsində inşa edilmiş evin tikintisinin iddiaçıya heç bir aidiyyəti olmamışdır. İş materiallarından da göründüyü kimi, iddiaçı ilə onun arasında evin inşa edilməsi ilə bağlı heç bir müqavilə bağlanmamış və mülki münasibətlər yaranmamışdır. İddiaçının atası könüllü şəkildə təşkilati işlərdə köməklik göstərməmiş və sonuncu ilə də aralarında heç bir müqavilə olmamışdır. İddiaçının atası Şükür Abdıyev onunla qızı İddiaçı barışacağına güman etdiyindən evin inşa etdirilməsində öz köməyini təklif etmişdir. Özü mişar daşının daşınması və satışı ilə məşğul olur. Günlərlə yollarda və Qaradağ rayonunda yerləşən daş karxanalarında olur. Bu səbəbdən də keçmiş qaynatası Şükür Abdıyevin köməklik təklifini qəbul etmiş və bəzi təşkilati işləri həqiqətən də ona həvalə etmişdir. Belə ki, Şükür Abdıyev evin təmir və tikintisinə görə bəzi ustaların tapılması, görüləcək işlərin ustalarla danışılması işlərini təşkil etmiş, sonradan isə qızı ilə barışıb ailələrini bərpa etməyin mümkün olmamasını gördükdə isə ona məxsus əmlakı ələ keçirmək niyyətinə düşmüşdür. 2018-ci ildə ona məxsus əmlakın qapısını sındıraraq içəri daxil olmuş və qızını qanunsuz qaydada ona məxsus evə yerləşdirmişdir. Həmin tarixdən etibarən uzun sürən məhkəmə prosesləri nəticəsində və çətinliklə X11 Abdıyeva ona məxsus olmuş, hazırda Cavabdeh2 mülkiyyətində olan evdən çıxarılmışdır. Həmçinin, məhkəmə prosesləri bir sıra kobud prosessual pozuntularla aparılmışdır. Çünki, sübutlar və şahidlər barədə məlumatlar iddiaçı tərəfindən məhkəmə baxışı başlananadək məhkəməyə təqdim edilməli olsa da, məhkəmə baxışınadək iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasına şahid dəvət ediləcəyi barədə məlumat verilməmiş, məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə qərardadda bu barədə heç bir vəsatət müzakirə edilməmiş və öz əksini tapmamışdır. Şahidlər bir-başa məhkəmə baxışı iclasında məhkəməyə gətirilmişdir. Şahidlərin göstərdiyi xüsusatlara qarşı nümayəndəsi tərəfindən dəlillər gətirildikdə isə məhkəmə sübutların məhkəmə baxışınadək təqdim edilməli olmasını əsas gətirərək, həmin dəlilləri qəbul etməmişdir. Belə ki, şahid Şükür Abdıyev hamam qapı və aksesuarlarını başqa rayondan alıb gətirməsini bildirmiş, nümayəndəsi tərəfindən həmin materialların onun tərəfimdən alınması barədə qaimə təqdim edilmiş, lakin hakim tərəfindən qaimədə möhürün olmaması əsas gətirilərək həmin halı şahidin ifadəsinin əksinə olan xüsusat kimi qəbul etməkdən imtina etmiş, (qeyd edir ki, qaimə satıcı tərəfindən təqdim edilir və möhür vurulmur, əgər məhkəmə tərəfindən sorğu olunarsa satıcı malın hansı tarixdə və kimə satılması barədə rəsmi məlumat verə bilər). Daha sonra digər şahid Çingiz Mürsəlov 8000 manat miqdarında tikinti materiallarını Şükür Abdıyevin almasını və pulunun da sonuncu tərəfindən ödənildiyini bildirmiş, həmin şahidin hazırda məhkəmə iclasında yalan ifadə verdiyi nümayəndəsi tərəfindən bildirilmiş və bir müddət bundan əvvəl məsələyə yazılı qaydada ərizə ilə münasibət bildirməsini və həmin ərizənin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Hakim isə yenə də sübutlarını məhkəmə baxışı başlananadək təqdim edilməli olmasını, eyni zamanda şahid ifadəsinin məhkəmə iclasında tədqiq edilməli olmasını əsas gətirərək, şahidin yalan ifadə verməsini araşdırmamışdır. Şahidin özü də məhkəmə iclasında imzanın onun tərəfindən çəkilməsini və notarial qaydada təsdiq edilməsini etiraf etmişdir. Əgər sübutlar məhkəmə baxışı başlananadək təqdim edilməlidirsə o zaman iddiaçı tərəf qarşı tərəfə və məhkəməyə məlumat vermədən necə baxış iclasına şahid dəvət edir və məhkəmə bunu sübut kimi qəbul edir? Apellyasiya şikayətinin dəlillərini ümumiləşdirərək diqqətə çatdırır ki, əgər iddianın təmin edilməsi sadəcə iddiaçı tərəfindən məhkəmə baxışı iclasında qəfildən dəvət edilən şahidlərin ifadəsinə əsaslanırsa o zaman bir sual ortaya çıxır: nə üçün Şükür Abdıyev qızı ilə boşanmış keçmiş kürəkəninə məxsus torpaq sahəsində ev inşa etdirmək üçün 38681 manat miqdarında vəsait xərcləyir, həm də işlərin təşkil edilməsində əziyyət çəkir, amma həmin məbləğə qızının adına torpaq sahəsi alıb orada tikili inşa etdirmir? Yəni, bu məsələlər sadəcə əksər hissəsi yalan ifadəyə söykənmiş şahid ifadələri ilə həll olunacaqdırsa iddiaçı tərəfin dəvət etdiyi hər şahidin qeyd etdiyi xüsusatların əksini göstərəcək ən azı üç şahid təqdim edə bilər məhkəməyə ki, həmin şahidlərin bir hissəsinin siyahısını və məsələyə yazılı münasibətlərini məhkəməyə təqdim etmişdir. Belə çıxır ki, əgər o, mişar daşı satışı ilə məşğul olmasaydı, iddiaçı tərəf əlavə bir neçə şahid gətirərək evin inşasına sərf edilmiş mişar daşlarının da Şükür Abdıyev tərəfindən alınmasını sübut edəcəkdi. Onu da qeyd edir ki, İddiaçı boşanma qətnaməsi qanuni qüvvəyə mindiyi gündən bugünədək fasiləsiz olaraq qətnamə ilə qət edilmiş aliment məbləğini tələb edərək almaqdadır. İddiaçı ondan aliment alarkən onun atası Şükür Abdıyevin ona məxsus evin tikintisinə pul xərcləməsi hansı məntiqə sığır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

25. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (atası) X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı çəkilmiş xərclə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmin pulu oğlu Arif ödəmişdir, iddiaçının atası Şükür Abdıyev isə oğlunun tapşırığı ilə evi təmir etdirmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsini şəxsən özü almışdır. İddiaçı ilə cavabdeh arasında olan nikah 2013-cü ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı mübahisəli evin təmir və tikintisinə vəsait sərf etməmişdir. 2016-cı ildə uşaqların xətrinə iddiaçı ilə razılaşmışlar və evin yerləşdiyi torpaq sahəsini almışdır. Həmin ildə də ev inşa edilmişdir.

26. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlə aralarındakı nikah 2013cü ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Lakin, məhkəmə qətnaməsi ona göndərilməmişdir. Nikahları pozulduqdan 1 həftə sonra yenidən barışıb birlikdə yaşamışlar.

27. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (atası) X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ilk dəfə oğlu ilə iddiaçı ayrılanda uşağa görə onları barışdırmaq istəmişlər. Həmin vaxt qarşı tərəf şərt qoymuşdur ki, İddiaçı və Cavabdeh1 ailə olaraq ayrı evdə yaşasınlar. Onlar öz aralarında razılaşmışlar ki, evin inşa edilməsi ilə bağlı işlərlə iddiaçının atası Şükür Abdıyev məşğul olsun. Oğlu Cavabdeh1 burada olmadığına görə evin tikintisi ilə bağlı pulları ona, bir hissəsini isə qızın atasına göndərmişdir. Yəni, fərdi yaşayış evi oğlunun vəsaiti hesabına inşa edilmişdir. Məsələn, evin hörgü işlərinin pulunu şəxsən özü vermişdir. Məhkəmə iclasında dindirilən şahidlərin ifadələri isə ziddiyyətlidir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının atası evin tikintisi ilə bağlı ancaq təşkilatçılıq etmişdir, çəkilən xərclər isə oğluna məxsus vəsait hesabına olmuşdur. Onlar mübahisəli evdən bir az kənarda olduqları üçün oğlu Cavabdeh1 pulları iddiaçının atası Şükür Abdıyevə vermişdir. Oğlu yük maşını sürücüsü olmuş və gündəlik işi daş karxanaları ilə yollarda olmuşdur. Ev inşa edilən zaman iddiaçı öz atasının evində yaşamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, biinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, nikahın pozulması haqqında qətnamədən 2018-ci ildə məlumatı olmuş, həmin qətnamə icra edilməmişdir. Onlar ilk dəfə 2013-cü ildə ayrılandan sonra 1 ay keçməmiş barışmışlar. O, bir il ata evində yaşamış, bundan iki-üç ay sonra isə nikahın pozulması barədə məhkəmə prosesi keçirilmişdir. 2012-ci ildə Cavabdeh1la nikah bağlamışlar və cəmi 1 il müddətdə birgə nikahda olmuşlar. Nikahın pozulması barədə məhkəmə prosesi yekunlaşdıqdan 15-20 gün sonra Cavabdeh1la yenidən barışmışlar. Lakin, nikahın pozulması barədə məhkəmə qətnaməsi onlara təqdim edilməmişdir. Evə gələndə böyüklər onlara ərizə yazdırmışlar ki, nikahları bərpa olunsun. 2014-cü ildə isə ikinci uşaqları anadan olmuşdur. 2015-ci ildə Cavabdeh1 adına torpaq sahəsi alınmış, həmin vaxtdan da evin inşasına başlanılmış və 2016-cı ildə evin inşası başa çataraq yaşamaq üçün onlar həmin evə köçmüşlər. İddiaçı ilə 2018-ci ildə yenidən münasibətləri pozulsa da, lakin həmin evdə yaşamağa davam etmişdir. Onun atası evin təmir və tikintisinə görə 40000 manata yaxın vəsait sərf etmişdir. Şahidləri məhkəməyə təqdim etmiş, başqa şahidlər də var lakin artıq bir neçə il keçdiyinə görə evin inşa edilməsində iştirak etmiş bəzi ustaları tapa bilmirlər. Torpaq sahəsini aldıqları şəxs də vəfat etmişdir. Qadın olduğuna görə onun göstərişi ilə evin tikinti və təmiri ilə bağlı işlər atası tərəfindən görülmüşdür. Mübahisəli ev inşa edilən zaman cavabdeh tərəfin ailəsində 3 nəfər kişi olmuşdur. Həmin üç nəfər kişinin heç birinin vaxtı olmamışdırmı ki, Cavabdeh1 öz ailə üzvləri olan üç nəfər kişiyə deyil də, məhz qaynatasına pul göndərmişdir. Evin tikinti və təmiri ilə bağlı nəyə vəsait sərf etmişlərsə həmin pulları tələb edirlər. Məsələn, evin hörgü işlərinin pulunun az qismini Cavabdeh1 verdiyinə görə onu tələb etmirlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

34. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

35. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

42. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

45. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 18500 manat vəsait alınaraq İddiaçı verilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər 21 aprel 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən iki uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər faktiki ayrılmışlar və Tovuz Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli 2(062)-406/2023 nömrəli qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Tərəflər sözügedən qətnamədən apellyasiya şikayəti verməmişlər və beləliklə həmin qətnamə qanuni qüvvəyə minmişdir. Lakin, bundan qısa müddət sonra tərəflər barışmışlar və onlar faktiki olaraq birgə ailə münasibətlərində yaşamışlar. Tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, onlar ayrıca evdə yaşayacaqları təqdirdə pozulmuş ailə münasibətlərinin bərpa ediləcəyi barədə razılıq əldə etmişlər. Bundan sonra, 29 mart 2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Tovuz rayonu Aşağı Öysüzlü kəndində ümumi sahəsi 0,1624 ha olan torpaq sahəsi almışdır. 2016-cı ildə isə həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Evin inşası başa çatdıqdan sonra tərəflər həmin fərdi yaşayış evinə köçüb orada yaşamışlar. Lakin, 2018-ci ildə tərəflərin faktiki ailə münasibətləri pozulduğundan onlar öz aralarında ayrılmışlar. Buna baxmayaraq, İddiaçı sözügedən evəd yaşamağa davam etmişdir. Belə ki, iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və manelərin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin Tovuz Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(062)-985/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, 26 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini (evin özünü deyil) Cavabdeh2 satmışdır. Bundan sonra isə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi olan Cavabdeh2 cavabdeh İddiaçı (Bayramova) qarşı mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(062)-772/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Bayramova (Abdıyeva) Vəfa Şükür qızının iddiaçı Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,08 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2(104)-804/2020 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən (evdən çıxarılma və müdaxiləyə son qoyulması) hissədə ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi göstərilən hissələrdə təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli 2(102)- 3425/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2(104)-804/2020 nömrəli qətnaməsi cavabdeh X3 fərdi yaşayış evindən çıxarılması tələbinin təmin olunmasına dair hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(104)-3179/2021 nömrəli qətnaməsi ilə də birinci instansiya məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(062)-772/2019 nömrəli qətnaməsi “Bayramova (Abdıyeva) Vəfa Şükür qızının Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə ikinci kassasiya icraatında qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(102)-3286/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3179/2021 nömrəli 30 avqust 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilmiş; həmin hissədə iddia tələbi təmin edilmiş; cavabdeh Abdıyeva (Bayramova) Vəfa Şükür qızının Tovuz rayonu Aşağı Öysüzlü kəndində iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmış və cavabdehin qanunsuz müdaxilələrinə son qoyulmuşdur. Bundan sonra isə iddiaçı Vəfa Bayramova sözügedən fərdi yaşayış evinin onun tapşırığı əsasında atasının nəzarəti ilə inşa edildiyini və evin təmir, tikintisinə görə çəkilmiş xərcin cavabdehdən tutulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

51. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin ər-arvadın birgə mülkiyyət rejimini tənzimləyən 32, 37.1 və 37.2-ci maddələrinə istinadən iddia tələbini qismən təmin etmiş və belə nəticəyə gəlmişdir ki, mübahisəli daşınmaz əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən və əmlakın bölünməsinə dair tərəflər arasında başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli torpaq sahəsi və tikintiyə sərf edilmiş vəsaitdə payları müəyyən olunmalıdır.

52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, tərəflər arasında yaranmış münasibətləri ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakının bölünməsi kimi qiymətləndirmişdir.

54. Halbuki, işin faktiki halları ilə Tovuz Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli 2(062)-406/2023 nömrəli qətnaməsi əsasında tərəflərin nikahlarının pozulduğu və həmin qətnamənin qanuni qüvvəyə mindiyi, mübahisəli fərdi yaşayış evinin inşasına 2015-ci ildə başlandığı və 2016-cı ildə isə inşasının başa çataraq istismara verildiyi, yəni tərəflərin nikahı pozulduqdan sonrakı dövrə təsadüf etdiyi müəyyən edilir.

55. Bundan əlavə, tərəflər arasındakı nikahın pozulmasının xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış olması onlar arasında mövcud olmuş ailə hüquq münasibətləriniə həmin tarixdə xitam verilməsi anlamına gəlmir. Çünki, nikahın pozulmasının dövlət qeydiyyatına alınması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması məqsədilə aparılır.

56. Nəzərə almaq lazımdır ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər

57. Ailə Məcəlləsinin 23.1-ci maddəsində deyilir ki, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

58. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Tovuz Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli 2(062)-406/2023 nömrəli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və onlar sözügedən qətnamədən apellyasiya şikayəti verməmişlər. Beləliklə də, həmin qətnamə qanuni qüvvəyə minmiş və nəticədə tərəflər arasında bağlanmış nikaha xitam verilmişdir.

59. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

60. Şərh olunanları nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin nikahları pozulduqdan sonra inşa edilmiş olduğundan həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndiirlməsi və mübahisənin Ailə Məcəlləsinin ər-arvadın birgə mülkiyyət rejimini tənzimləyən 32, 37.1 və 37.2-ci maddələrinə istinadən həll edilməsi yolverilməzdir.

61. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

62. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

63. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

64. Məhkəmə kollegiyası iddia tələbini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

65. Kollegiya iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, İddiaçı Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(062)137/2019 saylı qətnaməsi əsasında mübahisəli evin tikilməsinə 58021,6 manat xərc çəkilməsininin müəyyən olunduğunu və MPM-nin 82.3-cü maddəsi əsasında bu halın preyudisial əhəmiyyət daşıdığını göstərsə də, lakin sözügedən qətnamə ilə belə bir hal müəyyən edilməmişdir.

66. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarının surətindən görünür ki, iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızının hazırkı iddiadan əvvəl cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikintisinə çəkilmiş xərcin ¾ hissəsinə payının müəyyən edilməsi barədə iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməklə evin tikintisinə çəkilmiş xərcin müəyyənləşdirilməsi hissədə iddia tələbi qismən təmin edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi evin tikintisinə çəkilmiş xərcin iddiaçıya aid edilməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

67. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızının hazırkı iddiadan əvvəl qaldırdığı evin tikintisinə çəkilmiş xərcin müəyyənləşdirilməsi barədə iddiası üzrə qəbul edilmiş məhkəmə aktları ilə mübahisəli evin tikinti və təmirinə nə qədər xərc çəkilmiş olması barədə preyudisial fakt müəyyən edilməmişdir.

68. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslığı hazırkı mülki işdə olan sübutlar əsasında qiymətləndirilməlidir.

69. İşin mübahisə olunmayan halıdır ki, tərəflər 2016-cı ildə faktiki nikahda olan dövrdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evi inşa edilərək, həmin il evin inşası başa çataraq istismara verilmişdir. İşin qeyd olunan halı tərəflərin izahatları ilə sübut olunur.

70. İşin mübahisə olunan tərəfi evin təmir tikintisinə görə sərf edilmiş vəsaitin Cavabdeh1 və ya iddiaçı X18 tərəfindən sərf edilməsinin müəyyən olunmasından ibarətdir. Çünki, Cavabdeh1 şikayətində israrla bildirmişdir ki, mənzilin təmirinə çəkilmiş xərc məhz onun vəsaiti hesabına olmuş, iddiaçının atası onun göstərişlərinə əsasən tikintiyə nəzarət etmişdir.

71. Bu aspektdə araşdırma aparılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli evin inşa edilməsində əməyi olmuş şəxslər (ustalar), habelə evin tikinti və təmirinə görə zəruri tikinti materialları satmış şəxslər şahid qismində dindirilmişlər (bax qətnamənin 9-16-cı bəndləri).

