Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1944/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında olan müqavilənin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 saylı qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dаir mülki iş üzrə icraata xitam verilmişdir. İddiаçı İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahihyyəti üzrə baxılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(066)-924/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hesab edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının 01 avqust 2023-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iştirak etmiş şikayətin əsaslı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-924/2023 saylı mülki iş üzrə 07 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı məhkəmənin həmin iş üzrə 20 iyun 2023-cü il tarixli qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 saylı qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dаir mülki iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan iddiаçı tərəfindən şikayət verilmiş, şikayətin başlığı “apellyasiya şikayəti” olaraq qeyd edilmişdir. İddiaçı qəraraddan vermiş olduğu şikayətdə həmin qərardadın ləğv edilməsini və işə mahihyyəti üzrə baxılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(066)-924/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş “apellyasiya şikayəti” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hesab edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən əgər şikayət əsaslıdırsa, qərardadı dəyişdirməli və ya ləğv edilməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməli, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi isə prosessual qanunvericiliyin bu tələbini pozaraq yanlış olaraq qərardaddan verilmiş şikayəti apellyasiya şikayəti kimi qəbul edərək onu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hesab etmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiya hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 924/2023 saylı mülki iş üzrə 07 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı məhkəmənin həmin iş üzrə 20 iyun 2023-cü il tarixli qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin2(066)-924/2023 saylı mülki iş üzrə 07 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı məhkəmənin həmin iş üzrə 20 iyun 2023-cü il tarixli qərardadından verdiyi şikayətə yenidən baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1944/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1944/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver