Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1951/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1880 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun, cəmi 1919 manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, maşınının cavabdeh tərəfindən vurulmasına görə maşınsız qaldığı üçün əldən çıxan fayda olaraq 1500 manat, nəqliyyat xərcləri olaraq 500 manat və mənəvi zərər olaraq 1000 manatın, ümumilikdə 3000 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 26.05..2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadı ilə, İddiaçı məhkəmə iclasına gəlmədiyi üçün, ilkin iddia və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadı ilə (hakim Cavid Tağıyev ) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)- 3214/2023 nömrəli qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(125)-3214/2023 saylı qərardadının ləğv edilməsini və prosessual müddətn ötürülməmisi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (125)3214/2023 saylı qərardadından şikayəti vermə müddətinin axımını elektron kabinetə xx.xx.2023-cü il tarixində yükləmə tarixindən hesablandığından, şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixə, yəni bazar gününə təsadüf etmiş və o, xx.xx.2023-cü il tarixdə şikayət vermiş və bununla da, müddəti buraxmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 3214/2023 saylı qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(125)-3214/2023 nömrəli qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, şikayətinin dəlillərindəndə görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3214/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Müddətinin axımını elektron kabinete xx.xx.2023-cü il tarixində yükləmə tarixindən hesablandığından, şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixə, yəni bazar gününə təsadüf etdiyindən, qərardaddan şikayət vermə müddətinin son günü növbəti gün yəni xx.xx.2023-cü il tarixində bitir. İş materiallarından görünür ki, şikayət xx.xx.2023-cü il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi isə şikayətin həmin dəlilini yoxlayıb hüququ qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən, yuxarıda qeyd edilən halları araşdırmalı və qanunu qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3214/2023 saylı qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1951/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1951/2023
02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver