Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1952/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı pulun tutulması barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1866/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqı RKC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, çəkisi 7 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü-850 manat dəyərində, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı üzük-1200 manat dəyərində, çəkisi 6 qram Rusiya istehsalı olan pandora formalı sırğa-900 manat dəyərində, çəkisi 8 qram olan ağ qızıl üzük-1040 manat dəyərində, çəkisi 40 qram olan qızıl qolbağı-3600 manat dəyərində, çəkisi 4 qram olan brilyant qaşlı komplekt-500 manat dəyərində, çəkisi 5 qram Rusiya istehsalı olan gümüş qolbağı-250 manat dəyərində, çəkisi 5 qram olan pandora formalı üzük-750 manat, cəmi qızıl-zinət əşyalarının dəyəri 9040 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq Tovuz rayonu, Ağbulaq ərazi idarəsi, Ağbulaq kəndində olan fərdi yaşayış evində saxlanılan ona məxsus olan cehiz əşyaları - qaşığın, çəngəlin, balaca qaşıq servis dəstinin, bıçaq dəstinin, qoz qıranın, sarmısaq əzən dəstinin, mikserin, tozsoranın, ətçəkənin, sobanın, paltar yuyanın, qonaq qab-qacaq servis dəstinin, gündəlik qabların, gündəlik stəkan dəstinin, tort qablarının, tort boşqablarının, çaynik və dəm çaynikin, gülqabının, külqabının, meyvə qablarının, xrüstaların, paltar setkasının, vannanın, zibil qutusunun, ədyalların, qonaq otağı pərdəsinin, yataq otağı pərdəsinin, mətbəx pərdəsinin, xalçaların, yataq dəsti pakrıvalların, balış üzü dəstinin, prostinaların, döşəklərin, yorğanların, qazanın, tava dəstinin, qazan tutan əlçəyin, dəsmalların, qab dəsmalların, sintifon tək və cüt yorğanların, çörək qabının, çıl-çıraqların, şəxsi geyimlərin, əl işi ilə hazırlanmış divar saatının, döşəmə silən vedrə şotkasın, paltar çamadanın, qab yığılan qab setkasının, ədviyyat qabı dəstinin, xrustal su bakalların, can məhrəbaların, konfet qabların, gündəlik və qonaq üçün konfet qabların, obedni çaynik dəstinin, çay dəsmalın, aşsüzənin, xırdavat qab-qacaqların, masa şifonerin, dəyəri 1.000 manat olan soyuducunun, dəyəri 817 manat olan paltar yuyanın, dəyəri 680 manat olan masanın, dəyəri 195 manat olan qazın, dəyəri 130 manat olan aspiratorun, dəyəri 1.040 manat olan 8 ədəd stulun, dəyəri 1.250 manat künc divanın, dəyəri 170 manat olan moykanın, dəyəri 1.615 manat olan mətbəxin, dəyəri 500 manat olan televizorun, qeyd olunan əşyalar (cehiz və qızıl zinət) olmadıqda onların dəyərinin; həmçinin qızıllar - çəkisi 4 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram Rusiya istehsalı olan pandora formalı baldızının hədiyyə etdiyi sırğa, çəkisi 6 qram olan baldızının hədiyyə etdiyi ağ qızıl üzük, çəkisi 8 qram Rusiya istehsalı olan mərhum ərinin xalasının hədiyyə etdiyi qızıl qolbağı, çəkisi 40 qram olan brilyant qaşlı komplekt, çəkisi 4 qram Rusiya istehsalı olan anasının hədiyyə etdiyi qolbağı, çəkisi 5 qram olan gümüş komplekt, çəkisi 5 qram olan və mərhum ərinin əmisi arvadı tərəfindən hədiyyə edilmiş pandora formalı üzükdən ibarət qızıl-zinət əşyalarının dəyərinin, dəymiş 700 manat maddi zərərin, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlk iddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 ilə xx.xx.2023-cü il tarixdə ailə qurmuş, lakin 2024-cü ilin anvar ayında ailədə bədbəxt hadisə baş vermişdir. Həyat yoldaşı Əli Həsənov faciəvi şəkildə dəm qazından dünyasını dəyişmışdir. Belə ki, ailə həyatı qurduğu zaman valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları cavabdehin Tovuz rayonu Ağbulaq ərazi idarəsi Ağbulaq kəndi olan fərdi yaşayış evinə aparılmışdır. Hal-hazırda ordadır. Həmçinin ailə həyatı qurduğu zaman ona qızılzinət əşyaları hədiyyə edilərək verilmişdir. Həmin qızıl-zinət əşyaları da cavabdehin evindədir. Bütün bunlar foto və video çəkilişlər də vardır. Mərhum həyat yoldaşı dünyasını dəyişdikdən sonra o, anasının yanına gəlmişdir. 2025-ci mart ayında cavabdehlə əlaqə saxlayaraq onun cehiz və zinət əşyalarının qaytarılmasını ondan xahiş etmiş, onun tərəfindən bununla bağlı heç bir etiraz olmamışdır. Razılıq əldə edildikdən sonra cehiz və zinət əşyalarının cavabdehin Tovuz rayonu, Ağbulaq ərazi idarəsi, Ağbulaq kəndi olan fərdi yaşayış evindən gətirmək üçün şirkətə 550 manat ödəniş olunaraq Bakıdan maşınla cavabdehin yuxarıda qeyd olunan ünvana anası, dayısı, xalası və daşıyıcı şirkətin əməkdaşları getmişlər. Lakin, gözləmədiyi halda xoşagəlməz vəziyyət yaranmışdır belə ki, cavabdeh cehiz əşyaların verəcəyini bildirsə də, anası, dayısı, xalası və daşıyıcı şirkətin əməkdaşları ünvana çatdıqları zaman cehiz əşyalarını qaytarmayacağı bildirmişdir. Bu zaman anası Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə müraciət etmiş, hadisə yerinə gələn Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən anasından izahat alınmışdır. Daha sonra polis əməkdaşları bildirmişlər ki, bu iş polislik deyil, mülki xarakterli iş olduğundan məhkəməyə müraciət etməlisiniz. Cavabdehin ünvanına getmək üçün 150 manat nəqliyyat xərci çıxmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumilikdə ona 700 manat əlavə zərər dəymişdir. Cavabdeh ona məxsus olan hal-hazırda onun yaşayış evində saxlanılan əşyaları - qaşığın, çəngəlin, balaca qaşıq servis dəstinin, bıçaq dəstinin, qoz qıranın, sarmısaq əzən dəstinin, mikselin, tozsoranın, ətçəkənın, tvofkanın, paltar yuyanın, qonaq qabqacaq servis dəstinin, gündəlik qabların, gündəlik stəkan dəstinin, tort qablarının, tort boşqablarının, çaynik və dəm çaynikin, gülqabının, külqabının, meyvə qablarının, xrüstaların, paltar setkasının, vannanın, zibil qutusunun, ədyalların, qonaq otağı pərdəsinin, yataq otağı pərdəsinin, mətbəx pərdəsinin, xalçaların, yataq dəsti pakrıvalların, balış üzü dəstinin, prostinaların, döşəklərin, yorğanların, qazanın, tava dəstinin, qazan tutan əlçəkin, dəsmalların, qab dəsmalların, sintifon tək və cüt yorğanların, çörək qabının, cır-çıraqların, şəxsi geyimlərinin, əl işi ilə hazırlanmış divar saatının, döşəmə silən vedrə şotkası, paltar çamadanın, qab yığılan qab setkasın, ədviyyat qabı dəstinin, xrustal su bakalların, can məhrəbaların, konfet qabların, gündəlik və qonaq üçün konfet qabların, obedni çaynik dəstinin, çay dəsmalın, aşsüzənin, xırdavat qab-qacaqların, masa şifonerin, dəyəri 1.000 manat olan soyuducun, dəyəri 817 manat olan paltar yuyanın, dəyəri 680 manat olan masanın, dəyəri 195 manat olan qazın, dəyəri 130 manat olan aspiratorun, dəyəri 1.040 manat olan 8 ədəd stulun, dəyəri 1.250 manat künc divanın, dəyəri 170 manat olan moykanın, dəyəri 1.615 manat olan mətbəxin, dəyəri 500 manat olan televizorun, həmçinin qızıllar- çəkisi 4 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram Rusiya istehsalı olan pandora formalı baldızının hədiyyə etdiyi sırğa, çəkisi 6 qram olan baldızının hədiyyə etdiyi ağ qızıl üzük, çəkisi 8 qram Rusiya istehsalı olan mərhum ərinin xalasının hədiyyə etdiyi qızıl qolbağı, çəkisi 40 qram olan brilyant qaşlı komplekt, çəkisi 4 qram Rusiya istehsalı olan anasının hədiyyə etdiyi qolbağı, çəkisi 5 qram olan gümüş komplekt, çəkisi 5 qram olan və mərhum ərinin əmisi arvadı tərəfindən hədiyyə edilmiş pandora formalı üzükdən ibarət qızıl-zinət əşyalarının dəyərinin alınıb ona verilməsini xahiş edir.
4. İlk iddia üzrə iddiaçı qızıl-zinət əşyasına aid hissədə qızılların qiymətini dəqiqləşdirərək, cavabdehdən çəkisi 4 qram olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram, Rusiya istehsalı olan, pandora formalı baldızımın hədiyyə etdiyi sırğa, çəkisi 6 qram olan baldızımın hədiyyə etdiyi ağ qızıl üzük, çəkisi 8 qram, Rusiya istehsalı olan mərhum ərimin xalasının hədiyyə etdiyi qızıl qolbağı, çəkisi 40 qram olan brilyant qaşlı komplekt, çəkisi 4 qram, Rusiya istehsalı olan anamın hədiyyə etdiyi qolbağı, çəkisi 5 qram olan gümüş komplekt, çəkisi 5 qram olan və mərhum ərimin əmisi arvadı tərəfindən hədiyyə edilmiş pandora formalı üzükdən ibarət qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizə ilə müraciət edərək, cavabdeh İddiaçı 2350 manat pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, məhrum X4 xx.xx.2023-cü il tarixdə İddiaçı ilə evlənib ailə qurmuşdur. X4 ilə İddiaçı ailə qurduqdan sonra Bakı şəhərinə gedib kirayədə qalmışlar. xx.xx.2024-cü ildə oğlu X1 qaldığı evdə dəm qazından boğularaq vəfat etmiş, oğlu vəfat edən vaxtı cavabdeh İddiaçı anası evində idi. X4 rəhmətə gedəndən sonra gəlini İddiaçı qırx ərəfəsində onlara gəlmiş, həmin vaxtı hamilə olduğu üçün cavabdeh İddiaçı müalicəsi üçün borc olaraq 2000 manat pul vermişdir. Sonradan cavabdeh onların xəbəri olmadan uşağı götürmüşdür. Bundan başqa cavabdeh İddiaçı 350 manat kredit borcu qalmışdır, həmin 350 manat olan kredit borcunu o ödəmişdir. Halhazırda cavabdeh İddiaçı 2350 manat pulun alınıb ona verilməsini istəyir.
7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1866/2025 nömrəli qətnaməsi (hakim Zaur Hünmətov) ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh Tovuz rayonu, Ağbulaq ərazi idarəsi, Ağbulaq kəndində olan fərdi yaşayış evində saxlanılan cehiz əşyaları- qaşıq, çəngəl, balaca qaşıq servis dəsti, bıçaq dəsti, qoz qıran, sarımsaq əzən dəsti, mikser, tozsoran, ətçəkən, soba, paltar yuyan, qonaq qab-qacaq servis dəsti, gündəlik qablar, gündəlik stəkan dəsti, tort qabları, tort boşqabları, çaynik və dəm çayniki, gülqabı, külqabı, meyvə qabları, xrustallar, paltar setkası, vanna, zibil qutusu, ədyallar, qonaq otağı pərdəsi, yataq otağı pərdəsi, mətbəx pərdəsi, xalçalar, yataq dəsti pakrıvalları, balış üzü dəsti, prostinalar, döşəklər, yorğanlar, qazan, tava dəsti, qazan tutan əlcək, dəsmallar, qab dəsmalları, sintifon tək və cüt yorğanlar, çörək qabı, çıl-çıraqlar, şəxsi geyimlər, əl işi ilə hazırlanmış divar saatı, döşəmə silən vedrə şotkası, paltar çamadanı, qab yığılan qab setkası, ədviyyat qabı dəsti, xrustal su bakalları, can məhrəbaları, konfet qabları, gündəlik və qonaq üçün konfet qabları, çaynik servis dəsti, çay dəsmalı, aşsüzən, xırdavat qabqacaqlar, masa şifoneri, dəyəri 1.000 manat olan soyuducu, dəyəri 817 manat olan paltar yuyan, dəyəri 680 manat olan masa, dəyəri 195 manat olan qaz, dəyəri 130 manat olan aspirator, dəyəri 1.040 manat olan 8 ədəd stul, dəyəri 1.250 manat künc divan, dəyəri 170 manat olan moyka, dəyəri 1.615 manat olan mətbəx, dəyəri 500 manat olan televizor, dəyəri 850 manat olan 750 əyarlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6 qram olan 750 əyarlı 1200 manat dəyərində brilyant qaşlı ad günündə hədiyyə edilmiş üzük, çəkisi 6 qram, Rusiya istehsalı olan, pandora formalı 900 manat dəyərində sırğa, çəkisi 6 qram olan 1040 manat dəyərində ağ qızıl üzük, dəyəri 3600 manat olan Rusiya istehsalı olan qızıl qolbağı, çəkisi 4 qram olan brilyant qaşlı 400 manat dəyərində komplekt, çəkisi 4 qram, Rusiya istehsalı olan 250 manat dəyərində qolbağı, çəkisi 5 qram olan 250 manat dəyərində gümüş komplekt, çəkisi 5 qram olan pandora formalı 750 manat dəyərində üzükdən ibarət qızıl-zinət əşyaları, onlar naturada mövcud olmadığı təqdirdə onların dəyərinin və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4 maddəsinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32 və 34-cü maddəsinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 191.3 və 216-220-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1866/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan əşyalar məhkəmə qətnaməsi qəbul olunduqdan sonra tərəfindən iddiaçıya verilmiş, lakin çəkisi 6 qram rusiya istehsalı olan pandora formalı 900 manat dəyərində sırğa, çəkisi 6 qram olan 1040 manat dəyərində ağ qızıl üzük, dəyəri 3600 manat olan rusiya istehsalı olan qızıl qolbağı, çəkisi 4 qram olan birliant qaşlı 400 manat dəyərində komplet, çəkisi 5 qram olan pandora formalı 750 manat dəyərində üzükdən ibarət olan qızıl-zinət əşyaları İddiaçı özü tərəfindən saxlanılmışdır. Çəkisi 6 qram olan 750 əyarlı 1200 manat dəyərində birliant qaşlı ad günündə hədiyyə olunmuş üzük və dəyəri 850 manat olan 750 əyarlı olan birliant qaşlı nişan üzüyü müalicə xərcləri üçün satılaraq iddiaçının öz xərcləri üçün istifadə edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, İddiaçı 350 manat məbləğində kredit borcunu ödəmişdir. Ona 2000 manat hamilə olduğu üçün pul vermişik. İddia ərizəsində olan qızıllar mövcud olmuşdur. Həmin qızıllar onun tərəfindən satılmışdır. Qızılların qiyməti iddiaçı tərəfindən düzgün yazılmamışdır. Əmlakları qətnamədən sonra qaytarmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı idida üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, həqiqətən də Cavabdeh onun adına olan 350 manat məbləğində krediti ödəmişdir. Lakin, həmin kredit onun adına olsa da, mərhum həyat yoldaşı X7 tərəfindən götürülmüş kredit olmuşdur. O, əmlaklarını qətnamədən sonra götürmüşdür. Qızıllar isə cavabdeh tərəfindən satılmışdır. Qızılların qiymətinə görə rəy alınmışdır. 350 manatı qaytarmağa etiraz etmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
19. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35.
25. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
36. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
37. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
38. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
39. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar qismən sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına qarşılıqlı iddia tələbinin 350 manat hissəsində uyğun gəlməmişdir.
45. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları qismən pozulmuş, bu da qismən qarşılıqlı iddia tələbinin 350 manat hissəsində düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
46. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.
47. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
48. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
49. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
50. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.
52. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
53. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
54. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
55. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:
1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;
2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;
3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.
56. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
57. İşin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə sübut olunur. Cavabdeh tərəfindən qızılların mövcudluğu mübahisələndirilmir. Cavabdeh həmin qızılları satmasını etiraf etmişdir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.
58. Həmçinin kollegiya göstərir ki, cavabdeh tərəfin qızıl-zinət əşyalarının bəzilərinin iddiaçıda qalması, digərlərinin isə iddiaçının razılığı ilə satılması, qızılların qiymətinin düzgün yazılmaması barədə göstərdikləri dəlillər əsassızdır. Çünki, cavabdeh tərəfindən qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Cavabdeh isə bununla bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
61. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
62. Kollegiya xatırladır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
64. Bununla belə məhkəmə kollegiyası məhkəmənin qarşılıqlı iddia tələbinin 350 manat hissəsində rədd edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab etmir.
65. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə kollegiyasının iclasında qeyd etmişdir ki, ilk iddia üzrə İddiaçı məxsus olan 350 manat məbləğində kredit onun tərəfindən ödənilmişdir. Qeyd edilən halı ilk iddia üzrə İddiaçı özü də məhkəmə iclasında təsdiq edərək, həmin pulu geri qaytarmağa razılıq vermişdir.
66. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qarşılıqlı iddia tələbinin təmin edilməmiş 350 manat hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, 350 manat məbləğində pul ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
67. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddia tələbinin 350 manat məbləğində pulun tutulmasının təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
71. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki qarşılıqlı iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin qarşılıqlı iddia tələbi ilə bağlı hissəsindən kassasiya şikayəti verilə bilməz.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 402.1, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1866/2025 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin 350 manat məbləğində pulun tutulmasının təmin edilməmiş hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 350(üç yüz əlli) manat məbləğində pul tutularaq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin qarşılıqlı iddia tələbinə dair hissəsi çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Qətnamədən ilk iddia üzrə Cavabdeh rəsmi qaydada verildiyi gündən ilk iddia tələbinə dair hissədən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.