72. Məhkəmə kollegiyası həmin şahid ifadələrini mötəbər sübut olaraq qiymətləndirir və qeyd edir ki, şahidlər işin həqiqi halları barədə məlumatı olan şəxslərdir. Çünki, onlar mübahisəli evin tikinti və təmir işlərində bilavasitə iştirak etmiş, habelə evdə tikinti-təmir işlərinin kimin tərəfindən aparıldığı, işlərə kimin tərəfindən nəzarət edildiyi, görülmüş işlərə görə onlara kim tərəfindən muzd verildiyi, evin inşasına kim tərəfindən hansı dəyərdə inşaat materialları alınması barədə məlumatlara malikdirlər. Hansı ki, bu məlumatlar da işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, həmin şahidlər tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyillər ki, mübahisənin tərəflərin birinin xeyrinə həll edilməsində maraqlı olsunlar. Bu xüsusda məhkəmə kollegiyası qeyd edir ki, dindirilmiş şahidlərdən Şükür Abdıyev iddiaçının atası olduğundan onun işin iddiaçının xeyrinə həllində maraqlı olması istisna edilən hal deyil. Bu səbəbdən məhkəmə kollegiyası həmin şahid ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, digər şahid ifadələrinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından şahid ifadələri mötəbər sübut olaraq qəbul edilməlidir.

73. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər X2, X8, X9, X16, X21, X12, X6 və X10 verdiyi ifadələrin sistemli tədqiqi nəticəsində müəyyən olunur ki, mübahisəli evə cəmi dəyəri 2400 manat olan 14 pəncərə, 2 qapı və evcik düzəldilmişdir. Görülmüş işin dəyərini isə iddiaçının atası Şükür Abdıyev ödəmişdir. Evdə suvaq işləri görülmüş və işi görəcək usta iddiaçının atası Şükür Abdıyev tərəfindən dəvət edilmiş, görüləcək işin qarşılığında ödəniləcək xidmət haqqı (muzd) məbləği də Şükür Abdıyevlə danışılmışdır. Suvaq işlərinin görülməsinə görə də iddiaçının atası Şükür Abdıyev tərəfindən 3300 manat vəsait ödənilmişdir. Bundan başqa, iddiaçının atası Şükür Abdıyev hissə-hissə ödəməklə evin tikintisi üçün 8000 manat dəyərində inşaat materialları almışdır. Evdə malyar işləri görülmüş və buna görə iddiaçının atası Şükür Abdıyev tərəfindən 1600 manat xidmət haqqı ödənilmişdir. Evin inşası zamanı fundament qoyma və hörgü işləri görülmüş, bu ilərin görülməsinə görə 3500-4000 manat civarında xidmət haqqı ödənilmişdir, həmin vəsaitin 200-300 manat hissəsi cavabdehin Cavabdeh1 tərəfindən ödənilmişdir.

74. Mübahisəli evin fundament qoyma və hörgü işlərinə çəkilən ümumi vəsaitin (3500-4000 manat) və həmin vəsaitin Cavabdeh1 tərəfindən ödənilən hissəsinin (200-300 manat) təqribi rəqəmlər olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, evin fundament qoyma və hörgü işlərinə çəkilən ümumi vəsait 3500 manat, həmin vəsaitin Cavabdeh1 tərəfindən ödənilən hissəsi isə 300 manat manat məbləğində qiymətləndirilməlidir. Bu qənaətə uyğun olaraq da evin fundament qoyma və hörgü işlərinə iddiaçının atası Şükür Abdıyev tərəfindən çəkilən xərc isə (3500-300=3200) 3200 manat məbləğində qəbul edilməlidir.

