Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1948/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2648/2024 nömrəli qərardadından iddiaçı X19 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X19 Cavabdeh qarşı “doğum bərpa akt qeydinin qismən ləğv olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1991-ci ildə Rusiya Federasiyasının Tversk vilayətində anadan olmuş Cavabdeh adlı şəxslə bağlı olaraq Şəmkir rayon Qeydiyyat Şöbəsində 16 aprel 2021-ci ildə aparılmış 13 saylı doğum haqqında bərpa akt qeydiniyəni atalıq qeydini X13 münasibətdə ləğv edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2648/2024 saylı qərardadı ilə, iddiaçı X19 Cavabdeh qarşı “doğum bərpa akt qeydinin qismən ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir İddiaçı X11 nümayəndəsi və vəkili İddiaçı həmin qərardaddan şikayət verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2648/2024 saylı qərardadının ləğv edilməsini, şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(076)-2648/2024 saylı qərardadı ilə Cavabdeh və üçüncü şəxs Şəmkir rayon Qeydiyyat Şöbəsinə qarşı qaldırmış olduğu “doğum bərpa akt qeydinin qismən ləğv olunması” tələbinə dair iddia üzrə mülki işin icraatına xitam verilmişdir. Əsas olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin mənasına görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı iddiaya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 9.1cimaddəsinin mənasına görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar .... tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadının dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan məhkəmə qərardadından narazıdır və ləğv olunmasını, iddia tələbini mahiyyəti üzrə baxılıb nəticə verilməsini istəyir. Belə ki, cavabdehin onun mərhum həyat yoldaşının övladı olması şübhəlidir. Bu səbəbdən cavabdehə saxta yolla atalıq faktı müəyyən olunmuşdur. Cavabdeh isə həmin sənədi təqdim edib, onun mərhum ərindən qalmış miras əmlaka vərəsəlik hüququ əldə etməsi, qanun üzrə vərəsə olaraq həm onun, həm də azyaşlı uşaqlarının bir başa hüquqlarına toxunduğu üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mərhum X16 ilə 2007-ci ildə faktiki ailə qurmuşdur. Nikahı 14 noyabr 2012-ci ildə Şəmkir rayon Qeydiyyat Şöbəsində qeydə alınıb. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X18 və xx.xx.2016-cl il təvəllüdlü X14 adlı üç övladları doğulmuşdur. Mərhum əri X16 xx.xx.2021-ci ildə vəfat edib. Onun vəfatından sonra ondan qalan miras əmlaka o və azyaşlı uşaqları qanun üzrə vərəsə tanınmışlar. Cavabdehin mərhum ərindən qalan əmlaka ərinin övladı kimi vərəsəlik əldə etməsini qəbul edə bilmir. Onun iddiası tələbi cavabdehin atalığı ilə bağlı mübahisədir. O, hesab edir ki, cavabdehə münasibətdə iddia tələbində haqlıdılar. Eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinin mənasına görə atalığa və analığa dair mübahisə açma mülki məhkəmədə, iddia icraatında baxılır. Ona görə hesab edir ki, Şəmkir rayon Məhkəməsi iddia tələbi üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2648/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 2648/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli 1496 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, X16 xx.xx.2021-ci ildə ölmüşdür. xx.xx.2024-cü il tarixli 1383 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx xxxx 1991- ci ildə anadan olmuşdur. X2, anası X3 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli 2(076)-2228/2022 nömrəli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, məhrum X5 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evindən, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakların digər vərəsələrlə yanaşı iddiaçı Cavabdeh tərəfindən də qəbul edilmesi faktı müəyyən edilməsinə; həmin miras əmlaklardan X11 payı 6/10 hissədə, Cavabdeh payı 1/10 hissədə, X6 payı 1/10 hissədə, X7 payı 1/10 hissədə və X8 payı 1/10 hissədə müəyyən edilməsinə qət edilmişdir. xx.xx.2024-cü il tarixli 1496 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, X16 və X12 ilə xx.xx.2012-ci ildə nikah bağlamışdılar. Nikah bağlanan sonra ərə ”Musayev”, arvada “ Musayeva” soyadı verilmişdir. Qeyd edilmişdir ki, nikaha E.B Musayevin xx.xx.2021-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 1417 №-li akt qeydi ilə Şəmkir rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli 2(076)-170/2024 nömrəli Şəmkir Rayon Məhkəməsinin qərardadından görünür ki, ərizəçi Cavabdeh atalığın etiraf edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri Natəvan küçəsi 91 nömrəli evdə yaşamış mərhum X9 X4 vilayətində anadan olmuş Cavabdeh atası olmadsı faktının müəyyən olunmasının etiraf edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab etmişdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh X2, anası X3 olmaqla xx xxxx 1991-ci il tarixdə Rusya Federasiyasının Tversk vilayətində anadan olması faktı müəyyən edilmiş və Cavabdeh həmin qətnamə əsasında doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə Cavabdeh X2 olduğu göstərilmişdir. Ona görə ərizəçi Cavabdeh atalığın etiraf edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsinə qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə doğum haqqında bərpa akt qeydini-yəni atalıq qeydini X13 münasibətdə ləğv edilməsi, yəni düzəliş edilməsi ilə bağlı olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 9.1-ci bəndində qeyd edildiyi kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıldığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə inzibati xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri (2.1.4) inzibati orqan kimi göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2648/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2648/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1948/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1948/2024
19.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver