Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1928/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və “X5” Açıq Səhmdar Cəmiyyəti) iş üzrə Açar sözlər: icra qeydinin ləğv edilməsi, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və "xxxx" KB ASC cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2* noyabr 2*23-cü il tarixli 2(125)-5411/2*23 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası *8 oktyabr 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" KB ASC (bank) ilə X4 (borcalan) arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank borclana 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 25*** manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür;
2. "xxxx" KB ASC (kreditor-ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X8 küçəsi ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən 112,5 kv.m sahəli fərdi yaşayış evini 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir;
3. 17.*2.2*22-ci il maliyyə arayışından görünür ki, X2 həmin kredit müqaviləsi üzrə bank qarşısında əsas kredit borcu üzrə 23237,87 manat, faiz borcu üzrə 914,5* manat, cərimə borcu üzrə 33,83 manat olmaqla, cəmi 24186,2* manat məbləğində kredit borcu qalmışdır;
4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2*1*11***3121-1*3*1 reyestr nömrəli, 25.*7.2*21-ci il qeydiyyat tarixli, 1521*2*391 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, X8 küçəsi, 12* ünvanında, istifadədə olan *,*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.metr olan fərdi yaşayış evi 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı kredit müqaviləsi üzrə (məbləği 75*** manat) 17.*7.2*21-17.*7.2*31 il müddətinə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir;
5. "xxxx" KB ASC tərəfindən 17.*2.2*22-ci il tarixli bildiriş tərtib edilərək, X3 Bank qarşısında yaranmış borcunu 2* gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləğinə dair notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir;
6. *68814 nömrəli, 18.*2.2*22-ci il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş X2 yaşadığı Gəncə şəhəri, X7 küçəsi, ev 12* ünvanına göndərilmiş, bildiriş 24.*2.2*22-ci il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır;
7. "xxxx" KB ASC tərəfindən 17.*2.2*22-ci il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış borcu 21 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılacağı barədə məlumat verilmişdir;
8. *68815 nömrəli, 18.*2.2*22-ci il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı Gəncə şəhəri, X7 küçəsi, ev 12* ünvanına göndərilmiş, bildiriş 24.*2.2*22-ci il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır;
9. "xxxx" KB ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə “bildirişin qeydə alınmasına dair” ərizə ilə müraciəti əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatı orqanında qeydə alınmışdır; 1*. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 17.*7.2*21- ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsi və 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borcluların banka 23237,87 manat əsas borcu, 914,5* manat faiz borcu, 33,83 manat cərimə borcu olmaqla, cəmi 24186,2* manat məbləğində kredit borcu vardır. Qeyd olunanları nəzərə alaraq, ipoteka predmeti olan Gəncə şəhəri, X8 küçəsi ev 12* ünvanında, istifadədə olan *,*5168 ha torpaq sahəsində yerləşən 112,5 kv.m sahəli fərdi aşayış evinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılması xahiş edilmişdir;
11. İş materiallarından görünür ki, 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "xxxx" KB ASC-nin tələbi ilə borc alan X1 ipoteka qoyan İddiaçı məxsus, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X8 küçəsi ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23237.87 manat əsas borc, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu və icra qeydinin aparılması üçün bank tərəfindən ödənilmiş 25.** manat dövlət rüsumu olmaqla cəmi tutulmalı məbləğ 24211.2* manat təşkil edir);
12. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 16.*3.2*22-ci il tarixli, 696 nömrəli məktubundan görünür ki, həmin Notariat ofisində 16.*3.2*22-ci il tarixdə təsdiq olunmuş 8İ-58*3 reyestr ilə qeydə alınmış icra qeydi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Notariat ofisinin 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.*7.2*21-ci il tarixdə bağlanmış **7mki/21 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri M.S.Ordubadi küçəsi ev 12* ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə yüklü edilmişdir. İcbari tibbi sığortadan istifadə etmək istəyərkən şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olduğu aşkar olunmuşdur. Şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olmasına səbəb Gəncə İnzibati Məhkəməsinin 17.*4.2*23-cü il tarixli 2-1(114)-1553/2*23 saylı qərarı ilə Gəncə şəhəri M.S.Ordubadi küçəsi ev 12*-dən qeydiyyatdan çıxarılması olmuşdur. Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 16.*3.2*22-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri Nizami rayonu M.S.Ordubadi küçəsi ev 12* ünvanında istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evinə tutma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Ona görə də məhkəmədə həmin icra qeydinin ləğv edilməsinə dair iddia qaldırır. İddia tələbinin əsaslı olmasını təsdiq edən xüsusatlar aşağıdakılardan ibarətdir. İlk öncə məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehdən vəkil sorğusu əsasında 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 reyestrlə təsdiq olunmuş icra qeydi işinin içərisində olan sənədlərin təsdiq edilmiş surətlərini almışdır. İcra qeydi işinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olunur ki, icra qeydinin verilməsinin hüquqi əsası 17.*7.2*21-ci il tarixli **7mki/21 nömrəli ipoteka müqaviləsi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd və icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəd olmuşdur. Qeyd olunan sənədlərlə icra qeydi verilməsi kobud pozuntudur. 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəa yoxdur. Həmin müqavilənin 7.1ci maddəsində göstərilir ki, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Belə çıxır ki, notarius icra qeydi verərkən o qənaətə gəlib ki, tərəflər arasında mübahisə yoxdur. Onda belə bir sual yaranır. Notarius tərəflər arasında mübahisə olmamasına hansı əsasla gəlmişdir. Sənədlərlə, yoxsa şəxsi mülahizələri ilə. Cavab sadədir - şəxsi mülahizələri ilə. Çünki, icra qeydi işində bununla bağlı olaraq hər hansı sənəd yoxdur. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə bağlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 17*-1-ci bəndlərinin tələblərinə riayət etməli idi. İcra qeydinin verilməsinə əsas olmuş bildirişlərin məzmunu notariusun gözündən qaçmışdır. İcra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində göstərilir ki, borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd olunan bildirişdən açıq-aşkar görünür ki, ipoteka predmeti ilə bağlı notarius icra qeydi verə bilməz. Çünki 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsinin 1.1-ci maddəsində göstərilir ki, ipoteka predmeti Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12*-dir. İcra qeydi işinin 18-ci səhifəsində olan İddiaçı ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.*4.2*22-ci il tarixli bildirişdə borc öhdəliyinin 21 gün ərzində icra edilməməsinə görə icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bildirişin 6- cı abzasında göstərilir ki, “borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında yerləşən *,*5168 ha torpaq sahəsi və onun üzərində yerləşən 112,5 kv.m sahəsi olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduru başlanılacaqdır. Göründüyü kimi, icra işində olan bildirişlərlə icra qeydinin verilməsi qeyri-mümkündür. İcra işində olan İddiaçı adına ünvanlanan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ona çatmamışdır. Həmin bildirişin ona çatmamasını icra işində 11-ci səhifəsində olan ərizə və 17-ci səhifəsində olan poçt sənədi təsdiq edir. Belə ki, 11-ci səhifədə olan 223318***58*2 saylı ərizəyə əlavə olunmuş sənədlər siyahısının 5 və 7-ci bəndlərində bildirişin sifarişli poçtla göndərilməsi göstərilir. Əslində isə göndərilməsi yox, çatmasını təsdiq edən sənədi əlavə etməli idi. Elə bir sənəd isə iş materiallarında yoxdur. İcra işinin 17-ci səhifəsində olan poçt sənədində isə heç bir imza yoxdur. “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyənedən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
15. Gəncə Şəhər Məhkəməsinin 2* noyabr 2*23-cü il tarixli, 2(125)-5411/2*23 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və "xxxx" KB ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə, habelə MPM-nin 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icra qeydinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olunur ki, icra qeydinin verilməsinin hüquqi əsası 17.*7.2*21-ci il tarixli, **7mki/21 nömrəli ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd və icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəd olmuşdur. Qeyd olunan sənədlərlərə icra qeydi verilməsi kobud pozuntudur. 1) 17.*7.2*21-ciil tarixli, **7mki/21 saylı ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəa yoxdur. Həmin müqavilənin 7.1-ci maddəsində göstərilir ki, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Belə çıxır ki, notarius icra qeydi verərkən o qənaətə gəlib ki, tərəflər arasında mübahisə yoxdur. Onda belə bir sual yaranır. Notarius tərəflər arasında mübahisə olmamasına hansı əsasla gəlmişdir. Sənədlərlə, yoxsa şəxsi mülahizələri ilə... Cavab sadədir-Şəxsi mülahizələri ilə çünki, icra qeydi işində bununla bağlı olaraq hər hansı sənəd yoxdur. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə bağlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 17*-1-ci bəndlərinnin tələblərinə riayət etməli idi. 2) İcra qeydinin verilməsinə əsas olmuş bildirişlərin məzmunu notariusun gözündən qaçmışdır. İcra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində göstərilir ki, borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd olunan bildirişdən açıq-aşkar görünür ki, ipoteka predmeti ilə bağlı notarius icra qeydi verə bilməz. Çünki 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsinin 1.1-ci maddəsində göstərilir ki, ipoteka predmeti Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12*-dir. 3) İcra qeydi işinin 18-ci səhifəsində olan İddiaçı ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.*4.2*22-ci il tarixli bildirişdə borc öhdəliyinin 21 gün ərzində icra edilməməsinə görə icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Həmin bildirişin 6-cı abzasında göstərilir ki, “borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında yerləşən *,*5168 ha torpaq sahəsi və onun üzərində yerləşən 112,5 kv.m sahəsi olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduru başlanılacaqdır. Göründüyü kimi icra işində olan bildirişlərlə icra qeydinin verilməsi qeyri-mümkündür. İcra işində olan İddiaçı adına ünvanlanan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ona çatmamışdır. Həmin bildirişin ona çatmamasını icra işində 11-ci səhifəsində olan ərizə və 17-ci səhifəsində olan poçt sənədi təsdiq edir. Belə ki, 11-ci səhifədə olan 223318***58*2 saylı ərizəyə əlavə olunmuş sənədlər siyahısının 5 və 7-ci bəndlərində bildirişin sifarişli poçtla göndərilməsi göstərilir. Əslində isə göndərilməsi yox, çatmasını təsdiq edən sənədi əlavə etməli idi. Elə bir sənəd isə iş materiallarında yoxdur. İcra işinin 17-ci səhifəsində olan poçt sənədində isə heç bir imza yoxdur. Yuxarıda qeyd olunan xüsusatlar icra qeydinin qanunsuz verildiyini təsdiq etməklə, iddia tələbinin əsaslı olmasını sübut eləyir. Notarius tərəfindən icra qeydi verilməmişdən öncə aşağıdakı xüsusatlar araşdırılmamışdır. 1) Tərəflər arasında mübahisə varmı? Bunun üçün zəruri şərt notarius tərəfindən borcluya bildiriş göndərilməmişdir. 2) İddia müddəti ilə bağlı məsələ araşdırılmamışdır. 3) İcra qeydi verilərkən tələbkar tərəfdən notariusa yalnız bildiriş təqdim edilmiş, mübahisə olubolmamasını təsdiq edən kredit və ipoteka müqavilələri, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən icra qeydinin verilməsi əsasları ilə bağlı hər hansı araşdırılma aparılmamışdır. Ən azından icra qeydinin verilməsinə səbəb olmuş sənədlər notariusdan sorğu verilərək götürülüb araşdırılmalı idi. Çünki, notariusun icra qeydini yalnız tələbkarın təqdim etdiyi bildiriş vasitəsilə aparılması kobud pozuntudur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat: 2*. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2*24-cü il tarixli 2(1*4)-627/2*24 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 2*.11.2*23-cü il tarixli, 2(125)-5411/2*23 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması; İddia tələbinin təmin edilməsi; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilərək 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi; İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 16 iyul 2*24-cü il tarixli 2(1*2)-23*4/2*24 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)-627/2*24 nömrəli, 21 fevral 2*24-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
f) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra iəlsvə olaraq bildirmişdir ki, bankdan götürdüyü kredit borcunu ödəyə bilmir. Kredit borcunun azaldılması barədə banka müraciət etmiş, lakin müsbət nəticə olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq idiaçı İddiaçı bildirmişdir ki, Gəncə şəhəri M.S.Ordubadi küçəsi 12* nömrəli ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Notariat ofisi tərəfindən icra qeydinin veriləcəyi barədə ona bildiriş göndərilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
26. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 sentyabr 2***-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 26.1.7 İpoteka saxlayanın bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır.
29. Maddə 34.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 3*. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
31. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4*. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə "xxxx" KB ASC arasında 17.*7.2*21-ci il tarixli **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsi, o cümlədən borcalan X4 ilə bank arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 25*** manat kredit verilmiş, eyni zamanda Gəncə şəhəri Nizami rayonu X8 küçəsi ev 12* ünvanında istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evi iddiaçı tərəfindən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini 9* gündən artıq müddət ərzində icra etməmişdir. İddiaçının bank qarşısında 24186,2* manat borcu yaranmışdır. Bank tərəfindən 18.*2.2*22-ci il tarixdə borcalana yaranmış borc öhdəliyini 2* gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmçinin bank tərəfindən ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə Gəncə şəhəri, Nizami rayonu, X8 küçəsi ev 12* ünvanına xəbərdarlıq bildirişi göndərilmişdir. "xxxx" KB ASC borcalanın kredit müqaviləsindən irəli gələn borcunun tutmanın ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 16.*3.2*22-ci il tarixdə müvafiq icra qeydi verilmişdir.
43. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 16 iyul 2*24-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, iddiaçının ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəanın olmadığı barədə dəlili əsassızdır. Çünki ipoteka müqaviləsinin 3.1-ci bəndində ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması hüququnun olması barədə şərt əksini tapmışdır. Həmçinin, iddiaçının “icra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat”la bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil də əsassızdır. Çünki iddiaçıya ünvanlanan 17.*2.2*22-ci il tarixli bildirişdə borc ödənilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə açıq və aydın ifadə olunan xəbərdarlıq əksini tapmışdır (bax: səh 37). Notariat fəaliyyəti zamanı icra qeydləri borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün aparılır. Bu icra qeydləri müxtəlif əsaslar üzrə yaranmış borcların tutulması üçün aparıla bilər. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Qanunun 76-cı maddəsində müəyyən edilmişdir. Həqiqətən də həmin normada icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi də həmin normanın bu tələbinə istinad etməklə, tələbkar tərəfindən bildirişin ipoteka qoyana göndərilməsi faktını icra qeydinin aparılması üçün yetərli saymamış, bildirişin borcluya çatdırıldığını təsdiq edən sənədin olmamasına istinad etməklə iddianı təmin etmişdir. Lakin nəzərə alınmalıdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində ipoteka müqaviləsi əsasında tutmanın ipotekaya yönəldilməsi barədə icra qeydinin aparılması üçün, başqa əsaslar üzrə yaranmış borcların tutulması qaydalarından fərqli qayda nəzərdə tutulmuşdur. Belə ki, həmin normaya görə, «ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir». “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Əksinə, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra artıq təqdim olunmuş sayılır. Təsadüfi deyildir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 sentyabr 2***-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır.
44. Məhkəmə kollegiyası işin hallarını nəzərdən keçirərək qeyd edir ki, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir.
45. Belə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları, “Notariat haqqında” Qanunun 76-cı maddəsindəki tənzimləmədən istisna təşkil edir. Bu qaydalar “İpoteka haqqında” Qanunun 36-cı maddəsində tənzimlənir. Həmin normaya görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
46. Hazırkı işdən də müəyyən olunur ki, tələbkar bank tərəfindən 17.*2.2*22-ci il tarixdə borcalana yaranmış borc öhdəliyini 2* gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmçinin bank (ipoteka saxlayan) tərəfindən ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə Gəncə şəhəri, Nizami rayonu, X8 küçəsi ev 12* ünvanına xəbərdarlıq bildirişi göndərilmişdir.
47. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddia tələbini təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2* noyabr 2*23-cü il tarixli 2(125)-5411/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.