75. Beləliklə, şahid ifadələrinin sistemli tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli evin tikinti və təmir işlərinin görülməsinə görə iddiaçının atası Şükür Abdıyev tərəfindən (2400+3300+8000+1600+3200=18500) ümumilikdə 18500 manat vəsait sərf edilmişdir. Ümumiyyətlə, nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışı zamanı cavabdeh tərəfin evin təmir və tikintisinə çəkilmiş vəsait məbləği ilə bağlı hər hansı arqumenti olmamışdır. Bundan əlavə, iddiaçı tərəf evin tikinti və təmirinə onlar tərəfindən 38681 manat vəsait sərf edildiyini iddia etsə də, lakin sərf edilmiş vəsaitin məhz həmin məbləğdə olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin tikinti və təmir işlərinin görülməsinə görə inşaat materiallarının alınmasına, habelə ustaların xidmət haqqının ödənilməsinə görə vəsaitlərin iddiaçının atası Şükür Abdıyev tərəfindən ödənilməsi iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Cavabdeh tərəf də birinci instansiya məhkəməsində icraat zamanı (bax işin 8-ci vərəqi məhkəmə iclas protokolu), həmçinin apellyasiya baxışı zamanı verdiyi izahatında (bax bu qətnamənin 24-cü bəndi) mübahisəli evin inşasına görə ustalara, habelə inşaat materiallarının alınmasına görə pul vəsaitləri oğlu Cavabdeh1 vəsaitləri hesabına iddiaçının atası Şükür Abdıyev tərəfindən icra olunduğunu bildirmişdir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, evin təmir və tikintisi ilə bağlı çəkilmiş xərclərin iddiaçının göstərişi ilə atası Şükür Abdıyev tərəfindən ödənilməsi sübuta yetirildiyinə görə həmin vəsaitin Şükür Abdıyevə Cavabdeh1 tərəfindən verilmiş olması barədə irəli sürülən dəlili sübut etmək öhdəliyi MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən məhz Cavabdeh1 üzərinə düşür. Çünki, həmin maddəyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi daşıyır.

78. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

79. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

80. Lakin, cavabdeh tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və dəlilində göstərilən halları sübut edə bilməmişdir.

81. Göründüyü kimi, tərəflərin nikahı məhkəmə qətnaməsi əsasında pozulduqdan sonra onlar ayrıca evdə yaşayacaqları təqdirdə pozulmuş ailə münasibətlərinin bərpa ediləcəyi barədə razılıq əldə etmişlər. Təsadüfi olmamışdır ki, 29 mart 2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Tovuz rayonu Aşağı Öysüzlü kəndində ümumi sahəsi 0,1624 ha olan torpaq sahəsini satın almış, 2015-ci ildə isə İddiaçı atasına tapşırıqları, habelə onun çəkdiyi vəsait hesabına qeyd olunan torpaq sahəsi üzərində mübahisəli fərdi yaşayış evi inşa edilmişdir. Yəni, iddiaçının atası X19 Abdıyevanın Cavabdeh1la ayrıca evdə yaşayacaqları təqdirdə pozulmuş ailə münasibətlərinin bərpa ediləcəyini nəzərə alıb və onların həmin evdə yaşayacağını güman edərək mübahisəli evin tikinti və təmirinə 18500 manat vəsait sərf etmişdir. Bu hərəkətlərin davamı olaraq da 2016-cı ildə mübahisəli evin inşası başa çatdıqdan sonra tərəflər həmin fərdi yaşayış evinə köçərək həmin evdə uzun müddət birlikdə yaşamışlar. Bu halda ona dəlalət edir ki, Cavabdeh1 ona məxsus torpaq sahəsinin üzərində iddiaçı tərəfin vəsaiti hesabına təmirtikinti işləri aparılmasından əvvəlcədən məlumatlı olmuş, həmin vəsaitlər sərf edilməyə başlanandan evin inşa işlərinin bitməsinədək ötən müddət ərzində buna susaraq əmlakın dəyərini artıran yaxşılaşdırma işlərini qəbul etmiş, göstərilən hərəkətlərin həyata keçirilməsinə heç bir etiraz etməmişdir.

82. Şərh olunan hallara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh1 məxsus olmuş 0,1624 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə vicdanlı sahib kimi sahiblik və istifadə hüquqlarını həyata keçirtmişdir. Hətta 2018-ci ildə tərəflərin faktiki ailə münasibətləri pozulduqdan sonra belə İddiaçı sözügedən evdə yaşamağa davam etmişdir. Lakin, 26 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsi əsasında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (evin özü deyil) Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılması və evin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi Cavabdeh2 İddiaçı qarşı irəli sürdüyü «mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddiası üzrə kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3286/2022 nömrəli qərarı nəticəsində İddiaçı fərdi yaşayış evindən çıxarılmış və beləliklə də o, mübahisəli evə sahiblik və istifadə hüquqlarını itirmişdir.

83. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev dövlət qeydiyyatına alınmamış və Cavabdeh1la digər Cavabdeh2 arasında bağlanmış 26 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən ev Cavabdeh1 məxsus olmuş 0,1624 ha torpaq sahəsinin ayrılmaz tərkib hissəsi olmuşdur. Yəni, fərdi yaşayış evi 26 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi üzrə əslində alıcı Cavabdeh2 satılmamış olsa da, lakin evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılması nəticəsində dolayı yolla həmin evə sahiblik və istifadə hüquqları evin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi Cavabdeh2 keçmişdir. Baş verən hadisələr fonunda isə İddiaçı Cavabdeh1 və azyaşlı uşaqları ilə birgə ailə kimi mənzil ehtiyaclarını qarşılamaq məqsədilə tikinti və təmirinə 18500 (on səkkiz min beş yüz) manat vəsait sərf etdiyi əmlakdan məhrum olmuşdur. Buna baxmayaraq Cavabdeh1 İddiaçı məhrum olduğu həmin pul vəsaitini geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır.

84. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin təmir və tikintisinə görə çəkilmiş xərcin əvəzinin Cavabdeh1 tutulması qanuni əsaslara söykənir. Bununla belə məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə digər Cavabdeh2 mübahisəli evi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır və hazırkı tələb üzrə cavabdehlik daşıyan şəxs olmadığından ona münasibətdə iddia tələbi təmin edilməməlidir.

85. İddia verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürülmüş olması barədə cavabdeh tərəfin arqumentlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə əsassız varlanma ilə bağlı iddialara tətbiq edilən Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən iddia müddəti ötürülməmişdir. Kollegiya gəlmiş olduğu bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir.

86. İlk növbədə qeyd edilməlidir ki, iddia müddətinə riayət olunub-olunmamasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıc tarixi müəyyən edilməlidir.

87. Mülki Məcəllənin iddia müddətinin başlanmasından bəhs edən 377.1-ci maddəsində deyilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

88. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk öncə İddiaçı mübahisəli fərdi yaşayış evinə dair hüquqlarının hansı tarixdə pozulduğu müəyyən edilməli, daha sonra isə həmin hüququn müdafiəsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülüb-ötürülməməsi yoxlanılmalıdır.

89. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş və faktiki hallarından göründüyü kimi 2018-ci ildə tərəflərin faktiki ailə münasibətləri pozulduqdan sonra belə İddiaçı sözügedən evdə yaşamağa davam etmişdir. Evin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi Cavabdeh2 İddiaçı qarşı irəli sürdüyü «mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddiası üzrə kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3286/2022 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evindən çıxarılmış və beləliklə də o, həmin vaxtdan mübahisəli evə sahiblik və istifadə hüquqlarını itirmişdir.

90. İddiaçı mübahisəli evə sahiblik hüquqlarının xx.xx.2022-ci il tarixdə itirilməsini və hazırkı iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmasını əlaqəli şəkildə tədqiq edərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırkı iddia verilməsi üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 (iki) illik iddia müddətini ötürməmişdir.

91. Qeyd olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1 18500 (on səkkiz min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

92. Eyni zamanda iş materiallaında olan qəbzdən görünür ki, iş üzrə iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 207 (iki yüz yeddi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 145,5 (bir yüz qırx beş manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

93. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(062)-855/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 18500 (on səkkiz min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 145,50 (bir yüz qırx beş manat əlli qəpik) manat ümumilikdə 18645,50 (on səkkiz min altı yüz qırx beş manat əlli qəpik) manat alınaraq İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar